Sən demə burada da "adamın olmalı" imiş...  - REALLIQ
Xoş o kəsin halına ki, Bakı Beynəlxalq Avtovağzalında ADAMI VAR !

Bunu bizə əvvəllər orada çalışan, lakin sonra işdən çıxarılan bəzi şəxslər demişdi, amma inanıb-inanmamaqda tərəddüd etmişdim. Düşündüm, bəlkə işdən çıxarılıb deyə acıqlıdır, qisas almaq üçün qurumu ləkələmək yolunu seçib.

Odur ki, dünyada ən çox qorxduğum şeyi etməmək - yəni, haqqa girməmək üçün məsələni "DogruXeber.az" informasiya portalının rəhbəri olaraq, şəxsən özüm araşdırmağa qərar verdim.

Beynəlxalq Avtovağzalın internet səhifəsində yerləşdirilən qaynar xətt xidmətinə zəng etdim.
Dəstəyi qaldıran xanımdan İctimaiyyətlə Əlaqələr şöbəsi ilə calaşdırmağı xahiş etdim. Xanım belə bir səlahiyyətinin olmadığını bildirdi.

Belə olan halda məcburiyyət qarşısında qalıb, zəng etməyimin məqsədini xanıma danışmalı oldum
Bildirdim ki, yaxın qohumum olan bir xanımı Beynəlxalq Avtovağzalda kassir işinə alınmasını xahiş etmək istəyirəm.
Operator xanım isə belə məsələlər üçün, işləmək istəyən xanım qohumumu da götürüb ora getməli olduğumuzu dedi.

Növbəti gün rəhbərlik etdiyim redaksiyanın əməkdaşı ilə BB Avtovağzala getdik.
Əvvəlcə müdir olduğu deyilən Qəhrəman müəllim ilə görüşmək istədiyimizi dedim.

Qapıda mühafizəçi bizi biraz gözlədib, hara iləsə telefonla danışdıqdan sonra, əməkdaşımla mənim telefonumu alıb özündə saxlamaq şərtilə, bizə ikinci mərtəbəyə qalxmalı olduğumuzu bildirdi.

Təsəvvür edirsinizmi, telefonumuzu alıb özündə saxlamaq şərtilə !!!

Sanki, biz avtovağzal rəhbəri deyil, prezident administrasiyasında, ölkə başçısının qəbuluna girirdik.

Əlqərəz...

Söz-söhbət yaratmamaq üçün etiraz etmədik. Telefonları verib, yuxarı qalxdıq.

Həmin otaqda yanılmıramsa, müdir müavini olduğunu və adının Ramin olduğunu deyən bir şəxs bizi gözləyirdi.
Özü də ayağa qalxıb, çox hörmətlə qarşılayıb, əyləşmək üçün yer göstərdi.

Məqsədimiz Ramin bəyə də açıqladıqdan sonra, o cavab verdi ki, - "Mənim kassadan xəbərim yoxdur. Mən bu gün araşdırım, görüm əgər vakansiya varsa, niyə də olmasın.
Gün ərzində sizinlə mütləq əlaqə saxlayacam".

O, bunun üçün mənim telefon nömrəmi də yazıb götürdü. (Qeyd edim ki, vakansiya olduğunu dəqiq bilirdim.)
Amma, doğrusu bu cür mədəni şəxsdən belə məsuliyyətsizlik, yaxud da yalandan söz vermək ümumiyyətlə gözləmirdim.

Uzun sözün qısası, həmin gün çox gözlədim zəng gəlmədi...

Gözlədim...

Hətta, demək olar bir həftə gözlədim heç bir xəbər gəlmədi.

Bu dəfə isə müdir müavini Samir adlı şəxsə zəng etdim. Samir bəy sualıma cavab vermək yerine, israrla və aqressiv şəkildə nömrəsini hardan aldığımı soruşdu.

Bildirdim ki, mən mətbuat nümayəndəsiyəm. Mənim üçün kiminsə telefon nömrəsini tapmaq o qədər də müşkül məsələ deyil.

O, əvvəl dedi "vakansiya yoxdur". Dedim ki, - "olduğunu bilirəm".

Bundan sonra, o bu məsələnin ona aid olmadığını, ardından isə kobudcasına hətta danışmaq istəmədiyini deyib söndürdü.

Bəli, artıq deyilənlər öz təsdiqini tapmışdı.
Vakansiya var, amma heç bir saytda elan edilmir. Soruşana, "vakansiya yoxdur" cavabı verilir.
Demək ki, bizə adi iş yeri kimi görünən bu balaca idarədə iş və işçi monopoliyası hökm sürürmüş.

Orada, hətta ən kiçik iş sayılan kassir və xadimə üçün belə ya adamın olmalıdır, ya da rüşvət verə biləcək qədər pulun. Əks halda, "şansın üzünə ağlayacaq".

Zaman-zaman bilet satışında camaatın "başına corab hörməyi" - kassada "bilet yoxdur" deyib, sürücülərin baha qiymətə sərnişinlərə bilet sırınası ilə mətbuatın gündəmində əsas yerlərdən birini tutan Beynəlxalq Bakı Avtovağzalının rəhbər heyəti sən demə pərdə arxasında daha fərqli və daha böyük qanunsuz işlərlə məşğul imiş. Onlar yalnız "Həsən ağanın qohumları" ilə çalışırmışlar.

Əlavə məlumatlar da var ki, müəyyən dəqiqləşdirmələr apardıqdan sonra, onları da diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Kamal Əsgərov

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti