"TikTok"da "fal bazarı":
Azərbaycanda “TikTok” şəbəkəsinin geniş vüsət alması bəzi işbazları da hərəkətə keçirtdi. Loru dildə desək, bu platformada izləyicilərin çoxluğu müxtəlif sahələrin, o cümlədən falçı və cadu işləri ilə məşğul olanların işini asanlaşdırdı. Falçılar hətta canlı yayım açaraq “bazar qururlar”. Maraqlısı odur ki, onlara inanıb fala baxdıranlar da kifayət qədərdir.

Digər tərəfdən bu falçıların əməllərindən zərər çəkib pullarını itirənlər də az deyil.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev mövzu ilə bağlı Lent.az-a bildirib ki, həmin işbazların zərərçəkənlərin pullarını ələ keçirdikdən sonra hesablarını blok eləməsi müşahidə olunur:

“Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Bu kimi hallarda özünü “falçı” və “baxıcı” kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması ilə müşahidə olunur.

Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik”.
 

Bölmənin digər xəbərləri

25 İyun 2024 Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? - İlginc iddia
24 İyun 2024 "Ərimin başqasıyla görüşməsi barədə mesaj gəldi"
24 İyun 2024 Roza Zərgərli bu görüntüləri ilə gündəmi alt-üst etdi - FOTO
22 İyun 2024 Mədəniyyət Nazirliyi senzura tətbiq edib?
21 İyun 2024 Nura Suri KƏND QIZI OLDU - VİDEO
20 İyun 2024  “Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur, bu, alçaq hərəkətdir” - Şəbnəm Tapdıqdan ETİRAZ
20 İyun 2024 Zauru hədələyən şəxs kimdir? - VİDEO
20 İyun 2024 “Anam sağikən Kərimin efirdə “Şeytan” deməsi məni yandırıb, tökdü”
19 İyun 2024 TV-lər niyə nifrət obyektidir: səbəb rəhbərləridir? - HƏQİQƏTƏN DƏ...
18 İyun 2024 Hollivud ulduzları Baydenin kampaniya vəsaiti toplamasına yardım edir
16 İyun 2024 11-ci albomuna 20 milyon XƏRCLƏDİ
16 İyun 2024  "Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl... - İfaçını da pis vəziyyətdə qoyurlar
14 İyun 2024 Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi
13 İyun 2024 "Məni cavanlıqda görsəydin, deyərdin kukladı bu..." - Efirdə BİABIRÇILIQ - FOTO
13 İyun 2024 “Heç bir xanım mənim kimi həyat yaşamasın” – Xalq artisti
12 İyun 2024 "Port Music Fest"in açılışını Dilarə Kazımova edəcək - FOTO
12 İyun 2024 "Bir fikirləşən olubmu nəticəsi nə olacaq..."
11 İyun 2024 Azərbaycanlı modelin küçədə hərəkəti müzakirə yaratdı - VİDEO
10 İyun 2024 Xalq artisti tələbəsini oğluna aldı: 1 həftəlik gəlini efirə çıxartdı - VİDEO
10 İyun 2024 Namiq Qaraçuxurlu kimdir? – Özünə gəlinsiz toy edən, oğullarını gizlədən “Kazanova”

Dünyapress TV

Xəbər lenti