“Doktor.az” klinikasında tələbə qızı komaya saldılar - Təcili Türkiyəyə aparıldı… - Yenilənib-VİDEO
Sumqayıt şəhər sakini Ramil Əfəndizadə “Doktor.az” klinikasından şikayətçidir.
O, Bakupost.az -a deyib ki, “Doktor.az” klinikasında həkim səhlənkarlığı ucbatından qızı ölümlə üzləşib, sağlamlığına ciddi ziyan vurulub.
Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbəsi Z.Əfəndizadə iyunun 2-də mədə-bağırsağında narahatlıq hiss edib. O anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Doktor.az” klinikasına gedib. Kassada 180 manat ödəniş edilməsi tələb olunub.
Pul köçürüldükdən sonra 17 yaşlı qızı kran suyu ilə klizma etmək istəyiblər. Anası irad bildirdikdən sonra isə həmin su distillə olunmuş su ilə dəyişdirilib.

Daha sonra pasiyentə narkoz verilib, mədə-bağırsağı endoskopik diaqnostika ilə müayinə edilib. Atasının sözlərinə görə, yeniyetmə narkozdan ayıldıqdan sonra evə buraxılıb. Evdə isə onun halı pisləşib:
“Uşaq narkozdan ayılandan 5 dəqiqə sonra evə buraxıblar. Xəstəxanadan evə 20 dəqiqəlik yol var. Uşaq evə çatdıqda halı pisləşib, təzyiqi 0-a düşüb. Məlum oldu ki, narkozdan anafilaktik şok keçirib. Dərhal 13-cü mikrorayondan təcili tibbi yardımı çağırdıq. Onların həkimi evin içində saat yarım ərzində uşağın həyatını xilas etmək üçün mübarizə apardı. Daha sonra oksigen balonu olan əlavə təcili tibbi yardım gəldi. Uşağı bir az özünə gətirdilər, təzyiqini 0-dan 40-a qaldırdılar”.
Ramil Əfəndizadə bildirib ki, uşaq özünə gəldikdən sonra onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparıblar:
“Günorta saat 2-də oraya gəldik. Orada baş həkim Rauf və daha 3-4 həkim uşağa əllərindən gələn ilkin yardımı göstərdilər. Axşam saat 7-ə qədər ona iynələr, sistemlər vuruldu. Uşağı özünə gətirə bilmirdilər ki, Bakıya, Mərkəzi Klinikaya aparaq. 5 saatlıq həkim mücadiləsindən sonra qızım bir az özünə gəldi”.

Z.Əfəndizadə yalnız bunda sonra qızının Bakıya - Mərkəzi Klinikayaa aparıldığını bildirib:
“Qızım 4 gün orada yatdı. Baş həkim Kamran doktor və digər həkimlər onun vəziyyəti ilə bağlı bütün bilgilərə sahib idilər. 4 gün sonra Kardiologiya şöbəsinin müdiri Firdovsi həkim dedi ki, uşaq təcili olaraq Türkiyəyə aparılmalıdır. Uşağın anafilaktik şok keçirdiyini, ürəyinin zədələndiyini, qanının zəhərləndiyini, bütün bakteriya və virusların oyandığını bildirdi”.
Yeniyetmənin atası bildirib ki, qızı İstanbul şəhərində yerləşən “Medical Park” klinikasında 1 həftə ərzində müalicə alıb və sağalıb:
“Gecə saat 5-də təcili tibbi yardımla hava limanına yola düşdük. Yoldaşım, mən və qızım Türkiyənin İstanbul şəhərinə getdik. Oranın hava limanında da bizi təcili tibbi yardım maşını qarşıladı. Qızım İstanbulda “Medical Park” xəstəxanasında qan zəhərlənməsi, Anafilaktik şok səbəbilə 6 gün yatdı. Uşaq bu müddət ərzində sağaldı. 2-3 gün onun tam özünə gəlməsini gözlədikdən sonra evə qayıtdıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Nə yaxşı demək olar, nə də pis”.
Ramil Əfəndizadə “Doktor.az” klinikasının anestezioloqu Şakir Baxşəliyevin məsuliyyətdən boyun qaçırdığını bildirib:
“Şakir həkim deyir ki, mənlik bir şey yoxdur. Mənim günahım deyil”.
Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN), Sumqayıt şəhər prokuroluğu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verdiyini də qeyd edib:
“Hadisə baş verən kimi DİN-in 102 qaynar xəttinə 3-4 dəfə ard-arda zəng edib şikayətimi bildirmişəm. Travmatologiya Xəstəxanasında olanda Sumqayıtın 1-ci polis bölməsinin əməkdaşları ora gəlib. Onlara da izahatımı və ərizəmi vermişəm. Qurban bayramından iki gün öncə də Sumqayıt şəhər prokurorluğuna lazım olan bütün sənədləri və ərizəmi təqdim etmişəm. Bütün sənədlər əlimdədir. "Doktor.az"ın bizə verdiyi ilk kağız da var. Bu sənəddə qızımın narkoza girməzdən əvvəl müayinə edildiyi və sağlam olduğu qeyd olunub. Bunu klinikanın özünə də təqdim etmişəm”.
Zərəçəkmişlər aidiyyəti qurumların məsələyə diqqət göstərilməsini,onlara maddi və mənəvi ziyan vuran şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb eder.
Məsələ ilə bağlı “Doktor.az” klinikasına ünvanlanan suallarımız cavabsız qaldı.
***
20:15
"Doktor.az" klinikasının direktoru Cəmaləddin Kəlbalıyev Bakupost.az -la əlaqə saxladı.
O, məsələ ilə bağlı Prokurorluğun araşdırma apardığını bildirib:
"Xəstə sterilləşdirilmiş su ilə imalə olunub. Lakin hamı bilir ki, lazım olanda istənilən su ilə imalə olunmada problem yoxdur. O, buradan sağlam ayrılıb. Onu saat 6-7 radələrində təcili tibbi yardım aparıb. Təzyiqi müəyyən qədər düşüb. Lakin təzyiqin 0-a enməsi barədə məlumat yalandır. Təzyiqi 0-a düşən insan yaşaya bilər? Xəstənin atasına izah etmişik ki, gedin, hüquq-mühafizə orqanlarına müraciət edin. Həkimin bir günahı varsa, cəzasını çəkəcək. Mərkəzi Klinika da, Türkiyədəki həkim də deyir ki, bizim həkimdə günah yoxdur. Hal-hazırda məsələ ilə bağlı bütün sənədləri Prokurorluğa təqdim etmişik, araşdırma aparılır. Hər şei araşdlrmanln nəticələrində bəlli olacaq".
Direktor vurğulayıb ki, şikayətçinin verdiyi məlumatlar şantaj xarakterlidir:
"Uşağın anasının da 1-2 il əvvəl kardioloji problemi olub, Bakıda hansısa klinikada stend qoyublar. Daha sonra onları da şantaj edib pullarını alıblar. Bizə də deyirlər ki, 15 min dollar xərcimiz çıxıb, onu ödəyin. Xəstənin atası Türkiyədəki həkimlərə deyib ki, sənəddə filan şeyləri qeyd edin, gedib pul tələb edəcəm.
Müayinə zamanı anası da yanında olub. Deyib ki, iynəni niyə tibb bacısı vurdu, həkim vursun. Bu cür bəhanələr gətirirlər. Yalanlarını öz sözləri ilə təsdiq edirlər. Deyirlər ki, həkim narkotik qəbul edib. 35 ilin həkiminə o sözü demək olar? İndi həkim də iddia qaldırıb, yoxlansın, o da təzminat tələb etsin? Biz onların üzərinə getmirik, xalqın xidmətində durmağa çalışırıq.
Biz onu dəvət etmişik ki, həkim tanışınız varsa, gəlin, bizim həkimlərlə müzakirə etsinlər. Həkimin problemi olubsa, cəzalansın. Heç bir həkimlə gəlməyib. Bir gün deyir, pula görə gəlməmişəm, bir gün deyir, pulumu verin, bir gün deyir, Prokurorluq da işə düzgün baxmır".
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751535_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751536_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751538_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751541_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751544_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751545_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1688751549_7.jpg
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti