|
Bakıda 266 saylı məktəbdə 2 şagird sinif yoldaşını məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən çölə sallayıb. Uşağın ağlayıb qışqırdığını görən digər sinif yoldaşları onu xilas ediblər.
“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə iki gün əvvəl sinif yoldaşları arasında zarafatlaşmadan sonra baş verib.
Pəncərədən salladılan uşaq bu barədə müəllimlərə məlumat verdiyini deyib. Onun sözlərinə görə sinif yoldaşlarına etiraz etdikdə, onlar “zarafat edirik, səni pəncərədən atmırıq ki” cavabını veriblər.
Uşağın valideyni övladının ciddi travma aldığını, adı hallanan 2 şagirdin dəfələrlə digər sinif yoldaşlarına qarşı da anormal davranış sərgilədiyini bildirib.
266 saylı məktəbdən isə bildirilib ki, məktəbin 7b sinfinin üç şagirdi sinif otağında pəncərənin önündə mübahisə ediblər. Hər 3 şagirdin valideyni məktəbə dəvət edilib, onlara övladlarının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib.
Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri işlər aparılır, müvafiq dəstəkləyici tədbirlər həyata keçirilir.
Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
Ətraflı videomaterialda: