Ardını oxu...
Yasamal rayonu, Müzəffər Həsənov küçəsində piyadaların hərəkət etməsi üçün yer qalmayıb.

Tribunainfo.az yazır ki, Yasamal rayonu ərazisində tikinti aparılmayan yer qalmayıb. Bu tikinti işləri zamanı da heç bir norma gözlənilmir və piyadaların hərəkəti üçün nəzərdə tutulan yerlər də zəbt edilir.

Hazırda rayonun sözügedən küçəsində piyadaların hərəkəti müşkülə çevrilib.

1 saylı Vərəm Əleyhinə Dispanserlə üzbəüz yolda əvvəllər avtobus dayanacağı olan her zəbt dilib. Onun qarşısındakı yol isə avromobil dayanacağına çevrilib. Bu yerdə piyadaların normal hərəkəti üçün şərait yoxdur. Yaxınlıqda yüksək mərtəbəli binalardan ibarət kompleks tikildiyindən yoldan yük maşınları çox keçir. Bu da piyada hərəkəti zamanı daha da problem yaradır.
Ardını oxu...
 

Ardını oxu...
Rubrika.Az sayıtına Qax rayon Aşağı Malax kənd sakini 1 ci qrup əlil Qasımov İskəndər Yunus oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:
'Mən Osmanov İsgəndər Yunus oğlu Qax rayonu Aşağı Malax kəndində yaşayıram. 46 ildən çoxdur ki 1 qurup əliləm. 1975-77-ci illərdə Polşada hərbi xidmət vəzifəsini yerinə yetirərkən partlayış nəticəsində iş qabiliyyətimi tamamilə itirmişəm. Bir insanın sahib ola biləcəyi, gözdən, qulaqdan, qoldan məhrum olmuşam. Ancaq yenədə şükür edirəm. Sukur edirəm ki, bu ölkənin vətəndaşıyam, bizləri daima düşünən prezidentimiz, əlillərdən dəstəyini əsirgəməyən vitse-prezidentimiz var. Çox təəssüflər olsun ki, bezi şirkət rəhbərləri, iş adamları bu ölkənin qanunlarının kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq hamıya aid olduğunu unudurlar. Mənim üç övladım var,iki qız biri oğlan. Qızlarımdan biri 2 qrup əlildir. Bu evin tək güvən yeri oğlum Turaldir. Dörd ilə yaxındır ki, oğlum " Monte Ferro MMC" şirkətinin aşağı Bilecik sahəsində gözətçi vəzifəsində çalışıb. 2023- cu il Mart ayının 7- də işdən səbəbsiz olaraq uzaqlaşdırılıb. Şirkət rəhbərlərindən biri olan Aydın Əziz tərəfindən işdən çıxarılan oğlum çox çalışsa da yenidən işinə qayıda bilməyib. Səbəbini soruşanda isə mən müdürəm istədiyimi edə bilərəm demişdi Ailənin yükünü çiyinlərində daşıyan oğlum çörək pulu qazanmaq üçün ailəsindən çox uzağa Dağıstana qədər gedib çıxdı. İş orasındadır ki, oğlumun adı işdə gedir maaşını isə özləri mənimsəyirlər . Mühasib zəng vurub sizin adınıza pul yazılır desədə sonradan bizimlə
Görüşməkdən imtina etdi. Aprel ayının 25 də oğlumun adına töhmət məzmunlu məktub göndərildi.May ayının 18 də isə yenidən məktub göndərildi ki May ayının 30 da oğlumun işinə xitam veriləcək. Bu günə qədər də deyirdilər ki, heç kimə heçnə deməyin biz özümüz yoluna qoyaciq . Necə bir vicdana sahib olasan ki, xüsusi baxıma ehtiyacı olan bir ailənin haqqını yeyəsən . Mən üzümü şirkətin mudriyyətinə tutub deyirəm mən bu ölkə üçün sağlamlığımı itirməmisəm ki sizin kimiləri vəzifəsindən sui istifadə edib insanları təhqir etsin onların haqqını yesin. Minlərlə şəhidimiz sizin kimiləri rahat yaşasın deyə canından keçdi ona görə yox ki köməksiz insanları aldadıb əsəbləri ilə oynayasiz . Mən bu ölkənin qanunlarına inanıram.İnaniram ki səsimi eşidən olacaq oğlum geri ailəsinin yanına vətəninə dönəcək".

Osmanov İsgəndər Yunus oğlu
 //Rubrika.Az//
Ardını oxu...
Massalı rayonunda 70 ailənin yeganə dolanışıq yeri olan 6 hektarlıq xiyar sahəsi susuzluqdan yanır.

DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya Qızılağac kənd sakini, fermer Anar Abbasov məlumat verib. O, şikayət məktubunda problemlə əlaqədar olaraq dəfələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayon suvarma İdarəsinə müraciət etsə də səsinin eşidilmədiyini bildirib:

"Damlama qaydasında 6 hektar xiyar əkmişəm, amma onu suvara bilmirəm. Xiyar elə tərəvəzdir ki, ən azı iki gündən bir suvarılmalıdır. Əkində 17 insanın əməyi keçib, məhsul yığımında isə 65-70 insan işləyəcək. İndiki şəraitdə böyük iş yeridir. Buna baxmayaraq, aidiyyatı qurumlar bizim şikayəti dinləmir, hər şeyin üstündən keçirlər, sanki mən onlara şikayət etməmişəm kimi. Xiyar sahəsi suvarılmır. Aidiyyatı qurumlar bizə yardım etməkdən imtina edirlər. Bizim sahəyə su gələn arxdan 1000 metr qabaqda bir fermerin yonca sahəsi var. Onun ot sahəsinin suvarılması üçün Ekologiya və Təbbi Sərvətlər Naziriyi tərəfindən qadağan olunmuş böyük həcmli su nasosu quraşdırılıb. Dəfələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayon suvarma idarəsinə müraciət etmişəm. Amma orada məni eşidən yoxdur”.

Fermer bildirib ki, ot sahəsinə qeyri-qanuni qoyulan nasos oradan götürülməsə 70 ailə ac qalacaq:

"Dedim ki, gəlin yoxlayın, belə olmaz. Burada 70 nəfər işləyir, atasız, xəstə, imkansız, hətta gündəlik Rayon İcra Hakimiyyətinin binasının qarşısında iş istəyənləri belə işlə təmin etmişəm. Arxamız, dayağımız, pulumuz yoxdur deyə bizi eşitmirlər. Həmin fermerin ərazisinə qoyulan nasosu oradan təcili götürmək lazımdır. Mən bu barədə şöbəyə deyəndə qurumdan mənə dedilər ki, nasosun sahibi onun üçün icazə alıb. Bu nasos 10 nəfərin suyunu götürür”.

Məsələ ilə bağlı şikayətçinin ittiham etdiyi Ekologiya və Təbbi Sərvətlər Naziriyi ilə əlaqə saxladıq. Nazirliyin nümayəndəsi İradə İbrahimova problemin araşdırılacağını dedi. Sorğunun həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə də ünvanladıq. Sözü gedən qrumdan bildirdilər ki, məsələ araşdırılacaq.
Ardını oxu...
DİA.AZ: - "Sabirbadda Yaşıllaşdırma idarəsi necə işləyir ki, illərdir bir çox yerləri kol-kos basıb..." Bu barədə DİA.AZ-a Sabirabad sakinləri adından edilən müraciətdə deyilir.

Narazı sakinlər daha sonra yazır:

"Ağaclar isə susuzluqdan quruyur... Susuz dağlarda əkilib yaşıllaşan ağacların aqibəti necə olmalı idi ki? Elə bil düşmən kəsiliblər bu dövlətə. Əvvəldən də bilidrilər ki, bu ağacları sulaya bilməyəcəklər...

Sabirabadda su kənarlarında olan ağaclar quruyursa, görəsən, bu özbaşınalığa bir dur deyən qurum olacaqmı?"

Qeyd edək ki, sakinlərin müraciətində iddiaların təsdiqi kimi fotolar da əlavə olunub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Müraciətlərinin sonunda sakinlər ölkə başçısına xitab edərək, müdaxilə olunmasını xahiş edirlər:

"Cənab Prezident. Siz çıxışlarınızda ictimai nəzarətin əhəmiyyətindən danışırsınız... Sabirabad rayonunda vəziyyət artıq ictimai nəzarəti də keçib... Bu rayona DTX lazımdır.

Bir çox qurumlar - Sabirabadda dövlət idarələri məmurlar tərəfindən aşkar şəkildə işğal olunduğundan onların hansısa fəaliyyətindən danışmaq yersizdir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Cəlilov Cəlilabad rayonunu necə idarə edirsə, bu bölgədə qanunsuzluq halları baş alıb gedir.

Bunu özümüzdən demirik, Cəlilabad rayon sakinlərinin "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına göndərdiyi "şahanə" məlumatlar belə deməyə əsas verir.

Düzdür, indi durub desək ki, torpaqlar mənimsənilir, deyəcəklər bu bələdiyyəyə aiddir, xəstəxanadan danışacağıq, deyəcəklər onun icra hakimiyyətinə nə dəxli? Təhsil desək, ona da deyiləcək söz var, yoxa çıxmaqda olan meşələri deyəcəyik, onun da "babalının" təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin boynuna olduğunu deyəcəklər, ancaq, Cəlilabad rayonunun Namiq Zeynalov nümunəsi sübut etdi ki, sən demə İcra Hakimiyyətinin rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrə "dəxli var imiş". Demək ki, N.Zeynalov rayonda baş həkimə, məktəb direktorlarına, sahibkarlara və sair aylıq "dolya" təyin edibmiş. Hamı bir nəfər kimi ay sonunda "dolyasını ödəyib, rahatca keyfini sürürmüş" ki, bunun da üstü yalnız onun həbsindən sonra açıldı.

Elə bilirsiniz bunu yalnız Namiq Zeynalov edirdi? Xeyr, bəlkə də bu cür çalışan çox sayda icra başçıları var ki, zamanı gəldiyində onlarla da tanış olacağıq.

Redaksiyamıza son günlər Cəlilabad rayon sakinləri tərəfindən gələn bir çox məlumatlara nəzər saldıqda, belə anlaşılır ki, Rafiq Cəlilov heç də sabiqlərin yoxluğunu hiss etdirmir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza belə bir məlumat daxil oldu ki, "Cəlilabad rayonu Dövlət arxivi idarəsinin müdiri Özxan Niftiyev düz 52 yaşına - yəni 2015-ci ilə qədər orta ixtisas təhsili (texnikom) diplomu ilə icra nümayəndəsinin müavini vəzifəsində, bələdiyyədə və sair bu kimi işlərdə çalışıb. Sonradan ali təhsil mütləq olduğuna görə 2015-ci ildə Özxan Niftiyev tutduğu icra nümayəndəsinin müavini vəzifəsindən azad edildi, amma işsiz qalmadı. "Yaxşı dostlar" sayəsində su idarəsinə işə düzəldi. Elə həmin illərdə bir də xəbər tutduq ki, Özxan Niftiyev Ukraynadan təzə diplom alıb. Bundan sonra o, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə təyin edildi. Bu ərəfədə bir çox saytlar onun diplomunun saxta olduğunu yazdı. Belə olan halda Rafiq Cəlilov məcburən onu o işindən də azad etdi və bu dəfə Arxiv idarəsinin müdiri vəzifəsinə təyin etdi."

Qeyd edək ki, məlumat redaksiyamıza göndərildikdən və biz bu məlumatlarla tanış olduqdan dərhal sonra Özxan Niftiyev ilə telefon əlaqəsi saxlayıb, barəsindəki məlumatlara münasibət bildirməsini istədik.

Özxan Niftiyev, Ukraynada qiyabi təhsil aldığını etiraf etdi. Hərçənd ki, təhsil aldığını dediyi Universitetin adını çox çətinliklə dedi, onu da deyəsən yarımçıq dedi.

Sual verdik, "dərslərdə iştirak etmisinizmi?", Dedi,"bəli, imtahanlarda iştirak etmişəm".

Deyirik, - "orada dərslər Ukrayna dilində keçirilirdi?"

Deyir, - "Bəli".

Soruşuruq, - "Ukrayna dilini bilirsiniz?".

Deyir, - Yox, dərslər rus dilində idi ".

Biz:
- Rus dilini yaxşı bilirsiniz?

Ö.Niftiyev:
- Əsgərlikdə olmamışıq bəyəm?!

Biz:
- İmtahanları özünüz verirdiniz?

Ö.Niftiyev:
- Ay müəllim, heç Azərbaycanda heç kim imtahanı özü vermir, o ki qaldı, Ukrayna... (gülür)

Söhbətimizin axırına yaxın Özxan Niftiyev gah oralara yolumuz düşəndə görüşməyi vəd etdi, gah da bezdiyini və işdən çıxacağını bildirdi.

Yeri gəlmişkən, bütün bunlar barəsində, "DogruXeber.az" redaksiyası adından Cəlilabad Rayon İcra Hakimiyyətinə rəsmi (möhürlü, blanklı) sorğu göndərdik.

İndi Rayon İcra Hakimiyyətinin bizə göndərdiyi cavaba diqqət edin;

Ardını oxu...

Bu da bir dövlət qurumunun, bir rayonunun rəhbərliyinin rəsmi sorğuya verdiyi qeyri-rəsmi cavab.

Bəli, rəsmi sorğu göndərdiyimiz bir dövlət qurumunun göndərdiyi blanksız, möhürsüz, kim tərəfindən göndərildiyi bəlli olmayan bir məktubu qeyri-rəsmi adlandırırıq. Daha doğrusu, biz belə adlandırmırıq, elə belədir.

Mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda sözügedən rayonda fəaliyyət göstərən Mərkəzi Poçt ilə İcra Hakimiyyətinin əlaqələrindən danışacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Tələbkarın ərizəsinə 7 ildən sonra “baxan” məhkəmə məktubla (?) icranı təmin edib(miş)
Bakı İnzibati Məhkəməsi 7 ildir borclu inzibati orqanın – ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin) rüşvətilə 20.06.2016 -cı il tarixli 2-1 (81)-1095/16 saylı dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin etməkdən imtina edir. Keçmiş sədr Rəşid Rzayev, qərarı qəbul etmiş hakim Şərafət Məmmədova və sonrakı hakim Aygün Abdullayeva qərarın icrasına nəzarət etmək, icranı təmin etmək yerinə, məhkəmə qərarı ilə üzərinə 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təmin olunması öhdəliyi qoyulan inzibati orqanın məhkəmənin üzərinə qoyduğu rüşvət öhdəliyini icra etməklə məşğuldur. Özbaşınalıq, məhkəməyə, Konstitusiyaya hörmətsizlik o həddə çatıb ki, 7 ildir tələbkar Qarabağ qazisinin elektron qaydada, poçt rabitəsi yolu ilə, e-məhkəmə sistemi vasitəsilə , şəxsi kabinetdən verdiyi ərizələrinin qəbulundan belə imtina edilir. Halbuki, İPM-in 116.2 maddəsinə görə, məhkəmə qərarlarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 120-ci maddəyə əsasən, məhkəmə xidməti vəzifəsinə görə və proses iştirakçılarının ərizəsinə əsasən, üzərinə öhdəlik qoyulmuş inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirmədikdə, 50 min manatadək miqdarda cərimə edə bilər və yenidən icradan imtina edəndə cəriməni təkrar tətbiq edə bilər . Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu Konstitusiyanın, hüququn tələbi, bu da Bakı İnzibati Məhkəməsinin cinayətkar özbaşınalığı! (?)
Axırı, 7 illik intizardan sonra Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayeva 15 gün sonra verdiyi 15.05.2023 tarixli məktubla elə əndrabadi nağıl danışıb ki, nəinki tələbkar və borclu, heç Məhkəmə Hüquq Şurasının özü də baş aça bilməz. Heç demə, Bakı İnzibati Məhkəməsinin özünün özəl “İNZİBATİ NAĞILLAR MƏCƏLLƏSİ” varmış. Aygün Abdullayevanın “məcəllə nağılına” qulaq asın :” 20.06.2016 tarixli, 2-1 (81)-1095/16 saylı qərar qanuni qüvvəsini aldıqdan sonra (nə vaxt, hansı tarixdə, niyə göstərilmir? -M. B. ) ilk öncə cavabdeh ƏƏSMN Dövlət Təminat Xidmətinə könüllü icra üçün göndərilmiş, daha sonra isə məhkəmə tərəfindən 11.10.2016 -cı il tarixli icra vərəqəsi tərtib edilərək icra olunması üçün Yasamal rayon icra şöbəsinə göndərilmişdir”. Əcəb şirin nağıldır, adamı yuxu tutur, nağıldan belə bəlli olur ki, cavabdeh inzibati orqan könüllü icradan imtina edib, yoxsa, Yasamal icra şöbəsinə icraya yönəldilmə baş verməzdi. Belədirsə, niyə könüllü icradan imtinaya görə, inzibati orqana sanksiya tətbiq edilməyib? Belə nağıla “bir quş!” düşür, ya yox?
“İnzabiti nağıllar məcəlləsini” oxumaqda davam edək. “ Yasamal rayon icra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 26.12.2017-ci il tarixli qərarı ilə ƏƏSMN yanında DSMF-in 13.12.2017 -ci il tarixli “icra sənədi üzrə tələbin icra olunması barədə” MƏKTUBU (?-M.B. ) ƏSAS GÖTÜRÜLƏRƏK (??-M.B. ) icra sənədinə əsasən açılmış icra işi üzrə icraata xitam verilmişdir “ Əcəb qorxulu nağıldır, məktubla mənzillə təmin olunmaq barədə öhdəlik icra olunubmuş! (?) Axı qərarda iddiaçı Qarabağ əlilinin xeyrinə müfaviq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin üzərinə qoyulması yazılıb ! Bəyəm məktub inzibati akt sayılır? Haçandan? Görünür, “inzibati nağıllar məcəlləsi” belə diqtə edir.
İnzibati nağıllar məcəlləsi”nin daha dəhşətli hissəsini oxuyaq :””İcra haqqında” qanunun 20.3 maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.5 maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərlər”. Çox dəhşətli nağıldır, Aygün Abdullayeva, nə yazıq nağılı da yarımçıq yazıb , 20.1.5, 20.2, 20.4 maddələri bilərəkdən unudulub, nə icra məmurunun adı var, nə qərar verilib, nə icra sənədini verən məhkəmənin özü qərarı görüb. Görsəydi, yəqin, icraata xitam verilməsi haqqında nağıl -qərarın əsassız olduğunu qərara alıb, ləğv edərdi. Eyni zamanda, icra məmurunun icraata xitam verilməsi haqqında qərarını məhkəmə təsdiq etməlidir. “İcra haqqında” qanunun 20.2 maddəsində yazılıb :”İcra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində TƏRƏFLƏRƏ və icra sənədini verən məhkəməyə və digər orqana göndərilir”.20.4 maddəsinə əsasən, məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, onu ləğv edir.
Gerçəkdə heç bir icra hərəkəti aparılmayıb, məhkəmə heç bir prosessual hərəkət etməyib , qeyri-prosessual göstərişlə qərarın icrasını təmin etməkdən imtina edir. Məhkəmə “inzibati nağıllar məcəlləsi”nə uymasa , müəyyən edə bilər(di) ki, 26.12.2017 tarixli saxta qərarı icra qurumunun rəhbəri yoxlayıb təsdiq edib, 3 gün müddətində tərəflərə, məhkəməyə göndərsə idi, məhkəmənin özü də 10 gün müddətində qərarın əsaslığını yoxlayandan sonra icraata xitam verilmə qüvvəyə minərdi.
Məhkəmə “inzibati nağıllar məcəlləsi”nə uyunca, Prosessual Məcəlləyə boyun əyməlidir. Bu boyun əyməyi icra etdirmək görəvi isə Məhkəmə Hüquq Şurasının üzərinə düşür.
Məğrur Bədəlsoy
Ardını oxu...
 
Ardını oxu...
Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra da dövlət əmlakını asanlıqla alqı-satqı predmetinə çevirməkdən çəkinmir. Onun Nərimanov rayonuna başçılıq etdiyi 17 il ərzində törətdiyi bir çox özbaşınalıqlar barədə elektron mediada və sosial şəbəkələrdə yazılanları qoyaq bir yana. Amma son bir il ərzində, yəni Abşeron rayonuna başçı təyin olunduqdan sonra onsuz da boş torpaq sahəsi qalmayan, əvvəlki icra başçısı İradə Gülməmmədovanın rayon ərazisində satdığı sot-sot torpaqlarda, Abdin Fərzəliyev metr-metr qanunsuz fərdi yaşayış evlərinin və iaşə obyektlərinin tikintisinin aparılmasına verdiyi icazələrin artmasını heç bir yana qoymaq olmur.

İstər Xırdalan şəhərində, istərsə də rayonun Ceyranbatan, Masazır, Mehdiabad, Novxanı, Saray, Güzdək, Hökməli, Qobustan, Fatmayı, Görədil, Aşağı Güzdək, Qobu kimi qəsəbə və kəndlərində vaxtı ilə hasarlanmış hektarlarla ərazilərdə indi fərdi yaşayış evlərinin, obyektlərin tikintisi işləri aparılır. Bütün bunların hamısı isə Abdin Fərzəliyevin Abşeron rayonuna İcra başçısı təyin edilməsindən sonrakı dövrdə baş verməsi özlüyündə çox şeylər ifadə edir. Yəni Abdin Fərzəliyev həmişə olduğu kimi, yenə də iş başındadı.

Bunlardan başqa Abdin Fərzəliyevin Abşeronda yeritdiyi kadr siyasəti də nə media tərəfindən, nə də yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Abşeronda işə başlar, başlamaz Abdin Fərzəliyev Nərimanov rayon icra hakimiyyətində şöbə müdiri olmuş İlkin Əsədovu Abşeronda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edib. Rayonun memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsini icra edən Şahin Bayramov işdən çıxarılıb, əvəzinə yaxın adamı hesab edilən Elvin Quliyevi təyin edib. Abşeron RİH-nin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə gətirilmiş Gülnar Rəhimova da başçının yaxın adamlarından hesab olunur. Bunlarla bərabər Abdin Fərzəliyevin rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsinə də ciddi nəzarət etdiyi söylənilir. Yəni məktəb direktoru vəzifəsinə də tanışlarını yerləşdirir.

Son günlər Abdin Fərzəliyev bir kadr dəyişikliyi də rayonun Masazır qəsəbə bələdiyyəsində aparıb. Məlumata görə, Masazır bələdiyyəsinin üzvlərinin keçirdiyi “yığıncaqda” sədr Rüfət Fətullayev vəzifəsindən kənarlaşdırılıb. Yeni sədr isə 1991-ci il təvəllüdlü Azər Quliyev “seçilib”. Dövrü mətbuat yeni sədrin İcra başçısı Abdin Fərzəliyevin həmyerlisi olduğunu yazır.

Qeyd edək ki, Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir. Əvvəlki bələdiyyə sədri bir müddət əvvəl qəsəbədə zibillərin vaxtında yığılmaması ucbatından yaranmış xoşagəlməz mənzərə ilə mətbuatın gündəminə gəlmişdi. Bəs yeni sədr qəsəbə sakinlərinin qarşılaşdığı problemlərin həlli istiqamətində iş görə biləcəkmi?

Aktualinfo.org-un əldə etdiyi məlumata görə yaşı 30-u keçməsinə baxmayaraq gənc kadr kimi təqdim olunan yeni sədr Azər Quliyev qeyri-rəsmi olaraq 104 min nəfər yaşadığ Masazır bələdiyyəsinə rəhbərlik etmək iqtidarında deyil. Amma Abdin Fərzəliyev bələdiyyə sədrinə qeyri-rəsmi olaraq bir köməkçi də təyin edib. Bu Əbülfət Nuriyevdir. Bu o Əbülfət Nuriyevdir ki, vaxtı ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri olmuşdu və keçmiş MTN-in sabiq idarə rəisinə hektarlarla torpq sahəsi bağışlamağı ilə yadda qalmışdı.

Qeyd edək ki, Əbülfət Nuriyev bələdiyyələr içərisində həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Ötən ilin iyul ayında Əbülfət Nuriyev 2010- 2020-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində yol verdiyi qanunsuzluqlara görə Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddələri ilə təqsirləndirilib. Daha sonra məhkəmənin hökmü ilə Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Hazırda Əbülfət Nuriyev vaxtı ilə Mehdiabadda olduğu kimi, indi də Masazırda özbaşınalıqlara rəhbərlik edir. Əsas vəzifəsi isə, yuxarıda qeyd etdiyimiz kimi Abdin Fərzəliyevin işlərini görməkdir. Yəni, qanunsuz tikililərə sənədlər hazırlayır. Yeni bələdiyyə sədri Azər Quliyevə pul çıxartmağın yollarını öyrədir. Kvadratmetrindən asılı olaraq burada yeni tikinti işlərinə göz yummağın qiyməti başqa, Reyestr Xidmətindən çıxarış almağa kömək etməyin qiyməti bir başqadır. Əbülfət Nuriyev həmçinin yeni sədrə bələdiyyə büdcəsinə toplanan vəsaitlərin müxtəlif yollarla, üsullarla kənarlaşdırılmasının incəliklərini öyrədir. Axı o bunları çox gözəl bilir. Barəsində cinayət işi açılsa da belə, ustalıqla yaxasını qurtara bildidi. İndi də Abdin Fərzəliyevin Masazırdakı kadrına bələdiyyə dərsi keçir, yollar öyrədir.

Aktualinfo.org
Ardını oxu...
Provayderin www.bildir.az/ru/citynet/asagi-surt/ saytında abonentlər nələr yazır… Heç kimə sirr deyil ki, internet, mobil rabitə həyatımızın ayrılmaz hissəsidir. 30 il əvvəl biz heç bunu təsəvvürümzə gətirə bilməzdik. Və 10 ildən sonra nə baş verəcəyini də bu gün heç kim deyə bilməz.
Sözün qısası, internetin həyatımıza daxil olduğu son 15-20 ildə uşaqdan böyüyədək hamımızın həyatı büsbütün dəyişdi. Səhər açılan kimi nəinki böyüklər, hətta uşaqlar mobil telefonu götürüb ürəyi istədikləri mövzuya, yaxud musiqiyə, yaxud multikə-çizgi filminə baxmağa çalışırlar.
Söhbəti uzatmadan qeyd edək ki, bütün bunların hamısı internetin üzərində qurulub. Və son illər Azərbaycanda müxtəlif internet provayderləri yaranıb. Amma min təəssüf ki, bu internet şəbəkələri hər ay əhalidən yüksək ödəniş haqqı alsalar da, müştərilərə, yəni abonentlərə normal xidmət göstərmirlər. Belə ki, abonentin ödənişi 10 dəqiqə gecikən kimi interneti kəsən internet şirkətləri vətəndaşları normal internetlə təmin eləmir, tez-tez internet kəsilir, sürət olmur və s... Belə internet-provayderlərindən biri də CityNet internet-provayderidir.
Bizim bir media olaraq bu şirkətlə heç bir ədavətimiz yoxdur. Sadəcə, abonentlərə yaratdıqları problemlərə görə yazırıq. Və heç bir qərəzli, qeyri-obyektiv informasiyaya əsaslanmadan, şirkətin https://www.bildir.az/ru/citynet/asagi-surt/ saytında abonentlərin yazdıqlarını təqdim edirik. Yəni özümüz bir söz də əlavə etmirik.
Abonentlər yazır: İnternet tez-tez kəsilir, bəzən də sürəti çox aşağı olur. Müştəri xidmətlərinə zəng edib müraciət edilsə də müraciətlərə baxılmır. Ödəniş bir saat geciksə, interneti dərhal kəsirlər, amma normal internet və müştəri xidmətləri təşkil edə bilmirlər.
Başqa bir abonent yazır: Şikayətim var. Mən 2 aydır ki, CityNet internetini istifadə edirəm. 2 ay ərzində 5 dəfə getmişəm ofisə. İnternet sürəti çox zəifdir və tez-tez kəsilir. Test üçün başqa modem verdilər, 1 ay istifadə etdik, sürəti, işləməsi gözəl idi. Dünən dedilər ki, onu götürməliyik, təzə modem verdilər. (Bu da texniki problem olmadığı üçün, özüm getməli imişəm ofisə, getdim) Amma yenə sürət yoxdur, atır öz- özünə. Sürət o qədər zəifdir ki, whatsapp mesajı belə 20 saniyədən sonra çatır ünvana. Ayda 18 manat ödəniş edirəm, qətiyyən dəymir o pula.
Daha başqa bir müştəri yazır: CityNetin pis xidməti bərbad vəziyyətdə işləyir, xüsusilə axşamlar İnternetdən istifadə çox çətin olur. Texniki şöbəyə zəng edirsən heç bir problem həll etmirlər, abonentlə çox mədəniyyətsiz danışırlar. İnterneti dəyişmək istəyirəm. Abonent: Xahiş edirəm mənə başqa bir provayder təklif edin. 2 saatdır internet işləmir, zəng edirəm cavab verən yoxdur. Belə abonentlərin sayı 10 deyil, 100 deyil ee… Hətta burada elə təhqiramiz abonent fikirləri var ki, biz sadəcə, etika xatirinə onları yazmırıq.
Bir daha qeyd edirik ki, bu fikirlər bizim deyil. Sizin saytınızda abonentlərin yazdıqları fikirlərdir. Sonda onu qeyd edək ki, CityNet internet-provayderi böyük layihələrdə iştirak edərək külli miqdarda pulların silinməsində iştirak edir. Qoy, hüquq-mühafizə orqanları, müvafiq dövlət qurumları bu məsələ ilə ciddi məşğul olsunlar.
CityNet-də bir vergi yoxlaması yetər ki, milyonlarla olan yeyintilər üzə çıxsın. Əsas məsələ bölgələri kabelləşdirmə deyil, internet verməkdir.

