Daha bir rektor FETÖ ilə əlaqədə...
Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC ) baş verənlər, universitetin rektoru Ədalət Muradovun əməlləri barədə ölkə mediasında kifayət qədər yazılıb və tənqid edilib. Qısa məlumat üçün qeyd edək ki, hələ sovet dövründə adına uzun illər “NARXOZ” ( Xalq Təsərrüfatı İnstitutu ) deyilən ali məktəb Azərbaycanda ən rüşvətxor təhsil müəssisəsi kimi tanınıb və keçmiş SSRİ-də ləğv olunan yeganə ali məktəb olub. Belə ki, 1987-ci ilin oktyabr ayında Nazirlər Kabinetinin qərarı ilə institut müstəqil fəaliyyətini dayandıraraq N. A. Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır. Bu ali məktəbdə baş verən rüşvət, özbaşınalıq hallarından sonra 2014-cü ildə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edildi. Cəmiyyət üzvləri düşünürdü ki, Ədalət Muradov qısa vaxtda UNEC-də ciddi islahatlar aparacaq, müsbət işlər görəcəkdir. Ümumiyyətlə, Ədalət Muradov kimdir və necə UNEC-in rektoru olub...?
Məlumat üçün onu qeyd edək ki, Muradov Ədalət Cəlal oğlu 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni bitirmişdir. Ali məktəbi bitirsə də, Azərbaycanda gedən dəhşətli müharibə Ədalət Muradovu vətənə geri qaytara bilməmişdir. Müharibənin acı nəticələrinin nə olduğunu Ədalət Muradova başa salanlar onun yenidən həmin təhsil ocağında qalaraq işləməsini məsləhət görmüşlər. Ona görə də, Ədalət Muradov 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışmışdır. Və nəhayət Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilmişdir.
Bu qısa məlumat Ədalət Muradovun keçmişi ilə bağlıdır. Ümumiyyətlə, Ədalət Muradovun professor, elmlər doktoru olması ilə bağlı ölkə mediasında xeyli ziddiyyətli yazılar var. Hətta Ədalət Muradovun doktorluq işini 1998-ci ildə müdafiə etməsi, amma 2014-cü ildə İqtisad Elmləri Doktoru diplomu alması da ciddi müzakirə olunub və ortaya haqlı sual çıxıb: "Niyə üstündən 16 il keçəndən sonra? Nə idi problem?”
Onu da qeyd edək ki, UNEC-in nəzdində SABAH qrupları var və burada yüzlərlə tələbə təhsil alır. Təsəvvür edirsiniz ali məktəbin daxilində az qala başqa bir ali məktəb var – SABAH MƏRKƏZİ... Və bu mərkəzin 10 fakültəsi var, rəhbəri isə Aida Aydın qızı Quliyevadır. Ortaya sual çıxır ki, UNEC-in içində SABAH MƏRKƏZİ-nə nə ehtiyac var, bu kimlərə pul qazandırır..?
Sözün düzü, rektor Ədalət Muradovun idarəçiliyi ali məktəb kollektivini bezdirib. Universitetdə imtahanlardan yığılan rüşvətin miqdarı hər semestr artır. UNEC-də ( ADİU-da) dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdi. Öz növbəsində pulu alan müəllimlər deyir ki, bütün məbləğlər birbaşa rektora təhvil verilir.
Mediada yayılan digər xəbərlərdən bəlli olur ki, hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə neçə dəfə ezamiyyəyə gedir. Bu səfərlər ADİU büdcəsinə neçəyə başa gəlir? Və niyə onların səfərləri yalnız Türkiyəyədir, digər Avropa ölkələrinə baş tutmur? Bunlar Türkiyədə kimlərlə görüşürlər..? Ədalət Muradovun və onun dostlarının bu Türkiyə sevgisinin kökündə nə dayanır..? Əslində söhbət Türkiyə sevgisindən deyil, Fətullah Gülən sevgisindən gedir.
Bəli, rektor Ədalət Muradov ölkə mediasında Fətullah Gülənlə əlaqədə ittiham olunur, ortaya FOTOFAKTlar qoyulur, amma Ədalət Muradovdan səs-səmir çıxmır… Hətta rektor media qurumlarının bu barədə ona ünvanladığı rəsmi sorğulara cavab vermir. Doğrudan da maraqlıdır ki, rektor Ədalət Muradovun baş redaktoru olduğu «Ekspert» jurnalının üz qabığındakı təsvir Gülənçilərin emblemidirmi? Əgər deyilsə, Ədalət Muradov niyə bunu təkzib etmir..?
Sözün qısası, FETÖ ilə bağlı əməliyyatların sərhəddi UNEC-ə də yaxınlaşır…

Gündəlik Bakı
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti