“Solamedical” MMC MÖCÜZƏSİ DAVAM EDİR... - TENDER ÇEMPİONU...
Akademik Zərifə Əliyeva Adına Milli Oftolmolgiya Mərkəzi Mərkəzi "Tibbi avadanlıqların alınması" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Solamedical" MMC (VÖEN: 1504875281) olub.

Qalib şirkətə 1 192 104 manat məbləğində ödəniləcək.

"Solamedical" MMC daha öncə də Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin 2 525 109 manat məbləğindəki dərman preparatlarının və sarğı materiallarının satın alınması ilə bağlı tenderin qalibi olub (10.03.2023).

DİA.AZ bildirir ki, bu da hamısı deyil...

DİA.AZ xatırladır ki, bundan bir müddət əvvəl Akademik Zərifə Əliyeva adına Milli Aftolmologiya Mərkəzi dərman preparatlarının, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə tenderin qalibini açıqlayarkən sözügedən MMC-nin adını çəkmişdi, məlum olmuşdu ki, 500 926 manatlıq tenderin qalibi "Solamedical" MMC-dir.

Xatırladaq ki, "Solamedical" MMC bundan əvvəl İcbari Tibbi Sığorta Agentliyinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə 292 576 manatlıq tenderini qazanıb (17.08.2022).

Məlumat verək ki, bu ilin mart ayında isə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi dərman preparatları və sarğı materiallarının satın alınması üzrə tenderin qalibini açıqlamışdı. Və 2 254 868 manatlıq tenderin qalibi "SOLAMEDICAL" MMC elan olunmuşdu.

Xatırladaq ki, "SOLAMEDICAL" MMC bundan da əvvəl Akademik Zərifə əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlığın alınması üzrə 1 198 500 manatlıq tenderin qalibi olub. Bu da hamısı deyil və dia.az olaraq apardığımız araşdırmalar nəticəsində ortaya ilginc faktlar çıxdı.

Məlum olur ki, keçən ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindəki Mərkəzi Hospitalın elan etdiyi iki tenderin qalibi də eyni şirkət - “Solamedical” MMC olub.

Gömrük Hospitalı dərman vasitələri və tibbi ləvazimatların alışı ilə bağlı sözügedən şirkətlə 468.875 manat və 429924 manat olmaqla, üst-üstə 900 min manatlıq müqavilə bağlayıb.

Xatırladaq ki, Gömrük Hospitalının az qala 1 milyon manat ödədiyi “Solamedical” MMC ölkənin dərman və tibbi ləvazimatlar bazarına iki il əvvəl daxil olub. Lakin maraqlıdır ki, cəmi 200 manat nizamnamə kapitalı olan və iş dünyasında tanınmayan Novruzova Şəhla Mustafa qızının adına sənədləşdirilən şirkət “iri əjdahalar”ın mövcud olduğu bu bazarda tezliklə özünə yer edə bilib.

Artıq 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb. Belə ki, həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb.

Bundan cəmi bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.

O da maraqlıdır ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.

Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti