"Bir başçı ki, köməkçisi öz qardaşı, sürücüsü bacısı oğllu ola..." - İmişli sakininin səbr kasası doldu // VİDEO
Bir neçə gün əvvəl İmişli rayon sakini Həsənova Samirə Voroşil qızı "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, çarəsiz durumda olduğunu bildirdi.

Səbəbini isə belə izah etdi ki, "İmişli rayonunda 3 gün birinin, 5 gün birinin evində qonaq kimi yaşayıram. Evim yoxdur. Xəstə övladım var, o da açıq ürək əməliyyatı olunmalıdır ki, bunun üçün də 17.000 (on yeddi min) manat pul lazımdır. Bu məbləği toplamaq üçün Allah razı olsun, rayon sakinləri pul yığırlar. Özüm də balam üçün işləmək, balama kömək etmək istəyirəm, iş tapa bilmirəm. Məşğulluq mərkəzi də, "DOST" iş mərkəzləri də məni sanki ələ salırlar. Gah deyirlər "sizə uyğun iş yoxdur", gah da əlimə iş yeri siyahısı verib müxtəlif ünvanlara göndərirlər, gedirəm, cavab verirlər ki, "artıq, başqa adam götürmüşük". Rayonun içində mən idarədən iş yerinə gedənə qədər güya o işə artıq başqa adam götürürlər. Bələdiyyəyə müraciət edirəm, deyir - "Vallah bizlik deyil, başçı əmr versin, bu dəqiqə işə götürüm səni. Mənlik deyil, ora de". Çarəsiz qalıb yenidən İcra Hakimiyyətinə üz tuturam, məni təzədən göndərirlər məşğulluq idarəsinə. Bu qədər dərdin içində mənimlə sanki oyun oynayırlar".



Doğrusu xanımı dinlədikcə elə biz də elə düşünməyə başladıq.

Bu nə deməkdir?
Rayon rəhbərliyi və məsul şəxslər vətəndaşla zarafatmı edir?

Özü özünü maliyyələşdirməsi üçün kifayət qədər gəlir mənbələri olan İmişli rayonunun bu çarəsiz sakininin istədiyi o qədər də böyük, əlçatmaz bir şey deyil axı. O sadəcə yaşamaq üçün bir sığınacaq, balasını dolandırmaq üçün bir iş istəyir.

Hörmətli Elçin Rzayev, vətəndaş Samirə xanım kimlərsə kimi havayı pul istəmir ki, deyir, "iş verin, işləyim, bir tikə çörəkpulumu qazanım.

Xanımın özü demişkən, necə olur ki, İcra Hakimiyyətinin özündə belə maşallah yaxın qohumlarınıza, ailə üzvlərinizə, həmçinin rayonda fəaliyyət göstərən iş adamlarının yaxınlarına (rəsmi və ya qeyri-rəsmi) iş yeri tapıb, yerləşdirə bilirsiniz?!

O sahibkarlar ki, hər bayramda cibinin pulu ilə şəhid ailələrinə, qazilərə bayram sovqatı paylamaq məcburiyyətində qalır, özü də özünün yox, rayon İcra Hakimiyyətinin, yaxud YAP təşkilatının adından.

Bütün olanlardan xəbərimiz vare, sadəcə deyirik, kim verir-versin, əsas odur bu həssas təbəqənin insanları heçolmasa 1 poket makaron, 1 qutu çay və 1 kiloqram qəndlə də olsa xatırlansın. Belə baxanda baha başa gəlsə də İcra Hakimiyyətinin səfasını da sürən onlardır. Amma, heçolmasa vəzifənizin deyil, Allahın xatirinə bu binəva sakinləri də gör.

Vətəndaş qəbulunu müavinlərinə həvalə edən Elçin Rzayevin nə sakinlər nə də rayonun təmizliyi, abadlığı maraqlandırmadığı rayon camaatının narazılıqlarında əks olunur.

Yeri gəlmişkən, yuxarıda diqqət etdinizsə, xanım deyir ki, "Bələdiyyə sədri deyir, "vallah mənlik deyil, başçı əmr versin bu dəqiqə səni işə götürüm "."

Bəs deyirdilər bələdiyyə ayrıca qurumdur, İcra Hakimiyyətinə aidiyyatı yoxdur?
Əgər belədirsə bələdiyyə sədri niyə Elçin Rzayevdən əmr gözləyir?

Qeyd edək ki, Samirə xanımın "Kamalın zamanı" proqramında canlı yayımda dedikləri ilə bağlı mövqe öyrənmək üçün İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini Rüfət Muradov ilə telefon əlaqəsi saxladıq.

Rüfət Muradov bildirdi ki, xanım gəlsin mənim yanıma, özüm qəbul edəcəm.
Biz də Samirə xanıma İcra Hakimiyyətinə getməsini dedik.
Elə həmin gün də Samirə xanım İcra Hakimiyyətinə gedib, Rüfət Muradovla görüşüb. Görüş zamanı Rüfət Muradov bildirib ki, "Sabah tədbir var, birigün sənə zəng edəcəyik".

Qeyd edək ki, artıq bir həftə müddət keçməsinə baxmayaraq, xanım bildirir ki, icra hakimiyyətindən onunla əlaqə saxlayan olmayıb.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Jalə Asiman
DoğruXeber.az

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti