Bazarda müəmma: -
Gürcüstan ötən il ixrac etdiyi mal ətinin 62 %-ni Azərbaycana satıb.

Belə ki, ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonuna çəkilən xərc illik müqayisədə 740 dollar və ya 24,8% bahalaşaraq 3,72 min dollar təşkil edib. 2022-ci ildə isə bu, 2,98 min dollar təşkil edib. Buna səbəb olaraqda ölkəmizdə yaxın 8 ildə ət istehsalının və heyvandarlığın inkişafında müəyyən nöqsanların baş verməsidir. Buna görə də ət istehsalı azalır və nəticədə ət məhsullarının qiyməti artır. Ölkəmiz ət ixracını etmək əvəzinə ət idxalı sürətləndirir. Bundan dolayı istehlakçılar arasında sual yaranır ki, daxili bazarlarda yerli istehsal adı ilə satılan Beyləqan, Ağcəbədi və digər rayonların heyvanlarının əti əslində Gürcüstandan idxal olunan mal-qaranın ətidir?

Sözügedən məsələ ilə bağlı “Cümhuriyət”-ə kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, adıçəkilən bölgələrin ətini Gürcüstan əti ilə satmaq inandırıcı görünmür:

“İdxal ətdən əsasən hərbi hissələrdə, həbsxanalarda, çoxsaylı şəxsi heyətin olduğu yerlərdə, dövlət və qeyri-dövlət orqanlarında istifadə edilir. Həmin yerlərdə ölkəmizdə yerli ətin çox olduğu zaman da xaricdən idxal edilən ətdən istifadə olurdu. Lakin hazırda adıçəkilən qurumlarda yerli istehsal olunan ətin istifadəsi tamamilə dayanıb. Dediyim kimi, xaricdən idxal olunan ətdən istifadə edilir və yerli ət ora daxil olmur”.

Ekspertin sözlərin görə, ölkəmizdə vəziyyət o qədər kritik həddə çatmayıb:

“Vəziyyət o həddə çatmayıb ki, yerli ət adı altında xarici ət satılsın. Ölkəmizdə 90-cı illərdə donmuş ət satılırdı. Lakin indi bazarda ət baha olsa da, yeni kəsilmiş heyvanın əti satılır. Buna görə də Ağcəbədi, Beyləqan, İmişli və digər bölgələrdən gələn ət məhsullarının əslində Gürcüstandan idxal olunmuş ət olduğunu demək mənim zənnimcə həqiqətə uyğun deyil”.
 

Dünyapress TV

Xəbər lenti