"Yeni Klinika"dan kütləvi ixtisarların İLGİNC SƏBƏBLƏRİ - Mühafizə rəisi vəzifəsindən niyə imtina edib?
TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində ötən ay rəhbərliyin dəyişməsi xəbəri hər kəsə yaxşı məlumdur. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Xüsusən hazırda klinikada çalışan ayrı-ayrı işçilərin kütləvi şəkildə işdən kənarlaşdırılması personal arasında böyük narazılıq yaradıb.

TEREF.AZ bildirir ki, KONKRET.az-ın əldə etdiyi məlumata görə, bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.

Onların işdənçıxma səbəbləri isə sözün əsl mənasında cəmiyyətdə şok effekti yarada bilər. Məsələn, klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xüdməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.

Medalların siyahısı:

– Vətənə xidmətə görə 3-cü dərəcəli orden;

– Fizulinin azad edilməsi medalı;

– Cəbrayılın azad edilməsi medaıl;

– Xocavəndin azad edilməsi medalı;

– Vətən müharibəsi iştirakçısı medalı;

– Silahlı Qüvvələr veteranı Medalı;

– Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı;

– Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalı;

– Silahlı Qüvvələrin yaranmasının 10 illiyi medalı;

– Silahlı Qüvvələrin yaranmasının 90 illiyi medalı;

– Silahlı Qüvvələrin yaranmasının 95 iliyyi medalı;

– Silahlı Qüvvələrin yaranmasının 100 illiyi medalı.

Xatırladaq ki, C.Məmmədov Zəfər paradında öndə gedən hərbi maşında bayrağımızı aparan hərbçilərimizdən biridir.

Beləliklə, əməkdaşımız qazi C.Məmmədovla bağlı yayılan məlumatları dəqiqləşdirmək üçün onunla əlaqə saxlayıb. Klinikanın Daxili Mühafizə Xidmətinin keçmiş şöbə müdiri faktı təsdiqləyib:

“Mən 2022-ci ilin avqust ayının 22-də “Yeni Klinika”da bu vəzifəyə təyin olunmuşdum. Özüm ehtiyatda olan polkovnik-leytenantam. 27 ildir Silahlı Qüvvələrdə xidmət etmişəm. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak etmişəm. Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışam. Müalicəmi alandan sonra yenidən döyüşlərə qayıtmışam. Kapitulyasiya aktı imzalana qədər və ondan sonra da xüdmətimi davam etdirmişəm. 2022-ci ilin fevral ayında isə xəstəliyimlə əlaqədar ehtiyata buraxılmışam.

Məndən başqa həmin klinikada mühafizə xidmətində qazi və veteranlardan ibarət 16 nəfər heyət də çalışıb. Həmin şəxslər cənab prezidentin tapşırığına əsasən klinikanın sabiq rəhbəri Cavid Paşayevin göstərişi ilə işlə təmin olunmuşdu.

Lakin Barat Yusubov yeni rəhbər təyin ediləndən bir neçə gün sonra xəstəxananın bir çox şöbələrində ard-arda işdənçıxarmalar baş verdi. Və mən də belə demək olarsa, öz növbəmi gözləyirdim…

Günlərin birində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov klinikaya gələndə Barat həkim mənə onun maşınının qapısını açmaq göstərişi verdi. Sonra isə təkid etdi. Təbii ki, mən bunu qəbul edə bilməzdim. Çünki ehtiyatda olan zabit kimi qürurum, mənliyim buna yol verməzdi. Mənim vəzifəm klinikada kiməsə qapı açmaq deyildi. O vəzifəyə təhlükəsizlik şöbəsinin müdiri kimi klinikada həm pasiyentlərin, həm də işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə təyin olunmuşdum və görəcəyim işlər haqqında da təlimatım var idi.

Həmin hadisədən sonra rəhbərliyin məni başqa variantlarla çirgindirməməsi, yaxud da alçaltmaması üçün iyulun 26-da özüm işdən çıxmaq haqqında ərizəmi yazdım. Ərizəm də həmən qəbul olundu. Amma ən azından şöbə müdiri olaraq işdən çıxmaq səbəbim öyrənilməliydi. Ancaq öyrənilmədi, əksinə, bu addımım onlar üçün sanki göydəndüşmə oldu”.

C.Məmmədov qısa müddət ərzində mühafizə xidmətinin 10 əməkdaşının öz ərizəsi ilə işdən kənarlaşdırıldığı faktını da təsdiqləyib.

Əldə etdiyimiz digər bir məlumata görə, işdən çıxarılan başqa bir zabit əməkdaş – Vətən müharibəsi qazisi də yeni direktor tərəfindən gördüyü hörmətsizlik ucbatından öz vəzifəsindən imtina edib. Belə ki, qarşısında durduğu liftin düyməsini həmin əməkdaşa basmağı əmr edən direktorun bu xoşagəlməz hərəkəti sonda işçinin istefasına səbəb olub.

Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bölmənin digər xəbərləri

13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti