Ardını oxu...
ABŞ Maliyyə Nazirliyi Türkiyə şirkətlərinə sanksiyalara məruz qalan Rusiya şirkətləri və şəxslərlə işləməyin nəticələri barədə xəbərdarlıq edib.

Yeniavaz.com “Forbes” nəşrinə istinadən bildirir ki, Rusiya və Türkiyə prezidentlərinin avqustun 5-də Soçidə Rusiya təbii qazının rublla ödənilməsi və Türkiyədə “Mir” ödəniş kartlarından istifadə məsələsinin müzakirə edilməsindən sonra ABŞ-ın Ankaraya təzyiqlər güclənib.

“The Wall Street Journal” xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası türk iş adamlarına sanksiyalar altında olan Rusiya şirkətlərilə əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib. Nəşrin məlumatına görə, avqustun 22-də maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyədəki Amerika Ticarət Palatasına müvafiq məktub göndərib.

Qəzetin məlumatına görə Adeyemonun oxşar bir məktubu Türk Sənayeçi və İş Adamları Dərnəyinə (TÜSİAD) göndərilib. Göndərlən məktubda qeyd olunub ki, ABŞ siyahısında olan Rusiya şirkətlərinə maddi dəstək verən hər hansı bir şəxs və ya qurum ABŞ-ın sanksiyaları ilə qarşılaşa bilər.

Bildirilir ki, Vaşinqtondakı rəsmilər uzun müddətdir Türkiyənin sanksiyalar altında olan Rusiya aktivləri üçün təhlükəsiz sığınacaq halına gəldiyindən narahatlıqlarını ifadə ediblər.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığı zamanı da bu barədə narahatlığını ifadə edib.

Soçidəki görüşdən dərhal sonra altı Qərb rəsmisi “Financial Times” qəzetinə bildirb ki, Vaşinqton və Brüssel Türkiyə və Rusiya liderlərinin ticarət və enerji sahəsində əməkdaşlığı genişləndirmək planları ilə bağlı bəyanatlarından narahatdırlar. Ankara Moskvaya sanksiyalardan yayınmağa kömək etsə, o, cavab tədbirləri ilə üzləşə bilər.

“The Wall Street Journal” yazır ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə NATO üzvüdür və nəticədə “oliqarxlar burada superyaxtalar saxlayır, gənc dissidentlər və texnoloji işçilər isə çamadanlarda pul daşır”. Türkiyə prezidenti bundan əlavə, özünü Rusiya və Ukrayna arasında münaqişədə vasitəçi kimi təqdim edir, iki ölkə liderlərini sülh danışıqlarının yeni raunduna başlamağa çağırır.
 
Ardını oxu...
"Ukraynanın Rusiya ilə barışacağına dair ümidlər bir az sadəlövhlükdür, baxmayaraq ki, boğulan adam həmişə saman çöpündən yapışır".

TEREF xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, ABŞ-ın Ukrayna siyasəti Qafqazdakı strategiyası ilə birə-bir eynilik təşkil edir:

"Ukraynaya münasibət, yardımın həcmi və sürəti fərqli ola bilər. Amma bunun artıq Rusiya ilə heç bir əlaqəsi yoxdur. Rusiya ilə bağlı qərar Ramşteyndə verilib, hər şey götür-qoy edilib, digər variantlar artıq sırf nəzəri hesab olunur. Ona görə də açıq deyək - Rusiyanın itirəcək heç nəyi yoxdur və eyni zamanda onun itirəcək bir şeyinin olmaması heç bir şey demək deyil. İndi Kremlin qarşısında duran vəzifə mövcud hakimiyyətin ömrünü uzatmaqdır. Bunun üçün isə intihardan başqa hər şeyi edəcəklər.

Rusiyada hazırki rejim hakimiyyətdən gedəndən sonra böhranın nə qədər dərin olacağını və yeni Rusiyanın hansı sərhədlərdə olacağını müzakirə etmək mənasızdır. Biz Rusiya qonşuları sadə bir şeyi başa düşməliyik - sistemik böhran başlayandan sonra Moskvada sərt praqmatistlər hakimiyyətə gəlməyi qaçılmaz olacaq, əsas vəzifələri də ölkəni mümkün olan formada qorumaq olacaq. Belə vəziyyətdə rus qonşularının əsas vəzifəsi vaxtında tutduqları ərazilərdən qaçmaq olacaq. Amma problem ondadır ki, indi biz qaçmalıyıq, başqa yol yoxdur. Kimisi artıq başlayıb, kimisi çalışır amma bacarmır.

Rusiya Federasiyasının çökməsi Gürcüstanda hakimiyyət dəyişikliyi ehtimalının yeganə "driver"i funksiyasını yerinə yetirə bilər. NATO artıq Ukraynadadır. ABŞ-ın Ukrayna siyasəti Qafqazdakı strategiyası ilə birə-bir eynilik təşkil edir".
Ardını oxu...
Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda ölməsindən sonra ilk dəfə açıqlama verib.

Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi “Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz” deyib.

Duqinin yaxın dostu Konstantin Malofeyev isə sosial media hesabında Duqinin yazılı açıqlamasını yayıb.

Hücuma görə Ukraynanı ittiham edən Duqin, “Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejiminin terror hücumu nəticəsində qızım Darya Duqina avqustun 20-də Moskva yaxınlığında “Tradisiya” adlı festivaldan qayıdarkən baş verən partlayışda vəhşicəsinə öldürülüb. Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz. Onlar qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər. Bunu edə bilməyəcəklər”, – deyə bildirib

Qızının ölümünə görə yalnız “intiqam” istəmədiklərini vurğulayan Duqin, “Ürəyimiz intiqam və ya cavab verməkdən daha çoxunu istəyir. Bizə sadəcə qələbə lazımdır” ifadəsini işlədib.

Duqin sabah Darya Duqinanın dəfn mərasiminin keçiriləcəyi barədə də məlumat paylaşıb.
 
Ardını oxu...
Laçının təhvil verilməsini eşidən ermənilərin şəhərdə törətdiyi vəhşiliklər qonşu ölkələrdə də birmənalı qarşılanmayıb.

Bədnam ermənilərin Laçında soyğun, talan və yanğınlar törətmələri Gürcüstanda geniş rezonans doğurub. Belə ki, politoloq Quram Marxuliya 30 il ərzində yalan içində yaşayan ermənilərin artıq həqiqətləri qəbul edərək çarəsizlikdən hər şeyə əl atdıqlarını bildirib.

“Belə vandalizm tarixdə yoxdur. Bütün gürcü xalqı bu vəhşiliyi qınayır. Ermənilərin yandırdığı evlər onların deyildi. O evlərin hamısı azərbaycanlılarındır. Bir insan meşədən nə istiyə bilər? Biz bunu başa düşmürük. Bu hərəkətlər bütün beynəlxalq hüquq normalarına da ziddir. BMT və digər beynəlxalq təşkilatların qətnamələrində bu barədə heç nə yoxdur, çünki onların bu cür vəhşiliklər törədə biləcəyi ağıllarına gəlməyib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Məlumata görə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.

 
Ardını oxu...
Yeni Zelandiya hökuməti ölkədə işçi çatışmazlığını aradan qaldırmaq üçün gələn il tətil mövsümündə müvəqqəti işçilər işə götürmək planlarını açıqlayıb.

Teref.az xəbər verir ki, İmmiqrasiya naziri Mixael Vud, immiqrasiya qanunlarında bəzi dəyişikliklər edərək, qlobal işçi çatışmazlığından ən çox təsirlənən sektorlarda işləmək üçün 12 min xarici vətəndaşı müvəqqəti işçi kimi işə götürməyi hədəflədiklərini deyib.

Bundan əlavə, miqrantların ən çox fəaliyyət göstərdiyi yaşlılara qulluq, tikinti, infrastruktur, ət və dəniz məhsulları biznesi, turizm və xidmət sektoru kimi sahələrdə əmək haqqının ödənilməsi qaydalarının yumşaldılacağı qeyd edilib. Musavat.com
 
 
 
Ardını oxu...
Ermənistan paytaxtında Rusiyanın ölkədəki "5-ci kalon"unun, çox güman ki, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu "Hayastan" blokunun təşkil etdiyi növbəti təxribat üzə çıxıb.

DİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, müxtəlif teleqram-kanallarda və sosial şəbəkələrin erməni seqmentində paylaşılan foto və xəbərlərdən bəlli olur ki, İrəvan küçələrində Qarabağın Rusiyaya birləşməsini təbliğ edən şüarlar yayılıb.

"Bunlar "Hayastan” partiyasının nümayəndələrinin İrəvanda yerləşdirdiyi vərəqələrdir.

Yazılıb:

Tiraspol(Moldovadakı qondarma "Dnestryanı respublikası"nın paytaxtı-S.L.)- Rusiyadır
Mariupol - Rusiyadır
Krım - Rusiyadır
Donetsk -Rusiyadır
Luqansk -Rusiyadır
Tsxinvali(Gürrcüstandakı "Cənubi Osetiya"nın paytaxtı-S.L.) - Rusiyadır
Artsax (Qarabağ) da- Rusiya olsun
Zaporojye - Rusiyadır
Şimali Qazaxıstan da Rusiya olacaq...

✅ Hər kəs üçün təkrar edirəm: Qarabağı Ermənistandan kənarda görən mənim üçün satqındır!
“Hayastan” blokudur mütləq... Hayastandır?"
"?@armmirotvorec" teleqram-kanalındakı şərhdə belə yazılıb.

Digər hay isə t.me/hmtorum teleqram-kanalında təxribata bu cür qiymət verib:

"Artsaxın daha bir hissəsinin düşmənə verildiyi məqamda Tiraspol, Mariupol, Krım, Luqansk, Donetsk, Tsxinvali, Zaporojye və Şimali Qazaxıstanla maraqlanırlar?

Əlbəttə, “Թող Արցախը լինի Ռուսաստան” (Artsax Rusiya olsun) sətri xüsusi diqqətə layiqdir ?‍♂

Mən hətta bu barədə şərh verməyəcəyəm. Bu, sadəcə, iyrənclikdir"...

Dünən - 21 avqust axşam saatlarında Ernənistan parlamentindəki "Hayastan" blokunun üzvü deputat Geqam Manukyan bəyanat yayaraq bəhs edilən vərəqələrin üzvü olduğu blok tərəfindən yayılmadığını bəyan edib və bunu "hüquq-mühafizə orqanlarının göz yumduğu təxribat" adlandırıb...

P.S. Əlbəttə, Azərbaycan xalqı və dövləti daha da qətiyyətli və yekdil mövqe tutsa, hayların istər Rusiyapərəst, İstərsə də Qərbpərəst olan işğalçı, irqçi və revanşist kəsiminin heç bir təxribatı baş tutmayacaq...

Ardını oxu...
Ardını oxu...
Rusiyanın sursatları tükənir. Bu isə onların hücum potensialının azalması prosesini sürətləndirir.

Bu barədə Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisi deyib.

"Bizim sursatların tükəndiyinə və artıq onların gizli anbarlardan çıxarılması dair çoxlu sübutlarımız var", - ABŞ kəşfiyyat rəsmisi deyib.

ABŞ kəşfiyyatının məlumatına görə, indi Rusiya batalyon-taktiki qruplarını birləşdirib və öz qüvvələrini bərpa etməyə çalışır.

Qeyd edək ki, son günlər Krımda baş verən silsilə partlayışlar da Rusiya ordusunun silah anbarlarının, hərbi texnikanın və infrastrukturun məhv edilməsi məqsədi daşıyır.

Xüsusilə də Ukraynanın uzaq məsafəni yüksək dəqiqliklə vuran raketlər əldə etməsindən sonra Rusiyanın hərbi arsenalının məhv edilməsi prosesi sürətlənib. Ona görə də perspektivdə Rusiya üçün müharibəni davam etdirmək çətin ola bilər. Teref.az-ın məlumatına görə, politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna Rusiyanın yalnız silah arsenalını deyil, həmçinin hərbi logistikasını da məhv etməyə çalışır. Ona görə də Rusiyanın hərbi potensialı tükənmək üzrədir:

"Bir müddət öncə Böyük Britaniya kəşfiyyatı Rusiyanın arsenalında olan dəqiq silahların 70 faizini istifadə etdiyi barədə məlumat açıqlamışdı. Eyni məlumatın bir qədər başqa şəkildə ABŞ kəşfiyyatı tərəfindən verilməsi bununla bağlı Qərb xüsusi xidmət orqanlarında kifayət qədər informasiyaların olduğunu təsdiq edir.

Ümumiyyətlə, ötən müddətdə açıqlanmış kəşfiyyat məlumatların öz təsdiqini tapması göstərir ki, Qərb Rusiyada gedən proseslərə tam nəzarət edə bilir.

Yəni Kremlin atdığı addımları, planlarını dəqiqliklə müəyyən edirlər. Çünki Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı ABŞ, Britaniya və NATO ölkələrinin dəqiq məlumatı vardı. Bu sonradan sübuta yetirildi. Ona görə də Pentaqonda açıqlanmış məlumatın səhih olduğunu düşünmürəm. Burada fərq cüzi ola bilər. Amma Rusiyanın silah-sursat ehtiyatının tükənməsi barədə çoxsaylı məlumatlar var. O ki, qaldı Ukraynanın son zamanlar Rusiyanın silah anbarlarını vurmasına, bu, rəsmi Kiyevin müharibə fəlsəfəsinin dəyişdiyini göstərir.

Əvvəllər Ukrayna Sovet müüharibə fəlsəfəsindən istifadə edirdi. Amerikalı generallardan biri deyib ki, döyüşü əsgər, müharibəni logistika udur.

Artıq biz Ukraynanın Rusiya ordusunun logistikasını məhv etdiyini görürük. Logistika dedikdə, yalnız yollar və körpülər nəzərdə tutulmur. Buraya silah anbarları, təhcizat məntəqələri, yanacaq bazası daxildir. Yanacaq vaxtında çatdırılmasa, texnika hərəkət edə bilməz və açıq hədəfə çevrilər. Yaxud silah-sursat olmasa, əsgər əliyalın qalır. Ona görə də Ukrayna Rusiyanın logistikasını məhv etməklə planlaşdırılan əks-hücum zamanı uğur qazanmağa nail olmaq istəyir. Bütün məlumatlar Rusiyanın ağır itkilər verdiyini göstərir.

Məsələn, Rusiya Qara dəniz donanmasının aviasiyasının yarıdan çoxunu itirib. Bu o deməkdir ki, Xersonda və digər vilayətlərdə Ukrayna hava hücumundan ehtiyat etmədən hərəkət edə bilər. Ukrayna həmçinin, Rusiyanın hava məkanında üstünlüyünü də aradan qaldırmağa çalışır. Çünki Krıma endirilən zərbələrin əsas hədəfi hərbi hava limanlarıdır. Müharibə başlayanda Rusiyanın hava məkanında çox böyük üstünlüyü vardı. Ancaq belə zərbələrlə Ukrayna üstünlüyü öz xeyrinə dəyişmək istəyir".

Ekspertin sözlərinə görə, müharibədə böyük itkilər verən Rusiya hərbi sənayeni yenidən işə salmağa cəhd edir: "Ancaq bunu reallaşdırmaq üçün Rusiyanın müasir texnologiyası yoxdur. Köhnəlmiş Sovet texnikası ilə uğur qazanmaq isə mümkün deyil".
 
Ardını oxu...
Rusiya Milli Respublika Ordusu Darya Duginanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Azpost.info bildirir ki, bu barədə özünün Youtube kanalında Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev bildirib.

“Rusiya ərazində törədilən digər aksiyalar kimi bu aksiya da Milli Respublika Ordusu tərəfindən reallaşdırılıb. Biz “Pospartizan” resursu ilə həmin qurumun döyüşçüləri ilə əlaqə yaratmışıq. MRA mənə öz manifestlərini oxumaq üçün vəkalət verib”-deyə sabiq deputat vurğulayıb.

Daha sonra Ponomaryev Bəyanatı oxuyub. Sənəddə deyilir ki, Respublika Ordsunun döyüşçülərini müharibə səbəbkarlarına, qarətçilərə və Rusiya xalqlarına zülm edənlərə qarşı olan fəallar, hərbçilər və siyasətçilər təşkil edir.

MRA bəyan edib ki, Putin məhv ediləcək. Qurum öz hədəfləri sırasında Rusiyanın hökümət üzvlərinin, korrupsioner biznesmenlərin, güc strukturlarının və hərbi yük daşıyan işçilərin olduğunu açıqlayıb.

“Biz prezident Putini hakimiyyəti ələ keçirməkdə ittiham və hərbi cinayətlərdə əli olduğunu, slavyan xalqları arasında qardaş qırğını saldığını, rus əsgərlərini labüd və mənasız ölümə göndərdiyini bəyan edirik”-deyə Bəyanatda deyilir.

“MRA mülki obyektlərə hucum etməyəcəyini vəd edib.

Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.

Qeyd edək ki, dünən “rus dünyası” ideyasının rəhbəri, filosof Duginin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində Darya Dugina həlak olub.
 
Ardını oxu...
Müasir Rusiya millətçiliyinin atalarından və “Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duginin qızı Darya avtomaşınına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həlak olub. Bir çox müşahidəçilərin dediyinə görə, əslində bombanın hədəfi Duqinin özü olsa da, hədəfə gələn onun qızı olub.

Qaziler.az xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

Ekspertin sözlərinə görə, Duqinin daha çox “Darya Platonova” təxəllüsü ilə tanınan qızı da atasının ideoloji tərəfdaşı və fəal dəstəkçisi idi:

“Qeyd olunur ki, o, Moskva ətrafındakı tədbirdən geri dönərkən qətlə yetirilib. Bu da bildirilir ki, terrorun hədəfi olan Duqinin sağ qalmasının səbəbi son anda başqa maşında getməyə qərar verməsi olub.

Donbas terrorçu-separataçılarından tutmuş digər Rusiya radikallarınadək, bir çoxları terrorun ukraynalı diversantlar tərəfindən təşkil olunduğunu iddia etsələr də, bu, inandırıcı görünmür. İlk növbədə ona görə ki, indi ukraynalıları maraqlandıran daha çox onların ölkəsinə qarşı müharibə aparan generallardır.

İdeoloqlar isə bir qayda olaraq daxildəki siyasi-ideoloji rəqibləri tərəfindən hədəfə alınırlar. Duqin də bu mənada istisna deyil. Avrasiya ideyalarının arxasında gizlənən Duqinin əsas ideoloji platforması rus faşizmidir və bu, getdikcə daha aydın görünməkdədir. Çox güman ki, onun hədəfə alınmasının səbəbi də elə budur. Amma konkret halda Duqinə qarşı terror törədənlərin onun ideoloji rəqibləri deyil, həmin ideologiyanı onun əlindən almaqda maraqlı tərəfin olması daha inandırıcıdır. Bunun da konkret səbəbi var: bu gün Rusiyada aşırı millətçiliyə alternativ ideologiyanın olduğu və hətta ola biləcəyi də görünmür. İllər ərzində Kreml təbliğatı sayəsində aşırı millətçiliyə, ksenofobiyaya, irqçiliyə, bir sıra hallarda isə açıq faşizmə yoluxdurulmuş Rusiya cəmiyyətində uğur qazanmağın yeganə yolu həmin baxışlarla, həmin ideoloji platforma ilə silahlanmaqdan keçir. Bu ölkədə başqa siyasi baxışların şansının olduğu görünmür”.

Ekspertin sözlərinə görə, hətta daim liberal siyasətçi kimi tanınmış keçmiş Prezident Medvedyevin davamlı olaraq millətçiliyə, şovinizmə, irqçiliyə istinad etməsi də təsadüfi sayılmamalıdır:

“Müasir Rusiya siyasətində uğur (daha doğrusu, xalqın dəstəyini) qazanmağın yeganə yolu budur. Rusiya siyasi çevrələrində gedən mübarizə əslində millətçi-faşist ideologiyaya sahiblənmək uğrundadır. Hakimiyyətə aparan yeganə yol həmin ideoloji paltformadan keçir. Elə buna görə də ölüm-dirim savaşı ideoloji baxımdan eyni qütbdən olanlar arasında gedir və gedəcək də. Bu mənada “rus dünyasının” atasının hədəfə alınması ideoloji platforma uğrunda mübarizənin (əslində isə müharibənin) kəskinləşdiyinin və kulminasiya nöqtəsinə yaxınlaşdığının indikatoru kimi qəbul oluna bilər. Digər tərəfdən də “ayının dərisini bölüşdürməyə” başlayıblarsa, demək, ayı ya artıq ölüb, ya da can üstədir.

Baş verən hadisələr Rusiyada diversiyaların, terror aktlarının, “ürəktutmalar”dan ölümlərin, “avtoqəzalar”ın və nəhayət, “intiharlar”ın artacağını deməyə əsas verir. Mübarizənin vasitələri də bunlardır, çünki faşist ideologiyasının hökmranlıq etdiyi siyasi mühitdə sivil mübarizə metodları olmur”.
 

Ardını oxu...
Laçın şəhərində qanunsuz məskunlaşmış hayların, demək olar ki, hamısı köçməyə hazır vəziyyətdədir.

DİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu, "Kavkazski uzel" nəşri və Ermənistanın "Sivilnet" saytının dünən- avqustun 19-da hazırladığı son video-reportajlardan bəlli olur.

Laçın şəhərində hələlik heç bir erməni tərk etdiyi evi yandırmasa da, video-görüntülərdən də məlum olur ki, onlar çil-çıraqları, əl-üzyuyanları, hətta iri pəncərələri və s. sökərək özləri ilə aparmaq üçün hazır qoyublar. Görünür, unitazlar da bu siyahıdadır. Sadəcə, Kəlbəcərdəki məlum görüntülərdən sonra belə kadrların çəkilməsinə izn vermirlər...

Laçındakı qondarma "mer" Narek Aleksanyanın verdiyi məlumata görə, 19 avqust üçün şəhərdə cəmi 30 erməni ailəsi qalıb. Onların çoxu tənha məxluqlardır...

Xatırladaq ki, Laçın şəhəri və Zabux kəndləri avqustun 25-dək hayklardan boşaldılmalı və Azərbaycan tərəfinə təjhvil verilməlidir. Artıq bu gündən Zabuxda su, işıq və rabitə vasitələri kəsilib...

Bu arada erməni nəşrlərində guya köç üçün verilən müddətin sentyabrın 1-dək uzadılması haqda razılığı gəlinməsi barədə şayiələr səslənir...



Dünyapress TV

Xəbər lenti