"Azərbaycan Dəmir Yolları"ndakı YEYİNTİ FAKTINI İFŞA ETDİYİ ÜÇÜN İŞDƏN AZAD EDİLDİ - ŞİKAYƏT
Qafar Sadıxov: "Oğurluğun və təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini çəkib "Hürriyyət TV"yə göndərdiyimə görə Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır"

"QSC sədri Rövşən Rüstəmova, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm"

Bu gün Hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi ünvanında yaşayan Qafar Əsgər oğlu Sadıxov "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında yaşanan özbaşınalığı, yeyinti, dövlət əmlakını talama hallarını videolentə alıb "Hürriyyət TV" kanalına göndərdiyi üçün rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Şikayətçi iddia edir ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında hökm sürən oğurluğun, o cümlədən gələcəkdə yaşana biləcək təhlükənin qarşısını almaq məqsədiylə atdığı addım sonda ona baha başa gəlib, heç bir səbəb olmadan işdən azad edilib: "Təxminən, 2 ili yaxındır ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında 100 ədəddən çox refrigerator vaqonların soyuducu hissələrini, 200 ədəd ağır dəmir qapılarını, 200 ədəd vaqonların bir-birinə qoşulması üçün avtoqoşquları, buksları, resorları və altından təkər cütlərini çıxardaraq vaqonları təhlükəli vəziyyətdə saxlayıblar. Bu səbəbdən də mən həm oğurluğun, həm də təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini mobil telefonla çəkərək, "Hürriyyət TV" kanalının "WhatsApp" nömrəsinə göndərdim ki, həqiqəti üzə çıxarmaq üçün efir vasitəsiylə ictimaiyyətə çatdırılsın. Məhz bundan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır".

Elektrik qatarında 20 il 2-ci dərəcəli maşinist vəzifəsində çalışdığını qeyd edən Qafar Sadıxovun sözlərinə görə, 28.01.2021-ci tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynovun şər-böhtanıyla maşinist vəzifəsindən çıxarılaraq, maşinist köməkçisi vəzifəsinə təyin olunub: "Lakin həmin gündən indiyə kimi oğurluqda əli olan "Azərbaycan Dəmir Yolları" QSC-nin bəzi rəhbər işçilərinin tapşırığı ilə İlham Hüseynov məni işə buraxmır. Bu haqda 06.06.2023-cü il tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov cənablarına ərizə ilə rəsmi qaydada müraciət etmişəm və ondan işimə qaytarılmağıma köməklik göstərməsini xahiş etmişəm. Lakin bunun da heç bir faydası olmayıb. Odur ki, sizin vasitənizlə yenidən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmova, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan üzləşdiyim problemin həllində yardımçı olmalarını, səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az
 
 
 

Bölmənin digər xəbərləri

29 Noyabr 2024 Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
29 Noyabr 2024 Deputat Xanlar Fətiyev ölkədən nə qədər valyuta çıxarıb?
29 Noyabr 2024 Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı

Dünyapress TV

Xəbər lenti