“Mən Qusarlı balası Canaxmad..” deyən kəs ARAN-da nə gəzir..? Dövlətin hesabına milyonlara sahib olan Canəhməd Əhmədov həbs olunmalıdır... Sözün düzü, İmişli sakinlərinin ölkənin bütün dövlət qurumlarına, hətta cənab Prezidentə şikayət etdiyi Azərişıq ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovun özü barəsində bəzi saytlarda yazdırdığı “bəy tərifini” oxuyanda məəttəl qaldıq. Guya Allah qoymasa, “Canəhməd Əhmədov döyüşlərdə ön cəbhənin mülki qəhrəmanlarındandır. İşğaldan azad edilən hər kənddə, hər məntəqədə enerji təchizatını gecə-gündüz demədən bərpa edən və həmin ərazilərdəki yenidənqurma işlərində iş otağından deyil, birbaşa ön cəbhədən çalışan məmurlardandır”. “Mülki qəhrəman” sözünü ilk dəfədir ki, eşidirik. Ay Canəhməd, sən nə vaxtdan qəhrəman olmusan..? Özü də mülki qəhərman ee... Sənin tay-tuşların Qarabağda vuruşanda sən kimin harasında gizlənmişdin... Həm də Qaradağ İşıq İdarəsində işlədiyin vaxt rayonunun sakinləri səni daş karxanalarına “levı işıq” satan, milyonlar qazanan, kasıb insanların isə 5 manat borcu olanda işığını kəsdirən biri kimi tanıyırdılar. Axı, səni Qaradağ sakinləri texniki şərtin verilməsindən tutmuş adi elektrik dirəklərinin basdırılmasına qədər, hər işdən rüşvət alan birisi kimi tanıyırlar. İnsanlarda sənə qarşı dəhşətli nifrət olub. Bütün bunlar ortada ola-ola səni Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə rəis təyin etdilər. Və heç kim düşünmədi ki, “Mənə Qusarlı balası deyərlər..” deyən Canəhməd Əhmədovun ARAN rayonlarında nə işi...? (Axı sən nə üçün ayrıseçkilik salırsan sən bilmirsən ki, bu söhbət bir başa cinayət məsuliyyəti yaradır?... Bu başqa yazının mövzusudur.) Məgər ARAN rayonlarında bir nəfər savadlı, ləyaqətli elektrik mütəxəssisi tapılmadı ki, Canəhmədi ARAN-a rəis təyin elədilər..? Biz bir media olaraq ölkəmizin hər bölgəsinə, insanlarına hörmət və ehtiramla yanaşırıq. Amma... Əmması odur ki, İmişli ağsaqqalları səni gənc xanımlara etdiyin rüsvayçı təklifə görə rayondan qovalamaq istəyirdilər. Bəlkə yadından çıxıb, ay Canəhməd..? Sataşdığın, ailəsini dağıtdığın qadınlardan birinin əri balta ilə səni öldürməyə gəlmişdi, sən isə qaçıb zirzəmidə gizlənmişdin. Ə, bəs deyirdin “Qusarlı balasıyam...? Bəli, Canəhməd Əhmədov təkcə rüşvətxor, korrupsioner deyil, həm də saytların yazdığına görə, milli-mənəvi dəyərləri ayaq altına atan biridir. Bunu biz demirik haa... Saytlar yazıb (faktinfo.az). Belə adama vəzifə vermək özü cinayətdir. Bu hələ harasıdır..? Canəhməd Əhmədovun vəzifədən qanunsuz çıxardığı, Ağcabədi sakini olan mühəndis hazırda Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bəh-bəh, Canəhmədə görə, Avropa Məhkəməsində Azərbaycanın imici zədə alacaq. Bütün bunlar ortada ola-ola Canəhmədə söz deyən yoxdur. Biz hələ Canəhməd Əhmədovla, hazırda həbsdə olan, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin ortaq cinayətlərindən danışmırıq. Qısaca qeyd edək ki, Məlumdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2021-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və Vilyam Hacıyevi həbs edib. Həmin vaxt Canəhməd Əhmədov da qısa müddət saxlanılıb, sonra hansı yollasa xilas olub. Canəhməd Əhmədov istintaqa verdiyi ifadəsində yazır ki, sosial məişət şəraiti aşağı olan şəxslər üçün tikilən binadan mənzil verilməsinə görə rüşvət verib: “Mənə iki otaqlı mənzilin verilməsinə görə razılıq verildi. Sonra mənə bildirildi ki, Cəmillə (baş mühasib) əlaqə saxlayım. Beş ay ərzində Cəmilə 10 min manat ödədim”. Yəni Canəhməd Əhmədov Vilyam Hacıyevlə eyni cinayət əməlinin iştirakçısıdır. Bəs onda Canəhməd niyə Vilyamın yanında, həbsxanada deyil..? Kimdir onu müdafiə edən..? Onu qeyd edə bilərik ki, Canəhməd Əhmədov hər yerdə deyir ki, mənim şefim-böyüyüm “Azərişıq” ASC-nin elə bir adamıdır ki, bütün məclislərdə rəhbərliyin deyil, həmin adamın, sağlığını qeyd edir, deyir ki, qazandıqlarımı onunla bölürük. Həmin adam sədr olanda məndə daha yüksək vəzifədə olacam. Bu adama başa salan yoxdur ki, Azərişıq-a sədr təyin etmək cənab Prezidentin səlahiyyətində olan məsələdir, sən Prezidentin səlahiyyətinə müdaxilə edirsən..? Canəhmədin özü haqqında yazdırdığı “bəy tərifində” qeyd olunur ki, guya o, gecə-gündüz Qarabağda azad edilmiş ərazilərdə elektrik işləri ilə məşğul olur. Buna deyən lazımdır ki, başqaları Qarabağa topla, tankla gedəndə sən 63 min dollara aldığın 90-TH-222 nömrəli Qalenvagen maşını ilə gedirsən. Bir soruşan yoxdur ki, mantyor Canəhməd 63 min dollara maşını hansı pulla alıb..? Soruşanlara da deyir ki, mənim deyil, arvadımındır. Yəni Əhmədova Yelenaya məxsusdur. Biz bir söz demirik, görəsən Əhmədova Yelena xanım 63 min dolları haradan qazanıb?... Bu sadə aylıq məvaciblə alınan bir işə oxşamır hörmətli Canəhməd müəllim!!! Bəli, Canəhməd kimilər aravad-uşağın, oğulun adından yeri gəldi-gəlmədi istifadə edirlər. Canəhməd də addımbaşı oğlunun Qarabağ qazisi olduğunu deyib sinəsinə döyür. Bəli, biz Qarabağ qazilərimizlə fəxr edirik, öyünürük, onlarla biz qürur hissi keçiririk. Amma Canəhməd Əhmədova onu da demək istəyirik ki, qazilərimiz, müharibə veteranlarımız heçdə özlərini sizin kimi reklam etmirlər. 80 manat aldıqları pulla özlərini birtəhər dolandırırlar. Heç kimin qarşısında öyünmürlər. Amma siz hər yerdə yaxınlarınıza, dostlarınıza bildirirsiz ki, mənim oğlum 800 manat təqaüd, 1000 manat məvacib, 2000 manat “paket”, hələ üstəlik dövlət tərəfindən yardım olunanda onuda alırıq, bu bizim haqqımızdır. Amma Canəhməd Əhmədova bildiririk ki, sən özünü çox ağıllı və güclü sayma, nə olsun ki, milyardlarla pulun var?... Zərurət yarananda o pul heç nəyə yaramır. Sözün qısası, Canəhməd Əhmədovun əməlləri DTX, Baş Prokurorluq tərəfindən ciddi araşdırılmalı və onun bir neçə ay öncə aldığı 63 min dollarlıq qalenvagenə verdiyi pulların ünvanı bilinməlidir. Bir məsəni də diqqətə çatdıraq ki, Canəhməd Əhmədov mütləq həbs olunmalıdır. P.S. Yazı çapa hazırlanarkən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Azərişıq sədri Vüqar Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov barəsində araşdırılmaların aparılmasına göstəriş verib.