ETSN-nin məmurları yetərincə oliqarxlaşıb...
Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzuli... Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarının hesabına qazanılan milyonlar... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovin əməllərinə keçməzdən öncə bir mühüm məsələyə diqqəti cəlb etmək istəyirik. Bu barədə bir neçə dəfə yazmışıq.
Son illər bütün nazirliklər, komitələr REGİONAL QURUMLAR yaradırlar. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər rayonda şöbəsi, əməkdaşları, müdirləri var. Bundan əlavə, 4-5, bəzən 6-7 rayonun üzərində bir Regional İdarə də yaradırlar, onların da xeyli sayda əməkdaşları, rəisləri və daha nələr.
Bir reallığı başa düşmək lazımdır ki, Azərbaycanın başı ilə ayağı arasındakı məsafə 3 saatlıqdır, yəni Azərbaycan bir quberniya boyda deyil. Əhalimiz isə (10 milyon) bir şəhərin əhalisi qədərdir... Başa düşdünüzmü, cənablar! Kimə lazımdır bu Regional İdarələr..? Bu bilirsinizmi, dövlətin büdcəsinə neçəyə başa gəlir..? Bu pulları müharibə veteranlarına, şəhid ailələrinə vermək, yaxud pensiyaları artırmaq olar. Ümumiyyətlə, bu israfçılıq kimə və nəyə lazımdır..?
Təsəvvür edirsiniz, hər rayonda və şəhərdə təhsil şöbəsi var və üstəlik Regional Təhsil İdarələri də yaradılır. Nə isə, sözümüzün canı odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balaca Azərbaycanı 12 regiona bölüb və Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yaradıblar. Məsələn, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi. Bura Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarının Ekologiya şöbələri tabedir. Bizim hazırki yazının mövzusu isə konkret olaraq 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə bağlıdır. Qısa məlumat üçün qeyd edək ki, bura Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonları, yəni 8 rayon daxildir.
3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi isə Elnur Cəlilovdur 012)585-45-47(43). Məlumat üçün onu da qeyd edək ki, Elnur Cəlilov əvvəllər 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi olub, yəni Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi şəhəri, Xocavənd, Şuşa, Xocalı, Füzuli rayonlarını sanki çapıb-talayıb. Bəli, bu adam Ağcabədidəki, Beyləqandakı, Bərdədəki meşələri sanki məhv edib, o ərazilərdəki qoruqları kimlərəsə satıb və milyonlara sahib olub. Və bu milyonların hesabına dəbdəbəli mülklərə, milyonluq villalara sahib olub. Onun Ağgöl Dövlət Təbiət Qoruğundan qazandıqları milyonları ciddi yoxlayan olsa, bütün cinayət əməlləri ortaya çıxar. Amma onun cinayət əməllərini yoxlamaq əvəzinə vəzifəsini və səlahiyyətini böyüdürlər. Bəli, sonradan cənab Ekologiya naziri Muxtar Babayevin xeyir-duası ilə Elnur Cəlilov 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin olunub. Və bu gün təkcə Kür çayında baş verən ekoloji fəlakətə görə, Şirvan Dövlət Qoruğunda baş verən cinayət əməllərinə görə, Elnur Cəlilov kimilər həbs olunmalıdır. Ümumiyyətlə, ümid edirik ki, yaxın zamanda ekologiya sistemində həbslər qaçılmaz olacaq.
 //gundelik-baku.com//

Bölmənin digər xəbərləri

10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...

Dünyapress TV

Xəbər lenti