Gədəbəydə sahibkarlara DİVAN TUTURLAR...
Prezident İlham Əliyev dəfələrələ xəbərdarlıq etməsinə baxmayaraq hələ də bölgələrdə bəzi dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri sahibkarlıq subyetlərinə yem kim kimi baxırlar.Belə bir hadisə Gədəbəy rayonunda baş verib.
Bu haqda Dünyanınsəsi.Az saytına Gədəbəy rayonun Slavyanka kəndi ərazisndə sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsgəndərov Vüsal Zakir oğlu tərəfindən göndərilən video-şikayətdə bildirlir.
Şikayətçi qeyd edir ki, Gədəbəy rayonun İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkbərov Vidadi Qəmbər oğlu ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərindən 300-500 manat civarında pul tələb edir.Adında qoyub ki,yığılan bu pul vəsaitləri guya kənddə körpü tikintisinə lazımdır.
Halbuki Slavyanka kəndində mərhum Gülməmmədov Tofiq Məhəmməd oğlu şəxsi vəsaiti hesabına ümumi istifadə üçün metal konustruksiyadan körpü saldırmışdır.Ərazidə yaşayan bütün sakinlər də bu körpüdən rahatlıqla istifadə edirmiş.Sözügedən körpü kənd sakinlərinin bildirdiyinə görə kənd icra nümayəndəsi Vidadi Ələkbərov tərəfindən kəsilərək metal qəbuletmə məntəqəsinə satılıb.Yerli sakinlərdə ondan tələb edirlər ki,satılan körpünün pulları hara gedib? O isə bildiri ki, kəndin kəndxudası mənəmsə. mən bilərəm.Siz kimsiniz məndən haq-hesab çəkirsiniz?
Kənd sakinləri icra nümayəndəsinə bildiriblər ki, sizdən lazımı dövlət qurumlarına şikayət edəcəyik.O isə bildirib ki, kimə və hara əliniz uzundursa şikayət edin.
Slavyanka kəndindəki körpünü şəxsi vəsaitləri hesabına saldıran Gülməmmədov Tofiqin həyat yoldaşı məsələ ilə hətta bağlı Daxili işlər Nazirliyinin 102 xidmətinə də şikyaət edib.
Gədəbəyə yeni icra başçısı təyinatına qədər Vidadi Ələkbərov rayonun memarı olub.Hər kəs onun keçmiş fəaliyyəti dövüründən narazılıq edir.Bildirilər ki, rayon ərazisində kimsə özünün həyətində belə “it” damı tikdirə bilməzdi.Çünki hərhansı bir tikinti işi üçün vətəndaşlar mütləq onun bığının altınan keçməyə məcbur imiş.
Şikayətçi Vüsal İsgəndərov isə media vasitəsi ilə Baş prokuror Kamran Əliyev cənablarından
xahiş edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarlardan pul tələbi etmiş eləcə də dəyəri 30 min manat olan körpünü sataraq mənimsəyən icra nümayəndəsi barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş versin.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Gədəbəyli sahibkarın video-şikayətini təqdim edirik:

 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti