İcbari Tibbi Sığorta Agentliyi (İTS) ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsini bir birinə hansı te(nder)llər necə bağlayır? TƏBİB rəhbəri Vüqar Qurbanov tender məsələlərində istəyinə nail olması üçün bütün var gücü ilə Yeni Klinikaya öz adamlarını yerləşdirməyə calışırdı və buna da nail oldu. Hazırda İTS-in tenderlərinin ən böyük qaliblərindən biri “Vitta” şirkətidir. Belə ki, bu şirkət ümumi məbləği 2 milyon manat dəyərindən artıq olan Endoskopik dəst tenderinin qalibi olub. Bəs bu şirkət kimindir və Yeni Klinika ilə bu tenderin hansı əlaqəsi var? Kiçik araşdlrmadan sonra məlum olur ki, tenderin qalibi elan edilmiş “Vitta” şirkəti Yeni Klinikanın direktor müavini İlqar Mustafayevin atası Valeh Mustafayevə məxsusdur. Bəs Yeni Klinika direktorunun İnzibati məsələlər üzrə müavini İlqar Mustafayev kimdir, harada təhsil alıb, hansı peşənin sahibidir? Nə qədər araşdırma aparsaqda, İlqar Mustafayevin rəsmi təhsili barədə heç bir məlumat əldə edə bilmədik. Bircə onu öyrənə bildik ki, İlqar Mustafayev bir müddət Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “Astoria” klinikasında çalışıb. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin dediyinə görə, İlqar Mustafayev "Astoria" klinikasında işləyərkən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə külli miqdarda pul atıb və məşhur toy hadisəsindən sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev İlqar Mustafayevi yanından uzaqlaşdırıb. Amma vəzifə pillələrində sürətlə irəlliləyən Mustafayevlərə bu dəfə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yaxından köməklik göstərib. Onu da bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə İlqar Mustafayevin qardaşı Müdafiə Sənayesi nazirinin müavini Vüqar Mustafayev yaxın dostdurlar. Odur ki, aradan qısa bir müddət keçmir ki, İlqar Mustafayev Müdafiə Sənayesi nazirinin müavini işləyən qardaşı Vüqar Mustafayevin yaxın dostu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya Mərkəzinin İnzibati İşlər üzrə direktor müavini təyin edilib. Hematologiya Mərkəzi Səhiyyə Nazirliyinin tabeçiliyinə verildiyinə görə, İlqar Mustafayev 2022-ci ilin dekabr ayının 28-i tələsik şəkildə Yeni Klinika Publik Şəxsin direktor müavini təyin edilir. Belə təcili qərar üçün səbəb nə idi? Yeganə səbəb o idi ki, həmin zaman Yeni Klinikanın böyük tenderləri var idi. Beləliklə İlqar Mustafayevin orada olması şərt idi ki, atasına məxsus “Vitta” şirkəti oradan pay götürsün. Bütün bu məsələlərin hamısını koordinasiya edən isə TƏBİB rəhbəri Vüqar Qurbanov şəxsən özü idi. Növbəti yazımızda səhiyyəmizi dəhşətli vəziyyətə salanlar haqqında daha mükəmməl faktlarla zəngin olan yazı dərc olunacaq. Bizi izləyin.