Qazinin pensiyasını saxtalıqla kəsən DSMF-in məsul şəxsləri məhkəmə qarşısında
Pensiya filialının direktoru Şahin Əliyev , müavini Elnur Qurbanov
Nərimanov məhkəməsində cavab verəcəklər
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin
Əliyev 26.01.2023 tarixli, müavini Elnur Qurbanov 22.02.2023 tarixli
məktublarla 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasının məhkəmə
qərarı ilə ayrılan 110 manatla birlikdə 1112,44 manat , bir il sonra
21.02.2024 tarixli məktubla isə 1082,70 manat müəyyən edildiyini
bildirib. Yəni pensiya 11,2 faiz indeksləşmədən sonra 155 manat artmaq
yerinə , əksinə 30 manat az hesablanıb. Heç demə, borclu 7 il qabaq
05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı dövlətin adından çıxarılan
məhkəmə qərarının icrasını 01.04.2023-cü ildən özbaşına dayandırıb və
14 aydır bərpa etmir. Əksinə, internet resursları vasitəsilə ali dövlət
hakimiyyəti orqanlarına, hüquq orqanlarına, Ombudsmana, qərarı çıxaran
Bakı İnzibati Məhkəməsinə yalan məlumat verirlər ki, guya məhkəmə
qərarını qanun ləğv edib. Həmin orqanlar da 14 aydır bu yalanı , korrupsiya
faktını Konstitusiya aktı kimi qəbul edirlər.
Qanunun belə “hüququ”nun olmadığını bildirəndə isə yalandan qərarın
icra olunduğunu bildiriblər. Əslində bu korrupsiya cinayətidir, lakin nə
prokurorluq, nə məhkəmə bu fakta qiymət vermək istəmir. Odur ki,
tələbkar 1-ci dərəcəli qazi Nərimanov məhkəməsinə DSMF-in Xüsusi
Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Əliyev Şahin İbrahim
oğlu və müavini Qurbanov Elnur Eldar oğlu barəsində Cinayət
Məcəlləsinin 147.1 maddəsi əsasında cinayət məsuliyyətinə cəlb
edilmələrinə xüsusi ittiham qaydasında şikayət verib. Xüsusi ittihamçı
şikayətinin daha ağır maddə ilə araşdırılması üçün prokurora
göndərilməsini də xahiş edib.
Hakim Həbib Həsənov cinayət işi üzrə hazırlıq iclasını 13.06.2024-cü ilə
təyin edib. Xüsusi ittihamçı CPM-in 51-2 maddəsi əsasında iclasın
videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə, CPM-in 194-cü
maddəsinə əsasən dövlət hesabına vəkillə təminatına ərizə verib.
İstənilən halda, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının
özbaşına, yalan məlumatlarla dayandırılması , 14 aydır yalandan icra
olunduğunun bildirilməsi qazinin işgüzar nüfuzuna da xələl gətirir. Yəqin
bununla bağlı mülki iddia da verilər. Məhkəməyə verilən pensiya
məmurları isə özbaşınalıqdan birinci instansiyada əl çəksələr, daha yaxşı
olar. Yoxsa, bu məhkəmə “çox su aparacaq”.
Məğrur Bədəlsoy
P.S. Qarabağ qazisinin yataqda olması məhkəmənin hazırlıq iclasının
20.06.2024-cü il tarixinə keçirilməsinə nədən olub...
TEREF
 

Bölmənin digər xəbərləri

24 İyun 2024 REFERANS KLINIKASINDA XƏSTƏNI ŞIKƏST EDƏN BAŞ HƏKIM ÜLYA QULIYEVA KIMDIR?
24 İyun 2024  "Bura biznes mərkəzidir, klinika deyil..." - NARAZILIQ VAR...
24 İyun 2024 "Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir?
24 İyun 2024 Goranboy görün, KİMƏ ƏMANƏTDİR? - BU NƏDİ BELƏ?!
24 İyun 2024 QANUNSUZ TİKİNTİLƏRƏ RƏHBƏRLİK EDƏN "JEK" RƏİSİ VƏLİ ABBASOVA KİM HİMAYƏDARLIQ EDİR? - VİDEO
24 İyun 2024 Beyləqan rayon mərkəzi xəstəxananın mühafizəçisindən ŞOK İTTİHAM - Palata və iynə otağına kamera qoyub... (VIDEO)
24 İyun 2024 Cəlilabadda ixtisasca zootexnik olan məmur reyestr xidmətində "at oynadır"-VİDEO
24 İyun 2024 Sakinlərdən Gəncə Yaşıllaşdırma şöbəsinə ETİRAZ- “Budanmayan ağacları külək qırıb?-FOTO+VİDEO
24 İyun 2024 Masazırda "Qlobus" uşaq baxçasında körpəyə şiddət göstərilib? VİDEO
22 İyun 2024 Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR... - İTTİHAM VAR...
22 İyun 2024 “Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! İDDİA
22 İyun 2024 Abdin Fərzəliyev Hacı Məhərrəmdən çəkinir: Evlər sökən icra hakimiyyəti “Qurtuluş 93”-də çarəsizdir
22 İyun 2024 Goranboyun icra başçısından Heydər Əliyevə sayğısızlıq
22 İyun 2024 Jurnalistdən deputata müraciət – “Ağalar müəllim, yaşamağı bizə haram etməyin!”
22 İyun 2024 Hər halda bu suala Emin Əmrullayev özü cavab verəcək.... İDDİA
21 İyun 2024 "Xəstəxanaların heç birində əlillər üçün yer yoxdur, 1 il qabaqdan növbəyə durmaq lazımdır" - ŞİKAYƏT / VİDEO
21 İyun 2024 “Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı – Açıqlama – FOTO
21 İyun 2024 “Qurtuluş 93”də ağacları kəsib obyekt tikirlər, sakinlər narazıdır – Fotolar
21 İyun 2024 Lökbatanda doğum evində qazidən rüşvət istədilər - "Kişisən də, vuruşmalı idin" VİDEO
20 İyun 2024 QANUNSUZ TİKİNTİLƏRƏ RƏHBƏRLİK EDƏN "JEK" RƏİSİNƏ KİM HİMAYƏDARLIQ EDİR? - VİDEO

Dünyapress TV

Xəbər lenti