Teref.az yazır ki, sosial media fəalı Əziz Qənbərli feysbukda bu şəkilləri paylaşaraq aşağıdakı postu yazıb. Əziz Qənbərli fesbuk postunda yazır: "Bu ev Kəlbəcərin deputatı həzrəti Aqil Məmmədovun, İcra Başçısı Azər Qocayevin, nə də ki, "madam sənətkarımız" Bayram Nurulunun yaşadığı ev deyil. Burası Deputat Aqil Məmmədovun və İcra Başçısı Azər Qocayevin bixəbər olduğu Qarabağ Qazisi, Qəhrəman qardaşımız Kəlbəcər rayon Susuzluq kənd sakini RZAYEV CEYHUN ARİF OĞLUNUN yaşadığı saray tipli villasıdır. Aqil Məmmədov və Azər Qocayev görsəniş xatirinə məktəblərdə Kəlbəcərliləri qəbul etməzdən əvvəl direktorlara və icra nümayəndələrinə 50 dəfə tapşırırlar ki, birdən qəbulda problemli vətəndaş olar ha. Gəlsinlər qarşımızda boynu büküb otursunlar şəkil çəkdirək getsinlər. Ceyhun qardaşımızın bu villası Goranboy rayonu Veyisli kəndidə yerləşir. Kənd ana yolun düz üstündədir. Canınız çıxar gedib ora baş çəkib şəkil çəkdirib problemləri ilə məşğul olasız. P.S: "cənab" Nurulunun pedikürünə və manikürünə xərclənən pula 2 qaziyə ev almaq olar. Ona pul xərcləyən "iş adamlarından", "məmurlardan" xahiş edirəm bir Qazilərimizi də nəzərə alsınlar. Əziz Qənbərli" Teref.az olaraq ümid edirik ki, bu yazımız kimləri isə hərəkətə gətirəcək!! Teref.az