Bura Nəsimi rayonunda yerləşən Mirəsədulla Mirqasımov küçəsidir. Bina sakini Lyudmila Ağayeva deyir, “İnvestor” MMC Tikinti Şirkəti onun yaşadığı binanı sökməyə hazırlaşər. Lakin, o, ş irkətin təklif etdiyi şərtlərlə razı deyil.
Şikayətçinin sözlərinə görə “İnvestor” MMC ona sahəsi hazırkı evinin sahəsindən daha kiçik mənzil təklif edib.
Lyudmila Ağayevanən yaşadığı evə sağ və soldakı mənzillər sökülərkən evinin dam örtüyü zədələnib. Buna görə də evinin divarlarında artan rütubət şikayətçiyə maddi zərər vurub. Həmçinin şikayətçi deyir ki, tikinti şirkətinin Ədalət adlı əməkdaşı ona xəsarət yetirib.
Lyudmila Aağayeva məsələ ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə şikayət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Toplum Tv-yə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Şikayətçi deyir, onu evdən çıxarmaq üçün tez-tez evə gələn kommunal xidmətləri kəsirlər.
“İnvestor” MMC-nin sözçüsü Zaur Rəsulzadə deyir ki, şikayətçinin evində işığın, qazın kəsilməsindən xəbərdardır:
“Bilirəm kəsirlər, amma bunlar böyük pul istəyirlər axı. Bu şirkətin də təqsiri yoxdur axı. Yüz əlli ailədən, orada iyirmi ailə qalıb. Qalan hamısı razılaşıb. O biri ailə də, bax bu Lyudmilagildir, nə bilim orada birisi vardı, onlar deyirlər ki, bizə bir milyon pul verin. Yaxşı, bunlar milyoner olmaq istəyirlər şirkətin hesabına, bəs şirkət? Şirkət onsuz da dayandırmaq istəyir işlərini neçə vaxtdır. Sadəcə götürdüyü öhdəliyə görə, o yüz iyirmi ailəyə görə bu tikintini tikir. “
Hüquqşünas Ramil Süleymanov deyir, istənilən halda vətəndaş kommunal xidmətlərdən məhrum edilə bilməz. Bu özü də məhkəmə predmeti yaradır.
Lyudmila Ağayeva bu ittihamın absurd olduğunu, evinin qarşılığında elə öz evi dəyərində mənzil istədiyini bildirib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon məhkəməsində prosesə baxılır. Bununla belə şikayətçi məhkəmənin şirkətin əleyhinə qərar çıxaracağına inanmadığını bildirir.