Ardını oxu...
Penitensiar Xidmətdə inqilabi dəyişiklərə nail olmaq üçün ciddi siyasi iradənin nümayiş etdirilməsinin zamanı çoxdan çatıb. Bu qurumu Azərbaycanda “qanunlar məzarlığı” adlandırsaq, yanılmarıq. Elə bir gün yoxdur ki, bu qurumda dövlətçiliyin sütunlarını laxladan qanunsuzluqlar barədə siqnallar almayaq.

Qurumdakı neqativlər, hətta beynəlxalq təşkilatların ortaya çıxardığı qanunsuzluqlar barədə indiyə qədər Azsiyaset.com-da onlarla analitik materiallar dərc olunub. Amma... Tədbir görən yoxdur, bu müəssisədə oliqarx məmur şəbəkəsinin qanunsuzluqlarının miqyası isə günbəgün artmaqdadır.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Penitensiar Xidmətin korrupsiya piramidasının ən iri vintillərindən biri kimi xüsusilə diqqət çəkir. Bu idarənin əsas fəaliyyət istiqaməti Nazirliyin penitensiar müəssisələrində saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibb xidmətinin göstərilməsini təmin etməkdən ibarət olmalıdır.

Əslində isə nə baş verir, məhkumlar dövlətin tibbi resurslarından istifadə edə bilirlərmi? Təbii ki, maddi imkana sahib olmayan məhkumun bu fürsətdən yararlanmaq imkanı da yoxdur.

R.Mehdiyev Tibb Baş İdarəsinin rəisi kimi birbaşa Ədliyyə nazirinə tabedir. Ancaq bu tabelik formal xarakter daşıyır, çünki əldə etdiyi qeyri-qanuni və külli miqdarda gəlir yeni onun üçün “himayəçilər komandası” formalaşdırıb. R.Mehdiyev Ədliyyə sistemində ən çox qorunan məmurlar siyahısında ilk yerlərdən birində qərarlaşıb. O, özünü qanunlar qarşısında deyil, müxtəlif şəxslərin kabinetində hesabatlı şəxs hesab edir. Pensiya yaşı çatsa da, hələ də tutduğu postdan getmək haqqında düşünmür.

Uzun illərdir bu vəzifədə çalışan R.Mehdiyevin “xidmətləri” sayəsində müalicə müəssisələri və səhiyyə xidmətləri acınacaqlı hala gətirilib.

Müalicə müəssisələrindəki əxlaqsızlıq...

Müalicə müəssisəsinin əməliyyat və rejim işləri üzrə rəis müavini Elxan Cəfər oğlu İsgəndərov Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun ən yaxın adamlarından biri kimi (oğlunun dostu) həyata keçirilən qanunsuzluqların əsas icraçısıdır. Müalicə müəssisəsində baş verən tükürpədici hadisələrin başında da məhz bu şəxs dayanır. Bu barədə saytımıza yüzlərlə şikayətlər daxil olub. Məsələn, şikayət məktublarından birində deyilir ki, E.İsgəndərov müəssisənin qadın əməkdaşlarını - tibb bacılarını imkanlı məhkumlar üçün “dövriyyəyə” buraxıb. Polis zabitini qətlə yetirdiyinə görə 9 il həbs cəzası almış "FAB" şirkətinin prezidenti Rövşən Həsənovun və Səfərbərlik Xidmətinin keçmiş rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun sifarişi ilə müalicə müəssisəsinə gətirilən qadınlara görə onların hər birindən hər dəfə 500 manat rüşvət alması barədə məlumatlar bu adamın qanunları ən əxlaqsız üsullarla tapdalamasının bariz nümunəsidir.

Ceyhun Həsənovun müalicə müəssisəsindəki cinayəti necə ört-basdır edib?

Təkzibolunmaz məlumatlarda göstərilir ki, Penitensiar Xidmətin müalicə müəssisəsində Bəylərli Zaur Zeynal oğlu (1996-cı il təvəllüdlü ) və Süleymanov Vüsal İlqar oğlu (1990-cı il təvəllüdlü ) aralarından düşən mübahisə nəticəsində Məhərrəmov Orxan Nazim oğlunu (1986-cı il təvəllüdlü ) ölümcül vəziyyətdə döyüblər. Nəticədə Orxanın bud sümüyü sınıb və ağır kəllə-beyin travması alıb. Ancaq C.Həsənovun tapşırığı ilə bu cinayət ört-basdır edilib. Belə ki, müalicə müəssisəsində baş verən bu olaya cavabdehlik daşıyan əməliyyat və rejim işləri üzrə rəis müavini Elxan isgəndərov (C.Həsənovun oğlunun dostu) hadisədən iki gün əvvəlki tarixə “sərəncama” götürülüb. Z.Bəylərli və V.Süleymanov cəzadan yayındırılıb, onların hər ikisi özlərinə məqsədli xəsarət yetirməklə (biri qolunu, o biri isə qarnını cızıb) müalicə müəssisinə göndəriliblər. Kriminal aləmin üzvlərindən hesab olunan hər iki şəxs təmsil olunduqları şəbəkənin sifarişi və pulla müalicə müəssisəsində istirahət edirlər.

Çarpayılar dolub, həqiqi xəstələr koridorlarda yatır...

Hazırda müalicə müəssisələrində 600-ə yaxın çarpayı var. Demək olar ki, çarpayıların hamısı pulludur. Burada əsasən imkanlı məhkumlar, kriminal aləmin üzvləri və həbs edilən sabiq məmurlar “müalicə” alırlar. Həqiqi xəstələr isə dövlətin tibbi xidmətindən heç bir halda yararlana bilmir, onlar qırıq çarpayıları koridorlarda qoyub yatırlar. Ona görə də son illərdə bu müalicə müəssisələrində ölən məhkumların sayı durmadan artır.

Müalicə müəssisəsinin həyətində “villa” tipli evlər də var, bu evlərin içərisində soyuducu, televizor, kondisioner quraşdırılıb. “Villa”ların daimi sakinləri isə həbs edilən generallar, sabiq icra başçıları, kriminal avtoritetlər və digər varlı məhkumlardır. Buradakı xidmətlərin də müxtəlif qiymətləri var – 300 manatdan 5 min manata qədər dəyişir. Müalicə müəssisəsinin əməkdaşları da gecə-gündüz qulluğunda dururlar. Çöldən ora kabab da sifariş edirsən, “McDonalds”dan burger də, ürəyin istəyən hər bir neməti müəssisəyə sifariş edib gətirə bilirsən. Hətta Qobustan həbsxanasında cəza çəkən və kriminal aləmin üzvü olan bir məhkum uzun müddətdir ki, hər ay 5 min manat qarşılığında müalicə müəssisəsində istirahət edir.

Mövzunu diqqətdə saxlayacağıq...

Müəllif: Samir Feyruzov
Ardını oxu...
Paytaxtın Nəsimi rayonu, Alı Mustafayev 29 ünvanında yaşıllıqlar məhv edilərək yerində bina tikintisi gedir. Bu barədə Reportyor.info məlumat verir. Onun sözlərinə görə, sözügedən ünvanda olub və araşdırma aparıb.
Lakin tikintini həyata keçirən MTK-nin adı belə məlum deyil. İnşaat işləri aparılsa da, qarşısında hər hansı lövhə yoxdur ki, hansı şirkətin fəaliyyəti olduğu təsbit edilsin.

Sayt yazır ki, ağacları kəsərək tikintiyə qurban verənlər haqda ərazidəki sakinlər məlumatsızdır. Hətta Nəsimi rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məsuliyyəti üzərindən atır. Hər iki qurum tikintiyə kimin icazə verdiyini açıqlamır.

Bəs, bu özbaşınalığı kim icra edir? Nə üçün Nəsimi rayon icra başçısı Asif Əsgərov yaşıllıqların məhvinə göz yumur? Onun icazəsi olmadan rayonda daşı daş üstünə qoymaq olarmı? Eyni zamanda, şəhərdə tikintilərə icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilir və mümkün deyil ki, onların sərəncamı olmadan hansısa sahibkar bina tiksin. Amma sayt hər iki qurumdan bu məsələyə cavab ala bilməyib…

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Məktəb direktorluğu ilə bağlı müsabiqədə iştirak etmişəm və sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Tovuz rayonu, Qovlar şəhər 3 saylı tam orta məktəbə direktor təyin olunmuşam. Uçuq-sökük bina, təmir adı ilə yeyinti və daha bir çox qanunsuzluqlardan şikayət etdiyim üçün məni intihar həddinə çatdırdılar”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Tovuz rayonu, Qaraxanlı kənd sakini olan, 61 yaşlı tarix müəllimi, I Qarabağ müharibəsi veteranı Nüsrət Fəttah oğlu Nəsirli deyib.

Nüsrət Nəsirlinin sözlərinə görə, o, 2000- ildən Tovuz rayonu Qədirli kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə yaşının çox olmasına baxmayaraq müstəqil olaraq kompüter biliklərini öyrənib və Tovuzda ilk dəfə o, dərslərini interaktiv formada tədris edib.

“2016-cı ildə məktəb direktorlarının işə qəbulu müsabiqəsi elan olundu və mən də sənədlərimi onlayn olaraq nazirliyə göndərdim. Həmin ilin aprelində Bakıda imtahana qatıldım, avqustunda keçirilən müsabiqədən də uğurla keçdim”,- şikayətçi söyləyib.

Nüsrət Nəsirli deyib ki, 2016-cı il, sentyabrın 8-də Tovuz Rayon Təhsil Şöbəsinin əməkdaşları onu məktəbin kollektivinə təqdim etmək üçün dəvət ediblər. Məktəb Qovlar şəhərindən təxminən 8-9 kilometr aralıda yerləşir:

Ardını oxu...

“Qovlar şəhəri əvvəlcə qəsəbə olub və Qovlara şəhər statusu vermək üçün həmin məktəbin yerləşdiyi Yanıqpəyə kəndini kağız üzərində Qovlara birləşdiriblər. Həmin ərazidə infrasturuktur, su mənbəyi, sosial obyekt, marşurut yoxdur. Təhsil şöbəsinin əməkdaşları ilə məktəbə gəldim. Məktəb nə məktəb…”

Şikayətçi söyləyib ki, məktəb binası 1960-cı illərdə fəhlə yataqxanası üçün tikilib, sonralar guya məktəb üçün uyğunlaşdırılıb. Amma yalnız kazğız üzərində təmir edilib.

“21-ci əsrdə məktəbdə adi, primitiv qaydada olsa da, sanitar qovşağı yox idi. Məktəb, daha doğrusu, bina tikildiyi vaxtdan bir dəfə də olsa, cari və ya əsaslı təmir olunmayıb. Amma mənə verilən məlumatlara görə, kağız üzərində dəfələrlə təmir olunub və pullar mənimsənilib. Dəhşətlisi irəlidə imiş. Məktəbin təhsil sahəsində uğurları ilə maraqlandım. DİM-in portalında “Mənim məktəbim” səhifəsinə baxdım, 1995-2015- ci illər ərzində bu məktəbdən bir nəfər məzun belə, ali və ya kolleclərə qəbul olmayıb”,-Nəsirli bildirib.

Onun sözlərinə görə, uzun illər məktəb bir ailənin monopoliyasında imiş, müəllimlərin bəzilərinin diplomları saxta, bəziləri qeyri-peşə sahibləri olub, sonralar ixtisas dəyişməsi ediblər. İxtisasdəyişmə sertifikatları Qazax, Gəncə institutlarından alınıb, hansı ki, bu institutlar sonradan bağlanıb. Məktəbdə 2016-cı ilədək eyni ailənin üzvləri direktor, dərs hissə müdiri, təsərrüfat müdiri, kitabxanaçı, riyaziyyat müəllimi, fiziki tərbiyə müəllimi, musiqi müəllimi, fizika müəllimi, gözətçi, ocaqçı və s. işləyib:

Ardını oxu...

“Yəni mən ora təyin olunanadək məktəbin direktoru o ailənin başçısı olub. Həmin müəllim və əməkdaşların diplomları saxtadır və hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. Məktəb psixoloqunun psixologiyadan xəbəri yoxdur və təhsil haqqında sənədi saxtadır”.

Müəllim qeyd edib ki, müxtəlif dövlət orqanlarına -Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Tovuz Rayon İcra Hakimiyyəti başçısına, hətta Yaponiya səfirliyinə məktəbin təmiri və ya yenidən tikilməsi haqqında davamlı olaraq müraciətlər edib. FHN müraciəti cavablandıraraq bildirib ki, məktəb binası tam yararsızdır, istənilən an qəza və yanğın baş verə bilər.

“Mətbuatda yazdılar, çəkib göstərdilər. Sonra işdən azad olundum. Əsas da bu oldu ki, rayonu biabır etmişəm. Halbuki imkanım daxilində məktəbə ayaqyolu tikdirdim, kənddəki arteziandan su çəkdirdim. Uzun illər zibil, peyin yığnağı olan məktəb meydançasını təmizlətdirdim, üzərindən keçən yüksək voltlu elektrik xəttini dəyişdirdim”,- Nüsrət Nəsirli söyləyib.

O, Təhsil Şöbəsinin rəhbəri Elmira Mürşüdlüyə suallar ünvanlayıb:

“Cəmi 17 bal toplayan, işlədiyi müddət ərzində bir uğuru olmayan biri necə və nəyə görə direktor əvəzi təyin edilib? Məhz qohumu və uzun illər həmin məktəbi viran qoymuş “ailənin” üzvü olduğuna görəmi? Necə olur ki, xanım məktəb direktoru, onun həyat yoldaşı isə həmin məktəbdə təsərrüfat müdiri işləyir? Kiçik bir məktəbdə eyni ailənin 10-a yaxın ailə üzvü vəzifələrdə çalışa bilər? Məktəb binasının 2-3 otağını keçmiş direktorun ərinin bacısına kim hədiyyə edib? Məktəbin həyətindəki və sinif otaqlarından cəmisi 4-5 metr aralıda yerləşən quş hinləri kimindir? Araşdırmadan işçiyə birbaşa “Ç” bəndi tətbiq olunurmu?”

Müəllim onu da əlavə edib ki, Elmira Mürşüdlü onu özünüöldürmə həddinə çatdırıb, ötən ilin iyulun 1-də intihara cəhd edib. Onu Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları, Tovuz təcili yardımın həkim briqadası ölümdən qurtarıb. Bu barədə Tovuz Rayon Prokurorluğunda, Tovuz Rayon Polis Şöbəsində, Tovuz təcili Yardım Xidmətində rəsmi məlumat, izahatlar var.

Nüsrət Nəsirli elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək şikayətinin araşdırılmasını xahiş edir.

Tovuz Rayon Təhsil Şöbəsindən isə deyiblər ki, mətbuatın suallarını yalnız nazirliyin mətbuat xidməti cavablandıra bilər. Elmira Mürşüdlünün bu barədə açıqlama vermək istəmədiyini deyiblər.

Meydan TV-nin şikayətlə bağlı nazirliyə ünvanladığı sorğuya cavab olaraq yalnız onu bildiriblər ki, sözügedən məktəbin əsaslı təmir-tikinti işləri növbəti illərin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulur.
Ardını oxu...
Bu yaxınlarda Qanuninfo.az xəbər portaında "Zaur Həmzəyev rəhbərliyin sadiq adamlarındandır" başlıqlı bəy tərifinə rast gəldik. Və maraqalndıq ki, doğrudanmı, Z.Həmzəyev adlı AAYD məmuru yazıldığı kimi, yəni, korifeylərimiz hesab olunan Nizamidən, Fizulidən də artıq tərifə layiqdirmi? Qısa araşdırmalrımızdan sonra bəlli oldu ki, xeyr, cənab Z.Həmzəyev nəinki tərifə, heç tənqdə də layiq birisi deyilmiş. Məlum oldu ki, bu adamı şöhrətlədirə AAYDA ASC-də nüfzuna, imkanına və malik oduğu kapitala görə 2-ci şəxs hesab olunan doğma əmisi, əslən Ermənistanın Qafan rayonundan olan Müseyib Həmzəyevdr. O Müseyib ki, mətbuatda "şeyx övladı" kimi tanınsa da, əslində Avtomobil Yolları strukturunu tabeçiliyndə olan bütün MMC və təşkilatlar sözün əsl mənasnda onun ələbaxımıdırlar. Yəni, tabe təşkilatlar iş icra etmək istəyirlərsə, gərək AAYDA-nın baş Maliyyə İdarəsi postunu tutan Müseyib Həmzəyevin qılıncının altından keçməyə məcburdurlar. Onu da xatırlatmaq yerinə düşərdi ki, cənab Müseyib Həmzəyev barəsində də pressxeber.info saytının 05.02.2021 tarixli sayında da "Müseyib Həmzəyevin uğurlaına kölgə salmaq mükün olmayacaq" başlıqlı bəy tərifi yazılmışdır.
Ardını oxu...
Müseyib Həmzəyev

Əvvəlcə Zaur Həmzəyev barəsndə http://qanuninfo.az/index.php?newsid=46564 yazılan bəy tərifinə qısa nəzər salaq:

"Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Həmzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevdir.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zaur Həmzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zaur Həmzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Zaur Həmzəyevdan danışdılar yaxşı ki, Zaur Həmzəyev “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktorudur… Zaur Həmzəyev öz isguzarlığı ilə tanınır və seçilir….
Zaur Həmzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Zaur Həmzəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Zaur Həmzəyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Zaur Həmzəyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Zaur Həmzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Zaur Həmzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Zaur Həmzəyev özünü doğruldub. Bizdə hörmətli Zaur Həmzəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik."

P.P.S. BƏS "BƏY TƏRİFİ"ndən FƏRQLİ OLARAQ REALLIQLAR NECƏDİR?

Orta məktəbi birtəhər başa vuran Zaur Həmzəyev Bakıda xırda-para işlərlə məşğul olur. 2015-ci ildən əmsi M.Həmzəyevin "Azəravtoyol" ASC-yə Maliyyə İdarəsinə rəis təyin olunduqdan sonra Zaurun da "ulduzu" parlayır. Əvvəlcə onu Siyəzən rayonu üzrə Yol İstismar İdarəsinə rəis təyin edirlər ki, bir az təcrübə toplasın. Çünki bu adam reallıqda ali savada malik olmayıb, Heç orta məktəbin 7-ci sinif səviyysində adi kvadrat tənlyi belə həll etmək üçün qabiliyyəti çatmayıb və indi də çatmır. Yol təsərüfatndan isə ümumiyyətlə anlayşı olmayıb. İş yoldaşlarıın dedyinə görə yol infrastrukturunda istfadə edilən ağır və yüngül tonajlı texnikaları belə bir birindən fərqləndirmə bacarığı olmayıb. Amma əmisi Müseyibin onun mmc-nə tez tez ayırdığı milyonlarla vəsaiti malik olduğu "savad və qabiliyətlə" necə gəldi xərcləyib və yaxşıca dolanıb. Onun haqqıda yazlıan "bəy tərifi" yazısında da qeyd edilir ki, "...“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Həmzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir."
Bu yerdə sual olunur: Axı hardandır Zaur Həmzəyevə bu qədər var-dövlət ki, o qazilərə, şəhid ailələrinə, veteranlara hər cür köməklik göstərir? Və yaxud karantn dövründə rayonda ( Siyəzən rayonu nəzərdə tutulur) yaşayan sakinərin evlərinə aylıq ərzaq bağlamaları göndərir? Cavab isə sadədir: Zaur aylıq aldığı 590 manat əməkhaqqıilə təbii ki, nə şəhd və qazi ailələinə, nə də rayon camaatına 2 illik müddətdə ərzaq bağlamalrı göndərə bilməzdi. Deməli, yalnız dövlətdən çırpışdırdığı milyonların bir hissəsini səxavətlik göstərərək xeyriyyəçilik etmişdir. Vəssəlam. Sağ olsun Müseyib əmisi ki, Zaurun "dəyirmanının üyünməsi" üçün onun idarəsinə vaxtı vaxtında vəsaitlər ayırmışır.
Bu səxavətliliyiə görə Zaur 2022-ci ilin fevralın 5-dən daha yüksək vəzifyə təyin olunur. Xaırladaq ki, Zaur Hmzəyvə qədər bu postda AAYDA sədri cənab Saleh Məmmədovun xalası oğlu Şahin Süleymanov 1 saylı Yol İstismar İdarəsinə rəhbərlik edirdi.
Onu Bakı 1 N-li Yol İstismarı" MMC-yə direktor təyin edirlər. Çünki, Siyəzən rayonundan fərqli olaraq Bakı şəhərinin yolları daha çoxdur və bu məqsədlə yolların təmiri və yenidən qurulması, saxlanması üçün AAYDA Maiyyə İdarəsi tərəfindən külli-miqdarda vəsait hazırda sel kimi ayrılır. Bu günlərdə teref.az saytıda Bakı 1 N-li Yol İstismarı" MMC tərəindən pytaxtın Tbilisi prospektində salınan yeni asfalt örtüyündə baş vermiş çoxsaylı çatışmaqzlıqlar barəsində araşdırma yazı getmişdir. Yəni, piyada zolaqlarının yaddan çıxması, səkilərə qanmadan asfalt örtük çəkilərək yola qatılması və s. çaışmazlıqlardan sonra ictimaiyyətdə belə bir təəsürat yarandı ki, Tbilisi prospktindəki belə keyfiyyətsiz asfaltı, yalnız və yalnız dünənə qədər naxırçı işləmiş brisi tərəfindən çəkilə bilərdi.
Gələn saymızda AAYDA Maliyyə İdarəsinin müdiri barəsində pressxeber.info saytında gedən "Müseyib Həmzəyevin uğurlarına kölgə salmaq mümkün olmayacaq!" https://pressxeber.info/gundem/14638-museyib-hmzyevin-ugurlarina-kolg-salmaq-mumkun-olmayacaq.html
başlıqlı yazıda qeyd eilən "BƏY tərifi" barəsində apardığımız araşdırmaları nəzərinizə çatdıracağıq.
İfadetv.com-un araşdırma qrupu
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Asif Əsgərovun oğlunun icarəyə verdiyi “Park Kafe”yə dövlət müfəttişləri niyə yaxın düşə bilmirlər

16 ildən çoxdur ki, müxtəlif rayonlara başçılıq edən Asif Əsgərovun adı mətbuatda korrupsiya, məmur özbaşınalığı, “yaşıl soyqırım”dan başlayaraq seçki saxtakarlığına qədər ən müxtəlif qalmaqallarda hallanıb.

Asif Əsgərov istər Zaqatala, istər Səbail, istərsə də Nəsimi rayonuna rəhbərlik etdiyi dövrdə bsarəsində yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıb. Yeri gəlmişkən, Asif Əsgərovvətəndaşların hamısına “bir gözlə baxır” – onun üçün hamı potensial rüşvət ödəyicisidir. Alim olsun, deputat olsun, sahibkar olsun, adi fəhlə olsun – fərq eləməz, heş kəsə güzəşt edən deyil.

Bir müddət öncə mətbuatda “Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oğlu İskəndərovun şikayəti yayıldı. Qafar İskəndərov ölkə rəhbərliyinə ünvanladığı, mətbuatda ictimailəşdirdiyi müraciətində bildirirdi ki, icra başçısı Asif Əsgərovun tikinti şirkətlərinə ayirdığı hər bir sahə üçün 1000 000 (bir milyon) manat, təkcə “Regal” MTK şirkətindən 3 000 000 (üç milyon) manat almışdır. Nəsimi rayonunda isə onlarla bu cür tikinti şirkəti fəaliyyət göstərir…

Asif Əsgərovun ən çox mətbuatda adının çəkiləməsində oğlunun “avtoş”luğunun da böyük rolu olub. Xatırladaq ki, bir neçə il öncə Asif Əsgərov Səbail RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.

Media üzərindən yayılan xəbərlərə görə, 2019-cu ilin dekabrda keçirilən bələdiyyə, fevralda keçirilən parlament seçkilərində də A.Əsgərovun adı saxtakarlıqlara qarışmışdı. Başçının bəzi namizədlərin nəfinə səfərbər etdiyi adamlar min hoqqadan çıxmışdılar.

Hərçənd, Asif Əsgərov Nərimanov rayonundan legitim seçilən deputat Adil Əliyevə qarşı başqa cür davranmışdı. Deputat Adil Əliyevdin ondan rüşvət istənilməsi barədə iddiası mediada ciddi rezonans doğurdu.

“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?” – deyən millət vəkili Adil Əliyev özünün Salatın Əsgərova 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib.

İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”– deyə deputata ismarıc göndərmişdi. Qeyd edək ki, Salatın Əsgərova küçəsi isə əsasən Nəsimi rayonunun ərazisidir.

Asif Əsgərovun adının ən çox hallanmasına digər səbəb isə Nəsimi rayonunda yaşıllıqların məhvi ilə gündəmə gəlmiş icra başçısı olmasıdır. Belə ki, rayonun bir çox ərazilərindəki ağaclar mütəmadi kəsilir və yerində müxtəlif mərtəbəli binalar, digər təyinatlı obyektlər inşa olunur. Bunun üçün ilk növbədə ərazilər hasara alınır və az sonra da lazımi addımlar atılır. Diqqətlə baxdıqda onu müəyyən etmək olur ki, bu gün rayonun ərazisindəki yaşıllıqlardan heç bir əsər-əlamət qalmayıb. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Redaksiyamıza bu barədə bu günlərdə məlumat daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədilə çəkiliş qrupumuz qeyd olunan ünvanlarda olmuş, faktları video-görüntüyə almışdır.

Belə ki, Moskva prospektində ünvanı bəlli binanın qarşısındakı yer satılıb, oradakı ağaclar inşaat işlərinin görülməsi üçün quraşdırılan qurğunun altında qalıb. Görünən odur ki, təcili müdaxilə olmasa, ağaclar məhv ediləcək.

Başqa bir ünvanda - Asif Məhərrəmov küçəsi 74-də fəaliyyət göstərən “Park – Kafe”ni başçının “qəhrəman” oğlu arendaya verib. Obyekt vergidən yayınır, sanitar-gigiyena qaydalarına əməl etmir, başqa çoxsaylı qanun pozuntuları ilə işləyir. Asif Ədgərov əlindəki təsir rıçaqlarından istifadə edərək, kafeyə heç bir nəzarətedici orqanın – vergi xidmətinin, dövlət əmək müfəttişliyinin nümayəndələrinin yaxın düşməsinə qadağa qoyub.

Bütün bu sadalanan neqativ hallara rəvac verdiyinə görə hər dəfə DTX və digər hüquq-mühafizə orqanlarının korrupsioner, öz əməlləri ilə dövlətə, xalqa və cənab prezidentə qarşı xəyanət içində olan məmurlara, icra başçılarına qarşı əməliyyatlarını görəndə Nəsimi rayon sakinlərinin yadına İcra Hakimiyyətinin başçısı Asif Əsgərov düşür.

Nyus.Az
 
 

Ardını oxu...
Bakı Nəqliyyat Agentliyindən narazılıqlar haqqında dəfələrlə yazmışıq. Hətta aylar öncə, ölkə başçısı cəmiyyətin kütləvi narazılıqlarına səbəb olan agentliyi Bakı Şərə İcra Hakimiyyətinin tabeliyinə verərək, bu narazılıqları qismən də olsa azaltmağa çalışdı. Amma görünən odur ki, agentliyin qanunsuz əməlləri hələ zamanla üzə çıxacaq.
Qeyd edək ki, bir neçə gün öncə, Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib. Amma nə qədər qəribə olsa da, BNA dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu 7,5 milyon manatı “BakuBus” MMC-yə ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə? Bu "niyə" sualına isə BNA rəsmisi cavab verə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin sözügdən qərarında bu vəsaitin BNA tərəfindən daşıyıcı şirkətlərə ayrılması qeyd edilsə də, agentlik bu vəsaiti öz təşkilatı hesab edilən BakuBus-a ayırıb. Yəni verilən vəsaiti sağ cibdən sol cibə ötürüb. Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında göstərilir ki, həyat əhəmiyyətli, həyata vacib sərnişindaşımada inkişaf, onların dayanıqlılığını təmin etmək, yəni onların xərclərini azaltmaq, təmir və digər məsələlərə qarşılamaq məqsədilə o pul ayrılıb. Maliyyə Nazirliyi o vəsaiti Bakı Nəqliyyat Agentliyinə köçürüb. Bakı Nəqliyyat Agentliyi də özbaşına olaraq belə qərar qəbul edib ki, bu pulun hamısı BakuBus-a verilməlidir. Bütün vəsait BakuBus-a verilib. Məqsəd nədir, onların burada nə marağı olub və s. bu kimi məsələlər araşdırılmalı və müəyyən edilməlidir ki, niyə BakuBus-a köçürülüb. Axı sənəddə qeyd edilməyib ki, vəsaitin hamısı BakuBus-a köçürülməlidir. Həmin vəsaiti daşıyıcı şirkətlərə köçürmək lazım idi. Hamısına bərabər şəkildə verilməli idi. Hesablanmalı idi, kimin payı nə qədər idisə, köçürülməli idi. Amma BNA həmin vəsaiti BakuBus-a köçürüb. BakuBus inkişaf etməli idi, etməyib. BakuBus-ın 500-ə yaxın avtobusu qarajlarda “yatır”...

“Həm pul BakuBus-a köçürülb, həm də şirkət çökür. Əgər BakuBus 7,5 milyon aldığına rəğmən çökürsə, özəl şirkətlərin bir durumuna nəzər salın. İndi görün onlar nə vəziyyətdədirlər. Bu məsələləri düşünmək, buna uyğun addım atmaq lazımdır. Belə olmaz. Bu ögey münasibət nəyə və kimə lazımdır ki? Bakı Nəqliyyat Agentliyi BakuBus-a öz təşkilatı kimi baxır. Dövlətindir, bizimdir, əlimizə nə düşsə, yaxşısını ona verək. O biri şirkətlər özəldir, “ölsünlər, batsınlar, canları çıxsın”...

Belə yanaşma olar? Bu necə tənzimləyici quurmdur ki, öz maraqlarını güdür. Və yaxud da dövlət qurumunun maraqlarını güdür. Tənzimləyici qurum o deməkdir ki, hakim rolunu oynamalı, ədalətli yanaşmalısan.Ədalət prinsipindən çıxış etməlisən. Yoxsa 7,5 milyon manat köçür BakuBus-a ki,”get kef elə”. Bu birilərinə isə deyir ki, “gedi başınıza çarə tapın”,- deyə ekspert bildirib.

Belə... Dərindən araşdırılsa, bəlkə də BNA-nın hələ çox qanunauyğunsuz əməlləri ortaya çıxacaq. Bu gün Bakıda nəqliyyat sahəsində xaosun olması məhz bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir.
 

Ardını oxu...

"Diaqnostik qiymətləndirmədən və 5 ildirki məktəb direktorlarının imtahanından keçə bilməyən, bağça müdirliyindən Zərdab rayonu H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin direktoru təyin edilən Vüsalə Kərimova ömrünü təhsilə verən Ömər Tarverdiyevlə müqavilə bağlamır."

Bunu  açıqlamasında Azərbaycan Respublikası “Əməkdar müəllim”i Tarverdiyev Ömər Səbbət oğlu deyib. Zərdab rayonu H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin müəllimi Ömər Tarıverdiyev qanunsuz şəkildə 45 illik müəllim fəaliyyətinə son verildiyini bildirir.  

"H.Zərdabi adına məktəb-liseyin 100 illik tarixi vardır. Bu məktəbə respublikada tanınan “Əməkdar müəllim”lər Hacı Hüseynov, Püstə Rəhimova, Mirseyib Əhmədov kimi müəllimlər rəhbərlik etmişdir. Daha sonra həmin məktəbə Ataş Rəhimov, İsrəfil Həmidov, Elbrus İsgəndərov, Əlihəsən Kərimov kimi, nəinki Zərdab rayonunda, həmçinin respublikada tanınan adlı-sanlı rayon ictimaiyyəti içərisində hörməti olan müəllimlər rəhbərlik etmişdir. 

Təəssüf doğuran hal odur ki, bağça müdirliyindən bu cür nüfuzlu məktəbə Vüsalə Kərimova direktor gətirilmişdir. Mən “Metodist müəllim”, “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” adlarını almış, yüzlərlə Fəxri Fərmanla təltif edilmiş, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış, şagirdlərinin 1-i Respublika fənn olimpiadalarında 2-ci yer tutmuş və gümüş medal almış, digərləri 3 və 4-cü yer tutmuş müəlliməm. Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı, Avropa Şurasının Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi konfrans seminarın iştirakçısı, ömrünün 45 ilini təhsilə verən müəllimə qarşı ayrıseçkilik edir. Bu isə AR Konstitusiyasının və əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, Mərkəzi Aran Regional Təhsil idarəsidə təsdiq etdi ki, həqiqətəndə mənə ehtiyac olmadığını Vüsalə Kərimova deyib. Buna əsaslı sübutlarımız var", - deyə Ömər Tarverdiyev açıqlamasında qeyd edib.  

 
 
Ardını oxu...
  • Manşet / Olay
-A+

Ötən gün Masallı Vərəm Dispanserinin baş həkiminin intihara cəhd etdiyi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə xəbər yayınlanmışdı. 
Belə ki, baş həkim Mirrəhim Nəbiyevin sosial şəbəkələrdə sələmə pul götürdüyü və daha sonra ödəyə bilmədiyi üçün canına qəsd etdiyi bildirilirdi. Həmçinin qeyd olunur ki, Mirrəhim Nəbiyev borcunu ödəyə bilmədiyinə görə Spartak və Azər Nadirov qardaşları tərəfindən 1 gün girov saxlanılıb və daha sonra keçirdiyi sarsıntıdan damarlarını kəsərək intihara cəhd edib.

Asiya.az-ın əməkdaşı Masallı Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevlə əlaqə saxlayıb, yayılan məlumatla bağlı açıqlama alıb.
Baş həkim bildirib ki, Hipoterioz xəstəliyindən əziyət çəkir. Gündəlik L-troksin dərmanı qəbul edir. Endokrinoloq tərəfindən dərman dozası qaldırıldığı üçün istifadə etdikdən sonra halı hisləşib. Əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Orada ilkin yardım aldıqdan sonra Plazmaforez aparatı olmadığı üçün Bakı şəhərinə getmişdir. 

“Hazırda işdəyəm, səhhətimlə bağlı şikayətim yoxdur. Qeyd etmək istəyirəm ki, adı çəkilən şəxslərlə heç bir əlaqəm yoxdur. Haqqımda yazılanlar həqiqəti əks etdirmir” – deyə baş həkim əlavə edib.
Ardını oxu...
Gündəlik həyatda təmasda olduğumuz yeniliklərdən biri də POS (Point Of Sale) -terminallardır. POS-terminal təsərrüfat subyektlərində (obyektlərdə) ödəniş kartı ilə ödəniş etməyə imkan yaradan elektron avadanlıqdır.

Nazirlər Kabinetinin 219 nömrəli 4 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı alıcılarla (müştərilərlə) hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən işlərə (xidmətlərə) görə dövlət rüsumlarının ödənilməsi üçün təsərrüfat subyektlərdə (obyektlərdə) POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər məsələlər “Azərbaycan Respublikasınn ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir. Qərara əsasən, POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri də vardır.

POS-terminalların quraşdırılmaması təsərrüfat subyektlərini (obyektləri) Qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edə bilər. 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılmamasına və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq oluna bilər.
POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri (bundan sonra YDM – red.) də vardır.
Beyləqanda əksər yanacaqdoldurma məntəqələrinin əksəriyyətində POS-terminallar quraşdırılmayıb. Məsələn, “RTS” qəsəbəsində fəaliyyət göstərən, Rəhman adlı sahibkara məxsus YDM-də ciddi qanun pozuntuları baş verir. Vergi qanunvericiliyinin tələbləri pozulmaqla, nağdsız hesablaşmaya şərait yaradılmayıb. Həmçinin kassa nəzarət aparatları da yalnız formal olaraq mövcuddur. Müştəri təkid etməsə, aldığı yanacağa görə ona ödədiyi pulun qəbzi verilmir. YDM-in işçiləri (operatorlar) yalnız rayonda qanunpərəst, “demaqoq adam” kimi tanınan şəxslərə, tanımadıqları müştərilər sırasından isə ziyalı görkəmli, qalstuklu adamlara qəbz təklif olunur və məbləğ kassa aparatına daxil edilir. Bu isə əlbəttə ki, vergidən yayınmağa hesablanmışdır.
Burada başqa bir məsələ də ortaya çıxır ki, YDM mədaxil etdiyi benzini tam olaraq necə silir? Deməli, mədaxil qaimə-fakturalarındakı rəqəmlər də həqiqəti əks etdirməməli, başqa sözlə, YDM-ə alınan benzinin bir hissəsi oğurluq olmalıdır. Bütün bunlar yalnız köklü kameral yoxlama əsasında dəqiqləşdirilə bilər.
Yeri gəlmişkən, Beyləqan rayonunun mərkəzindəki YDM-lər Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə çox yaxın məsafədə yerləşir. Bəzilərinin, eləcə də “Rəhmanın zapravkası” kimi tanınan YDM-nin fəaliyyətindəki qanunsuzluqları hətta İdarənin küçəyə baxan pəncərələrindən də müşahidə etmək olar.
Söz yox, kimsə bu məsələ ilə əlaqədar vergi orqanına müraciət edərsə, ona formal cavab da veriləcək, bəlkə də nə vaxtsa hansısa YDM-in kiçik həcmdə cərimələndiyi də xatırlanacaq. Ancaq həmin tədbirlər rayon YDM-lərindəki vergidən yayınmanın gerçək miqyasını əks etdirməyəcək. Real müşahidələr aparılsa, məlum olar ki, Beyləqandakı YDM-lərdə gündəlik satılan yanacağın dövriyyəsi 3-4 min manat civarında olur. Bu da illik 200000 (iki yüz min) manat həddini aşır. İllik dövriyyəsi həmin həddən yuxarı olan subyektlərə isə sadələşdirilmiş vergi tətbiq oluna bilməz.
Ümumiyyətlə, şübhələnməyə əsas var ki, Beyləqanda istənilən obyekt sahibi dövriyyəsindən asılı olmayaraq yerli vergi orqanı əməkdaşları ilə “dil tapa”, anlaşa bilirlər.
Odur ki, qərara gəldik ki, müşahidələrimizi detallı şəkildə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cənabları ilə bölüşək. Və ümid edirik ki, DVX tərəfindən “Rəhmanın zapravkası” kimi tanınan yanacaqdoldurma məntəqəsi ilə yanaşı, həmçinin də Beyləqan rayonu ərazisində fəaliyyət göstərən ayrı-ayrı yanacaqdoldurma məntəqələrində köklü kameral yoxlamalar aparacaq və mövcud vergi pozuntularına görə sanksiya tətbiq edəcəkdir.
Ardını oxu...
Yeri gəlmişkən ədalət naminə onu da qeyd edək ki, əldə etdiyiniz məlumatlarda vergi orqanı əməkdaşları tərəfindən “Rəhmanın zapravkası” na POS terminal quraşdırılması tələb olunub, lakin obyekt sahibi bundan imtina edib. Bu isə POS terminaldan yayınamaq deməkdir ki, buna görə də yuxarıda qeyd etdiyimiz kimi sanksiya tətbiq olunur. İndi 8 Ərazi Vergi İdarəsi rəsmi mövqe bildirsin ki, adı qeyd olunan yanacaqdoldurma məntəqəsinə təkcə POS terminaldan imtinaya görə bir dəfədə olsun ki, sanksiya tətbiq edib. Maraqlıdır, vergi orqanı bu qədərmi bir sahibkarın qabağında boynu bükük və acizdir ki, açiq aşkar vergi pozuntusunu görə, bilə və sanksiya tətbiq etməyə.

İnanırıq ki, bu yazımızdan dərhal sonra yuxarıda oturan səlahiyyətli nüfuz sahibləri qeyd etdiyimiz vergi pozuntuları ilə yanaşı, həm də adı keçən yanacaqdoldurma məntəqəsinə hər ay nə qədər yanacaq daxil olduğu (qaimə-fakturasını) və ay ərzində nəqədər yanacaq satıldığına dair vergi hesablaşmalarının necə və hansı formada həyata keçırilməsi istiqamətində də operativ vergi yoxlamalaı həyata keçirəcək.

Mövzuya qayıdacağıq.

RealMedia.az
 
 
 

Ardını oxu...
“SOCAR-ın Neft-qaz elmi-tədqiqat layihə İnstitutunun əməkdaşlarına test və attestasiyadan keçməklə bağlı xəbərdarlıq olub. Nəticədən asılı olaraq ixtisarlar mümkündür. Amma institut ailə podratına çevrilib, qohum və tanışların da attestasiyaya cəlb olunub-olunmayacağı bəlli deyil”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

İstitutun direktoru Fəxrəddin İsmayılov, baş mühəndisi Fazil Həsənovdur. İnstitutun adının açıqlanmasını istəməyən əməkdaşları Meydan TV-yə deyib ki, bu qurumda az qala hər kəs bir-biri ilə qohumdur.

“Baş mühəndis Fazil Həsənovun oğlu, qızı və gəlini orada çalışır. Geofizika və Geologiya Departamentinin rəisi Şəkərovun isə həyat yoldaşı və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsinin oğlu və qızı da institutda işləyir”, – mənbə deyib.

Mirvari Qəhrəmanlının sözlərinə görə də, bu müəssisədə rəhbərliyin ailə üzvüləri, yaxınları çalışırlar:

“Amma “Qazın yoxlanması və analizi” laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də vardı, dedilər ştat yoxdur”.

Təşkilat sədri qeyd edib ki, bu yaxınlarda əməkhaqqı ilə gündəmə gələn “Azərbaycan Neft Təsərrüfatı” jurnalının 8147 manat maaş alan baş redaktorunun qaynı qızı da bu institutda məsul katibdir. Baş redaktorun müavininin həyat yoldaşı böyük elmi redaktordur. İqtisadiyyat və uçot İdarəsinin rəisi Vüqar Şərifovun əmisi qızı həm şöbə rəisi, həm baş mühasib vəzifəsində çalışır.

Mirvari Qəhrəmanlı əlavə edib ki, SOCAR-da baş verənləri – işçilərin daşınması, nəqliyyat, qidalanma problemləri, qəza və ixtisarlar, attestasiya, eləcə də şikayətlərlə bağlı yazdıqlarına görə ona təzyiqlər başlanılıb. Haqqında heç bir fakta əsaslanmayan məlumatlar yayılır, “Facebook” sosial şəbəkəsində səhifə açılaraq şantaj edilir, eləcə də şifahi xəbərdarlıq alıb.

Dünyapress TV

Xəbər lenti