Teatr direktorunun adı gənc şoumenlə sevgi münasibətlərində hallanır - VİDEO
Əliqismət Lalayev.
"DogruXeber.az" bildirir ki, bu adla internet üzərindən axtarış edəndə ilk qarşımıza çıxan bu şəxsin müxtəlif saytlara, televiziya proqramlarına verdiyi müsahibələr və haqqında tərif yazılar çıxır, bir də, "Əliqismət Lalayev mükafat aldı", "Əliqismət Lalayev daha bir mükafat aldı", "Əliqismət Lalayev yeni mükafat aldı" və sair başlıqlı yazılar.

Qeyd edək ki, Əliqismət Lalayev 1956-cı ildə Salyan rayonunda doğulub. İxtisasca rejissordur. Demək olar ki, ömrü boyu mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışıb. Hazırda da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktorudur. O, 2008-ci ildən bu vəzifədədir.

İlk əvvəl qarşımıza tərifli yazılarla çıxan, müsahibələrinin birində "mən istəmirəm bizim aktyorlarımız əziyyət çəksin" deyən bu mədəniyyət xadiminin barəsində internet üzərindən apardığımız araşdırmaların biraz dərinliyinə getdikdə isə özünün şəxsən incitdiyi, əziyyət verdiyi, haqqlarının Əliqismət Lalayev tərəfindən əllərindən alndığını deyən Çingiz Əhmədov, Ülviyyə Əlili və digər aktyor, aktrisaların yerli saytlara verdikləri müsahibələrini görürük.

Vurğulamaq yerinə düşər ki, illərdir pafoslu çıxışları, boğazdan yuxarı gözəl cümlələri, saxta təbəssümləri ilə xalqa nümunəvi mədəniyyət xadimi kimi sırınan mədəniyyət, incəsənət nümayəndələri barəsində son illər elə məlumatlar yayılır, elə qalmaqallar ortaya çıxır ki, adamın bu sahəyə olan ümidləri ilə birlikdə marağı və sevgisi də tükənir.

Məsələn, sosial mediada başdan-başa poetik, dərin mənalı cümlələrdən ibarət müsahibələri yer alan Əliqismət Lalayev.

Əliqismət Lalayev müsahibələrindən birində deyib: - "Mən iz axtarmıram, iz məni özü tapır".

Günlərdir barəsində sosial şəbəkələrdə gündəmi zəbt edən iddialara nəzər salanda, Ə.Lalayevin bu cümləsinin nə qədər dərin mənalı və düzgün olduğunu anlamaq çətin deyil.

Onu "tapan izlər"dən biri də onu pis yollara, səhv yollara çəkdiyini iddia edən Həmid Sultandır.

Özünü şoumen kimi təqdim edən gənc oğlan Həmid Sultan öz şəxsi sosial hesabında paylaşdığı görüntülərdə Əliqismət Lalayevi tanıdığına çox peşman olduğunu vurğulayaraq, bildirir ki, - "İllər öncə Əliqismət Lalayev mənim gəncliyimdən, etimadımdan istifadə edərək, məni yanlış yollara yönləndirirdi. Kiçik tədbirlərdə məni irəli çəkərək, başımı aldadırdı. Dəfələrlə məni Q.Qarayev tərəfdəki evlərinə aparıb. Demək olar ki, onun bütün evlərində olmuşam".

Qeyd edək ki, bu iddiaları ilə bağlı Həmid Sultanla telefon əlaqəsi saxlayıb, söylədikləri barəsində soruşduğumuzda, o, sözlərinin həqiqət olduğunu, sözünün arxasında dayandığını və hətta əlində, dediklərini sübut edən faktların olduğunu bildirdi.

"Faktlar" deyərkən nəyi nəzərdə tutduğunu soruşduğumuzda isə "siz anladınız" deyə cavab verdi. Söhbətimiz əsnasında belə aydın oldu ki, Həmid "faktlar" dedikdə, Əliqismət Lalayevlə aralarında yaşanan qeyri-etik görüntülərdən bəhs edirmiş.

Əliqismət Lalayevlə telefon əlaqəsi saxlayıb, onun bu iddialar barəsindəki mövqeyini öyrənmək istədiyimizdə isə o, "Mən elə bir adam tanımıram. Bizim elə bir işçimiz olmayıb" cavabını verdi və tələsik telefonu söndürdü. Ardından, isə özü bizə zəng edib əvvəlcə özümüzü təqdim etdiyimizə baxmayaraq, təkrar adımızı soruşdu. Görünür, sualların təsiri adımızı eşitməyə mane olub.
Əlqərəz... sonra o, "mən sizi yığacam" deyib, yenidən telefonu söndürdü.

P.S: Biz Həmid Sultana bu mövzunu axşam saat 19:00-da agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımda da müzakirə edəcəyimizi dedikdə, o, - "Baxış sayı çox olsa, görsəm ki, siz tutuzdurmusunuz, mən sizin proqrama da gələcəm, sizə faktlar da verəcəm", deyə bildirdi. Lakin, baxış sayının onun arzuladığı kimi milyonlar olmadığını görüncə, şərh bölməsində Əliqismət Lalayev barəsində, "o, susursa, mən niyə susmayım ki" cümləsini yazdı.



Görünür, özünü şoumen kimi təqdim edən gəncin də maraqları çoxşaxəlidir.

Əslində Həmid Sultanın sosial hesablarına, davranışlarına nəzər saldıqda onun özü üçün seçdiyi həyatı, istəklərini görmək, anlamaq mümkündür.
Lakin, belə buvaxta qədər ziyalı, mədəniyyət xadimi kimi tanıdığımız və bu cür məsul vəzifənin sahibi - böyük bir teatrın rəhbəri olan şəxsin bu cür gənclə əlaqələrini, Həmidin də iddia etdiyi kimi onu evlərinə aparacaq qədər yaxın münasibətlərinin olmasını anlamaq mümkün deyil.

Nəticədə görünən reallıq budur ki, adı belə biyabırçı olayda hallanan bir şəxsin illərdir mədəniyyət sahəsində rəhbər vəzifədə olması (özü də gəncin iddiasına görə elə aralarındakı münasibətiin yaşanması da yeni deyil) Azərbaycan Mədəniyyəti adına, mentalitet adına- ümumiyyətlə oğullarının, qızlarının qeyrəti ilə dünyaya örnək olan ölkəmizin adına utancvericidir.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyatı qurumlara "DogruXeber.az" olaraq tərəfimizdən rəsmi sorğular göndərilib.

Ümid edirik, aidiyyatı qurumlar bütün bunlar barəsində lazımi tədbirlər görəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dünyapress TV

Xəbər lenti