Ardını oxu...
“Putin ikili oynayır. Bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan və Rusiya arasındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib?

Putin ikili oynayır. O, bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir. Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının bu yolla hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan forumdakı çıxışında Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını bildirib:

“Onun bu sözlərində yeni heç nə yoxdur, hər zaman söylədiyini, ancaq həllini uzatdılqarını təkrarlayıb. Diqqətimi Paşinyanın başqa sözləri çəkib. O, Ukraynadakı münaqişəni Qafqazda vəziyyətin pisləşməsi ilə əlaqələndirərkən bunları deyib: “Ermənistanı Moskvada qərbyönlü, Avropada isə rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər”.

Bu sözlərin özü Paşinyanın Rusiya ilə Qərb arasında vurnuxduğunu göstərir. Moskvada Paşinyanı ona görə qərbyönlü kimi dəyərləndirirlər ki, küçə yürüşləri vasitəsilə hakimiyyətə gəlib, bunu isə Kremldə xoşlamırlar. İkincisi, nazirləri mütəmadi Vaşinqtona, amerikalı yüksək rütbəli rəsmilər və diplomatlar isə İrəvana müəmmalı səfərlər edirlər.

Paşinyanın “Ermənistanı Avropada rusiyayönlü kimi təqdim edirlər” ifadəsi isə hekayədir, sadəcə baş nazir bu cümlə ilə özünü sığortalamağa çalışıb. Paşinyan Rusiya və digər tərəflərlə sıx əməkdaşlıq etməklə Ermənistanın regiondakı vəziyyəti nəzarətdə saxlaya biləcəyinə ümid etdiyini və Moskva ilə strateji müttəfiqliyin vacibliyini vurğulayıb. Paşinyan Putinin hüzurunda başqa cür çıxış edə bilməzdi”.
 
 
 
Ardını oxu...
ABŞ ordusu İranla gərginlik fonunda Səudiyyə Ərəbistanda yeni hərbi sınaq poliqonu açmaq planlarını hazırlayır.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Obyekt "müdafiə və hücum şəbəkələrinin inteqrasiyası" çərçivəsində hava və raketdən müdafiə imkanlarını inkişaf etdirəcək və sınaqdan keçirəcək.

Gələcək hərbi obyektin yeri hələ müəyyən edilməyib.

Sınaq mərkəzinin yaradılması ideyası avqustda ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə görüş zamanı CENTCOM-un rəhbəri general Maykl Kurilla tərəfindən irəli sürülüb.
 
Ardını oxu...
Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, - xəbərdə deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Eyni zamanda Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.

Bununla yanaşı, xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Forin Ofisinin rəhbəri təyin edilib.
 
 
 
Ardını oxu...
“Rusiyadan Xankəndiyə köçən Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacağını iddia edib: “Vardanyan adlı erməni əsilli rusiyalı milyarderin Xankəndiyə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi son günlərin müzakirə edilən mövzularındandır.

Sentyabrın 1-dən Ermənistan mediasının monitorinqi onu göstərir ki, hazırda həm hökumət, həm müxalifət, həm də Arutyunyan onun gəlişi və verdiyi bəyanatları şərh etmir. Ermənistanın iqtidar və müxalifət mediası da məsələni geniş şəkildə işıqlandırmayaraq Vardanyanın gəlişinin əsas məqsədini başa üşmək istəyir.

Bəs Vardanyan niyə birbaşa Ermənistana deyil, Xankəndiyə gəlib?

O, yaxşı başa düşür ki, Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, bu, cəmiyyətin nəzərində reklam kimi görünəcəkdi. İndiki halda isə söhbət “milyarder Vardanyanın işini-gücünü ataraq Xankəndiyə köçməsi” xalq arasında ən yaxşı piardır. Qarabağla bağlılığı olmayan, İrəvanda doğulub orada orta məktəbə gedən, dəfələrlə Türkiyəyə səfər edən Vardanyanın özünü “vətənpərvər” kimi piar etməsinin əsl səbəbi hakimiyyətlə bağlı hədəfidir.

Hesab edirəm ki, Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır. Maraqlı nüans ortaya çıxır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə gürcü əsilli rusiyalı milyarder İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq”.

Zaur Məmmədov bildirib ki, Paşinyan ailəsi tərəfindən idarə olunun informasiya resursları Vardanyanın gəlişinə ümumilikdə susmaqla, cəmi iki dəfə tənqidlə cavab veriblər:

“Bəs revanşistlərin Vardanyanla hansı əlaqəsi var? İşxan Saqatelyan və digər nisbətən gəncləri çıxmaqla, qocaman siyasətbazların Rubenlə uzunmüddətli biznes əlaqələri olub. Köçəryan indiki halda yaxşı başa düşür ki, Ermənistanda Paşinyanı seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, Köçəryanın ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc edirlər

Digər yandan, Vardanyanın Ermənistana gəlməsinin Ukraynadakı müharibə ilə minimum əlaqəsi var. Hələ 2021-ci ilin yayında Vardanyan Ermənistana gələrək siyasətlə məşğul olmaq istədiyini bəyan etmişdi.

Xatırladım ki, son 5 ildə İtaliya, İspaniya, Almaniya tərəfindən Vardanyanın kompaniyalarına qarşı yoxlanmalara başlanılıb. Hətta 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı açıq məktubla Avropa Komissiyasının o vaxtkı rəhbərinə müraciət də etmişdilər. Onun şirkəti 80 dən artıq şirkətin milyardlarla dollarının ofşorlara transfer edilməsində, “çirkli pullar”ın yuyulmasında günahlandırılır”.
 
Ardını oxu...
Dünən səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Rusiya səfirliyinin konsulluq xidmətinin önünə edilən kamikadze hücumu nəticəsində azı 8 nəfər həlak olub, 15-dən çoxu yaralanıb. Ölənlərdən 2-i Rusiya səfirliyinin əməkdaşıdır.

Terror hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, baş şübhəli “İslam Dövləti Xorasan Vilayəti” qruplaşmasıdır.

Cari ilin əvvəllərindən Əfqanıstanla yanaşı, Mərkəzi Asiyada da xeyli fəallıq göstərən “Xorasan Vilayəti” paylaşdığı son videolarda Rusiyanı açıq-aşkar təhdid edirdi. Aydındır ki, Xorasançılar Rusiyanın əsas diqqətini Ukrayna cəbhəsinə cəmləşdirməsini Mərkəzi Asiyadakı dayaqlarını gücləndirmək fürsəti olaraq görürlər.

Digər tərəfdən, son həftələrdə Taliban rəsmilərinin yanacaq və taxıl alınması üçün Rusiya ilə danışıqlar apardığı məlum idi. Belə olduqda, bugünkü hücumun Rusiya-Taliban əlaqələrini hədəf aldığı barizdir.

Son hücum bir və bir neçə mesaj xarakteri daşıya bilər. Əslində hadisəyə sırf İŞİD çərçivəsindən baxdıqda Suriyada illərdir Rusiya ilə münaqişədə olan İŞİD-in daha əvvəlki periodlarda Xorasan bölgəsində də Rusiyaya qarşı açıq hücumlar təşkil etməsi gözlənilən idi. Hadisələrin inkişafı isə Rusiyanın Əfqanıstanda möhkəmlənməsini istəməyən və Mərkəzi Asiyada statuskvonun dəyişməsində maraqlı olan xarici qüvvələrin aktiv şəkildə bu istiqamətdə hərəkət etməyə başlaması ehtimalını da istisna etmir.

“Şərqə Baxış” Analitik Mərkəzi

 
Ardını oxu...
Ölüm taciri ləqəbi ilə tanınan erməni əsilli Sarkis Soğanalyan soyuq müharibə dövrünün ən məşhur silah qaçaqmalçısı hesab olunur. Sarkis daha çox Səddam Hüseyn rəhbərliyindəki İraqa tətbiq olunan silah embarqosunu yararaq bu ölkəyə çox sayda silah satması ilə gündəmə gəlmişdir. Bundan əlavə o, özünə məxsus karqo təyyarələri ilə Mavritaniyadakı Polisario qüvvələrinə, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya çox sayda silah-sursat satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır.
1-ci Qarabağ müharibəsi zamanı da onun erməni qüvvələrini silahlarla təmin etdiyi iddia olunmuşdur. Dünyanın ən böyük silah tacirlərindən olan bu şəxs, 2011-ci ildə 81 yaşında ürək çatışmazlığından ölmüşdür.
2005-ci ildə çəkilmiş Müharibə Tanrısı filmindəki Simeon Veyts personajı, Soğanalyan da daxil olmaqla, yaxın şərq silah qaçaqmalçılarının ümumiləşdirilməmiş prototipidir
Teref.az
 
 
 
Ardını oxu...
Çeçenistanın odioz lideri («odioz» - latın sözüdür, nifrətə layiq mənasına gəlir) Ramzan Kadırov mümkün istefaya işarə vurub. Ancaq onun üçün güc blokunda yüksək vəzifə hazırlayrlar.

Bu barədə rusiyalı müxalifətçi «Meduza» nəşri məlumatlı mənbəyə istinadla yazır («UNİAN»).

«Ramzan Kadırov «Rosqvardiya»da rəhbər vəzifə tuta bilər» - nəşr yazır.

Putin administrasiyasına yaxın mənbə xəbər verib ki, bu köçürməyə baxılır.
 
Ardını oxu...
Kanadanın Saskaçevan əyalətində iki nəfər 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən qırğın törədib. İndi təhlükəli cinayətkarlar polis tərəfindən axtarılır.

Bu barədə Publika.az "The New York Times"a istinadən xəbər verir .

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, bir neçə qurban Ceyms Smit Kri icmasında və Ueldon kəndində təsadüfi hücumlara məruz qalıb. Regina şəhərinin sakinlərinə öz evlərini tərk etməmək tövsiyə olunub.

Polis şübhəliləri Damien və Miles Sanderson adlandırıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları 13 cinayət yerində işləyirlər. 10 ölü və 15 yaralıdan əlavə, daha çox qurbanlar ola bilər.

Kanadanın baş naziri Castin Trüdo da Saskaçevandakı hadisələrə münasibət bildirib. O, "Twitter"də qətliamı “dəhşətli və ürəkağrıdan” adlandırıb.

Xatırladaq ki, 2022-ci ildə Kanadada böyük bir kütləvi atışma hadisəsi baş vermişdi.
 
Ardını oxu...
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Qərbi iki yerə bölüb: ABŞ, Böyük Britaniya, Polşa və Baltik ölkələri Rusiyaya qarşı sərt siyasətin davamını istəyərkən, Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər müharibənin istənilən şəkildə bitməsini və Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar.

Bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

“Bu ölkələri çətin keçəcək qış qorxudur, Rusiya qazına ümidlərini üzməyiblər. İşğalçı Rusiyanın da ümidi Avropadakı keçmiş dostlarınadır. Ukrayna isə yalnız ordusuna və həqiqi dostlarına ümid etmək məcburiyyətindədir”, - politoloq qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti