Dövlətin nə qanunun sayırlar, nə vergisin... - İTTİHAM VAR!
Neçə illərdir bir media olaraq yazırıq ki, cənab Prezidentimizin dediyi kimi, Azərbaycanda neft-qaz sənayesinə alternativ olan, qeyri-neft sektoru, o cümlədən, aqrar sahə inkişaf etdirilməlidir. Ancaq və ancaq bu yolla Azərbaycanın gələcək iqtisadi inkişafını təmin etmək olar. Yoxsa neft-qaz tükənəndə ölkə dəhşətli duruma düşə bilər...
Onu da nəzərə almalıyıq ki, Azərbaycan tarixən aqrar ölkə olub, burada taxıl, pambıq, üzüm, çəltik, tütün, çay və digər aqrar sahələr inkişaf edib. Xoşbəxtlikdən müstəqillik dönəmində dövlətimiz də AQRAR sahəyə ciddi fikir verməklə yanaşı, dövlət tərəfindən bu sahəyə ciddi maliyyə dəstəyi verildi. Bu istiqamətdə yaranan şirkətlərdən biri də "AQRO-VEST" MMC-dir. “Aqro-Vest” MMC 2000-ci illərdən başlayaraq ölkədə fəaliyyətdədir. “Aqro-Vest” MMC fındıq və fındıq məhsulları (qovrulmuş və doğranmış fındıq, fındıq pastası, ağardılmış fındıq ləpəsi) ixrac edir. Bu şirkətin əsasında 2014-cü ildə yaradılmış "AQRO-VEST DC" MMC isə dünyanın bir çox ölkələrindən idxal etdiyi, eləcə də daxili istehsala aid olan gündəlik tələbat məhsullarının daşınmasını həyata keçirir. Bir sözlə, bu şirkət həm ölkəmizə qida məhsulları idxal edir, həm də ölkəmizin aqrar məhsullarını xarici ölkələrə ixrac edir.
Şirkətin saytında, həm də fb səhifəsində (https://www.facebook.com/AgroWestDc) insan haqqlarından, demokratiyadan, işə şəffaf qəbuldan, müasir mühasibatlıqdan, ixrac və idxal etdikləri qidaların keyfiyyətindən, müasir standartlara cavab verməsindən xeyli söhbət açılır. Amma...Əmması odur ki, əlimizdə olan rəsmi xəbərə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu ilin mart ayında “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsullarını tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv etdi. Bu, rəsmi məlumatdır. Belə məqamda adam “Aqro-Vest”in rəhbərlərindən soruşmaq istəyir ki, saytınızda, fb səhifənizdə keyfiyyətdən, sağlam qidadan danışırsınız, amma 40 tona yaxın qida məhsulu tərəfinizdən tullantı kimi məhv edilir. Buna nə deyirsiniz, cənablar...? Bu hələ harasıdır..?
Bir müddət əvvəl "Aqro-Vest“ə gömrük qaydalarını pozduğuna görə, inzibati protokol tərtib edilib və məsələyə məhkəmədə baxılır. Bundan başqa, şirkət ölkədən mal gətirmək adı ilə valyuta çıxarsa da, əvəzində ölkəyə lazım olan məhsullar gətirilməyib, valyuta isə geri qaytarılmayıb və daha nələr...
Şirkətin rəhbərliyi öz saytlarında şəffaf mühasibatlıqdan danışır... Amma mediada yazılanlardan bəlli olur ki, Azərbaycan fındığını Hollandiya, Belçika, Lüksemburq, Rusiya və başqa ölkələrə ixrac edən, yüz hektarlarla fındıq bağı olan, 800-dən artıq işçisi olan şirkətdə qara mühasibatlıq hökm sürür. Yeri gəlmişkən, şirkətin Zaqatala rayonunda böyük strukturu fəaliyyət göstərir, tamamilə avtomatlaşdırılmış dünya səviyyəli fındıq emalı zavodu, soyuducu anbarları, laboratoriyası, qonaq evi, Qusar rayonunda da fındıq bağları, anbarları var, bir sözlə, geniş bir şəbəkə. Və yüz milyonlarla ticarət dövriyyəsindən söhbət gedir. Amma şirkət vergidən külli miqdarda yayınır. Şirkətin keçmiş əməkdaşı deyir ki, bizə kağız üzərində, yəni rəsmi olaraq 300 manat maaş verilsə də, əslində 1500 manatdan çox pul alırdım.
Deməli, şirkətin direktoru cənab Anar Şərifov hər işçinin 1200 manatını vergidən gizləyib. Görün bu adam bu illər ərzində Azərbaycanın dövlət büdcəsinə neçə milyon ziyan vurub?
Şikayətçi deyir ki, şirkətin direktoru rəsmi sənədlərdə 500 manat maaş alır, əslində isə onun maaşı 15 000 manatdır. Şikayətçi onu da xüsusi olaraq qeyd edir ki, şirkətin mal dövriyyəsi real miqdarından ən azı 20 dəfə az göstərilir.
Təsəvvür edirsiniz, 20 DƏFƏ AZ... Bunları yazaq şirkət rəhbərliyinin ayağına... Bəs görəsən bu illər ərzində ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat və Vergilər nazirliyi hara baxıb? Bax, əsas məsələ budur... //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti