Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Toxum və ting istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər attestasiyadan keçirildikdən sonra onlara şəhadətnamə verilməsi və toxum istehsalçıları reyestrinə daxil edilməsi vəzifəsi nazirliyin struktur bölməsi olan Aqrar Xidmətlər Agentliyinə tapşırılmışdır". Bu barədə Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Qüvvədə olan mövcud qanunvericiliyə görə Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün tələblərin ən başlıcası aşağıdakılardır:
- 2 ildən az olmayaraq toxumçuluq fəaliyyəti üzrə iş təcrübəsi; - toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün mülkiyyətində, icarəsində və ya istifadəsində aşağıda göstərilən torpaq sahəsinin olması: - taxıl toxumçuluğu üzrə minimum 50 hektar; - pambıq toxumçuluğu üzrə minimum 15 hektar;
Aqrar Xidmətlər Agentliyi tərəfindən 2021 ci ildə Ağalarov İntiqam Ağalar oğluna toxumçuluqla məşğul olmaq üçün müvafiq şəhadətnamə verildiyi iddia edilir. Əlavə olaraq bildirlir ki Şəhadətnamənin alınması üçün təqdim olunmuş torpağa aid sənədlərdə göstərilən 96 hektar sahənin cəmi 12 hektarı əkin digərləri isə əkin deyildir.
Təqdim olunmuş sənədlərin 50 hektarı Ağalarov Şahin Ağalar oğluna aid olmaqla qışlaq sahəsidir. Bu iki şəxs arasında heç bir müqavilə olmasada 2021 ci ildə həmin 50 hektar sahəni Ağalarov İntiqam Ağalar oğlunun adına bəyan edilərk 9000 manat subsidiya alınmışdır.Ağalarov İntiqam Ağalar oğlunun Aqrar Xidmətlər Agentliyinə təqdim etdiyi və öz adına olan və Məmmədqasımlı kəndində yerləşən 7.8 hektar 14.2 hektar 12 hektar yerlər isə örüş -otlaq sahələridir.Bütün bunlara göz yuman isə həm Mirzə Əliyev ,məlumatı olsa da heç bir tədbir görməyən nazirliyin sabiq daxili nəzarət və audit idarəsinin rəisi hazırda aparat rəhbəri Fuad Mayılov və onun yaxın qohumu və şöbə müdiri Ramin Əhmədovdur".
Daha sonra sabiq KTN işçisi bildirir: "Bunları qeyd etməklə hörmətli MƏCNUN MƏMMƏDOVDAN problemi (deyilənlər düzdürsə) həll etməyi xahiş edirik. 96 hektardan götürülmüş toxum 1000 hektardan yuxarı əkiləsi torpaqları keyfiyyətsiz toxumla təminatına, yüzlərlə fermerin az məhsul götürməsinə, çoxlu dövlət vəsaitinin israfına səbəb ola bilər..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...