Xızının “acgöz“ yolları - 3 ildə yol təmirinə nə qədər vəsait xərclənib?
Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin şəhərdə avtomobil yollarının əsaslı təmiri ilə bağlı keçirdiyi tender yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Dream Construction Company” MMC seçilib. Nümayəndəlik avtomobil yollarının əsaslı təmiri üçün şirkətə 395.866,4 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimova Zəhra Musa qızıdır.

Araşdırmalarımız zamanı məlum olub ki, "Dream Construction Company” MMC əvvəllər "Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib.
MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.

Yeri gəlmişkən, şirkət yarananda nizamnamə kapitalı 15 AZN olub. 2022-ci ildə nizamnamə kapitalına 5500 manat əlavə edilib.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat yoxdur. Zəhra İbrahimovadan əvvəlki qanuni təmsilçilər haqqında da heç bir məlumata rast gəlinmir.

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan görünür ki, "Dream Construction Company” MMC 2023-cü ildə haqqında bəhs etdiyimiz tenderdən əlavə 3 satınalma müsabiqəsinin qalibi olub. Bu tenderləri İsmayıllı Suvarma Sistemləri İdarəsi, Mil-Muğan Hidroqovşağı İstismar İdarəsi və Yuxarı Şirvan Kanalı İstismar İdarəsi keçirib. Adıçəkilən qurumlarla bağlanan satınalma müqavilələrinin toplam maliyyə dəyəri 331 886,66 AZN təşkil edir.

Bunun üzərinə Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin müqaviləsini gəlsək, o zaman aydın olur ki, barəsində heç bir məlumat olmayan, nə əlaqə telefonu, nə veb-səhifəsi olan "Dream Construction Company” MMC təkcə 2023-cü ilin ilk 6 ayında dövlət qurumlarından 727 753, 06 AZN dəyərində sifariş alıb.

Bu arada qeyd edək ki, Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ötən il yolların təmirinə 747 496,96 AZN, 2021-ci ildə 309.634,88 AZN, 2020-ci ildə isə 400 459,67 AZN xərcləyib.

Satınalma müqavilələri isə "Abtoyoltikintiservis” MMC, "Topxana Layihə İnşaat” MMC, "Şabran-D” MMC və "Sona” MMC ilə imzalanıb.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdur. O, 2012-ci ildə bu vəzifəyə təyin edilib.

Xəzər Aslanovun Xızı şəhər üzrə nümayəndəsi isə Müşfiq İslamovdur.
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti