Qulaq gündə bir söz eşitməsə kar olar. Bu gün nazirliklərə, komitələrə, icra hakimiyyətlərinə və başqa qurumlara rəhbərlik edən şəxslərin arasında elələri vardır ki, onlarla şəxsən üz-üzə oturmağın özü böyük bir cinayətdir. Biz bu gün nələrin şahidi olduq, İLAHİ. Biz gözlərimizlə gördüklərimizi, qulaqlarımızla eşitdiklərimizi təkrar-təkrar beyinlərimizdən keçirdərək bir daha inanmamağa çalışdıq ki, görəsən İLAHİ biz düzmü eşitdik və gördük. Amma bu sözlərin dövlət ərkanında təmsil olunan şəxsin dilindən eşitdiyimizə görə, çox təəssüf hissi keçirdirik. Bu yazıdan sonra hansı problemlərlə üzləşəcəyimizdən qorxmayaraq, üzümüzü ölkə başçısına tutaraq, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində köklü yoxlamaların aparılmasına start verilməsini bir vətəndaş kimi, xahiş edirik. Xahiş edirik ki, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Qaçqın və Məcburi Köçkünlərin işləri ilə maraqlanan şəxslərin kimliyi araşdırılsın, mövqeləri bəlli olsun. Kimlər tərəfindən yaradılan narazılıqlar araşdırılaraq, üzə çıxarılsın. Biz bu komitədə baş verənlərə heç vaxt susmayacağıq. Bu komitədə Vasif Talıbovun, Ramiz Mehdiyevin və başqa dövlətdən incik şəxslərin yaxın adamlarının Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparıcı vəzifələrdə olmaları bizi dəhşətə gətirdi. Dəhşət təkcə o deyildi. Müxalifət yazarları üçün, dədəsi öləndə ağlamayanlar necə göz yaşları tökdülər, onu gözlərimizlə gördük. Baxın, Rövşən Rzayev DTX-dan işdən qovulan, Rusiya meyilli, Qubadlı rayonundan olan, Mamed İsgəndərovun qohumu, Nizami Hüseynovu Analitik İdarəyə şöbə müdiri təyin etməsi necə başa düşülür? Qatı Müxalifət yazarının qardaşını komitədə məsul vəzifəyə təyin etməsini, necə başa düşək? Məcburi köçkünlərin “çörəkpullarını” kəsmək hesabına Qənaət edilən büdcə yaradaraq, görüntülənmək nəyə hesablanır? Məcburi köçkünlər arasında narazılıq yaradaraq, öz xislətlərini həyata keçirən istər Nizami Hüseynov, istər başqaları kimə xidmət edirlər? Suallar çoxdur, cavablar isə dostlarımız bizdən inciməsin, faktlarla olacaq. P.S. Eşitdik ki, Müxalifət yazarına böyük çadır və orada bütün şəraitlər yaradılıb. Həmin çadırda nə baş verib? Onu ancaq və ancaq həmin çadırı verənlər bilər.