Şahin Məmmədov həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt bölməsinin rəhbəridir... Şahin Məmmədov “Arzu” firmasının adını niyə dəyişib məhz “QARTAL” qoydu..?
Şahin Məmmədovun Ərdoğana deyil, Kılıcdaroğluna sevgisinin kökündə nə dayanır..?  
Haqqında bəhs edəcəyimiz “Qartal” şirkəti haqqında qısa bir araşdırma apardıq. Və bəlli oldu ki, hüquqi ünvanı Sumqayıt şəhəri 48-ci məhəllə, Koroğlu pr. 278-də yerləşən “Qartal" Tikinti Firması hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi üzrə ixtisaslaşıb. Firmanın sahibi və qanuni təmsilçisi Məmmədov Şahin İdris oğludur. 
Araşdırmanı davam etdirəndə məlum oldu ki, Sumqayıt Dövlət Universiteti ilə “Qartal” tikinti firması arasında sıx işgüzar əlaqələr var. Belə ki, “Qartal” Tikinti Firmasının ofisində Sumqayıt Dövlət Universiteti və Türkiyə Milli Eğitim Bakanlığının nümayəndə heyətləri arasında görüş keçirilib, “Qartal” Tikinti Firmasının direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt bölməsinin rəhbəri Şahin Məmmədov rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi layihələrdən ətraflı bəhs edib, istedadlı gənclərə hər zaman maddi və mənəvi dəstək göstərilməsindən danışıb və s...
(Lap Fətullah Gülənin dəst-xəttinə oxşayır haa..) Təsəvvür edirsiniz, Türkiyənin Milli Eğitim Bakanlığı (yəni Təhsil Nazirliyi) “Qartal” firmasının görüşünə gəlib. Azərbaycanda yüzlərlə tikinti firması var, niyə məhz "QARTAL"..? 
Araşdırma zamanı oxuyuruq: “Qartal” Tikinti Firması SOCAR-a qarşı məhkəmə iddiası açıb. Ay Maşallah, adi bir firma ölkənin strateji nəhənginə qarşı məhkəmə iddiası aça bilirsə, deməli, "QARTAL"-ın arxasında nələrsə var..? Nə isə keçək növbəti araşdırmaya... 
Araşdırma zamanı bəlli oldu ki, “Qartal" Tikinti Firması Azərbaycan Respublikasının Əmək Məcəlləsini dəfələrlə pozub, işçilərlə əmək müqaviləsi bağlamadan işə götürür və s. Yəqin ki, Şahin Məmmədov istedadlı gənclərə belə qayğı göstərir…. Sözün qısası, firma ilə bağlı kifayət qədər mənfi məlumatlar var. Biz hələ firmanın vergidən nə qədər yayınması barədə danışmırıq. Bu ciddi araşdırma mövzusudur. 
İndi isə gəlin Şahin Məmmədovun keçmişinə nəzər salaq. "Qartal" Tikinti Firmasının https://qartal.az/ adlı saytına daxil olanda  məəttəl  qalmamaq olmur. Adi tikinti firmasının rəhbərinin meçə müavini, müşaviri, köməkçisi olar. Hamısı da Şahin Məmmədovun qohumları. Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır və s. Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s. gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. 
Çox maraqlıdır, bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının "Qartal" Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən, onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə  atıb..? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini niyə bəyənmir..? Görəsən, bu adam kimə bu qədər güvənir..? 
Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib "QARTAL" qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də baş vurur. Şahin Məmmədov Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, müvafiq Dövlət Qurumları "QARTAL"-ın izinə düşsə, çox cinayət əməllərinə aydınlıq gələcək… Bizi izləyin.