Ucar rayon Mərkəzi Xəstəxanasında həkim savadsızlığının qurbanları artır?- ŞİKAYƏT
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Ucar rayon mərkəzi xəstəxanasında həkim səhlənkarlığının növbəti qurbanları durmadan artmaqdadır.
Bunun bütün məsuliyyəti TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və İdarə Heyətinin sədri Zaur Əliyevin üzərinə düşür.
Belə ki, 24 aprel 2023-cü il tarixdə qan təzyiqi aşağı düşərək halı pisləşən Ucar rayon Qazyan kənd sakini Ələkbərova Kamilə Yaqub qızı Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsada həkim səhlənkarlığına görə vəfat edib.Hansı ki, orta məktəb şagirdi olan 16 yaşlı Kamilə Ələkbərova tam sağlam olub heç vaxt həkimə müraciət etməyib.Qəfil qan təzyiqi aşağı düşüb halı pisləşdiyi üçün Ucar xəstəxanasına çatdırılıb.Orada həkim Aydın Hüseynov səhv müalicə apardığı üçün xəstə vəfat edib.
Bundan başqa təxminən bir həftə öncə Ucar rayonu Çiyni kənd sakini Hüseynov Ceyhun Şahin oğlu hamilə həyat yoldaşını Ucar rayon Xəstəxanasına gətirib. Vaxtından əvvəl olduğu üçün keysəriyyə əməliyyatı ilə doğulan uşaq bir neçə saat sonra ölüb.
Zeynal Bayramlının direktoru olduğu Ucar rayon Mərkəzi Xəstəxanasında insan ölümlərinin sayı-hesabı yoxdur.Adi qan təzyiqinin düşməsinin qarşısını ala bilməyən həkimləri olan xəstəxana ümumiyyətlə bağlanmalıdır.
Zeynal Bayramlının talançılığı, korrupsiya əməlləri barədə kifayət qədər şikayətlər edilib mətbuatda yazılar dərc edilib.Ancaq TƏBİB-in rəhbərliyi onun barəsində tədbir görmək istəmir.Nəticədə isə adi yüngül xəstəliklərdən insanları Ucar xəstəxanasında öldürürlər.
Hətda Zeynal Bayramlı məclisdə deyib ki, TƏBİB-in rəhbərliyi kimdir ki, Ucar rayon Xəstəxanasının binasını Ziya Məmmədov öz vəsaiti hesabına inşa etdirib məni bura o rəhbər təyin etdirib.
Qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.2005-ci il tarixdə Tibb Universitetini bitirən kimi heç bir təcrübə əldə etmədən bir-başa Ucar rayon Qazıqumlaq kənd xəstəxanasına baş həkim təyin edilib bundan iki il sonra 2007-ci il tarixdə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.Zeynal Bayramlı 16 illik fəliyyəti talançılıq və korrupsiyadan ibarət olmuşdur.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik Zeynal Bayramlı barədə tədbir görəsiniz.

İmza; Ucar rayon sakinləri
1. Cəbrayılov Tural Malik oğlu
2. Həsənov Namiq Vasif oğlu
3. Babayev Gündüz Səlim oğlu
4. Seyidov Mirəli Mansur oğlu
download.jpg
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dəırc etməyə hazırıq!
Teref.az

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti