Teref.az yazır ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli daha bir ittihamla çıxış edib. İSBAM sədri Samir Adıgözəlli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevlə bağölkı yeni bir faktla sosial şəbəkələrdə çıxış edib. Samir bəy yazır: "QHT Agentliyi nə qədər səxavətli imiş. Cəmil Həsənlinin vəkilinə də qrant ayırıb. Ölkə rəhbərliyini söyən adamları ( onların ətrafını) maliyyələşdirmək siyasi dönüklük deyilmi hörmətli Azay Quliyev ? Hər kəsin siyasi fikrinə hörmətlə yanaşıram. Amma Agentlik rəhbərliyinin ucuz üsulla məni ittiham etdirib, bu kimi dövlətçiliyə qarşı prinsipsizliklərini anlamaq olmur. Samir Adigozelli" Teref.az