Ardını oxu...
Ardını oxu...
Palmali Holdinqin prezidenti Mübariz Mənsimov sosial şəbəkədə video paylaşıb və Azərbaycanda yol təsərrüfatı ilə məşğul olan qurumları tənqid edib.

Yenisabah.az bildirir ki, sözügedən video gəlinggətirdi mərasimindən çəkilib və yollar o qədər bərbad durumdadır ki, bəy gəlin maşını, onu müşayət edənlərin hamısı nəqliyyat kimi yük maşınlarından istifadə etməyə məcbur olublar. M. Mənsimov yazır:

“Bu videonu bir dostum mənə göndərdi. Bura Azərbaycanın cənub bölgəsi, Astaradır. Bu videoya baxdıqca, özüm özümə nifrət edirəm ki, biz hansı dövrdə yaşayırıq?

Bu gəlin karvanı Astaranın kəndlərinin birində çəkilib. Bu mənzərə Masallıda da var, Azərbaycanın başqa rayonlarda da.

Həqiqətən utanmırsınız?! Yol axı həm də mədəniyyətdir! Yox utanmırsız, mədəniyyətiniz yoxdur! Çünki siz mədəniyyəti mədə niyyətinizlə ölçürsünüz. Başınız xarici səfərlərə, butik və ya 7 ulduzlu otellərə o qədər qarışıb ki, özünüzə əziyyət verib buralara gələ bilmirsiz. Bura gəlmək ayıbdır sizin üçün.

Öz imarətləriniz orada olsaydı əminəm ki, istər kənd olsun, istər mərkəz yol şüşə kimi olardı. Yol nədi, hələ ətrafında bütün infrastrukturlar da...

Hə, həm də orada axı lovğalana bilməyəcəksiniz. Nə siz, nə də sizin ailələriniz. Buranın havası başqadır! Sizin oynadığınız hava başqa. O qulaqardı etdiyiniz sərəncamlardan ayrılan pullar da havada. Bir gün gələcək siz məmurlar özünüz də havada qalacaqsız, buna əmin olun. Onda görüm xalqın qarşısında nə cavab verəcəksiniz? Hanı o bölgəyə baxan məmurlar? Bölgədən seçilən millət vəkilləri? Yola nəzarət edən departamentlər? Aldığınız rüşvət və oğurladığınız xalqın pulları boğazınızda qalacaq. Buna son qoyulmalıdır!

Rüşvət alan məmur ya edam ya da ömürlük həbs cəzası almalıdır. Və ailələri heç bir zaman dövlət işinde vəzifə almamalıdır!

Adım kimi əminəm ki, bu cəzalardan sonra rüşvətə son qoyular. Yolunuza baxın! Yolçu olmayın!”.
 

0

Ölkədə yaxın zaman üçün rəsmən hər hansı seçki elan olunmasa da siyasi aktivlik seçki mühiti qədər yüksəkdir. İlin əvvəlində, yanvarın 19-da keçirilən mitinqdən sonra proseslərə təsir gücü və gündəmi yaratmaq baxımdan müxalifətin estafeti göturdüyü aşkardır. Amma o da bəllidir ki, ən yaxın tariximizdə dəfələrlə belə hallar yaşanıb və müxalifətin bundan da yüksək pik nöqtəsindən düşməsi an məsələsi olub. Güman ki, indi də iqtidar texnoloqları eyni əks həmlə üzərində işləyir və bir müddət sonra bunun işartılarını görəcəyik. Ancaq bu mitinqlə bağlı diqqət çəkən başqa bir məqam da var ki, bunun üzərində hakim komandanın rəhbərliyi ciddi düşünməlidir. Söhbət narazılığın birdən birə bu şəkildə ifadə olunmasından, hətta gündəlik dolanışığında maddi problemlər yaşayan insanların yol xərci çəkərək rayondan Bakıya mitinqə gəlməsidir.Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq ərəfəsində bu məqam yenidən aktualdır. Mitinqə icazə verilib verilməməsindən asılı olmayaraq bölgələrdən verilən reaksiya xüsusilə maraq doğurur. Onu da bildirək ki, Anaxeber.info-ya daxil olan məlumata görə, 19 yanvar aksiyasında Bakıdan kənar rayonların hər birindən nə qədər şəxs iştirak etdiyi ayrıca təhlil olunub. Məsələn, ilk sıralarda yer alan rayonlardan birinin Bərdə rayonu olduğu bəllidir. O zaman bu haqda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də müsahibəsində bu haqda məlumat vermişdi.
Maraqlıdır ki, 28 sentyabr mitinqi öncəsi də Bərdə rayonunda ciddi aktivlik müşahidə olunur. Belə ki, artıq sosial şəbəkədə Bərdə fəalları bununla bağlı anonslar verir. Bu günlərdə yayılan “BƏRDƏ 28 sentyabr mitinqinə hazırdır!!! Uğur olsun!” statusuna rayon sakinləri “Tam doğru. Bərdədə əhali hakimiyyət orqanlarından daha çox narazıdır” –deyə rəy veriblər. Bütün bunlar rayondakı vəziyyəti, icra başçısının idarəçiliyi haqda tam təəssürat yaradır. Əslində bundan əvvəl də Vidadi İsayevdən narazılığın pik həddə çatdığını göstərən faktorlar var idi.
Bir müddət öncə xeyli sayda rayon ziyalılarının “Məktəb” qəzetində bəyanatı ciddi hadisə sayıla bilərdi. Bərdə ziyalıları həyəcan təbili çalırlar, vəziyyətin həssaslığını diqqətə çatdırırlar və bəyanatla tanışlıq zamanı aydın olur ki, tələsmək lazımdır, yubanmaq işi ağırlaşdıra bilər. Anaxeber.az bildirir ki, Ziyalıların bəyanatında deyilir ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanətlər edib.Hətta ziyalılar onun həbsini tələb edir. Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb. Ziyalılar qeyd edirlər ki, bərdəli olan yerli kadrları işdən kənarlaşdırılıb, ayrı-ayrı rayonlardan özü kimi “işləyən”lər vəzifələrə gətirilib. Sitat: “Bu cahil başçı Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri olmuş Rəhilə İsmayılovanı çərlətdi,qadın dünyasını dəyişdi”.
Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. Yəni, söhbət maddi çətinlik, işsizlik, torpaqların satılması, sahibkarın incidilməsində deyil, Bərdənin icra başçısı məhz mənəvi sütunları dağıdır, əhalinin həssas nöqtələrinə zərbələr endirir, insanların heysiyyatına toxunur, camaatı qızışdırır. Əhali özbaşınalığa, rüşvətə, saxta məhkəmə qərarına dözər, amma onun şah damarına toxunanda nəticələri bu cür olur. Üstəlik, V.İsayevlə bağlı dövlət rəhbərliyini bu dəfə ayrı-ayrı şikayətçilər, haqqı pozulmuş sakinlər yox, Bərdənin ziyalıları məlumatlandırırlar. O baxımdan Bərdə ziyalılarının bəyanatı, o cümlədən sadalanan faktlar narahat doğurmaya bilməz. İqtidar texnoloqları təcili vəziyyəti dəyərləndirməlidirlər. Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb. Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz. Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır. Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Bərdə rayonudur.
ANAXEBER.INFO
Ardını oxu...
Ölkədə yaxın zaman üçün rəsmən hər hansı seçki elan olunmasa da siyasi aktivlik seçki mühiti qədər yüksəkdir. İlin əvvəlində, yanvarın 19-da keçirilən mitinqdən sonra proseslərə təsir gücü və gündəmi yaratmaq baxımdan müxalifətin estafeti göturdüyü aşkardır. Amma o da bəllidir ki, ən yaxın tariximizdə dəfələrlə belə hallar yaşanıb və müxalifətin bundan da yüksək pik nöqtəsindən düşməsi an məsələsi olub. Güman ki, indi də iqtidar texnoloqları eyni əks həmlə üzərində işləyir və bir müddət sonra bunun işartılarını görəcəyik. Ancaq bu mitinqlə bağlı diqqət çəkən başqa bir məqam da var ki, bunun üzərində hakim komandanın rəhbərliyi ciddi düşünməlidir. Söhbət narazılığın birdən birə bu şəkildə ifadə olunmasından, hətta gündəlik dolanışığında maddi problemlər yaşayan insanların yol xərci çəkərək rayondan Bakıya mitinqə gəlməsidir.Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq ərəfəsində bu məqam yenidən aktualdır. Mitinqə icazə verilib verilməməsindən asılı olmayaraq bölgələrdən verilən reaksiya xüsusilə maraq doğurur. Onu da bildirək ki, Anaxeber.info-ya daxil olan məlumata görə, 19 yanvar aksiyasında Bakıdan kənar rayonların hər birindən nə qədər şəxs iştirak etdiyi ayrıca təhlil olunub. Məsələn, ilk sıralarda yer alan rayonlardan birinin Bərdə rayonu olduğu bəllidir. O zaman bu haqda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də müsahibəsində bu haqda məlumat vermişdi.
Maraqlıdır ki, 28 sentyabr mitinqi öncəsi də Bərdə rayonunda ciddi aktivlik müşahidə olunur. Belə ki, artıq sosial şəbəkədə Bərdə fəalları bununla bağlı anonslar verir. Bu günlərdə yayılan “BƏRDƏ 28 sentyabr mitinqinə hazırdır!!! Uğur olsun!” statusuna rayon sakinləri “Tam doğru. Bərdədə əhali hakimiyyət orqanlarından daha çox narazıdır” –deyə rəy veriblər. Bütün bunlar rayondakı vəziyyəti, icra başçısının idarəçiliyi haqda tam təəssürat yaradır. Əslində bundan əvvəl də Vidadi İsayevdən narazılığın pik həddə çatdığını göstərən faktorlar var idi.
Bir müddət öncə xeyli sayda rayon ziyalılarının “Məktəb” qəzetində bəyanatı ciddi hadisə sayıla bilərdi. Bərdə ziyalıları həyəcan təbili çalırlar, vəziyyətin həssaslığını diqqətə çatdırırlar və bəyanatla tanışlıq zamanı aydın olur ki, tələsmək lazımdır, yubanmaq işi ağırlaşdıra bilər. Anaxeber.az bildirir ki, Ziyalıların bəyanatında deyilir ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanətlər edib.Hətta ziyalılar onun həbsini tələb edir. Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb. Ziyalılar qeyd edirlər ki, bərdəli olan yerli kadrları işdən kənarlaşdırılıb, ayrı-ayrı rayonlardan özü kimi “işləyən”lər vəzifələrə gətirilib. Sitat: “Bu cahil başçı Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri olmuş Rəhilə İsmayılovanı çərlətdi,qadın dünyasını dəyişdi”.
Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. Yəni, söhbət maddi çətinlik, işsizlik, torpaqların satılması, sahibkarın incidilməsində deyil, Bərdənin icra başçısı məhz mənəvi sütunları dağıdır, əhalinin həssas nöqtələrinə zərbələr endirir, insanların heysiyyatına toxunur, camaatı qızışdırır. Əhali özbaşınalığa, rüşvətə, saxta məhkəmə qərarına dözər, amma onun şah damarına toxunanda nəticələri bu cür olur. Üstəlik, V.İsayevlə bağlı dövlət rəhbərliyini bu dəfə ayrı-ayrı şikayətçilər, haqqı pozulmuş sakinlər yox, Bərdənin ziyalıları məlumatlandırırlar. O baxımdan Bərdə ziyalılarının bəyanatı, o cümlədən sadalanan faktlar narahat doğurmaya bilməz. İqtidar texnoloqları təcili vəziyyəti dəyərləndirməlidirlər. Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb. Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz. Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır. Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Bərdə rayonudur.
ANAXEBER.INFO
Ardını oxu...
Təxminən bir ay öncə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olundu. Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. Bildirək ki, İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı. Bu təyinata qədər İ.Rəcəbovun adı mətbuatda bir çox qalmaqallı məsələlərlə bağlı hallanıb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkəni kimi tanınan İ.Rəcəbov haqqında mətbuatda yer alan və rəsmən təkzib olunmayan məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: ” Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır. İlham Rəcəbovun təkcə Bakıda minə yaxın evi var. Həmçinin, polis polkovniki şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə də sahibdir. Bundan başqa Bakıda məşhur Sirr Şirniyyat şəbəkə evləri də İlham Rəcəbova məxsusdur. Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir. Maraqlıdır ki, DYP-də şöbə müdiri işləyən və qaynatasının hesabına geniş biznes şəbəkəsinə sahib olan İlham Rəcəbovun polis sistemində də mənfi imici var”.
Mediada yer alan digər bir məlumatda isə İ.Rəcəbovun qanunsuzluqlarından bəhs olunur. Belə ki, cumhuiiyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, İlham Rəcəbovun təxminən bir il əvvəl Bakıda aldığı yeni obyekt narazılıqlara səbəb olub: “Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında İlham Rəcəbovun qızı Turan Rəcəbovanın adına aldığı mağaza qonşuları narahat etməyə başlayıb. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda qızının adına daha bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb. “Ağ Ciçəyim” gul mağazasının fəaliyət göstərdiyi arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb. Sakinlərin Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və başqa müvafiq qurumlara etdiyi şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib və sökülmüş istinad divarı hələ də bərpa olunmayıb. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər. Görünür, İlham Rəcəbov və qaynatası Əhməd Əhmədzadə müvafiq qurumları özünəməxsus yollarla razı sala bildiyindən onıarın bu qanunsuzluqlarına hələlik “dur” deyən yoxdur. Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir”.
Ardını oxu...
Ötən gün nitq təlimçisi Cəlalə Nəzəroğlu ali məktəblərdə ödəniş qaydalarının necə aparılması ilə bağlı “facebook” dostlarına müraciət edib. Belə ki, o, Lənkəran Dövlət Universitetində tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edildiyini bildirib:

“Dostlar, yeni qərara əsasən, dövlət ali məktəblərində ödəniş yarı-yarı ödəməli deyil?

Bəs Lənkəran Dövlət Universiteti niyə buna əməl eləmir. Məlumatı olan varsa, desin. Əgər qanunu pozurlarsa, bunu ictimailəşdirəcəyəm!”
Ardını oxu...
Məsələyə aydınlıq gətirmək üçün AzNews.az Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova ilə əlaqə saxladı:

“İlk növbədə qeyd edim ki, Təhsil Nazirliyinin bununla bağlı heç bir rəsmi qərarı və göstərişi yoxdur. Digər tərəfdən isə bizdə maddi imkanı zəif olan 100-lərlə tələbə təhsil haqlarını yarı ödəməklə qəbul olunur. Mən üç ildir bu təhsil müəssisəsində çalışıram, hər il nə qədər belə tələbə qəbul olunur. Bütün tələbələrə güzəşt edilməsi qeyri-mümkündür və heç bir ali təhsil müəssisəsində bu təcrübə yoxdur.

Təhsil Nazirliyinə rəsmi müraciət edin. Səhifəsinə baxın. Belə bir qərar yoxdur. Bizə heç bir rəsmi göstəriş gəlməyib. Kiminsə tələbi ödənilməyibsə, bu o demək deyil ki, bizdə belə güzəşt olmayıb.100-lərlə tələbə güzəştli şərtlərlə qəbul olunub. Kiminsə şikayəti varsa, "facebook" şəbəsinə deyil, Universitetə rəsmi müraciət ünvanlasın, sənəd təqdim etsin, baxaq, araşdıraq.

Mən Cəlalə məsələni ultimatum şəklində qoyduğu üçün "facebook"da yazılanlara cavab vermədim. Olmaz belə! Mən 35 ildir jurnalistikadayam, jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm, heç kimlə hədə dili ilə danışmamışam.

Belə rəsmi qərar yoxdur və bizdə bu il əksəriyyəti, yəni ailə vəziyyətinin çətin olması ilə bağlı sənəd təqdim edənlər güzəştli qəbul olunublar”.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin sözçüsü tərəfindən təkzib edilən qərar Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qərarla tanış olmaq istəyənlər linkə keçid edə bilər: https://edu.gov.az/az/page/9/17078

Vurğulamaq lazımdır ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da öz sosial şəbəkəsində təhsil haqlarının ödənişi ilə bağlı qərarın mətni ilə paylaşıb :

“Yeni qəbul olunan tələbələrin nəzərinə!

Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

Ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”.
Ardını oxu...
7NEWS.az xəbər verir ki, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu olub. S.Seyidovun şəxsi profilində paylaşdığı görüntüləri incələsək asan şəkildə onun milyonlarlara sahib olduğunu müşahidə edə bilərik. Bahalı avtomobillər, bahalı hədiyyələr, eyş-işrət, bar həyatı paylaşılan fotolarda açıq-aydın görünür.

Məsələ burasındadır ki, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidovun fəaliyyəti onsuz da ürəkaçan deyil. Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb digər həmkarları kimi sonradan ikinci təhsil alaraq icra hakimi postuna yiyələnən Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib.Dia-ya yazan narazı sakinlər bildirirlər ki Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir: "Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar”.

Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir. Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Həmçinin rayonda bir neçə il bundan əvvəl və keçən il Narkomaniyaya qarşı Mübarizə İdarəsinin apardığı tədbirlər zamanı həbs olunan şəxslər icra başçısının yaxın qohumları çıxıb. Bütün bunlar sübut edir ki, İcra başçısı Arif Seyidov rayonda "bütün sahələri” nəzarətdə saxlaya bilir.

Yuxarıda sadalanan faktlara əsaslanaraq Arif Seyidovun oğlu Samir Seyidovun hansı pullarla belə dəbdəbəli həyata sahib olduğunu asanlıqla söylərə bilərik.

Mövzunu davam etdirəcəyik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

 

Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binada yaşayan sakinlər artıq neçə aydır təşviş içindədirlər. Onlar uzun illər yaşadıqları və heç bir narazılıqlarının olmadığı binanın bir gün gözləri qarşısında söküləcəyindən narahatdırlar.

Ovqat.com-a öz ərzi-gileylərini bildirən bina sakinlərinin narahatlıqları üçün ciddi əsasları da var.

Ona görə yox ki, həmin bina qəzalı vəziyyətdədir. Əksinə, 1970-ci ildən sonra inşa olunan bina tam sağlamdır və sovet dövründə təcrübə məqsədilə zəlzələlərə qarşı müqavimət gücü yüksək texnologiyalara əsasən tikilib. Sakinlərin bildirdiyinə görə, bina hətta 8 ballıq zəlzələyə belə tab gətirə bilər.

Onların yuxusunu ərşə çıxaran başqa səbəb var: “Vesta Construction” adlanan bir şirkət həmin binaya göz tikib. Dəfələrlə bina sakinlərinə könüllü olaraq yaşadıqları mənzili tərk etmələrini və şirkətlə razılaşmağı tələb edib. Əks halda, Rayon İcra Hakimiyyəti və Fövqəlazdə Hallar Nazirliyi ilə məsələni çözüb binaya qəzalı raportu alacaqları ilə onları təhdid ediblər. Bu təhdiddən qorxuya düşən sakinlərin üz tutmadığı, döymədiyi qapı, məktub yazmadığı ünvan qalmayıb. Şikayətlərinə cavab aldıqları tək ünvan isə Nizami rayon İcra Hakimiyyəti olub.

İcra başçısının birinci müavini Qərib Məmmədovun sakinlərin vəkili İntiqam Haciyevə yazdığı məktubda deyilir:
Ardını oxu...
“Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə nəzərdə tutulmuş Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, söküntüsü nəzərdə tutulan 131 yaşayış binasına daxil olub-olmaması barədə müraciətinizə Rayon İcra Hakimiyyətində baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, Mehdi Abbasov küçəsi 6A saylı bina sözügedən qərarla nəzərdə tutulan 131 binalara daxil edilməmişdir”.

İcra Hakimiyyətindən aldıqları bu məktub belə sakinləri toxdatmayıb. Çünki “Vesta Construction” şirkəti bu məktubu hesaba alana bənzəmir. Sakinləri tez-tez narahat edən şirkət bu məktubdan sonra belə bütün mənzillərə elan paylayıb. Elanda hətta onlara razılaşmaq vaxt da qoyulub: “Xahiş edirik, 05.09.2019-cu il tarixindən 10.09.2019-cu il tarixinədək şirkətin ofisinə yaxınlaşasınız”.
Ardını oxu...
Xəbərdarlıq elanında nə qədər “xahiş edirik” yazılsa da, sakinlər bu xahişin altında ciddi təhdid motivləri görürlər. Çünki şirkətin dəfələrlə şifahi xahişlərinə kəskin rədd cavabı veriblər, bununla belə, onlara bir də yazılı şəkildə müraciət ünvanlanıb. Əgər evlərini şirkətə satmaq niyyətində deyillərsə, onlardan hansı səbəbdən ofisə yaxınlaşmaq, razılaşmaq tələb olunur?

Doğrusu, bu sual bizi də çox maraqlandırdığından şirkətin 055-211-82-94 nömrəli telefonuna zəng etdik. Bütün israrlarımıza baxmayaraq, adını deməyən şirkət nümayəndəsi sakinlərə inanmaqdansa, həmin binanın sökülməsi nəzərdə tutulan tikililər siyahısına düşüb-düşməməsilə (!) maraqlanmağımızın daha doğru olacağını bizə xatırlatdı. Rayon İcra Hakimiyyətinin yazılı şəkildə bu suala cavab verdiyini şirkət nümayəndəsinin növbəti məsləhəti isə daha heyrətamiz idi:

-Onda zəhmət çəkib mətbuata yox, məhkəməyə müraciət etsinlər.

-Yəni siz doğrudanmı sakinlərin iradəsinə zidd olaraq o binanı sökmək istəyirsiniz? – Nə yazıq ki, bu sualımız cavabsız qaldı.
Ardını oxu...
Əslində sakinləri ən çox narahat edən səbəblərdən biri də elə “Vesta Construction” şirkətinin bu qanuntanımazlığıdır. Bildirildiyinə görə, qarşılarındakı 2-mərtəbəli binaları söküb yerində göydələnlər ucaldan şirkət hələ də evini yıxdığı (sözün hələ ki müstəqim mənasında) vətəndaşlara mənzil verməyib. “Qarşıdakı göydələnin yerində əvvəl 2 ikimərtəbəli bina vard. Birində 16, digərində isə 32 ailə yaşayırdı. Həmin binaları söküb indiki göydələnləri tikdilər. Bu göydələnlərdə 270 mənzil yerləşir. Amma o mənzillərdən sadəcə 3-nü evlərini sökdükləri ailələrə veriblər. Onlardan biri şəhid ailəsidir və xeyli şikayətlərdən sonra mənzil ala bilib. Digərləri isə əlavə pul ödəyərək mənzil sahibi olublar. Qalanlarına indi heç zorla köçürdükləri mənzilin kirayəsi də verilmir”, -şikayətçilərdən biri belə deyir.

Qeyd edək ki, “Vesta Construction”-un mənzil sahiblərindən əlavə ödənişlər istəməsi barədə məlumatlar zaman-zaman dövri mətbuatda da hallanıb. Məsələn, əksər mətbu orqanlardan şikayəti dərc olunan Elşən Məmmədov tam olaraq bütün öhdəliklərini yerinə yetirdiyi halda, mənzilinə giriş hüququndan məhrum edilib. Şirkətin “MY HOME” pilot layihəsindən ev alan şikayətçinin dediklərindən:
Ardını oxu...
“Özünü “Vesta Construction”şirkətinin icraçı direktoru kimi təqdim edən Ömər adlı şəxs açarlarımı vermək üçün 1500 manat məbləğində sayğac adı altında “şirinlik” istəyir. Mən bu qədər vəsaitimin olmadığını, 200-300 manat vermə imkanım olduğunu desəm də, razılaşmır. O, mənə Nizami icra hakimiyyətinə güvəndiyini, heç kimdən qorxmadığını bəyan etdi”.

(https://www.cumhuriyyet.net/gundem/117230-vesta-constuction-vətəndaslari-narazi-salir-giley.html)

Məsələ burasındadır ki, “Vesta Construction” şirkətindən narazı qalanların şikayətinə Nizami rayonunda qulaq asan bir Allah bəndəsi də yoxdur. Elşən Məmmədov da bunu iddia edir. Dediyinə görə, Daxili İşlər Nazirlinin 102 xidməti müraciət edən şikayətçini ordan 25-ci Polis bölməsinə yönlədirirlər:

“Ancaq 25-ci Polis bölməsinin sahə müvəkkili Asəf Zeynalov bu cinayətə göz yumur, heç bir tədbir görmür”.

Ardını oxu...Mənzil hüququ tapdalanan digər vətəndaş isə Nərgiz xanımdır (familiyası göstərilmir). Onun dediklərindən:

“Mən bir ildən çoxdur ki, “Vesta Costruction” şirkətindən Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “My Home” binalarından nəğd şəkildə mənzil almışam. Hətta əlavə 1500 manat sayğaç pulu ödəmişəm. 1 il 2 ay müddətində evimin təmirinə mane oldular. Çətin də olsa, təmirə başladım, indi də kommunikasiya xətlərini kəsirlər ki, mənzilimin təmirini başa çatdıra bilməyim.

Həmin şirkətdən mənzil alan sakinlər də eyni problemə görə hər gün binanın qarşısında etiraz aksiyası keçirirlər”.

Nərgiz xanım evlərinə su verilişindən də narazıdır: “Su pulunu ödəməyimə baxmayaraq, susuz qalmışam. “Vesta Construction” şirkətinin rəhbəri Ceyhun adlı şəxs isə sakinlərin bu probleminə etinasız yanaşır.”

Maraqlıdır ki, vətəndaşların şikayətini qulaq ardına vuran “Vesta Construction”-a layihələr Nizami İcra Hakimiyyəti tərəfindən böyük təmtəraqla verilmiş, rayon sakinləri ilə görüşən icra başçısı şirkətin şəninə xeyli tərifnamələr səsləndirmişdi. Mətbu orqanların yaddaşından hələ də silinməyən həmin məlumatlardan birini təqdim edirik:

“Bakıda qəzalı binaların sökülərək, əvəzində müasir binaların tikintisinə start verilir.

Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qeyd edilib ki, 50- 60-cı illərdə rayon ərazisində inşa edilən və hal-hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək hündür mərtəbəlilərlə əvəz olunacaq.

İcra başçısı Arif Qasımov qeyd edib ki, dövlət tam olaraq bu tikintiləri nəzərət edəcək:

“Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz. Mənzillərin təhvil verilməsinə qədər dövlət nəzərət edəcək. İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub””.

Bəs elədirsə, Rayon İcra Hakimiyyəti indi niyə “Vesta Construction” şirkətinin özbaşınalığına “dur” demir? Olmaya, şirkətin vətəndaşların başına gətirdiyi oyunlardan xəbərsizdir?

Mehdi Abbasov küçəsi, 6V saylı binada yaşayan Bədəlov Arif müəllimin dedikləri bu ehtimalı alt-üst edir. Şikayətçinin bildirdiyinə görə, icra başçısı bir gün rayon sakinləri ilə görüşmək üçün onun işlədiyi məktəbə təşrif buyurub. Arif müəllim də o iclasda iştirak edib və problemi icra başçısına şəxsən çatdırıb: “İcra başçısı da mənə dedi ki, bu məsələyə biz baxmırıq. Bina sizinlə şirkət arasında razılaşma əsasında sökülə bilər”.

Sual olunur: Cənab icra başçı, 2017-ci ildə Nizami rayonunun sakinləri qarşısında mətbuata çıxıb “dövlət nəzarətindən” danışmağınız nədir, 2019-cu ildə vətəndaşa “biz bu işə qarışmırıq” dediyiniz nə? Ümidvarıq ki, Cənab Arif Qasımov bu sualımıza qaneedici cavab verəcək, biz də ümid yeri bilib mətbuata üz tutan sakinləri məlumatlandıracağıq. Hələlik isə sakinlərin narahat edən əsas mətləblərə keçək.

Yuxarıda da vurğuladığımız kimi, “Vesta Construction” şirkətinin əvvəl sökdüyü binaların sakinlərini indiyədək evlə təmin etməməsi Mehdi Abbasov 6A sakinlərinin də kürkünə birə salır. Əməkdaşımızla söhbətləşən sakinlərdən Büllur adlı vətəndaş haqlı olaraq soruşur:

Ardını oxu...“Bizim binada 78 ailə yaşayır. Evi sökəndə ailələri harasa köçürməlidirlər. İndi bizim yaşadığımız ərazidə ən ucuz mənzillərin qiyməti 300 manatdır. Aya vuranda bu, 23.400 manat edir. Deməli, şirkət bir il ərzində bu binanın sakinlərinə 280 min 800 manat pul ödəməlidir. Bu 3 ildə yarım milyon manatdan çox pul edir. Şirkət hansı səbəbdən bu qədər pulu çölə atır? Niyə əvvəldən tikdiyi binada mənzil verərək bu məsrəfdən qurtulmaq istəmir?”

Sakinlər şirkətin binaları şəhərsalma qaydalarına uyğun tikilmədiyindən də narahatdırlar. İnsafən, bu qayğılarının da kifayət qədər əsasları var. Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın mətbuata verdiyi açıqlamaya görə, Şəhərsalma qaydalarında hundür binalar arasındakı məsafənin iki binanın hündürlüyünün yarısı qədər olması nəzərdə tutulur: “Ərazidə iki qoşa binanın hər birinin hündürlüyü 100 metrdirsə, deməli, onlar arasındakı məsafə azı 100 metr olmalıdır”.

Ardını oxu...“Vesta Construction” şirkətinin Nizami rayonunda tikdiyi binaların arasındakı məsafə isə 5-6 metr də deyil. Ən pisi isə odur ki, bina tam şosse yoluna bitişik tikilib. Nəticədə Mehdi Abbasov küçəsində yaşayan şagirdlər orta məktəbə şosse yolunun üzəriylə gedə bilərlər. Bu da onları hər gün təhlükə ilə üz-üzə qoyur.

Ərazidə çəkdiyimiz foto-şəkillər də sakinlərin bu narahatlıqlarını təsdiqləyir.
Ardını oxu...
Nizami rayon şagirdləri bu şosse yolu ilə məktəbə gedirlər

Sonda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışını Nizami rayon İcra Başçısına, “Vesta Construction” şirkətinə və onun himayədarlarına xatırlatmaq yerinə düşərdi:

“Paytaxtda bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına… Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.

Dövlət başçısının dediyinə görə, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir: “Binalar heç bir qaydaya riayət olunmadan bir-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Heydər Oğuz

Ardını oxu...
Bakı şəhər sakini Adiyeva Səadət qızının xəstəliyi ilə bağlı redaksiyamıza müraciət edib. Bildirir ki, qızı Abdullayeva Rənada kəskin başağrılar olduğu üçün ilk olaraq Daxili Qoşunların hospitalına üz tutublar. Ona dağınıq slleroz diaqnozu qoyulub. Sonra Mərkəzi Klinik Xəstəxanada, Medistiyle Klinikasında müalicə olunub. Bildirilib ki, bu xəstəlik Səhiyyə naziri Oktay Şirəliyevin bacısı Rəna Şirəliyevin nəzarətindədir. Xəstəni onun yanına göndəriblər. Adiyeva Səadət qeyd edir ki, Rəna Şirəliyevin işlədiyi diaqnostika mərkəzi hər dəfə qəbula gedəndə 100 manat alınır. Yazdığı reseptlər isə müalicəyə yaramır. Digər həkimləri isə müalicəyə buraxmır. Bunu diaqnostika mərkəzində işləyən adının anonim qalmasını istəyən həkimlər deyib.
Ardını oxu...
Adiyeva Səadət
Şikayətçi qeyd edib ki, 2012-ci ildən dağınıq skleroz xəstəliyi xüsusi xəstəliklər siyahısına salınıb, müalicəsi isə tam dövlət hesabına olmalıdır.
Adıyeva Səadət sonuncu dəfə “Bona Dea” Beynəlxalq Hospitalına müraciət etdiklərini bildirib. Onlar xəstənin dərhal ora yerləşdirilməsinin vacibliyini vurğulayıblar. Depozit kimi 3000 manat borc-xərc tapıb xəstəni “Bona Dea” hospitalına yerləşdirmək qərırı veriblər. Lakin müalicə xərclərini neçə ödəyəcəkləri problem olaraq qalır. Bildirildiyinə görə bu xəstəliyin müalicəsi üçün dərmanlar xaricdən gətirilməlidir və qiymətlər 12 min avrodan başlanılır.

Ardını oxu...
Şirəliyeva Rəna

Əlacsız durumda qalan xəstənin yaxınları xarici dövlətlərin səfirliklərinə müraciət ediblər. ABŞ və İsrail səfirliklərindən onlara müraciət əsasında qəbul olunacaqları bildirilib. Amma nəticənin necə olacağı məlum deyil. Azərbaycanda aidiyatı üzrə müraciət olunan orqanlardan isə heç bir reaksiya verməyib.



Xəstənin 2 ay yarımlıq bir körpəsi də var.
Səhiyyə Nazirliyindən məsələ ilə bağlı cavab ala bilmədik. Buna baxmayaraq onların mövqe bildirmək hüququ saxlanılır.
Ardını oxu...

Bakının Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində yerləşən zibilliyin ərazisi dəyişdirilib.

Bu barədə Cebhe.info-ya sakinlər məlumat verib. Məlumata görə, zibillik 87 saylı Mənzil İstismar Sahəsinin (MİS) nəzarət etdiyi ərazidədir. “Bir ay öncə MİS müdiri Şirzad Abiyev bir neçə rəsmi geyimli şəxslə ərazidə oldu. O gedəndən sonra gecə ikən zibilliyin istinad divarı söküldü, zibil qabları götürüldü. Zibilliyin yanında avtomobil qarajı var. Böyük ehtimalla zibilliyin yeri o qarajın sahibinə satılıb. Ərazidə cəmi 2 sınıq dəmir zibil qabı var. Onu da 21 nömrəli binaya doğru çəkiblər. Zibilin qoxusundan evdə oturmaq olmur. “JEK” sədri Şirzad Abiyev sakinləri narazı salır. İnsanlar onun fəaliyyətindən narazıdır.

Yaranmış vəziyyətlə bağlı İcra hakimiyyətinə müraciət olunacaq”-deyə, N.Tusi 21-in sakinləri bildirib.
 
 

 
Beyləqan rayon ərazisində idarə etdiyi avtomobillə piyadalını vuraraq hadis yerindən qaçan sürücü barədə açılan cinayət işinə müəmmalı şəkildə xitam verilib.
İki ay öncə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda 14 may 2019-cu il tarixdə saat 05 radələrində Stansiya Mingəçevir – Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini Xəyal Sarıyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilməsi və sürücünün həbs edildiyi bildirilirdi.

Həbs edilən Xəyal Sarıyevə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlandığı və zəruri ekspertizalar təyin edildiyi qeyd edililirdi.

Ağcabədi rayonundan azeuronews.com–a daxil olan ilginc məlumata görə Mingəçevir – Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində 04-AA-132 seriyalı “Mercedes Benz” 200 markalı avtomobillə piyada Məhərrəm Məmmədovu vuraraq öldürən və hadisə yerindən qaçan, 15 gün sonra həbs edilən Xəyal Sarıyev müəmallı şəkildə həbsdən azad edilib. Məlumatda qeyd edilir ki, hadisəni törədən Xəyal Sarıyeva açılan cinayət işinə məmur atasının (adı bizə məlum olsada hələki açıqlamırıq) bilavasitə dəstəyi ilə xitam verilib.

Hadisə vaxtı ölən rayon sakini Məhərrəm Məhərrəmovun ailəsinin şikayətçi olmadığı nəzərə alındığı bildirilsə də, əslində Xəyal Sarıyevin atasının hadisədə ölən şəxsin ailəsini və məhkəməni pulla ələ alması barədə Ağcabədi rayonunda söz-söhbətlər yayılıb.

Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

Ardını oxu...
 
 
"Bakı Nəqliyyat Agentliyi (BNA) ağını çıxarıb. Dinc əhalini incitmək olmaz. Taksi sürücüləri nə qazanır ki, onları 20 manat cərimələyirsiniz? Ailə saxlamırsınız? Uşağınız yoxdur?”
Bu sözləri müğənni Elvin Abdullayev sosial şəbəkədə yazıb. O, parklanma qaydasının pozulmasına görə yazılan 20 manat cəriməni tənqid edib:

“İcazə verin ailə dolandıranlar halal pullarını qazansınlar. Dəxlisiz yerlərdə sərnişinləri düşürən- mindirən marşurt xəttlərini bağlayın, deyim ki, hə. Çəlimsiz, arıq 3-4 nəfər əlində taxta ilə sürücüləri qovur, utanmazlar. 20 manatı aylarla işləyib, qazana bilməyən adamlar var”.

Altbölüm

Dünyapress TV

Xəbər lenti