İsmayıllıda nə işlər çevrilir?
Ağsu rayonunun Ərəbuşağı kənd sakini,sahibkar Mürsəlov Azər Xandadaş oğlu tərəfindən Qaynarxett.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sahibkar İsmayıllı rayon İcra Hakimiyyətinin başcısı Nahid Bağırovun qanunsuz əməllərindən bəhs edir. Şikayət məktubunu oldugu kimi dərc edirik:

"Cənab Prezident İlham Əliyev,I vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyeva, Baş Prokuror hörmətli Kamran Əliyev Sizlərə bir daha müraciət edərək bildirmək istəyirəm ki, mən Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlunun 8 aydır rəsmi şəkildə ünvanladığım müraciətlər heç biri mənim üzləşdiyim problemin həllinə kömək etmir. Mən bir daha Sizlərə rəsmi şəkildə müraciət edərək bildirmək istəyirəm ki, ata-babalarımın, sonradan mənim uzun illər yay otlaq sahəsi kimi istifadə etdiyim ərazi qanunsuz olaraq başqası tərəfindən zəbt olunub. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri xəstəxanada oldugumdan istifadə edərək mənə məxsus heyvanları düzgün saymayaraq axt tərtib ediblər. Bunu bildikdən sonra mən icra hakimiyyətinə müraciət etdim, komissiya gəldi və heyvanlarımın həqiqətən də 367 baş olduğunu təsdiq etdi. Mən İsmayılli Rayon İcra Hakimiyyətinə gedərək verilən rəsmi sənədi onlara təqdim etdim. İcra Başçısı Nahid Bağırov, müavinləri Mahmud müəllim və Eyyub müəllim mənə bildirdilər ki, bu məsələ mənim xeyrimə həll olunacaq, narahat olmayım. Üstündən bir qədər keçdikdən sonra bildim ki, həmin əraziyə iş adamı Ədalət Göyüşov da göz dikib, oranı icarəyə götürmək istəyir. Elə nə oldusa ondan sonra baş verdi. İş adamı olan Ədalət Göyüşov yüksək vəzifəli dostlarının təzyiqi nəticəsində İsmayıllı Rayon İcra Hakimiyyətinə təsir etdi.



İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahir Bağırov və oranın yüksək vəzifəli məmurları Ədalət Göyüşovdan cəkinərək həmin ərazini haqlı olduğum halda mənə verməkdən boyun qaçırdılar. Mənim xəstəxanada olduğum vaxt tərtib etdikləri saxta heyvan sayı olan sənədi əsas tutaraq bildirdilər ki, mənim heyvan sayım az olduğu üçün o ərazi mənə verilmir. Mən sonradan gəlib baxış keçirdiyim komissiyanın rəyini onlara təqdim etsəm də dedilər ki, bu keçərli deyil. Mənə heyvan sayımın az olduğunu deyib bəhanə gətirən İcra Hakimiyyəti 50 baş keçi, 60 baş qaramalın həmin ərazidə otarılmasına göz yumdu. Hərçənd ki müqavilədə o ərazidə iribuynuzlu heyvanların saxlanılmasına icazə verilmir. Ortada Ədalət Göyüşovun adın olması İsmayıllı Rayon İcra Hakimiyyətini qanunları pozmağa məcbur etdi. Onlar iş adamı Ədalət Göyüşovun "istəyini" dövlətimizin qanunlarından, Sizin sərəncam və çıxışlarınızdan üstün tutdular. Adi bir iş adamının dövlət qanunlarından, dövlət başçısının göstərişlərindən üstün olması heç də başadüşülən deyil. Bir müddət əvvəl həmin ərazidə olmuşam. Mən orada olan zaman İsmayıllı Rayon İcra Hakimiyyətinin Şahin adlı məmuru Ədalət Göyüşovun qardaşı, bir neçə polis və tanımadığım 3 nəfərlə gəlib mənə hədə-qorxu gələrək bildirblər ki, bu ərazini başcı Nahid Bağırov Ədalət Göyüşova söz verib. Bir dövlətin ərazisini, uzun illər icarə əsasında qanuni qaydada işlədən sahibkardan alaraq, şəxsi mülki kimi kiməsə söz verməyə Nahid Bağırova ixtiyarı kim verib, Cənab Prezident?! Şahin adlı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmisinin yanında gələn polislər mənə bildirdilər ki, bu əraziyə gələsən, bir daha bu ərazi barədə iddia etsən səni ya 8000 manat məbləğində cərimələyəcəyik, ya da sənə 4 il iş verəcəyik. Bundan başqa Ədalət Göyüşovun adamları mənə hər gün müxtəlif şəxslərdən xəbər göndərərək bu işdən əl çəkməsəm məni şərlədib tutduracaqlarını,ailəmə qarşı təzyiqlər edəcəklərini bildirirlər.

Bu problemimlə baglı Prezident Aparatında qəbulda da oldum. Məni Z.Nağdəliyevin qəbulunu yazsalar da orada mənim Ağaəli müəllimlə görüşməyimi lazım bildirdilər. Ağaəli müəllimə məsələ ilə bağlı məlumat verdim. O, mənə bildirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm, get, sənə kömək edəcəklər. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinin qəbulunda oldum. Orada Şahin müəllim məni müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışdı. Bir dəfə bildirdi ki, gəl sənə başqa yerdən yay otlaq sahəsi verək. Amma sən bizə arayış gətir ki, bu adamların heyvanları yoxdur. Gah mənə dedi ki,İcra Başçısı məzuniyyətdən gəlsin, sənə kömək ediləcək. Gah mənə yararsız bir neçə ərazi göstərdi. Onun etdiklərindən, danışıqlarından belə başa düşdüm ki, ona mənim haqlı şikayətimin təmin olunması yox, mənim başımı şirin vədlərlə aldadaraq vaxtı uzatmaq tapşırılıb. Mən qəbulda olan zaman Ağəli müəllim mənə bildirdi ki, sənin məsələn həll olunmasa bir daha əziyyət çəkib gəlmə bura. 11 11 telefon nömrəsinə zəng et, de səni mənlə birləşdirsinlər. Mən o dediyi kimi də etdim. Həmin nömrəyə zəng edərək Ağəli müəllimlə danışmaq istədiyimi bildirdim. Onlar mənə başqa bir nömrə verdilər. 20 manatlıq konturum getsə də, dəfələrlə yığmagıma baxmayaraq həmin nömrə ilə danışa bilmədim.

Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Əliyeva, Hörmətli Kamran Əliyev. Mən dəfələrlə Sizlərə rəsmi məktub göndərsəm də mənə yalnız Baş Prokurorluqdan cavab gəlib. Cənab Prezident siz bir neçə çıxışınızda demisiniz ki, ola bilər ki, kimlərsə vətəndaşların mənə müraciətinin çatmasını istəmir. Sevimli xalqım siz gördünüz ki, məktublarınıza cavab gəlmir mənə media vasitəsiylə, sosial şəbəkələrdən mesajlar göndərin. Mən də düşündüm ki, Ədalət Göyüşov İsmayıllı Rayon İcra Hakimiyyətinə təzyiq edə bilirsə, orada ondan qorxub haqlı vətəndaşı incidən məmurlar varsa, Prezident Aparatında bəlkə də Ədalət Göyüşovdan qorxaraq məktublarımın Sizə çatmasını istəməyən kimlərsə var. Məhz buna görə mən media vasitəsiylə sizlərə müraciətlər etdim və davamlı olaraq da edəcəyəm. Mənim sizlərdən bir tək ricam var. Sizlərə ünvanladığım məktubları İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərməyin. Orada qanunlardan qorxan, vətəndaşın tərəfində duran heç bir məmur yoxdur. Başda Nahid Bağırov olmaqla bütün işciləri vəzifəyə sanki siz yox, Ədalət Göyüşov təyin edib. Bu adam ismayıllının hakimi-mütləqidir, o, nə deyirsə onu eşidirlər.

Cənab Prezident inandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir Sizlərdən kömək istəyirəm.

Hörmətlə:Mürsəlov Azər Xandadaş oğlu"

Əlaqə telefonu: 051 566 64 30.

Qaynarxett.az
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti