Böyük Qərb ölkələri Rusiya iqtisadiyyatının sanksiyaların təsiri ilə necə mübarizə apardığını anlamaqda maraqlıdırlar və bu səbəbdən onlar Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasını ölkəyə göndərməkdə maraqlı ola bilərlər. Böyük Qərb ölkələri Rusiya iqtisadiyyatının sanksiyaların təsiri ilə necə mübarizə apardığını anlamaqda maraqlıdırlar və bu səbəbdən onlar Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasını ölkəyə göndərməkdə maraqlı ola bilərlər. Bu barədə "RİA Novosti"yə BVF-nin Rusiya üzrə keçmiş icraçı direktoru Aleksey Mojin bildirib. "Mən güman edirəm ki, missiyanın səfəri böyük Qərb dövlətləri ilə razılaşdırılıb... Bəlkə də məsləhətləşmələrin təşəbbüskarı onlar olub... Onlar həqiqətən də anlamaq istəyirlər ki, Rusiya iqtisadiyyatı onların... sanksiyalarının təzyiqi altında hansı səbəbdən arzuladıqları kimi çökməyib" - Mojin bildirib. Onun sözlərinə görə, son üç ildə BVF hər il məsləhətləşmələrin aparılmasına razılığın təsdiqlənməsi xahişi ilə Rusiya hakimiyyət orqanlarına müraciət edib və hər dəfə Moskva tərəfindən bu razılığı verilib. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya hərbi sahədə yardıma görə yeni sanksiyalar elan etmişdi.