“Qaçqınkom”, yoxsa “Ştrafnoy” Komitə...?  
Biz dəfələrlə yazmışıq ki, Qarabağın azad olunması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə problem bitməyəcək, hələ uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə ciddi ehtiyac olacaq. İndi çoxları eyforiyaya qapılıb və elə bilirlər ki, problem tam həll olunub, bitib... 
Əlbəttə, torpaq problemimiz müəyyən dərəcədə həll olunub və Sülh müqaviləsinin bağlanması gözlənilir. Amma... Əmması odur ki, 30 ildən artıq davam edən TORPAQ problemini Milli Ordumuz başda Müzəffər Prezidentimiz İlham Əliyev olmaqla 44 günə həll elədi. Ancaq qaçqın və məcburi köçkün problemini nəinki 44 günə, heç 444 günə də həll etmək mümkün deyil. Bunu anlamaq lazımdır. Kimlər qaçqın və məcburi köçkün problemini yaşamayıbsa, bunu çətin ki, anlaya bilsin. Sözümüzün canı odur ki, yuxarıda dediyimiz mənada qaçqın və məcburi köçkün problemini Rövşən Rzayev kimi komitə sədrindən 444-də gəlsə həll edə bilməz. Nə qədər gec deyilsə, bu adam vəzifəsindən uzaqlaşdırılmalı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ciddi bir dövlət adamı rəhbər gətirilməlidir. Ona görə ki, burada problem həmişə olub, var və olacaq. Yalandan vəd verib, vədinə əməl etməyən adamların həmin vəzifədə çalışması məqsədə uyğun deyil. Bəli, Rövşən Rzayevin və onun yaxın ətrafının Qaçqın və Məcburi Köçkün problemi olmayıb, onlar bilmirlər ki, bu problem nədir. Nizami Hüseynov haradan bilsin ki, Hüseynuşağından olan camaat harada məskunlaşıb? Bir qohumunun qapısını tanımır. Hamı ona "Qazmax Nizami" deyir. Orda burda qarnın otarmaqla məşğuldur. O, nə bilir Qaçqın, Məcburi Köçkün problemi nədir? O, ancaq Rusiyadan gələn generalları qəbul edir. Onlara hesabat verir, məqsəd nədir.
Sözün qısası, Rövşən Rzayev komitə sədri olandan bu günədək Qaçqın və Məcburi Köçkünlərə problem yaratmaqla məşğuldur. Sanki hansısa mənfur siyasi qüvvə bu adamı məhz bu yola yönəldir. Və Rövşən Rzayev təkcə Qaçqın və Məcburi Köçkünlərə qarşı deyil, həm də dövlətə qarşı olan şəxsləri, vurulmuş vəzifəliləri komitəyə, yaxın ətrafına toplayır. Bilmək olmur ki, bura Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir, yoxsa “Ştrafnoy” komitə..? 
Təsəvvür edirsiniz, Rövşən Rzayev hansısa rayonun vurulmuş  polis rəisini özünə müşavir gətirir... Bir soruşan yoxdur ki, vəzifəsindən qovulmuş, cinayətkarlara himayədarlıq edən keçmiş polis rəisi qaçqınlara necə müşavirlik edəcək..? 
Yaxud başqa bir misal... Rövşən Rzayev DTX-dan işdən qovulan, Rusiya meyilli, Qubadlı rayonundan olan, Mamed İsgəndərovun qohumu, qohum-əqrəba arasında "Qazmax Nizami" kimi tanınan Nizami Hüseynovu Analitik İdarəyə şöbə müdiri təyin edir. Bunu necə başa  düşmək olar..? 
Axı, vaxtilə Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi işləmiş, Nizami Hüseynov nə üçün Tər-tər hadisələri ilə bağlı dindirilmir? Onun Nəcməddin Sadıqovla və Rusiya meyilli şəxslərlə əlaqəsi araşdırılmalıdır.... 
Biz hələ Nizami Hüseynovun həyat yoldaşının Şəkili bankir Cahangir Hacıyevlə yaxın qohum olmasından, Nizaminin Rusiyadan gələn dəstə-dəstə "möhtəbər" qonaqlarla Gürcüstanda gizli görüşlərindən danışmırıq... 
Bəli, Rövşən Rzayev sabiq PA rəhbəri Ramiz Mehdiyevin təlimatı ilə şübhəli kadrları Komitədə vəzifələrə yerləşdirir. Rövşən Rzayevin minlərlə qaçqın və məcburi köçkünün çörək pulunu kəsməsindən, Hesablama Palatasının Qaçqınkomda apardığı ciddi yoxlamalardan yazdığımız üçün təkrarçılığa varmırıq. Hətta Rövşən Rzayevin yeri gəldi-gəlmədi maliyyə naziri, öz işinin peşəkarı olan Samir Şərifovun əleyhinə danışmasını, onu ittiham etməsini növbəti yazılarda ictimailəşdirəcəyik. Adam çəkinmədən məcburi köçkünlərə bildirir ki, gedin Maliyyə Nazirliyinin qarşısında fikrinizi bildirin, narazılıq edin. Hətta bildirir ki Məcburi Köçkünlər üçün çörək pulunu Dünya Bankı verir. Niyə bu hökumət pulu kəsməlidir ki? Gedin hüququnuzu oradan tələb edin.
Rövşən Rzayev, biz hüququmuzu haradan tələb etməyi gözəl bilirik. Sən, Eldar Quliyevdən nəyi tələb etməlisən? Niyə onunla düşmənçilik edirsən? Bu başqa bir yazının mövzusudur.
Amma ümid edirik ki, yaxın zamanda vəzifəsinin öhdəsindən gələ bilməyən, hörmətli adamlara "qırmızı tuman" deyən Rövşən Rzayevlə bağlı ən yüksək dairədə qərar veriləcək.
P.S. Rövşən Rzayev, mən belə düşünürəm ki, sənin o "qırmızı tuman" söhbətini sənə bağışlamayacaqlar.