Həyəcan həvəskarları 1500 metrdən çox hündürlüyə aparan pilləkəni qalxaraq əsəblərini sarsıda bilirlər. Çin Tədqiqat Assosiasiyası tərəfindən yaradılan Cisin dağındakı yeni attraksion, Via Ferrata iki qayalığın üzərində 1500 metr yüksəklikdə yerləşir.
Akrofobiyaya səbəb olan videoda cəsurların hər tərəfdən dərin kanyonlarla əhatə olunmuş səmavi pilləkənləri necə qalxdığını görə bilərsiniz.
Təhlükəsizliyə görə Via Ferrata ziyarətçiləri dəbilqə taxırlar və qalxma zamanı təhlükəsizlik möhürü ilə özlərini nərdivana bağlayırlar.
Hazırda attraksion yalnız media nümayəndələri üçün açıqdır, lakin iki həftə ərzində ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Biletlərin qiyməti 100 dollardan çox olacaq.