QANUNSUZ TİKİNTİLƏRƏ RƏHBƏRLİK EDƏN "JEK" RƏİSİ VƏLİ ABBASOVA KİM HİMAYƏDARLIQ EDİR? - VİDEO
Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində tikilən bu ərazinin iddiaya görə qanuni və ya qanunsuz olması ilə bağlı araşdırmalar apardıq. Aldığımız məlumatlar araşdırmadan daha ilginc idi. Belə ki, Xırdalan şəhərinin “JEK” rəisi Vəli Abbasov özü qolbaq nəzarətində ola-ola sən demə tikintilərə nəzarət edirmiş. Sözügedən bu tikinti də digər tikililərə birləşdirilərək gözdən pərdə asmaqla öz qanunsuz əməllərini bu vasitə ilə ört basdır etməyə çalışır desək yanılmarıq.

“JEK” rəisi Vəli Abbasov ilə necə razılığa gəlinib və bu səlahiyyətlər ona kim tərəfindən verilib? Çox güman ki, bu səlahiyyət icra hakimiyyəti tərəfindən verilib ki, Xırdalan şəhərində aparılan bu qanunsuz tikililərə “JEK” rəisi belə arxayınlıqla himayədarlıq edir. Yoxsa ki, tikintiyə heç bir səlahiyyəti çatmayan “JEK” müdiri özbaşına nə ekologiyaya bu qədər ziyan vura, nə də ki, dövlətin qanunlarına bu qədər göz yuma bilərdi. Təəssüf ki, səlahiyyətlərindən sui istifadə edən məmurlar vətəndaşın həyat rifahını yaxşılaşdırmaq üçün deyil, öz maddi maraqlarının arxasınca qaçırlar. Bax bu sualın cavabı məsələdə maraqlı tərəfin dövlətin qoyduğu qanunları tanımaması deməkdir. Bu tikintilərdə istər ekologiyaya vurulan ziyan, istər hər hansısa tikililərə əlavə etməklə əvvəlki tikintini qəzalı vəziyyətə salmaq və s. bu kimi müdaxilələr var. Bəs Vəli bəyin bu “işlərinə” rəsmi qurumlar tərəfindən niyə lazımi tədbirlər görülmür? Bu məsələdə maraqlı tərəflər kimdir? Ekologiya və Təbii sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Abşeron rayon icra hakimiyyəti, yoxsa “JEK” müdiri Vəli bəy?!

Məsələ diqqətimizdədir! Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.

/seher.media/
 

Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 SOCAR Geofizika və Geologiya idarəsində təhlükəli qanunsuzluqlar - Partlayıcı maddələr olan anbara
28 Sentyabr 2024 İcra başçısı geyim şirkətinə yol təmir etdirir?
28 Sentyabr 2024 Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?
28 Sentyabr 2024 Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...
27 Sentyabr 2024 Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır - VİDEO
27 Sentyabr 2024 Deputat hakimiyyətin SİRRİNİ AÇDI - Onu hansı CƏZA GÖZLƏYİR?
27 Sentyabr 2024 Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
27 Sentyabr 2024 Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?
27 Sentyabr 2024 Abdin Fərzəliyev Xırdalanda piyadalar üçün səki saxlamadı-Fotofaktlar
27 Sentyabr 2024 Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
26 Sentyabr 2024 min Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO
26 Sentyabr 2024 Qarabağ qazisi: Elmar Vəliyevin oğlu mənim torpaq sahəmi zəbt edib……
26 Sentyabr 2024 Əmrullayevin nazirliyindən ŞOK ÖZBAŞINALIQ: Rusiya şirkəti ilə... - Dövlətin qanunları OYUNCAQDIRMI?
25 Sentyabr 2024 Yoldaş Əhmədovun öz işçisindən XƏBƏRİ VARMI? - RƏSMƏN QOÇULUQ EDİR...
25 Sentyabr 2024 "Məmur müəllimləri TƏHQİR ETMƏKLƏ xalqa XİDMƏT EDİR?"- AĞCABƏDİDƏ MÜƏLLİMLƏR ETİRAZ EDİR
25 Sentyabr 2024 Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları İDDİA
25 Sentyabr 2024 Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır – İsayevlə yeganə müavini panikada…
25 Sentyabr 2024 Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? – RƏSMİ AÇIQLAMA
25 Sentyabr 2024 Vergi sistemindən qovulan Babaşov indi də Qazaxda GƏRGİNLİK YARADIR - İTTİHAM VAR...
25 Sentyabr 2024 "Büdcə kəsiri" Naxçıvanda bir kəndi məktəbsiz qoyub

Dünyapress TV

Xəbər lenti