gundelik baki.com
Ardını oxu...
Şirvan şəhər İcra Hakimiyyətinin heç vaxt müavin sarıdan bəxti gətirməyib. Biri gəldi darmadağın dağıtdı, o biri gəldi yerdə qalanları satdı, indikindən biz ərz edək, siz diqqətlə oxuyun. Allah sənin ölənlərinə rəhmət eləsin Mərdan Camalov. Dərhal keçirəm mətləbə.
Mustafayef Məharət Mustafa oğlu, vikipediyada göstərilən məlumatlara görə doğum tarixləri bilinmir, hərbi xidmətdə olmağı bilinmir, neçənci ildə hansı məktəbi bitirib o da bilinmir. O bilinir ki, 2011-ci ildə Yevlax Rayon Torpaq Şöbəsinin müdiri olub.
2011-2014 Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub.
2016-2018 Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olub. Ya vəlvələdən, ya zəlzələdən sonrakı fəaliyyəti Məharət Mustafayevi Şirvan şəhərinə gətirir.
Bəli, Məharət Mustafayev gəlib olur Şirvan Şəhər İcra Hakimiyyətində Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşsırılması Şöbəsinin müdiri. Çox gözəl, biz alqışlayırıq.
Məharət Mustafayev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini olan kimi baldızı Rzayeva Aynurəni tez-tələsik Şirvan şəhər 13 saylı məktəbə direktor təyin elətdirir. Baldız Aynurə Rzayeva 13 nömrəli məktəbin təlim-tərbiyəsi ilə və yeznə Məharət Mustafayev o boyda Şirvan Şəhəri İcra Hakimiyyətinin müavini vəzifəsi ilə...
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin baldızı Aynurə Rzayeva Şirvan şəhər 13 nömrəli məktəbin direktoru olduğu gündən, bu günə qədər, direktor olması ilə yanaşı başqa işləri də öz üzərinə götürüb. Bu başqa bir yazının mövzusudur, bu barədə geniş yazımız olacaq.
Gəlin bir azda Məharət Mustafayevin övladları ilə maraqlanaq.
Bizim bildiyimizə görə, Məharət Mustafayevin 2 oğul övladı var, heç biri əsgərlikdə olmayıb. Övladlarından biri Bəhruz Mustafayev pambıq yığımına rəhbərlik edir, yəni Pambıq Zavodunun direktorudur.
O biri oğlu Ramiz Mustafayev isə diş həkimidir. Məharət Mustafayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini olması ilə bərabər həm də Hərbi Çağırış Komissiyasının üzvüdür. Şirvan camaatı bildirirlər ki, Məharət Mustafayevin tam sağlam olan uşaqlarının heç biri hərbi xidmətə getməyib.
Vətəndaşlar açıq-açığına bildirirlər ki, nə üçün İcra başçısının müavininin uşaqları hərbi xidmətdən yayınır? Necə ola bilər ki, vəzifəyə keçəndə yararlı olurlar, hərbi xidmətə getmək lazım olanda xidmətə yararsız çıxarılırlar?
Şirvan camaatı kütləvi şəkildə yuxarı instansiyalara məktubla müraciət etmək istəyirlər ki, Məharət Mustafayevin tam sağlam olan uşaqları nə üçün hərbi xidmətdən yayınır? Necə ola bilər ki, bizim uşaqlarımız orduya könüllü gedirlər, vəzifəli şəxslərin uşaqları isə əsgərlik vaxtı çatanda "neqodnu" olurlar.
Məharət Mustafayev məmur olmaqla yanaşı həm də bahalı obyektlər sahibidir. Bir faktı nəzərinizə çatdıraq ki, Məharət Mustafayev öz vəzifə səlahiyyətlərini də aşır.
Belə ki, Məharət Mustafayev Mənzil Kommunal Təsərrüfat birliyinin rəhbərinə tapşırıb ki, hər gün
"Komxozun" işçiləri gəlsin, onun evinin və obyektlərinin qarşısını təmizləsinlər.
Altıncı və bazar günləri isə "Komxozun" işçiləri Azər müəllimin tapşırığı ilə Məharət Mustafayevin həyətyanı sahələrini təmizləyirlər.
Dövlətdən məvacib alan şəxsləri məcbur edirlər ki, təcili rəhbər şəxslərin evlərini, ofislərini, hətta maşınlarını yuyub təmizləsinlər, yoxsa işdən qovularlar. Hələ bu harasıdır. Saytlara nəzər saldıqda
Şirvanda məmur övladının illər öncə yeni həyat qurmuş gənc bir xanımın namusuna sataşaraq hamilə buraxmış, ailəni dağıtmışdır.
Bu barədə Pakizə xanım ailələrinin başına gələn müsübətlə bağlı videomüsahibə verib.
Sizlərə təqdim edəcəyimiz bu video reportaj daha bir məmur övladının harınlaması nəticəsində meydana çıxan ailə dağılması dramından bəhs edir.
Belə ki, Şirvan şəhər sakini Pakizə xanım Allahverdiyeva Şəhər İcra Başçısının müavini Məharət Mustafayevin oğlu Bəhruz Mustafayev tərəfindən Pakizə xanımın oğlunun ailəsinin dağılmasında günahkar saydığı, harınlamış məmur oğlundan Prezidentə və baş prokurora müraciət edib.
Hər kəs tərəfindən qınanılan, Şirvanda yaşanan bu iyrənc hadisə, məmur övladı tərəfindən yeni ailə qurmuş gəlinini zorla hamilə qoyması həqiqətəndə qandondurucudur.
Bu gündən illər öncə, baş vermiş hadisənin necə nəticələnməsi haqqında araşdırma aparacağıq.

gundelik baki.com
 

Dünyapress TV

Xəbər lenti