Ardını oxu...
Laçın şəhərində qanunsuz məskunlaşmış hayların, demək olar ki, hamısı köçməyə hazır vəziyyətdədir.

DİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu, "Kavkazski uzel" nəşri və Ermənistanın "Sivilnet" saytının dünən- avqustun 19-da hazırladığı son video-reportajlardan bəlli olur.

Laçın şəhərində hələlik heç bir erməni tərk etdiyi evi yandırmasa da, video-görüntülərdən də məlum olur ki, onlar çil-çıraqları, əl-üzyuyanları, hətta iri pəncərələri və s. sökərək özləri ilə aparmaq üçün hazır qoyublar. Görünür, unitazlar da bu siyahıdadır. Sadəcə, Kəlbəcərdəki məlum görüntülərdən sonra belə kadrların çəkilməsinə izn vermirlər...

Laçındakı qondarma "mer" Narek Aleksanyanın verdiyi məlumata görə, 19 avqust üçün şəhərdə cəmi 30 erməni ailəsi qalıb. Onların çoxu tənha məxluqlardır...

Xatırladaq ki, Laçın şəhəri və Zabux kəndləri avqustun 25-dək hayklardan boşaldılmalı və Azərbaycan tərəfinə təjhvil verilməlidir. Artıq bu gündən Zabuxda su, işıq və rabitə vasitələri kəsilib...

Bu arada erməni nəşrlərində guya köç üçün verilən müddətin sentyabrın 1-dək uzadılması haqda razılığı gəlinməsi barədə şayiələr səslənir...



Ardını oxu...
Rusiya Federasiyasının xadimlərindən kimlər baş verənlərə və Rusiyanın təcavüzünün davam etməsinə təsir edə bilir və Dmitri Medvedevin bu gün siyasi rolu nədən ibarətdir.

Bu suala rusiyalı politoloq Dmitri Oreşkin cavab verib.

«Böyük məxfilik daxilində Vladimir Vladimiroviç Putin. Bütün qalanlar təsir dairəsi, arxa qapıdan giriş uğrunda mübarizə aparırlar. Və bu mübarizəni az-çox uğurla aparırlar. Amma bütün qərarları Putin qəbul edir, xarici siyasəti Putin formalaşdırır» - o, Freedom layihəsinin efirindən bəyan edib («UNİAN»).

Politoloq hesab edir ki, Rusiya Federasiyasında hər şey bircə nəfərdə cəmləşib. Onun sözlərinə görə, insanlar var ki, Putinə az-çox təsir göstərə bilirlər. Amma o, informasiyanı əsasən, xüsusi xidmətlərdən alır və istifadə edir.

Oreşkin bir çoxlarının “cib prezidenti” adlandırdığı Medvedevə də «toxunub» «Onun rolu alçaqlıqdır. Bunu hamı anlayır, onun özündən başqa. Filə hürən «moska» (balaca it!) roludur. Bu zaman o, bunu hündürdən etməlidir, çünki o, pis imicə (behraund - arxa fon) malikdir. O özünü demokrat və liberal kimi aparmağa cəhd edib, indi ona lazımdır ki, buraxılmış səhvləri düzəltsin» - politoloq qeyd edib.

Onun sözlərinə görə, Medvedev öz fikirlərini heç də həmişə düzgün ifadə edə bilmir, amma bu imkan ona verilib, “çünki kiçicik bir heyvandır”.

Jurnalistlərin məlumatına görə, Rusiyanın sabiq Prezidenti özünü öldürməyə cəhd göstərib. Guya mühafizəçi onu alkoqol sərxoşluğu vəziyyətində, əlində tapança görüb.
 
Ardını oxu...
Dünyanın ən çirkli havası olan şəhərlərinin adı açıqlanıb.
Şanxay, Moskva və Tehran havanın azot dioksid (NO2) ilə ən çox çirklənməsinə malik şəhərlər adlandırılıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu nəticəyə Amerika qeyri-kommersiya təşkilatı “Health Effects Institute” və Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutu gəlib.

İlk onluğa həmçinin Çinin Pekin, Misirin Qahirə, Türkmənistanın Aşqabad, Belarusun Minsk, Türkiyənin İstanbul və Vyetnamın Ho Şi Min, Rusiyanın Sankt Peterburq şəhərləri daxildir.

Tədqiqata rəhbərlik edən baş elmi işçi Pallavi Pant etiraf edib ki, Rusiyanın bir neçə şəhərinin reytinq cədvəlində birinci yerdə olması onu təəccübləndirib.

"Çox güman ki, bu nəticə nəqliyyatın emissiyaları və köhnəlmiş avtomobil parkı ilə bağlıdır",- deyə ekspert bildirib. Alimlər qeyd edib ki, atmosferdəki PM2.5 incə hissəciklərindən fərqli olaraq, NO2 emissiyaları problemi az öyrənilib.

Bu isə qazı aşkar etmək qabiliyyətinə malik yerüstü monitorinq stansiyalarının olmaması ilə əlaqədardır. Tədqiqatçıların fikrincə, azot dioksidi PM2.5 kimi həyat üçün təhlükəli deyil. Bununla belə, müxtəlif tənəffüs xəstəliklərinə, o cümlədən uşaqlarda astmanın inkişafına səbəb ola bilər.

NO2-nin əsas mənbəyi daxili yanma mühərrikləri olan avtomobillərdir. Mütəxəssislərin fikrincə, ən böyük zərər köhnə avtomobillərdən gəlir.

Eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının istifadəsi, tullantıların yandırılması və nəqliyyatdan havaya atılan PM2.5 hissəciklərinin ən yüksək səviyyəsi Hindistanın Dehli və Kolkata şəhərlərində qeydə alınıb. Bu növ çirklənmənin miqyasına görə onlardan sonra Nigeriya Kano və Peru Liması gəlir.

Reytinq tərtib edilərkən havanın, suyun təmizliyi, sənaye müəssisələrinin və poliqonların sayının göstəriciləri nəzərə alınıb.

İlahin, Bizimyol.info
 
Ardını oxu...
Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

"Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib", - o qeyd edib.
 
Ardını oxu...
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov artıq 3 ildir ki, xəstəxanada yaşayır.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisadçı alim Ruslan Qrinberq “Zvezda” telekanalına danışıb.
Mərkəzi Kilinik Xəstəxanasında yatan Qorbaçovu ziyarət etdiyini deyən Qrinberqin sözlərinə görə, Qorbaçov şəkər xəstəliyindən və böyrək problemindən əziyyət çəkir. O, mütəmadi olaraq dializ edilir.
Qrinberq qeyd edir ki, 91 yaşlı Qorbaçov nadir hallarda yataqdan qalxır:
"Onun yaddaşında da problem var. Söhbət zamanı onda unutqanlıq yarandığı hiss edilir, çünki mövzuları qarışdırır".
Məlumata görə, Qorbaçov üçün xəstəxanada ev şəraiti qurulub. Görünür, dəfələrlə ölüm xəbəri yayılan Qorbaçov hələ bir müddət də xəstəliklə və qocalıqla mübarizə aparmağa davam edəcək.
Mixail Qorbaçov 15 mart 1990-cı ildən 25 dekabr 1991-ci ilə qədər SSRİ prezidenti olub.
 
Ardını oxu...
Avropa ölkələri qış mövsümünə qədər enerji təchizatını təmin etmək üçün həll yolları axtarsalar da, indiyədək atılan heç bir addım həll yolu olmayıb.

Regionda enerji xərcləri artdıqca qənaət paketləri tətbiq olunub. Yaxınlaşan qış mövsümi öncəsi yaşanan enerji böhranının dərinləşməsi artıq bölgədəki istehlakçıları da düşündürməyə başlayıb.

Cebhe.info xəbər verir ki, Rusiya və Ukrayna arasındakı müharibə onsuz da enerji problemi ilə mübarizə aparan Avropada böhranı daha da dərinləşdirmişdi.

Bu prosesdə açıqlanan embarqo qərarları və Rusiyanın enerji kozurundan geri çəkilməməsi Avropanı dalana sürüklədi. Rusiyadan asılılıqdan qurtulmaq üçün mübarizə aparan Avropa ölkələri enerji səfərbərliyi elan etsə də, Rusiyadan təbii qaz nəqlinin azalması və embarqo qərarlarının təsiri ilə qış mövsümündə Avropada böhranın dərinləşəcəyi gözlənilir.

Rusiyadan aldıqları qazı kompensasiya etmək üçün alternativ tapa bilməyən Avropa ölkələrini istehlakın yüksək olduğu qış mövsümündə daha çətin günlər yaşaya biləcəyi bildirilir. Yaşanan problemlər artıq Aİ ölkələrində istehlakçıları düşünməyə vadar etməyə başlayıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Avropa İttifaqı (Aİ) ötən ilin iyul ayında Rusiyadan gündəlik təxminən 300 milyon kubmetr qaz idxal etdiyi halda, 2022-ci ilin iyul ayına bu rəqəm 100 milyon kubmetrdən aşağı düşüb.

Beləliklə, Aİ-nin Rusiyadan aldığı təbii qazın həcmi bir ildə 70 faiz azalıb. Almaniyanın enerji bazarının tənzimləyicisi, Avropanın istehsal bazası və ən böyük iqtisadiyyatı olan “Bundesnetzagentur” (BNetzA) şirkətinin prezidenti Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları tələbatı maksimum 2,5 ay ödəyə biləcək.

Almaniya istehlakçılara əlavə vergi tətbiq edir

Avropa ölkələri arasında Almaniya qazın kəsilməsinə ən həssas ölkə kimi görünür. Müharibədən əvvəlki dövrdə qaza görə Rusiyadan asılı olan ölkə müharibədən sonra da qaza olan tələbatının 35 faizini Rusiyadan qarşılayırdı. İndi qışı əlində məhdud enerji ilə keçirməli olan Almaniya qiymət artımından sonra qaz təchizatı şirkətlərinə dəstək məqsədilə oktyabrın 1-dən bütün istehlakçılara əlavə vergilər tətbiq etməyə hazırlaşır.

İqtisadiyyat Nazirliyi son açıqlamasında müvəqqəti əlavə verginin oktyabrın 1-dən qüvvəyə minməsinin və 2024-cü il aprelin 1-də başa çatmasının planlaşdırıldığını açıqlayıb. Əlavə vergi tarifinin hesabları hər ailə üçün təxminən 500 avro artıracağı gözlənilir”.
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə yenidən Şimali Kipr Türk Respublikasının tanınması məsələsi qaldırıldı.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

“Şimali Kiprin tanınması yaxın günlərdə baş verə bilər. Əliyevlə görüş çox səmimi keçdi, dünyaya siyasi mesaj verildi. Görüşümüz Yunanıstanı təşvişə saldı”, – Ərsin Tatar deyib.
 
Ardını oxu...
“Nazirlər Kabineti 2022-ci il sentyabrın 1-dən ixracyönümlü şirkətlərin orta əməkhaqqı azı 20 000 qrivnadan az olmayan, büdcəyə vergi və rüsumlar üzrə borcu olmayan 10 nəfərdən az işçisinə 7 günə qədər xarici ölkələrə səyahət etməyə icazə verib”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.
O, qeyd edib ki, bu “Diya” portalı vasitəsilə əlçatan olacaq.
 
 
 
Ardını oxu...
Rusiyanın keçmiş Prezidenti, hazırda Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev "Telegram"-da Krım yarımadası ilə bağlı yazdığı hədə-qorxu postunu silməyə məcbur olub.

Xatırladaq ki, o, iyulun 17-də "Ukrayna Krımı geri qaytarmağa cəhd edərsə, ona elə qiyamət günü törədəcəyik ki, ondan gizlənmək çox çətin olacaq", - deyə Zelenski hökumətini hədələmişdi.

Eks-prezident əlavə etmişdi ki, Ukraynanın və ya NATO üzvü olan dövlətlərin Krımı "Rusiyanın ərazisi" kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün sistemli təhlükədir: "Onlar dişlərini qıcayıb mırıldamağa cəhd edir, ayrı-ayrı vəcdə gələn qanlı oyunbazlar isə vaxtaşırı yerindən hoppanıb hansısa bəyanatlar verir, hələ, üstəlik, bizə hədə-qorxu gələrək, Krıma hücum etmək və s. barədə boşboğazlıq edirlər. Bax, bununla əlaqədar demək istəyirəm ki, onlar belə bəyanatların nəticələrini anlamır, çünki belə bir şey baş verərsə, onların hamısı üçün "qiyamət günü" olacaq, həm də elə sürətli və ağır olacaq ki, gizlənmək çox çətin olacaq".

Medvedevin rüsvayçı addım ataraq postunu silməyə məcbur olması son həftələrdə Ukrayna Silahlı Qüvvələrinin Krımda yerləşən hərbi aviabazaları, silah-sursat anbarlarını diversiya və raket atəşləri ilə məhv etməsi, Putin hakimiyyətinin isə bu zərbələr qarşısında aciz qalması ilə bağlıdır. Dünən axşam Rusiyanın öz ərazisində - Belqorod şəhərində silah-sürsat anbarının məhv edilməsi isə Kremlin artıq müdafiə mövqeyini də itirməyə məcbur olmasından xəbər verir.

Elspertlər bildirirlər ki, yaxın günlərdə Ukrayna ordusunun hücumları daha sistemli və şiddətli hal alacaq, bu halda Rusiya daha böyük itkilərlə üzləşəcək və tədricən Ukraynada işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur olacaq.
 
 
 
Ardını oxu...
Zaporojye atom elektrik stansiyasının reaktorlarının dayandırılması və bütün enerji mənbələrinin itirilməsi soyutma sistemlərinin sıradan çıxmasına və reaktor qurğusunun aktiv zonasının zədələnməsinə səbəb ola bilər.

Bu da ətraf mühitə radioaktiv maddələrin yayılması ilə nəticələnə bilər.

Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyinin məlumatına görə, 2011-ci ildə Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəza məhz bu ssenari üzrə olub.

“Atom elektrik stansiyası öz ehtiyaclarını fasiləsiz təmin etmək üçün daimi enerji təchizatına malik olmalıdır. Stansiyanın fəaliyyəti ya işləyən enerji blokları, ya da xarici enerji təchizatı ilə qarşılanır. Bütün enerji blokları söndürüldükdə sabit xarici enerji təchizatı təmin edilməlidir”, - deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Rusiyanın zərbələri nəticəsində Zaporojye AES-i Ukraynanın enerji sistemi ilə birləşdirən dörd xətdən üçü zədələnib. Dördüncü xətt də zədələnərsə, stansiya öz ehtiyacları üçün elektrik enerjisi almaq imkanını itirəcək.

“Bütün elektrik təchizatı mənbələri itirildikdən sonra nüvə yanacağının əriməsi prosesi başlayacaq və bunun nəticəsində ətraf mühitə radioaktiv maddələr yayıla bilər”, - deyə Müfəttişlikdən qeyd edilib.

Mütəxəssislər həmçinin əlavə ediblər ki, Zaporojye AES-də baş verən qəza geniş ərazilərin radioaktiv çirklənməsinə səbəb ola bilər ki, bu da qlobal nəticələrə gətirib çıxara bilər. Xüsusən də hava şəraitindən asılı olaraq radioaktiv bulud Avropa, yaxud Rusiya və Belarus ərazilərinə çata bilər. Bundan əlavə, AES Kaxovka su anbarının sahilində yerləşir ki, bu da Dnepr çayı və Qara dənizin radioaktiv çirklənməsinə səbəb ola bilər.
 

Dünyapress TV

Xəbər lenti