BSU necə oldu bu günlərə gəldi?..
İki ilə yaxındır ki, Bakı Slavyan Universitetinin ( BSU ) sabiq şöbə müdiri ilə bağlı istintaq və məhkəmə işi davam edir. İki gün öncə Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttiham aktında göstərilib: BSU-nun sabiq şöbə müdiri 123 tələbədən 226 min manat rüşvət alıb.
Təsəvvür edirsiniz, söhbət yüz minlərlə rüşvətdən gedir. Və Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan olunub. İttihama görə, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb. Dürdanə Əliyeva məhkəmədə bildirib ki, qoy şahidlər dindirilsin, sonra mən ifadə verəcəm.
Qısa məlumat üçün qeyd edək ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. İki ilə yaxındır ki, davam edən istintaq və məhkəmə prosesində Dürdanə Əliyeva tələb edir ki, BSU-nun o zamankı rektoru Nurlanə Əliyeva istintaqa gəlsin və izahat versin. Dürdanə Əliyeva onu da bildirib ki, mən aldığım pulları rektor Nurlana Əliyeva ilə bölmüşəm, pulun çoxunu rektora vermişəm. Dürdanə Əliyeva hətta təkcə rektorun deyil, həm də BSU-nun mühasibinin də məhkəməyə çağırılmasını tələb edir. Amma... Əmması odur ki, bir ildən artıq müddətdə sabiq rektor Nurlana Əliyevanı məhkəməyə gətirmək mümkün olmadı. Gah yazdılar ki, o, ölkədən qaçıb, gah yazdılar kui, xaricdə müalicə olunur və s.. Sözün qısası, Azərbaycan məhkəmə-hüquq sistemi adi bir rektoru məhkəmə prosesinə gətirə bilmirdi. Axırda medianın təzyiqlərindən sonra MƏCBURİ QAYDADA məhkəməyə gətirilən BSU-nun sabiq rektoru Nurlana Əliyeva qəribə açıqlama verdi. O bildirib ki, rektor olduğu vaxtda Universitetin Səfirlikərlə güclü əlaqələri olub: “Təmir zamanı universitetin muzeyi quruldu. Kembric və Oksford universitetləri ilə əlaqələr qurulub. 1 kompüteri olmayan universitetdə mənim dövrümdə bütün auditoriyalar kompüterlərlə təmin olundu.
Mən haqqımda səsləndirilən ittihamlarla razı deyiləm. Mən heç vaxt Universitetin büdcəsinə əl atmamışam. Mən Dürdanə Əliyevanı tanımıram. Ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil haqqını verirdilər. Təhsil haqqı bir başa sistemə oturdulurdu. Nağd şəklində dekana pulun ödənilməsi faktı ilə qəti razı deyiləm. Mənim dövrümdə tələbə qəbulu artmağa başlayıb. Ola bilməz ki, bizdə tələbə təhsil haqqını ödəməməyə görə Universitetdən qovulsun. Tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsi ilə bağlı məlumatı dekan və mühasibatlıq şöbəsi bilirdi. Məhz mənim dövrümdə pandemiya səbəbindən 826 tələbə dövlət imtahanından, təcrübə qiymətlərindən azad olundu. 5 tələbə akademik borcdan azad olundu. Dürdanə Əliyeva ilə aramda hər hansı bir pul razılaşması olmayıb. Mən Universitetdən çıxana qədər 5 min tələbə təhsil alırdı. 200-ə qədər isə əlavə qiyabi təhsil alan tələbə var idi”. Rektor sonra deyib ki, mən rektor olanda YAP-çıların sayı Universitetdə 2 dəfə artıb. Bu adam-rektordan soruşan yoxdur ki, BSU-da YAP-çıların sayı artıb, yaxud azalıb, bunun məsələyə nə dəxli var..? Yaxud rektor deyir ki, BSU-nun xarici səfirliklərlə güclü əlaqələri olub... Ay, Ramiz Mehdiyevin, Fatma Abdullazadənin qoyduğu rektor.... BSU-nun dekanı deyir ki, aldığı pulların çoxunu sənə verib...sən bu barədə danış...
Sözün qısası, komediya davam edir... dekan bir söz deyir, rektor isə özünü lallığa qoyub...
Bəli, Nurlana Əliyevanın həyat yoldaşı Prezident Adminstrasiyasında işləyəndə, onun haqqında ancaq biz tənqidi material dərc edə bilirdik, başqaları nədənsə Nurlana Əliyevanı hey tərifləyərdilər.
Hörmətli Nurlana Əliyeva, rektor olduqdan sonra, nədənsə birdən-birə Təhsil naziri olmaq fikrinə düşdü. Amma ola bilmədi... İndi isə, Elm və Təhsil Naziri olmaq üçün qızğın mübarizə gedir. Bu mübarizədə bir neçə şəxsin adı hallansa da, əsas fiqur kimi, Xarici Dillər Universitetinin rektoru Kamal Abdullanın adı çəkilir. O Kamal Abdulla ki, Bakı Slavyan Universitetində baş vermiş cinayət hadisəsinin kökünün onun dövrünə təsadüf etdiyi bildirilir. Amma nədənsə Kamal Abdullanın bu işdə adı çəkilmir. Mövzunun ciddiliyini nəzərə alaraq, həmin dövrdə Kamal Abdulla ilə çiyin-çiyinə işləmiş, çox hörmətli professorun müsahibəsinə hazırlanmış geniş məqaləni növbəti yazımızda dərc edəcəyik.
 //gundelik-baku.com//

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti