“Qaçqınkom” Bakı polisinin barəsində axtarış verdiyi şəxsə 615 min manatlıq tender verdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Ağdam rayonu məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işləri üzrə 21.02.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə tender müsabiqəsi 20.04.2023-cü il tarixdə tamamlanmış və “QARABAĞ TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilərək 615.063,2 manat məbləğində dövlət sifarişi almışdır. MMC 19.07.2023-cü ilə qədər Ağdam rayonundakı məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işlərini aparacaq.

Qeyd edək ki,“Qarabağ Təmir-Tikinti” MMC-nin barəsində açıq mənbələrdə o qədər də geniş informasiya yoxdu. Yalnız elektron media resurslarının yaydığı araşdırmadan bəlli olur ki, Mənzil İstismar Departamenti tərəfindən 2020-ci ildə keçirilmiş bir neçə tenderin də qalibi sözügedən MMC olub. Belə ki, Ağdam rayonunda 16 ədəd fərdi yaşayış evlərinin təmiri işləri üzrə 295 261.75 manat dəyərində müqavilə 16.09.2020-ci il tarixdə “Qarabağ Təmir-Tikinti” MMC ilə bağlanıb. Qeyd edək ki, Departament sözügedən MMC-nin hesabına elə həmin rayonda 13 fərdi yaşayış evinin təmiri işlərinə 294 162.72, növbəti tenderdə isə 16 fərdi yaşayış evinin təmiri işlərinə də 295 261.75 manat dövlət vəsaiti ayırıb. Burada isə hər bir evin təmirinə orta hesabla birincidə 22 627,ikincidə isə 18 453 manat düşür. Maraqlıdır, 13 fərdi yaşayış evinin də, 16 fərdi yaşayış evinin də təmirinə 300 min manata yaxın vəsait ayrılıb. Qeyd edək ki,sözügedən MMC təkcə 2020-ci ilin avqust-sentyabr aylarında 5 tenderin qalibi olub ki,onun 3-ü Ağdam rayon İcra hakimiyyətinin elan etdiyi tenderlərdir. Sözügedən şirkət 2021-ci ildən ildən başlayaraq, Ağdam RİH-in 8 tenderinin qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Qarabağ Təmir-Tikinti” MMC-nin Ağdam Rayon Vergilər Şöbəsində 19.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsi, qanuni təmsilçisinin isə Məmmədov Elgün Yusif oğlu olduğu qeyd edilib.

Bəs kimdir Məmmədov Elgün Yusif oğlu? İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmalarda bu ad və soyadda bir neçə nəfərin olduğu aşkarlandı. Daha diqqət çəkən iki Elgün Məmmədov var. Onlardan biri Gilan Otelçilik Qrupunun İcraçı Direktoru Elgün Məmmədovdur ki, ata adını öyrənə bilmədik. Ata adı uyğun gələn digər Məmmədov Elgün Yusif oğlu DİN tərəfindən axtarılır. Belə ki, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ( (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə axtarış elan edilmişdir.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsində deyilir ki, tenderlərdə iştirak edəcək podratçılar “satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır”. “Qarabağ Təmir-Tikinti” MMC-nin qanuni təmsilçisi Məmmədov Elgün Yusif oğlu ilə Bakı şəhəri Baş Polis İdarəsinin barəsində axtarış elan etdiyi Məmmədov Elgün Yusif oğlu eyni bir şəxsdir, ya bir təsadüfdür deyə bilmərik. Onu müəyyən etmək hüquq mühafizə orqanlarının işidir.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1682406986_1.jpg
Məlumatlara aydınlıq gətirmək məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sektor müdiri, əlaqələndirici şəxs Fariz Abbasova dəfələrlə zəng edərək əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı. Odur ki, movzu ətrafında araşdırmalarımıı davam etdirəcəyik.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovdur. Dövrü mətbuatın yazdığına görə vaxtı ilə Balaxanıneft Neft Qaz Çıxarma İdarəsinin rəisi olmuş, naməlum səbəblərdən işini itirmiş, daha sonra Komitə sədri Rövşən Rzayevin ən yaxın adamı kimi Mənzil İstismar Departamentinin direktoru vəzifəsinə gətirilmiş Səbuhi Əhmədovun qaçqınların başına oyunlar açması, mənzilləri satması, qaçqın şəhərciklərində satmadığı yerin qalmaması barədə çoxsaylı məlumatlar var.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti