Ardını oxu...
Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev yenidən "gündəm" olub.

32gun.az xəbər verir ki, rayonun ən aktov səhifəsi "Qazaxlılar"da edilən paylaşım diqqət çəkib.

Həmin paylaşımı olduğu kimi diqqətə çatdırırıq:
"Səhifəmizə daxil olan şikayətlərdə vətəndaşlar Məmməd Alıyevin özbaşınalıqlarından təngə gəldiklərini bildiriblər. İllərdir ki, yuxarıdakı adamlarına güvənərək vətəndaşlara hədə-qorxu gəlir. Bir tədbir olduqda idarə və müəssisələrə zəng edib gəlməyəcəkləri halda işdən çıxarmaqla hədələyir. Rayon icra başçısını da, rayon polis şöbəsinin rəisini də, rayon prokurorunu da barmağında oynadır. Kimdən xoşu gəlmirsə bir zənglə işini bitirir.
Ən son keçirilən qanvermə aksiyasında da bənzər problemlər yaşanıb".
Xatırladaq ki, M.Əliyev pandemiya dövründə oğluna mal-çağırlı toy etməsi, bəlıdiyyə sədri olan bacısı oğluna xəstəxanada əlavə iş verdirməsi və oğlu Elnur Alıyevə 120 min dollarlıq “Land Cruiser” avtomobili alması ilə gündəm olmuşdu.
Ardını oxu...
 
Ardını oxu...
Beylıqan rayon sakini Quliyev Elxan Şəmil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, iddia edir ki, rəsmi qurumlara ünvanladığı müraciətinə baxılmır:

“Mən, Quliyev Elxan Şəmil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Şikayətim “AED MMC” şirkətindəndir. 2022-ci ilin aprel ayında “AED MMC” şirkətinə işə girmişəm. 1200 manat əmək haqqı alırdım. 2023-cü ilin fevral ayında gördüyüm iş başa çatdığından, işdən çıxmışam.

İşdən çıxarkən, şirkət son 3 aylıq əmək haqqımı verəcəyini demişdi. Bir müddət sonra Əmək Müfəttişliyinə müraciət etdim, məlum oldu ki, mənim adıma kart açılıb və oradan 1092 manat çəkilib.

Şikayət etməyimə baxmayaraq işimə baxılmır, heç bir köməklik etmirlər. Nə polis, nə də şirkət araşdırmır ki, mənim adıma açılan hesabdan kim, necə pul çəkib?!

Mən əziyyətimin haqqını tələb edirəm. Xahiş edirəm, mənə köməklik göstərin.

Məsələ ilə bağlı dəfələrlə Beyləqan rayon polisinə müraciət etsəm də, heç bir nəticə yoxdur. Hər dəfə bildirirlər ki, narahat olmayın, köməklik ediləcək. Amma ortada heç bir nəticə yoxdur”.

Qeyd edək ki, vətəndaşın müraciəti ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib.
 

Ardını oxu...
Zərdab rayonunun -2 ci Alıcanlı kəndinin bir qrup sakinləri çarəsiz vəziyyətdə qaldıqlarını bildirir. Dia-az.info-nun məlumatına görə, kənd sakinləri deyir ki, kənddə zavod, fabrik yoxdur, yeganə gəlir yerləri maldarlıqdır.
Onların iddiasına görə, kənd Bələdiyyəsinin sədri Əsədov Habil icra hakimiyyət ilə əlbir olub, onlara dövlət tərəfindən ayırılmış örüş torpaqlarını qanunsuz olaraq ayrı-ayrı şəxslərə satıb.
Sakinlər deyir ki, bununla bağlı dəfələrlə Bələdiyyə və İcra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb. Kənd sakinləri mal-qaraların otarmağa yerləri olmadığı üçün, kənddən baş götürüb getmək istədiklərini bildirirlər.
Şikayətçilər deyir ki, Bələdiyyə sədri Habil Əsədoun və icra hakimiyyətinin özbaşnalığı barədə hara müraciət etək bilmirik. Pul müqabilində torpaqlarının satıldığını iddia edən kənd sakinləri bu məsəlınin araşdırılmasını, onların arxasında kimin durduğunun aşkara çıxararaq, torpaqlarının geri qaytarılmasında onlara yardım edilməsini xahiş edirlər.
 
Ardını oxu...
Bakı sakini Dadaşov Abbas Eldar oğlu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçidir.

AFN.az-a göndərdiyi növbəti şikayət məktubunda A.Dadaşov bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. Şikayətçi bildirir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışıb: “Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər. Bildirdilər ki, bu barədə həmin məsələni həll edəsi şəxslə danışıb səninlə görüşüb, ümumi bir razılığa gələrik. Bir neçə gündən sonra Teymurla görüşdük və o, mənə bildirdi ki, danışmışam 180 min manata torpaq məsələsi həll olunacaq. Mən ondan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdi ki, qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedi ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Teymurun söhbətinə mən tam inandım və ona hissə-hissə 236000 manat pul verdim”.

T.Şahbazov verdiyi vədə əməl etmədiyinə görə A.Dadaşov ondan şübhələnib: “Ona bildirdim ki, sən işi yubadırsan, işin yubanmasının səbəbini mənə izah et. Dedi ki, qardaşım Rüstəm ölkədə yoxdur, ona görə də sənədləşmə bir az gecikir. Rüstəm gələn kimi sənədləşmə yekunlaşacaq və sənədləri tam şəkildə sənə verəcəm. O, dedi ki, bütün ölkə üzrə bu məsələlərə qardaşı rəhbərlik edir. Mən arxayın oldum ki, Teymur yalan danışmaz, qardaşı Rüstəm Şahbazovla məsələni həll edəcək. Teymur mənə onu da dedi ki, pulun hamısını qardaşına verib”.

“Sövdələşmə”nin üzərindən bir müddət keçsə də, lazım olan sənədlər A.Dadaşova verilməyib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: “Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər”.
Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: “Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat “icarə haqqı” aldı”.

Şikayətçi onu da qeyd edib ki, bu “üçlük” tək onu yox, bir neçə adamı aldadaraq pullarını ələ keçirib. A.Dadaşov Şahbazov Teymur Adıgözəl oğlunun və qardaşı Şahbazov Rüstəm Adıgözəl oğlunun, həmçinin Allahverdiyev Rövşən Oqtay oğlunun cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş 236000 manatın ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. O, müvafiq müraciətini aidiyyatı hüquq-mühafizə orqanlarına da göndərib.

"Hazırda Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Təxminən 6 aydan çoxdur ki, axtarışa verilib. Amma rahatca şəhərdə gəzir, maraqlıdır ki, heç kim onu saxlamır. Barəsində Cinayət Məcəlləsinin 178-ci maddə ilə cinayət işi açılıb. Bir neçə nəfər zərərçəkmiş var, biri də mənəm. Mənə 1 milyona yaxın zərər vurub. Onun həbs edilməsini, cinayət işinin araşdırılmasını istəyirəm" - deyə A.Dadaşov saytımız vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, daxili işlər naziri, general-palkovnik Vilayət Eyvazova ünvanladığı müraciətdə qeyd edib.

Qeyd edək ki, qeyd edilənlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan mövqe almaq cəhdlərimiz boşa çıxdı. Belə ki, Xidmətin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, məsələyə hüquq-mühafizə orqanları baxır, ona görə mövqe vermək məqsədəuyğun deyil. R.Şahbazova məxsus votsap nömrəsinə göndərdiyimiz müraciət də cavabsız qaldı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az, Araşdırma qrupu
 
Ardını oxu...
Azərbaycanda özünü Ceyms Bond kimi aparan məmurlar az deyil. Onlar üzdə az görünür, arxada çox iş görürlər. Amma həyata keçirdikləri əməllər xoş niyyətə xidmət etmir, öz mənafeyinə qulluq edir. Biri elə vaxtilə YAP-ın Nizami rayon təşkilatında sədr müavini olmuş Ramin Əhmədovdur. Bakının Nizami rayonunu xaraba günə qoyandan sonra məskənini dəyişdi. Həmin dövrdə Nizami rayon icra başçısı olmuş Arif Qasımovun "krişası" altında eləmədiyi qanunsuzluq qalmayan Ramin Əhmədov elə sonuncu hadisədən sonra "dabanına tüpürüb qaçdı". Paytaxtın Qara Qarayev prospektini başdan-başa şumlayan, yaşıllıqlara "divan tutan", səkiləri belə ələ keçirən Ramin Əhmədov sabiq başçının himayəsi altında həmin ərazilərdə obyektlər, mağazalar tikdi, bu gün də o ağacların, səkilərin yerində dükan, kafe, ticarət mərkəzi fəaliyyətdədir. Yəni "asta qaçan namərddir" deyib Nizami rayonunda aradan çıxan Ramin Əhmədov ara sakitləşəndən sonra yenə öz ampluasındadır, həmin obyektləri də idarə edir, aylığını yığmaqdadır. Sadəcə, onun və keçmiş başçının səbr kasasını daşıran sonuncu qanunsuz hərəkəti Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İDEYA layihəsinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkı zəbt etmələri, Arif Qasımovun oğluna parkda kafe açması oldu. Hətta məsələ barədə AzTV reportaj yayımladı və çox çəkmədi ki, Prezidentin sərəncamı ilə Arif Qasımov Nizami İH rəhbəri postundan qovuldu. Elə bunun ardınca Ramin Əhmədov qəhətə çıxdı. Çünki "Neftçilər" metrosunun ətrafında qətliam etmədiyi yaşıllıq qalmamışdı. Görün qudurğanlıq hansı həddə çatmışdı ki, özlərində "cəsarət" tapıb Leyla xanımın təşəbbüsü ilə salınan parkı da çayxanaya çevirməyə əl atmışdılar...
Anaxeber.info bildirir ki, bir müddət gözdən itən və medianın gündəmindən iraq olan Ramin Əhmədov daha sonra Yasamal rayonunda "zühur etdi". Ramin Əhmədov sakitlik çökən kimi Nizamidəki əməlləri Yasamalda davam etdirməyə başladı. Görünür ki, belə şəxslər heç cür islah olmur. Eyni yolu gedən Ramin Əhmədov Yasamalda da özünə dəstək tapıb. Yəni bu rayonun icra başçısı Elşad Həsənovun himayəsi altında indi onsuz da yaman günə qoyulan Yasamalı lap xarabazara çevirir. Gələn xəbərlərə görə, Əhmədov Yasamalda yaşıllıq tapa bilmir, çünki çoxu kəsilib və binalar tikilib, ona görə də tək-tük ağaclıq qalıb ki, onların canına düşüb.
Ona görə də Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdisə, indi Əhmədov sayəsində Yasamal ön plandadır. Nəticə odur ki, Ramin Əhmədov gözə girməməyə çalışır və beləcə oliqarxa çevrilməyi bacarır. Hazırda Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov hələ də parlamentə ümidlidir.
Halbuki onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, Ramin Əhmədov 2017-ci ilin noyabrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığındakı “Dakar” meydanında öz avtomobili ilə “”əVAZ-2107”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayıldı. Yəni Əhmədov bu qədər baş verənlərə, Nizami rayonunda ağacların qətlinə görə məsuliyyətdən yayınaraq bu işləri Yasamalda genişləndirir. Görək, "dur" deyən tapılacaqmı...
Ardını oxu...
Azərbaycanda Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin, aztəminatlı ailələrin sosial problemlərinin ictimailəşməsi ciddi şəkildə əngəllənir. Bu maneəni yaradan qüvvələrin mütəşəkkil bir dəstə olduğu və qazilərin səsinin eşidilməsinə şərait yaradan KİV-lərə təzyiq göstərdiyi bildirilir. Bu barədə Səngər TV rəhbəri Aqil Alışov Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətdə açıqlayıb. Baş redaktor çıxışı zamanı bəyan edib ki, bu işin arxasında dayanan güc "Veysəloğlu" Şirkətlər Qrupudur. Ölkədə pərakəndə, topdansatış, logistika, idxal, distribusiya, istehsal sahələrində fəaliyyət göstərən şirkət öz sektorunda iş görməyi bir kənara qoyaraq mediaya basqı göstərir, maliyyələşdirdiyi mütəşəkkil qrupların əli ilə Səngər TV-ni hədələyir, onun fəaliyyətini dayandırmağa çalışır. A.Alışov deyib ki, şirkətin rəhbəri Aydın Talıbovdur və "Veysəloğlu" qazilərin susdurulması, problemlərinin dilə gətirilməməsi üçün həmin "qoçu dəstə"lərinə sponsorluq edir. Baş redaktor bildirib ki, rəhbəri olduğu Səngər TV-ni bloklamağa, yayımını dayandırmağa cəhd göstərilir. O, ölkə başçısından və hüquq-mühafizə orqanları rəhbərlərindən bu müraciət əsasında araşdırma aparılmasını xahiş edib. Maraqlıdır ki, "Veysəloğlu" şirkətinin işi qida sahəsində, digər xidmət sektorlarında fəaliyyət göstərmək olduğu halda, qazilərin problemlərinin işıqlanması bu şirkəti niyə narahat edir? Aydın Talıbov həmin dəstələri nə üçün maliyyələşdirir? Hər halda suallara aidiyyatı orqanlar daha aydın cavab tapacaqlar...//Anaxeber.info

 
Ardını oxu...
Bir müddət əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qərarı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev , Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov tutduğu vəzifədən azad edildi .

Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumatlara görə qanunsuzluqlar son dövrlər Qazax Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində də müşahidə olunur. Elşad Quliyevin rəhbərlik etdiyi bu təhsil müəssisəsi özbaşınalıqlarla idarə olunur. Verilən məlumatda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava öz gərginliyi ilə diqqəti cəlb etdirir. Burada təhsil sistemi bərbaddır, rüşvətxorluq baş alıb gedir.Hal-hazırda kollecdə praktika içləri bərbad vəziyyətdədir.Direktor Elşad Quliyev kolleci şəxsi obyekti kimi idarə edir. Bütün bu kimi məlumatlardan sonra Elşad Quliyev haqqında mətbuat üzərindən bir araşdırma apardıq.

Dövrü mətbuatın yazdığına görə Kollecdə müxtəlif ixtisasar üzrə təhsil alan tələbələrin çoxu il ərzində heç dərs üzü görmürlər. Çünki, tələbələrin əksəriyyəti rayonda qalmalı və ev kirayələməlidirlər. Belə olan halda müəyyən xərcə düşəcəyini anlayan tələbə ya onun valideyni dərhal Elşad müəllimlə “danışıqlara” gedərək birgə çıxış yolu tapırlar.Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əksər tələbələrinin təqaüdləri mənimsənilir.
Bunlardan başqa Qazax Dovlət Sosial-İqtisadi Kollecində dövlət vəsaitləri də mənimsənilir. Burada satınalmalar qanunla müəyyən olunmuş qaydada keçirilmir, direktorun əvvəlcədən sövdələşdiyi şirkətlərlə formal müqavilələr bağlanıldığı da söylənilir. Apardığımız araşdırma zamanı məlum oldu ki, Qazax Dovlət Sosial-İqtisadi Kollecində külli miqdarda dövlət vəsaiti kotirovka sorğusu yolu ilə mənimsənilir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539,8 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə "AZİMUT TƏCHİZAT" MMC ilə bağlanılıb.

MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 20 manat, qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. İnformasiya texnologiyası avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.

Maşın və avadanlıqların satın alınması üzrə 15.999,62 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə "STRİX" MMC ilə bağlanılıb.
MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat, qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Maşın və avadanlıqların satınalınması, İKT və məişət avadanlıqlarının satın alınması kimi kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bu MMC-nin də bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.

Cari təmir işlərinin satın alınması üzrə 28.010,9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il tarixdə "GLOBAL SERVICES" MMC ilə bağlanılıb.

MMC 28.11.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi Hüseynov Habil Qabil oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir.
Qeyd edək ki, Sosial-İqtisadi Kollecin 2022-ci ildə satınalma müqaviləsi bağladığı "VARIANT-SEVIS" və "ORLONDO AZ" MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir. MMC-lərin müvafiq olaraq 35057.69 manat və 56204.86 manat vergi borcu var.

Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Məsələ burasındadır ki, müsabiqənin qalibi olmuş "GLOBAL SERVICES" MMC-nin külli miqdarda vergi borcu var. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyevin görəsən bunlardan xəbəri varmı?Yaxud "GLOBAL SERVICES" MMC,"VARIANT-SEVIS", "ORLONDO AZ" MMC MMC,"AZİMUT TƏCHİZAT" MMC -lərlə ,yaxuda qanunları pozararaq kotirovka sorgusunun qalibi olmuş digər MMC-lərlə Elşad Quliyevi hansı maraqlar birləşdirir?Vergi borcu olan MMC-ni, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq kotirovka sorgusunun qalibi etməkdə Elşad Quliyev gğrəsən hansı maraqlar güdür?

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

P.S Qaldırılan məsələlərə aydınlıq gətirmək üçün Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də səylərimiz bir nəticə vermədi.// Mediatv.az
 
Ardını oxu...
Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.

Gununsesi.info xəbər verir ki, Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar.

Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.

Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.

Rayondakı mənbələrdən saytımıza daxil olan məlumata görə, sözügedən kollec uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərib. Tələbələr istisnasız olaraq rüşvətlə qəbul edilib, imtahanlar da eyni qaydada Kollec rəhbərliyinə, şöbə müdirlərinə bəlli məbləğlər ödənilməsi hesabına verilib.

Mənbə bildirir ki, tələbələrin çoxunun adı kollecə yazılsa da onlar ümumiyyətlə dərs, auditoriya üzü görməyib. İşə gəlməyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini, şöbə müdiri tərəfindən saxlanılır, onlar hər ay “Kapital Bank”ın hesabından vəsaitləri çıxararaq bir qismini rəhbərliyə çatdırıb, qalanını da özlərinin şəxsi ehtiyaclarına sərf ediblər.

Məlumatda qeyd olunur ki, pul üztündə tez tez direkorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub.

Qeyd edək ki, yerli media bu kollecdə baş verən korrupsiya cinayətləri barədə silsilə yazılar dərc olunub, amma aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməyib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir.

Əslində Kollecdə baş verən qanunsuzluqlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırma predmeti olmalıdır. Direktoru işdən qovmaq problemin həlli deyil.
 

Ardını oxu...
Şəkidən Kənan Əhmədov Gundeminfo.az-a müraciət edərək Rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənovdan və icra hakimiyyətinin şöbə müdirindən şikayətçidir.

Kənan Əhmədov deyir ki, Şəki rayon Oxut kəndində DOST MMC-də işləyir və 326 manat əmək haqqı alır.

Aldığı əmək haqqının da 80 faizi nikah pozulduğundan aliment olaraq tutulur. Şəki sakini deyir ki, aztəminatlı ailə olduğunu, tək yaşadığınıı nəzərə almaları üçün üz tütduq Şəi Rayon İcra Hakimiyyətinə.

"Bu ilin yanvar ayında üz tutduq İcra Hakimiyyətinə. İcra başçısının ikinci müavini Zərinə Cavadovanın qəbulunda olduq. Zərinə xanımın səhhətində problem olduğundan biz ərizə yazdıq və oradan ayrıldıq. 10 gündən sonra İcra Hakimiyyətinin ümumi şöbəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, sizə yardım ediləcək. Mart ayında təkrar yollandıq və bizi aldatdılar" deyə Şəki sakini bildirib.


Daha ətraflı vətəndaşın videomüraciətini təqdim edirik.

Yazıda adları çəkilən şəxlərin də mövqeyini dinləməyə hazırıq.





 
 
Ardını oxu... Ardını oxu... Myspace Stumbleupon

Ardını oxu...
Krılovun təmsilləri bizim bəzi məmurların lap özlərinə oxşayır. Çexovun komediyalarının personajları da onların canına yapışır. Amma biz yenə də Axundovun “qəhrəmanları”na üstünlük veririk.

Nə də olmasa məmurlarımız öz milli tragikomediyamızdır. Yazarlarımız da onları bu gün üçün yazıblar. Sanki iki yüz il sonranı görüblər.

Kişilər görüblər ki, biri lap elə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevdir. “Yol əhvalatı” filmində Siyavuş Aslanın sözü olmasın, “adama nə qədər deyərlər, qurtar bu xırda-xuruş alverdən…”
Amma Ramin Abdullayev xırda-xuruş alverdən tutmuş yekə gəlirlərə qədər hər işə qol qoyur, baş kəsir. Onun tikinti şirkətləri ilə işbirliyi, yeyinti sərgüzəştləri artıq dillərdə dastandır.

Ən böyük tragik əməli isə Gəncədə erməni terrorundan zərər çəkən insanları indiyə qədər süründürməsidir. Hətta Hitlerin fürerləri bu dərəcədə əzazil olmayıblar, amma Ramin Abdullayev o hadisədən 4 il keçsə də, vətəndaşları incitməkdə davam edir.

Gəncə şəhərindəki 700-dən çox zərər görmüş, ya da məhv olmuş tikili hələ də öz aqibətini gözləyir. Bu işlər Ramin Abdullayevin keçirdiyi şifahi tenderlər yolu ilə özünə yaxın olan “Konqo” və “Parlaq” şirkətlərinə həvalə olunub. Hər iki şirkət üç il ərzində dövlət büdcəsini talan emtəkdən başqa iş görməyib. Aidiyatı şəxslır isə nə yoxlayır nə də danlşır. Sadəcə susmaq qlzlldır deyib ,,susurlar”.

Bu yekəlikdə korrupsiyanın başında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin dayandığı bildirilir. Sual olunur:

Bəs, bu “milli fürer” – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri olan Ramin Abdullayev bu cəsarəti haradan alır? Kimə belə arxayındır ki, oturduğu postda, əyləşdiyi kresloda onu istər Krılovun obrazı adlandır, istərsə Qoqolun “6-cı palatası”nın personajı söylə, Gəncə sakinlərinin problemləri ilə bağlı “tükünü də tərpətmir ki tərpətmir “.Çünki onun öz lideri, öz biət etdiyi şəxs var – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətov…

Namiq Hümmətov, “Axırıncı aşırım”da deyildiyi kimi, “Kərbəlayı oturub Qarabağlarda, külli-ixtiyarı da verib Qəmlonun əlinə” – o da bu səlahiyyətləri verib Ramin Abdullayevə. Onu əmin edib ki, qətiyyən narahat olma, sənin “krışa”n da mənəm , patronun da. Necə deyərlər arxanda da dağ kimi durmuşam, pul qazanmaq üçün istədiyini elə, sənə kimsə toxuna bilməz.

Bax, bu da bizim milli faciəmizdir. Çünki məmurlardan yarımamışıq. Onların korrupsioner, müştəbeh, xalqın və dövlətin puluna göz dikməsi azmış kimi, erməni terrorundan əziyyət çəkmiş Gəncə sakinlərinə belə diqqəti yoxdur.
Yəni məmur rüşvətxor da ola bilər, qanunsuz iş də görər, di gəl, onun bir vətənpərvərlik, millətsevərlik heysiyyatı olmalıdır. Fəqət belə görünür ki, Ramin Abdullayev və onun arxa-dayağı olan komitə sədrinin 1-ci müavini Namiq Hümmətovda bu keyfiyyətlər ya yoxdur, ya da tam məsuliyyətsiz, laqeyd adamlardırlar. Bu qədər laqeydlik olarmı? Gözıərinin helə də yaşı qurumayan şəhid analarımıza bacılarımıza göstərdiyimiz ,,qayğı” budurmu? Hər halda, buna oxucular qiymətə verə bilər.

Oxucu qiymətinə qədər artıq bu işə bir də Prezident Administrasiyası rəhbəri, hörmətli Samir Nuriyevin də hüquqi qiymət verməsinə ehtiyac var. Gəncə terrorundan zərər çəkənlər PA rəhbərinə xahiş və müraciətində qeyd edirlər ki, S.Nuriyev adıçəkilən şəxslərin – məmur adına xələl gətirən Ramin Abdullayev və Namiq Hümmətovun bu süründürməçiliyi barədə tədbir görülməsi üçün müvafiq tapşırıq versin. Bəli, Gəncə camaatı inanır, inanır ki, əsrimizin “fürer”ləri haqda hörmətli Samir Nuriyevin də ədalətli rəyi olacaq. Hər halda, istər Prezident Aparatının rəhbəri, istərsə də Baş purokrorluq ,hüquq mühavizı orqanları , 4 ildir davam edən bu özbaşınalıqdan agah olsa, komitə sədrinin müavini və Abdullayevin vəziyyəti heç də yaxşı olmayacaq…

Ardı var…


Dünyapress TV

Xəbər lenti