Texniki Universiteti  bitirən Xalidə İbrahimova necə məktəb direktoru olub..? 

Fenomen mekteb direktorunun fəaliyyəti araşdırılmalıdır?

Cənab Emin Əmrullayev,yığışdırın fenomen məktəb direktorlarını!


Bir media olaraq təhsil sahəsindəki   problemləri zaman-zaman gündəmə gətiririk. 
Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya halları  barədə mediada  geniş  araşdırma yazıları dərc olunur. 
Neçə illərdir ki, orta məktəblərdə  süpürgə pulu, fond pulu, qayıb-qiymət pulu medianın  gündəmindən düşmür. 
Bütün bunlar azmış kimi, məktəblərdə  “ölü canlar”, adı olub özü olmayan  işçilər də ciddi mövzudur. 
Təsəvvür edirsiniz, məktəb direktoru mühafizəçi, bağban, xadimə və s adı altında  xeyli sayda  işçinin əmək haqqı kartını  cibində gəzdirir və hər ay  xeyli miqdarda  dövlət vəsaitini mənimsəyir. 
Bütün bunlar azmış kimi məktəb direktorları  təmir-tikinti adı altında  dövlətin ayırdığı  xeyli vəsaiti  müxtəlif şirkətlərə tender yolu ilə verərək, onlardan “otkat” alır. 
Bir sözlə, vaxtıilə MƏBƏD hesab etdiyimiz orta məktəblər rüşvət və korrupsiya məkanına çevrilir. 
Biz hələ orta məktəb direktorlarının repetitorlar üçün müəllimlərə  ayırdığı sinif otaqlarından,  gəlirləri 50-50  faizlə bölüşdürməsindən  danışmırıq. 
Məktəblərin  yeməkxanalarına  verilən ərazq və qida məhsulları da  başqa bir yazının mövzusudur.  
Sözün qısası  uşaqlarımızın  gələcəyi olan  məktəblər  əməlli-başlı  biznes və rüşvət  məkanına çevrilib. 
Məktəb direktorlarının  necə təyin olunması, bu təyinatın qiymətləri lap dəhşətlidir. 
Bütün bunlardan əlavə ən dəhşətlisi odur ki,  pedoqoji təhsili olmayan, pedoqoji təcrübəsi olmayan şəxslər məktəblərə direktor  təyin olunur. 
Yeri gəlmişkən, bir müddət əvvəl məktəblərdən birinə  aqronom olan bir şəxs  direktor təyin olunmuşdu. 
Müzakirə zamanı sabiq deputatlardan biri demişdi ki, məktəb direktoru  pedoqoq olmaya bilər.
Guya Allah qoymasa məktəb direktorunun işi pedoqoji deyil, menecer işidir, yəni məktəb direktoru  biznesmen olmalıdır. 
Bax, bu günümüzün reallığıdır. 
Bəli, məktəb direktoru menecer, biznesmen olmalıdır. 
Sözün qısası, məktəblərimizdə vəziyyət dözülməz həddə çatıb. 
Bu yazıda konkret olaraq Bakı şəhərindəki  Eldar  Əliyev adına  93 saylı orta məktəbdən bəhs etmək  istəyirik. 
Məktəbin direktoru  Xalidə Səfər qızı İbrahimova barəsində qısaca bu qədər:
Xalidə Səfər qızı İbrahimova 1976-cı ildə anadan olub. 
 Tərcümeyi-halında Azərbaycan Texniki Universiteti  bitirdiyi yazılıb. 
İstər-istəməz ortaya sual çıxır ki,  Texniki Universiteti bitirən bir şəxs  necə orta məktəbdə direktor  ola bilər..? 
Amma düşünürük ki, əgər  AQRONOM məktəb direktoru olursa, niyə Texniki Universitetin məzunu məktəb  direktoru olmasın..? 
Xalidə İbrahimova  3 ildir ki, bu məktəbə rəhbərlik edir. 
Xalidə İbrahimova  texniki təhsili ilə  Təhsil Nazirliyində baş məsləhətçi işləyib, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümum təhsil sektorunun məsləhətçisi olub və hazırda 93 nömrəli tam orta məktəbin direktorudur. 
Onu da qeyd edək ki, məktəb  burada təhsil almış  şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır. 
Məktəbdə şagirdlərdən yığılan pullar,  sinifdə qalmamaq üçün valideynlərin verdiyi rüşvət, repetitor müəllimlərdən alınan  aylıq, hətta “arenda pulu”  və s  hüquq-mühafizə orqanları tərəfindən ciddi  araşdırılmalıdır. 
Sonda  Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən soruşuruq ki, məktəb direktoru Xalidə İbrahimovanın bu əməllərini görmürsünüz..?