DİA.AZ: - "Şikayətim pulu alıb 2 gün keçməsinə baxmayaraq, hələ də malı göndərməyən "İrşad" mağazalar şəbəkəsindəndir..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Hafiz Süleymanov adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Əsas da "28 May"da yerləşən magazaları...
Srağagün nəgd qiymətə aldıgımız printeri "sabah gün ərzində sizdə olacaq" demələrinə baxmayaraq nə maldan xəbər var, nə "İrşad"dan...
"Qaynar xətt"lərinə də zəng vurursan, deyirlər, səbrli olun... Bu gun zəng vurmuşuq, deyirlər, əlaqə saxlayacaqlar... Amma hələ də bir şey yoxdur ortada...
Nəysə alanda çox fikirləşin ki, həm pulunuz getməsin, həm də əsəbləriniz...