Verilən məlumatda bildirilir ki, 266 saylı körpələr evi-uşaq bağçasının müdiri Fəridə Yunusova hər ayın əvvəli və axırı rüşvət toplamaqla məşğuldur. Bunun əleyhinə çıxan kim olsa dərhal cəzalandırılır. Məktəbəqədər təhsil müəssisələri əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində idi. Bu qurumun rəhbəri də Eldar Yunusov idi. Qeyd etmək istəyirik ki, 266 saylı körpələr evi-uşaq bağçasının müdiri Fəridə Yunusova Eldar Yunusovun qızıdı. Buaradan belə görünür ki, adı çəkilən təhsil müəssisəsinin müdiri Fəridə xanım atasının himayəsində idi. Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyin tabeçiliyinə keçəndən sonra 266 saylı bağçadan ardı-arası kəsilməyən şikayətlər çoxalmağa başladı. Buaradan belə görünür ki, atasının himayəsi ilə bağça müdiri Fəridə xanım görəsən bundan sonra valideynlərin şikayəti qarşısını necə alacaq.
Rüşvətxorluq, korrupsiya, vəzifədən sui-istifadə etmək üstündə işdən qovulanlar, az keçmədən daha yüksək postlara təyin olunurlar. Təhsil sahəsi də bu baxımdan istisna deyil. Yarıtmaz fəaliyyətinə görə işdən çıxarılan təhsil müəssisələrinin rəhbərləri rayon təhsil şöbələri tərəfindən asanlıqla basqa məktəblərə təyinat alırlar. Yəni cəzalanmaq əvəzinə, mükafatlandırılırlar. Yəqin ki, bu müəmma öz-özünə baş vermir. Rüşvətxorlar yığdıqları pulun gücünə karyera pillələri ilə irəliləməyi bacarırlar. Burda deyiblər ki, balıq başdan iylənər.
Mənbədən daxil olan məlumata əsasən 266 saylı bağçada adı işçi kimi gedən bir neçə xadimənin maaş kartları da müdirin əlindədir. Onlardan bəzisi heç bağçanın yerini belə tanımır. Fəridə xanım hər ayda tərbiyəçilərdən də ayrıca haqq almasını da deyir.
Mərkəzdə yerləşən bu təhsil müəssisəsində yerləşən bu məktəbdə baş verənlər müəllimlərlə bərabər, valideynlərin də ciddi etirazına səbəb olub. Redaksiyaya göndərilən şikayət məktubunda müdirin ziyalıya yaraşmayan əməlləri sadalanır və və buna etinasız qalan müvafiq qurumların bu addımı şiddətlə qınanır.
Fəridə xanım qanunsuz əməllərə yol versə də heç kimdən qorxub çəkinmir. Belə çıxır ki, rüşvətxor müdirin arxasında dayanan həqiqətən də atası Eldar Yunusovdur.
Mövzunu diqqətdə saxlayacayıq…
Redaksiyadan: İnanırıq ki, məlum şikayətdən sonra Təhsil Naziri 266 saylı bağçada yaranan rüşvət problemini aradan qaldıracaq. Qarşı tərəfidə dinləməyə hazırıq. gundelikxeber.com