Şabranda camaatı dinləyən yoxdur...
“Şabran” istirahət mərkəzini tikəndə bax bura kimi, hansı ki, prezident gedirdi, ora kimi asfalt elədilər. Gözə görünən yeri də asfaltladılar, buraları asfaltlamadılar”.
Şabranın Pirəbədil kəndində salınan “Şabran” İstirahət Kompleksi tikiləndə kəndlərin yolları hələ dağıdılmamışdı. Kənd camaatı deyir, otelin açılışına prezident gələcəkdi deyə otelə qədər olan yol bərpa olunub, asfaltlandı. Yəni prezidentin ayağının dəydiyi yollar asfaltlı, kəndlilərin ayağının dəydiyi yol isə dağıdılmış vəziyyətdə qalıb.
“O tərəfdən çəkdilər Xəlifələr yolunu ki, prezident gələcək, prezident gələndə onlara yaxşı yol göstərəsən. 50-60 metr də guya çəkdilər Zeybə kəndinə ki, görsünlər, yol yaxşıdır. Amma Əhməd bulağından, sanatoriyadan bura və Quba-Bakı trasına qədər yollar bərbad gündədir”.
Kənd camaatının dediyinə görə, otelin tikilməsi bahasına yaxın kəndlərin yolları dağıdılıb. İndi əvvəlki asfalt yoldan əsər əlamət yoxdur.
“Yolumuz 4 il bundan qabaq dümdüz, asfalt yol idi. Sonra bu tikinti ilə bağlı yük maşınları gəldi, getdi, bizim yol pis günə qaldı”.
“Ağır yüklü maşınlar, kubik, sement, çınqılından tutmuş bu Şabran çay yolu ilə çəkdilər gəldilər. Yollarımız əvvəldən yaxşı idi. Onlar gəldilər, burada tikinti haradasa 2-3 il davam etdi. Yolu təmiz dağıtdılar, tökdülər”.
Rza Həsənov hər gün mərkəzdən kəndə gəlib çörək paylayır. Çörəyi bu işdən çıxdığından hər gün kəndə gəlməyə məcburdur. Amma bu, ona baha-başa gəlir.
“Mən kəndə gəlib çörək paylayıram. Bizim kənddə çörək sexi yoxdur. Demək olar, gündə gəlib-gedirəm. Kəndə hər gələndə gedib “plafaktoriya”da maşını təmir edirik. Bizə kəndə gəlmək üçün 30 km yol 70 manata başa gəlir. Xarici maşınlar ondan da çox. Maşın altını dəydisə 150 manatdı, elə mənim maşınım da. Ən ucuz maşın məndədir. O da sıradan çıxdı, 4 ay istəmirsən bu kəndə gələsən”.
“Maşınları, de, bizdə əsas minik maşınlarını bərbad günə qoyur. Yük maşınlarına nə var ki, onlar hər yerdə gedir də - daşda, kəsəkdə”.
Kənd camaatı yolların dağıdılmasıyla bağlı rayon icra hakimiyyətindən prezidentə qədər bütün qurumlara şikayət ünvanlasalar da, bir nəticəsi olmayıb. Onlara verilən sözlər tutulmayıb.
“Bizə çox yerdən söz verdilər ki, yolumuz tikinti qurtaran kimi düzələcək. Sonra tikinti qurtardı, “Şabran” istirahət mərkəzi tikildi. Ora qədər yollar, maşallah, asfalt, şüşə kimidir. Müraciətimiz, ərizələrimiz gedib mərkəzə. Hələ baxan yoxdur. Prezident Aparatınacan göndərilib. Hələ baxan yoxdu şikayətimizə. Söz veriblər guya ki, düzələcək. Haçanı bəlli deyil”.

Meydan TV

 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti