Ardını oxu...Ardını oxu...

        Bir neçə gün bundan əvvəl deryaz.az xəbər portalının redaksiyasına Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə baş verən bir çox problemlərlə bağlı müəyyən məlumatlar daxil olmuşdu. Daxil olan məlumatlarda bildirilir ki, məktəbin ibtidai sinif müəlliməsi Bağırova Səltənət Zahid qızı 29 avqust 2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və o, 40 imtahan balı, 21 müsabiqə balı toplamışdır. Buna baxmayaraq, hal-hazırda Səltənət Bağırova öz ixtisası üzrə, yəni ibtidai sinif müəlliməsi işləmir. Daxil olan məlumatlarda o da qeyd olunur ki, bu gün o, ibtidai siniflərə yalnız musiqi dərsindən və texnologiya fənnindən dərs keçir. Başqa bir məlumatda o da bildirilir ki, Səltənət Bağırovanın adı ştat cədvəlində ibtidai-sinif müəlliməsi olaraq getsə də, eyni zamanda onun adına sinif müəlliməsi olaraq əməkhaqqı yazılsa da, hal-hazırda o, ibtidai siniflərə yalnız texnologiya fənnindən və musiqi dərsindən dərs keçir. Baxmayaraq ki, 2023-cü ilin sentyabr ayında Səltənət Bağırova məktəbin direktoru Səbinə Qasımovanın qəbulunda olur. Həmin vaxt  direktor ona  ibtidai sinif verəcəyinə vəd versə də, sonda Səbinə Qasımova verdiyi vədinə əməl etmir.

   Qeyd edək ki, redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxlamaq və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək üçün bir neçə dəfə cəhd etsək də, təəssüflər olsun ki, bu yöndə istəyimiz baş tutmadı.

Hər dəfə telefona cavab verən şəxslər bir bəhanə gətirərək Səbinə xanımın yerində olmadığını söylədi.

  Ona görə də  ümid edirik ki, aidiyyatı qurumlar, 271 nömrəli tam orta məktəbdə yaşanan belə bir problemin aydınlaşdırılması, eyni zamanda bu yöndə aparılmış araşdırmaların nəticəsi ilə bağlı tabeçiliyindəki qurumlara lazımı tapşırıq verəcək

Deryaz.az

Mövzuya qayıdacağıq


Ardını oxu...
285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir.

O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə müəllim işləyib:

“Özüm Ağdam rayonundan məcburi köçkünəm, tənha yaşayıram, heç yerdən köməyim yoxdur. Pensiyaya çıxmağıma bir ilim qalmışdı. Məktəbimizə yeni direktor təyin edilən Nuranə Yəhyayeva məni və müəllim yoldaşım, onkoloji xəstə olan Təranə Rzayevanı ötən il oktyabrın 2-də işdən azad etdi. Nuranə xanım direktor təyin olunandan təhsillə məşğul olmaq əvəzinə, hamını bir-birinə vurdu, idarəyə həqiqətə uyğun olmayan məlumatlar verdi. Mən və T.Rzayeva qrup müəlliməsiyik. Bizim məktəbdə üç nəfər qrup müəlliməsi var. Hamıdan da əvvəl qrupda mən işləmişəm”.

İşdən azad edilməsinin səbəblərinə aydınlıq gətirən T.Yusifova direktorun “qruplara uşaq yığılmadığını” əsas gətirdiyini deyib:

“Halbuki valideynlərin hamısıyla özü danışıb. Deyib ki, uşaqlarınızı qrupa qoymayın, birinci sinifdədirlər, yorulurlar. Yəni qərəzli şəkildə valideynlərin qarşısını aldı, onların uşaqlarını qrupa qoymasına mane oldu”.
T.Yusifova məsələ ilə bağlı hazırda məktəb rəhbərliyi ilə aralarında məhkəmə çəkişməsinin davam etdiyini bildirib:

“Direktorun qanunsuz addımı ilə bağlı mən və Təranə xanım məhkəməyə müraciət etdik. Məhkəmədə bizə başqa məktəblərdə işləməyi təklif etdilər. İş yoldaşım bu təkliflə razılaşdı, indi işləyir. Amma mən razılaşmadım. Çünki tələbimdə haqlıyam. Sonuncu məhkəmə iclasımıza Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ərəstun müəllim adlı bir hüquqşunas gəldi. Hakim ona tapşırdı ki, Təranə xanımın məsələsini həll edin. O da hakimə problemi həll edəcəyinə söz verdi. Bir gün sonra Ərəstun müəllim zəng vurub dedi ki, sizi 279 nömrəli məktəbə göndərə bilərik. Dedim ki, başqa məktəb istəmirəm.

İşə Nəsimi rayon Məhkəməsində baxılırdı. Qarşı tərəf apellyasiya şikayəti verib ki, məhkəmə Suraxanı rayonunda olmalıdır, çünki məktəb Suraxanıdadır. Apellyasiya məhkəməsi isə onların iddiasını rədd edib”.

T.Yusifova məsələylə bağlı nazirlikdə də qəbulda olduğunu deyib:

“Mən bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırovun da qəbulunda olmuşam. Məsələdən o da xəbərdardır. Azərbaycan qanunlarına, Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, Elm və Təhsil Nazirliyi bu qanunsuzluğu aradan qaldıracaq, haqq-ədalət öz yerini tutacaq”.

Məsələ ilə bağlı 285 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlmağa çalışdıq. Məktəbdən Bakupost.az -a bildirdilər ki, direktor Nuranə Yəhyayeva müsabiqədə iştirak etdiyi üçün açıqlama verə bilməyəcək.
Ardını oxu...
DogruXeber.az: - Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır.

Vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə söküntü işinə nəzarət edən Nərimanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bununla bağlı bir video müraciəti diqqətinizə çatdırırıq.

Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi” , Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.//aztoday.az

Ardını oxu...
Əvvəl: "Melorasiya və Su Təsərrüfatı" ASC - rəhbəri Zaur Mikayılov
İndi: Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi - sədri Zaur Mikayılov

Ölkə başçısının müvafiq sərəncamına əsasən qurumun adı dəyişdirildi, amma nə fəaliyyətində, nə də strukturda heç bir dəyişiklik olmadı.

Demək ki, "toplananların yerini dəyişdikdə, cəm dəyişmir".

Fəaliyyət və strukturda dəyişiklik yoxdursa, istənilən sahədəki özbaşınalıqlar da, qanunsuzluqlar da, barəsindəki narazılıqlar da, şikayətlər də olduğu kimi qalacaq. Necə ki, Zaur Mikayılov və onun tabeliyində çalışan müavinindən tutmuş, bölgələrdəki müdirlərə qədər hamısından şikayətlər əvvəl də var idi, bu gün də var. Nəzərə çarpan dəyişiklik isə yalnız, bu qurumda çalışanların özgüvənlərinin daha da artaraq, ifrat dərəcəyə çatmasıdır. Onlara görə hətta vətəndaşa səsini qaldıran rəhbərə olan arxayınçılıq və bu arxayınçılıqdan irəli gələn rüşvət, yeyinti faktları bu gün bütün bölgələrdə insanların narazılığına səbəb olub.

Deyəsən, ölkə xaricində "biznesin idarə olunması" ixtisasına yiyələnən Zaur Mikayılov, rəhbəri olduğu dövlət qurumunu da ixtisasına uyğun və əvvəl işlədiyi şəbəkə market formatında həyata keçirir.

Biz əvvəllər də Zərdab rayon Suvarma Sistemləri idarəsinin rəhbəri Əhliman Kərimovun fəaliyyətində yol verdiyi nöqsanlar, korrupsiya halları və digər qanunsuzluqlar barəsində "DogruXeber.az" informasiya portalında, eləcə də "Kanal14" YouTube kanalında faktlar təqdim etmişdik. Eyni zamanda, həmin faktları sorğu şəklində aidiyyatı qurumlara da göndərmişdik. Amma, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri vəzifəsindən korrupsiya ilə işdən çıxarılıb, barəsində cinayət işi açılan, hətta həbs olunub, sonra "sirli səbəblərlə" azadlığa çıxan, hələ bu da azmış kimi Zərdab rayon Suvarma Sistemləri İdarəsinə müdir təyin olunan Əhliman Kərimov bu gün də öz kürsüsündə əyləşib, "pulunu yığır".

"Pulunu yığır" deyərkən, idarənin texnikalarını icarəyə verib ordan aldığı, idarənin texnikaları üçün dövlətin ayırdığı yanacağı satıb, ordan aldığı, işə işçi götürərkən onlardan aldığı... və sair pullardan söhbət gedir ki, bütün bunlar barəsində əvvəllər bu idarədə mühəndis işləyən Şəmsi Əhmədov ətraflı şəkildə açıqlama vermişdi.

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

Yerli "Yezid ordusu" fermerlərə zülm edir - VİDEO



Qeyd edək ki, məlumata görə Əhliman Kərimov Kürdəmir rayonunda özü işdən çıxarılsa da, fürsət tapıb, oğlunu həmin idarədə mühim vəzifəyə qoydurub.

Xatırladaq ki, haqqındakı bütün məlumatlar barəsində Əhliman Kərimovun mövqeyini öyrənmək üçün ona zəng etdiyimizdə, hər kəsin fəaliyyətini özününkü ilə eyni bilib, "bu məsələni dayandır, kartını da at mənə bir 50 manat göndərim, kontur alarsan" demişdi.

Danışdıqca, kimliyini daha da bəlli edən bu adam sonradan ümumiyyətlə susdu. Susdu ki, özünün yaratdığı bataqlıqda daha da batmadan, himayədarları onu qoruya bilsin. Hələ Kürdəmir rayonunda işlədiyi zamanlarda onun fəaliyyətinin narazı saldığı vətəndaşlardan birinin redaksiyamıza bildirdiyinə görə, Zaur Mikayılova yaxınlaşıb, özünü təqdim edib, Əhlimandan şikayət edən kimi, Zaur Mikayılov, - "Mən səni xatırladım. Bəsdir də, nə istəyirsən, imkan ver işləsin də", deyə ona səsini qaldırıb.

Amma , sonradan bu narazılıqları səsinin tonu ilə azalda bilməyəcəyini anlayıb, Əhliman Kərimovu (müvəqqəti olaraq) işindən azad etdi. Maraqlıdır ki, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin hazırkı müdiri Tahir Xəlilov də öz sələfinin fəaliyyətini eyni qaydada davam etdirir və bununla da narazı vətəndaşların sayını "qoruyub saxlayıb".

Tahir Xəlilovun insanlardan pul alıb, işə götürməsi, özünün işə gəlməməsi, telefon zəngi ilə müavinləri yönləndirməsi, günlərinin kollektivin ona yaxın üzvləri ilə restoranda yeyib-içməkdə keçirməsi və sair məlumatlar barəsində mövqeyini öyrənmək üçün, ona zəng etdik. Özümüzü təqdim edib, barəsindəki məlumatlara dair sual vermək istəyərkən, o, "sən kimsən mənə sual verirsən" deyə, səsinin tonunu qaldırdı.

Mətbuat nümayəndəsi ilə danışmağı bacarmayan, əgər, (qanunlar düzgün icra olunarsa) mətbuat nümayəndəsi ilə bu tonda danışdığına görə onu hansı qanuni cəzanın gözlədiyini bilsəydi, yəqin ki, bu qədər "cəsarətli" olmazdı. Amma, bilmir. Marketdən dövlət qurumuna "transfer olunan" kadrın bildiyi anca bu qədər olar...

Bildikləri və etdiklərinə rəğmən "dilini dinc saxlamağı da bacarmayan" Tahir Xəlilov, bizə verilən məlumata görə bir dəfə "dilinin bəlasına da düşüb". Yerli sakinlərin sözlərinə görə, restoranda yaxşıca yeyib-içdikdən sonra, rayonun kişiləri barəsində təhqiramiz ifadələr işlədərək, "kiçik bir axtarışa çıxıb". O, "axtarışın nəticəsi" isə Tahir Xəlilova sözün əsl mənasında ağır zərbə olub. Bir neçə gün gözlərdən uzaq olub, sonra eynəklə cəmiyyət içinə çıxan bu cavan oğlan, ikinci vətən müharibəsi zamanı harda olduğunu bilmirik, amma bu dəfə qarşımıza kimsədən qorxub-çəkinmədiyini sübut edəcək səs tonu ilə çıxdı.

Necə deyərlər, "həm suçlu, həm güclü"...

Yeri gəlmişkən, Kürdəmir rayonundan əvvəl Şəmkir rayon Suvarma Sistemləri İdarəsində 6 aylıq müdir keçmişi olan Tahir Xəlilov orada yerli sakinlərə və eləcə də çalışanlara "elə od qoyub" ki, "Ulduz" filminin Məhəmmədi demişkən, hələ "6 il tüstüsü təpələrindən çıxacaq".

Artizan quyularının qazılması və bərpası üçün dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq baxmayaraq, yerli sakinlər onlardan pul yığılması barəsində "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında etiraz bildirirdilər. Bundan əlavə, idarənin iş zamanı yüksək gərginlikli elektrik xətlərinin olduğu yerdə işlədilən texnikalarından birinin sürücüsünün ölümü hadisəsi belə baş verib. Lakin, hər kəsdən gizlədilən ölüm hadisəsi dərhal ört-basdır edilib, ardından isə Tahir Xəlilov Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinə müdir gedib. Orada da özünə kifayət qədər narazı vətəndaş "auditoriya"sı topladığına görə, bəlli ki, başına nə gəlirsə-gəlsin vərdiş elədiyi iş üsulunu davam etdirir.

Yeri gəlmişkən, Tahir Xəlilov ilə yenicə danışmışdıq ki, bu "vurhavurda" Əhliman Kərimovdan bizə zəng gəldi. Deyir, "nə məsələdir?".
Soruşuruq, "hansı məsələ" ?

Deyir, "mənə link atdılar ki, orda nəsə yazılıb məndən. Mən də dedim görüm nə məsələdir". Amma, bizimlə danışdığı zaman Əhliman Kərimova gələn telefon zəngi deyəsən bizi ona xatırlatdı, "hə bildim, oldu, cavab göndərərik" deyib, tələsik sağollaşdı.

Görünür, daha yaddaşı sözünə baxmayan bu ağsaqqal ildən artıqdır ki, "ünlü iş adamı" olduğundan xəbərsizdir. Amma, maraqlıdır ki, aidiyyatı qurum olan Dövlət Su Ehtiyatları agentliyi (DSEA) də Əhliman Kərimovla birlikdə öyrənmiş oldu. Baxmayaraq ki, yuxarıda qeyd etdiyimiz kimi, hələ bir il əvvəl biz bütün faktları yayımlamadan öncə aidiyyatı qurumlara da rəsmi sorğu şəklində göndərmişdik. Eyni zamanda, "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən bütün saytlarımızda və "Kanal14" YouTube kanalında yayımlamışdıq. Lakin, bir neçə gün əvvəl DSEA-nin facebook səhifəsi bu məlumatların şərh bölməsində bizdən əlaqə nömrəsi istədi. Saytın əlaqə bölməsində nömrəmiz qeyd olunsa da təkrar şərh bölməsində yenə qeyd etdik. Amma...

Bəli, düz anladınız, amma yenə susdular.

Bu müddətsiz sükutun səbəbi isə düz DSEA-nə qədər uzanır. Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə Əhliman Kərimov Zaur Mikayılovun "oliqarx məmur" kimi tanınan, Londonda milyon dollarlıq villası və digər biznesləri ilə mətbuatda özünəməxsus yer tutan müavini Rafiq Aslanovun tələbə yoldaşı imiş. Yeri gəlmişkən, Tahir Xəlilovun da Zaur Mikayılovun məhz özünün keçmiş iş yoldaşı olduğu deyilir. Yəni, bir zamanlar "Bravo" super marketdə birlikdə işləyiblər.
Yəqin buna görədir ki, hər iki müdirin "kəsdiyi başa, sorğu yoxdur".

İndilik bu belədir, lakin ümid edirik ki, tezliklə qanunlar dövlətin büdcəsinə və dövlət qurumunun nüfuzuna zərər verən bu şəxsləri mühakimə edəcək.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
           
Ardını oxu...
Nizami rayonunda yerləşən Sağlamlıq İmkanlari Məhdud 3 saylı xüsusi internat məktəbində baş verən hadisələr, o cümlədən direktor Tariyel Əkbərovun özbaşınalıqları, məktəbdə bir qrup müəllimə qarşı yaratdığı qərəzli münasibət barədə məlumat vermişdik.

Təkrar üçün qeyd edək ki , məktəbin müəllimi əslən Qərbi azərbaycanlı olduğu üçün həmkarı Bahar Kazımova tərəfindən təhqir olunaraq “erməni” deyilib. Təhqir olunan müəllim Könül Səmədli təhqir olundugu üçün direktor Tariyel Əkbərova müraciət etsə də bir müddət sonra təhqir olunan müəllim töhmət alıb. Direktorun səyi nəticəsində məktəbin müəllimi Könül Səmədli heç bir fakt və əsas olmadan məktəbdə şagird döyməklə bağlı şərlənərək bugun işindən azad edilib.

Məktəbdə baş verən hadisələrlə bağlı adıçəkilən internat məktəbinin müəllimləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyin qarşında növbəti etiraz aksiyası təşkil ediblər.

Qeyd edək ki , direktor Tariyel Əkbərov Könül Səmədlini işdən azad etməmisdən qabaq bütün kollektiv qarşısında söz verib ki , mən Könül Səmədli və bir neçə əməkdaşı da işdən azad edəcəm.

Direktorun kollektiv qarşısında belə rahat danışması əsaslı şəkildə onun müəllimlərə qarşı səbəbli qərəzli olmasınından xəbər verir.

TEREF olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 Mənbə: Analoq. az
Ardını oxu...
"Azərbaycan Reallığı"na video-müraciət göndərən Salmanov Anar bildirir ki, birinci qrup gözdən əlildir.

"Əvvəl Qazax rayonda Bakı küçəsi adlanan ərazidə yaşayırdıq, bir neçə gündür rayonun icra başçısı Rəcəb Babaşovun göstərişi ilə bizi oradan çıxardılar.

Qazaxda bizi köhnə xəstəxanalardan birinə köçürüblər. Videoda gördüyünüz kimi kiçik bir otaqdı, insan yaşayası yer deyil, işıq, qaz, su yoxdur, şəraitimiz dözülməz həddədir. Həyat yoldaşımda xəstədir, sosial vəziyyətimiz yaxşı deyil.

Adiyyəti qurumlardan çox xaiş edirik təcili olaraq bizə kömək etsinlər, ayaq yolu yox, hamam yox, əşyalarımız çöldə qalıb.

Bu Allahsızlıqdır, görün insanı nə vəziyyətə salırlar"- deyə video-müraciətdə qeyd olunur

 
 
 
Ardını oxu...
Ucar rayonu Qaradağlı kənd sakini Əhmədova Rəhilə Şərif qızı tərəfindən


ŞİKAYƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub mənim ciddi xəstə oğlum 01.04.2006-cı il tarixdə anadan olmuş Əhmədov Fərid Elçin oğlunu hərbi xidmətə aparmaq istəyirlər.Artıq buna dair çağırış vərəqi bizə təqdim edilib.Qeyd edim ki, oğlum Fərid anadan gəlmə ürəyi qüsurlu ciddi epilepsiya xəstəsidir onda hər gün tutmalar baş verib ürəyi gedir.Oğlum Fərid hərbi xidmətə yararsız olsada onu qanunsuz olaraq həqiqi hərbi xidmətə aparırlar.
Bu açıq aşkar qanunsuzluqdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub ediblər.Qeyd edim ki, Fəridin atası Əhmədov Elçin Sırac oğlu eyni xəstəlikdən 2 il əvvəl vəfat edir.Bu xəstəlik onlarda irsidir. Mənim oğlum hərbi xidmətə aparılarsa orada öləcək ki, bunun məsuliyyəti saxtakar hərbi həkim komissiyasının üzərinə düşəcək. Buna görə oğlum Fərid obyektiv müayinə olunmalı və ciddi xəstə olduğu üçün hərbi xidmətə aparılmamalıdır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin belə bir ciddi xəstəyə nə ehtiyacı var ?
Mən mərkəzi orqanlardan xahiş edirəm şikayətimi obyektiv araşdırıb ciddi tədbirlər görəsiniz.
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Aprelin 14-də Memarlıq və İnşaat Universitetinə dövlət qulluğu imtahanı vermək üçün gələn vətəndaşlara onların telefon və digər şəxsi əşyalarının içəri buraxılmaması ilə bağlı xəbərdarlıq olunub. Mühafizəni təşkil edən şəxslər imtahan iştirakçılarına bildiriblər ki, içəridə şəxsi əşyaların verilməsi üçün "əmanətlər bölməsi" yoxdur, ona görə də öz əşyalarını yolun qarşı tərəfində yerləşən köşkə verə bilərlər. Həmin köşkə telefonlarını vermək istəyənlər də bu "xidmət" haqqında məlumat alıblar. Köşk işçisi bildirib ki, əmanətləri 1 manatdan "qoruyur". Bundan sonra vətəndaşlar məcbur qalıb, 1 manat qarşılığında şəxsi əşyalarını köşkə qoymalı olublar.
O vətəndaşlar ki, dövlət qulluğu İmtahanında iştirak etmək üçün ən azı 82 manat rüsum ödəyirlər. Buna rəğmən, onlara şəxsi əşyalarını qoya biləcək kiçik yer ayrılmır. Beləliklə, bu kiçik məsələnin üzərindən "kim(lər)"sə böyük pullar qazanır. Pulların köşk işçisinə, yoxsa onun orda durub "pul qırması"na şərait yaradan şəxs və ya qurumun cibinə gedib-getmədiyini deyə bilmərik. Görünən odur ki, vətəndaşı bu dəfə də ətindən, südündən və dərisindən istifadə olunan dördayaqlı yerinə qoya bildilər. Pul töküb imtahana hazırlaşıb, hətta buna görə 82 manat rüsum ödəyən vətəndaş bir də telefonunun saxlanılması üçün əlavə bir manat ödəməyə dolayı yolla məcbur qaldı.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Bizimyol.info xəbər portalına bildirilib ki, DİM-in həmin köşklə heç bir əlaqəsi yoxdur:

"İmtahana buraxılış vərəqəsində, həmçinin imtahanla bağlı təlimatda əvvəlcədən qeyd olunur ki, imtahana mobil telefon eləcə də digər əlavə əşyalar, çanta və s. gətirməyin. Bu qadağandır. Yəni imtahan iştirakçısı bununla bağlı əvvəlcədən məlumatlı olur. Əlavə əşyaların qəbulu və s. buraxılış rejimini gecikdirir və prosesə mane olur. Dünyanın istənilən yerində kütləvi imtahanlarda sənədlərdən başqa əlavə nəsə gətirməyə icazə verilmir. İkinci məsələnin isə DİM-ə heç bir aidiyyəti yoxdur" - deyə, DİM qeyd edib.

Ancaq DİM-in bu yöndə belə bir açıqlama verməsi, bir qədər gülməlidir. Vətəndaş imtahana atla, uzunqulaqla, piyada onlarla km yol yeriyərək yox, nəqliyyat vasitəsilə gəlir. Taksi sifarişini də bağıraraq yox, telefonla verməli olur. Eyni zamanda, imtahan iştirakçılarının arasında sağlamlığı məhdud olan və evdən onlar üçün nigaran qalan şəxslər də var ki, telefonlarını evdə qoyub, birbaşa harasa gedə bilmirlər. Yəni telefon günümüzdə hava, su kimi lazımlı bir vasitədir. Heç kim demir ki, imtahana cibində telefonla keçmək lazımdır. Bu, təbii ki, doğru deyil, qanun pozuntusudur. İmtahana telefonla gəlmək yox, imtahan otağına cibində, əlində telefonla daxil olmaq qadağandır. Ancaq görünür, DİM rəhbərliyinin özü də verdiyi bu qərarın mahiyyətini anlaya bilməyib. Çünki ən azından, bu əşyaları qoyacaq bir yerin ayrılması, hər halda DİM sədrinin cibini deşməzdi...

Təhsil eksperti Qoşqar Məhərrəmov imtahan iştirakçılarının üzləşdiyi bu biabrçı mənzərəni Bizimyol.info xəbər portalına şərh edib.

"Əlbəttə, burada "əmanət bölməsi" olmalıdır. İmtahana gələn insanlar öz şəxsi əşyalarını bura təhvil verə bilməlidirlər. Necə ki, kinoteatrların, zalların və müxtəlif tədbir salonlarının qarderobu var. Belə bir məkanda da eynilə qarderoba bənzər, əmanətlər yerləşdirilə biləcəyi bir yer olmalıdır. Burada müəyyən bir güşə ayrılmalı, bir nəfər də nəzarətçi təyin edilməlidir ki, insanlar əmanətlərini oraya qoya bilsinlər. Çünki həmin işin xidmət haqqını bir mənada həmin tələbə ödəyib. Həmin xidməti alarkən, onun rahatlığı təmin olunmalı, ehtiyacı qarşılanmalıdır. Ehtiyac - əmanətin saxlanılması, suyun və karandaşın verilməsi kimi məsələlərdir.

Məsələn, Türkiyədə "Yüksek Öğretim Kurulu" (YÖK) və ona bağlı ÖSYM, yəni, "Öğrenci Seçme Yerleştirme Merkezi" var. Bu, Azərbaycandakı DİM-in qarşılığıdır. Onlar tələbələrə su, karandaş və kiçik şirniyyat verir. Və o əşyaların üzərində də yazılır ki, "əməyiniz əmanətimizdir". Tələbə, abituriyent hər kimdirsə, Dövlət İmtahan Mərkəzindən bir ödəniş qarşılığında xidmət alır. Həmin xidmətin keyfiyyətinin təminatı da DİM-in vəzifəsidir. Burada həm insanyönümlü, həm də işin yoxlanılmasının keyfiyyətindən söhbət gedir. Ona görə də düşünürəm ki, onların borcudur, öhdəliyi və vəzifəsidir ki, bu problem həll olunmalıdır. İmtahan mərkəzlərində bu istiqamətdə ayrıca məkanlar ayrılmalı və o əşyalara nəzarət edilməlidir" - deyə, təhsil eksperti qeyd edib.

Bizimyol.info xəbər portalı Memarlıq və İnşaat Universitetinin yaxınlığında sadəcə imtahanı öncəsi peyda olan "əmanət" köşkünün görüntüsünü təqdim edir:
 
Ardını oxu...
Xeyli müddətdir ki, ölkə gündəmində müzakirə olunan məsələlərdən biri də, məhz özünü hər kəsə “iş adamı” deyə təqdim edən, eyni zamanda “A.V.Construction” MMC-nin direktoru vəzifəsini daşıyan Verdiyev Müqayis Cəmil oğlu ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında davam edən çəkişmələrin varlığıdır.
Ardını oxu...
Belə ki, media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu “iş adamı” indiyə kimi bəzi media qurumlarında öz maraqlarına uyğun əssasız məqalələr dərc etdirib ki, guya ona gördüyü işlərin müqabilində Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2016-cı ildən külli miqdarda borcu yaranıb. Əslində belə bir yanaşmanın varlığı absurd yanaşmadır və bu yöndə iddianın heç bir hüquqi əsası yoxdur. Çünki kim bilməsə də, Müqayis Verdiyevin özü çox gözəl bilir ki, o, 02 mart 2022-ci il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı və özünün “şanlı imza”sı ilə təsdiq edib verdiyi məlumat xarakterli məktubunda “Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında görülmüş yenidənqurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aramızda yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır” deyə qeyd etmişdir.
Ardını oxu...
Bundan əlavə, Müqayis Verdiyev 23 fevral 2023-cü il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı müraciətində də, məhz Sumqayıtın simasının dəyişdirilməsində şəhər rəhbərliyinin əməyini və fəaliyyətini yüksək qiymətləndirir, Prezident Administrasiyasına və digər dövlət qurumlarına yazdığı şikayət məktublarının, teleqrammaların əsassız hesab olunmasını xahiş edir. Hətta, Sumqayıt ŞİH-nə qarşı hərhansı maddi iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirir. Belə bir məzmunlu məktubdan, ortaya qoyulan belə bir yanaşmadan və s. sonra başa düşmək olmur ki, bu “iş adamı” qarşı tərəfdən nə istəyir, yaxud da qarşı tərəfə nə verib ki, o, verdiyini bu gün də geri ala bilmir? Baxmayaraq ki, Sumqayıtın Şəhidlər Xiyabanında və şəhərin Dənizkənarı Bulvar ərazisində yenidənqurmə və təmir işləri həyata keçirilərkən, ŞİH-nin başçısı Zakir Fərəcovla Müqayis Verdiyev arasında əldə olunmuş razılaşmaya əsasən, bütün ödənişlər qarşı tərəfə ödənilir. Bu günə kimi isə, Müqayis Verdiyev rəsmi dövlət qurumlarına ünvanladığı şikayət ərizələrində Zakir Fərəcovu hansısa formada günahkar hesab etməyə çalışır, amma heç bir halda bu yöndə istəyinə nail ola bilmir. Yəqin ki, bundan sonra da nail ola bilməyəcək.
Ardını oxu...
Media üzərindən apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Müqayis Verdiyev başqa bir iş adamı Oruc Məmmədovu da müəyyən yollarla aldatmağı bacarıb. Belə ki, bu şəxs Şəhidlər Xiyabanında və Sumqayıt Dənizkənarı Bulvar ərazisində yenidənqurmə və təmir işləri həyata keçirilərkən, Oruc Məmmədovdan təqribən 236 000 min manat dəyərində nisyə tikinti materialları götürür. Elə ki, görülən işlər tam başa çatdırılır və təhvil verilir, o halda Müqayis Verdiyev götürdüyü malların pullarını Oruc Məmmədova ödəmir və onu aldadır. Borcun ödənilməsi tələbi ilə bağlı hər iki şəxs arasında davam edən mübahisələr, müəyyən çəkçevirlər və s. heç bir nəticə vermədiyindən, son anda zərərçəkən şəxs Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olur. Dolaşan söz-söhbətlərə görə Müqayis Verdiyev təkcə Oruc Məmmədovu deyil, digər iş adamlarını da aldatmağı bacarır və ayrı-ayrı şəxslərdən nisyə götürdüyü materiallara görə ödəcəyi pulları, bu gün də onlara ödəmir.

Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, xeyli müddət bundan öncə iddiaçı Oruc Səfərəli oğlu Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Müqayis Cəmil oğlu Verdiyevə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, Sumqayıtın Şəhidlər Xiyabanında və şəhərin Dənizkənarı Bulvar ərazisində həyata keçirilən yenidənqurma və təmir işləri zamanı “Çanakqala” kafel, metlax və keramika mağazasından, Balaxanı qəsəbəsindəki daş sexindən, eyni zamanda “Sədərək” ticarət mərkəzindən ümumi dəyəri 276 000 manatlıq tikinti və dekorasiya materialları götürür və onları Şəhər İcra Hakimiyyətinə verir. Qeyd edək ki, bir neçə dəfə davam edən məhkəmə proseslərindən sonra, 31 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində hakim Səbnəm xanım Həxiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı Oruc Məmmədovun iddia tələbinin qismən təmin olunması ilə bağlı (İş № 2(060)-3931/2023) Qətnamə çıxarılır.
Ardını oxu...
Qətnamədə cavabdeh Müqayis Verdiyevdən 167 000 (bir yüz altımış yeddi) manat məbləğində pul alınması və həmin məbləğ pulun Oruc Məmmədova ödənilməsi qeyd olunur. İddia tələbi qalan hissədə, yəni cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin olunmur. Bundan əlavə, iddiaçı Oruc Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixdə çıxarmış olduğu Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti də verir. Bu məhkəmə instansiyasında hakim Fuad Məmmədovun sədrliyi ilə keçirilən prosesdən sonra, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin çıxarmış olduğu qətnamənin dəyişdirilmədən qüvvədə saxlanması barədə, 20 fevral 2024-cü il tarixdə (İş № 2(105)-428/2024) Qətnamə çıxarır. Yəni, hər iki məhkəmə instansiyasının ədalətli qərarları bir daha onu sübut edir ki, Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər-böhtan atan, iş adamlarından nisyə götürdüyü materiallara görə onlara olan borcunu ödəməyən, yaxud da ödəmək istəməyən Müqayis Verdiyev, gectez Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi müstəvidə məsuliyyət daşımağa məcbur ediləcək.

Bir faktı da qeyd edək ki, bu şəxs xeyli vaxtdır ki, ayrı-ayrı media qurumlarının rəhbərləri ilə təmaslar qurur və şəhər rəhbərliyinin işgüzar fəaliyyəti ilə bağlı əsassız məlumatların yayılmasına da səbəb olur. Hətta, Müqayis Verdiyev ilk tanışlıq zamanı redaksiyaların bəzi əməkdaşlarına “yağlı vədlər” də verir. Elə ki, həftələr, aylar keçir, o halda bu şəxsin “yağlı vədlər”indən heç bir səs-soraq çıxmır. Hələ bu azmış kimi, özünü “iş adamı” deyə təqdim edən “A.V.Construction” MMC-nin direktoru media qurumları əməkdaşlarının etdikləri telefon zənglərinə də cavab vermir. Artıq son vaxtlar elə bir ab-hava əmələ gəlib ki, Müqayis Verdiyevin hansı amal və əməl sahibi olduğunu dərk edən media nümayəndələri, bu gün onun özündən yazmağa vadar olurlar. Düşündürücü hal odur ki, bu şəxs qol qoyduğu əməllərə görə indiyə kimi bir neçə dəfə həbs olunsa da, o, yenə də Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər- böhtan xarakterli addımlarını atmaqda davam edir. Deməli, özünü müəyyən çevrəyə “iş adamı” deyə təqdim edən Müqayis Verdiyev, bu cür ambisiyaları və əsassız iddiaları ilə, məhz özünün hansı amal və əməl sahibi olduğunu ortaya qoyur. Ehtimal etmək olar ki, bu şəxs oxşar addımlarını atmaqla yoluna davam etdiyindən, yaxın vaxtlarda yenidən məhbəs həyatı yaşaya bilər. Yəqin ki, o halda sonrakı peşimançalıq heç cür fayda verməyəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
/mediatv.az/
 
 
 

Abşeron polisi Prezidentin adından yalan danışan qaziyə cinayət işi açmaqdan qorxub

Ardını oxu...

Təkrar müraciət etdiyimiz bu mövzuda qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli birinci, 13.11.2023-cü il tarixdə isə “Abşeron rayon rəhbərliyi qanunları “qazilərin ayağı ilə” tapdalayır” başlıqlı ikinci məqalə dərc olunub.

Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlunun “Dəryaz” qəzeti redaksiyasına müraciəti əsasında hazırlanmış həmin məqalələrdə müəllif hamını göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət etmişdi.

Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getmişdik.

Ardını oxu...Ardını oxu...

Xatırladaq ki, istedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar. Ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin başçısına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsə də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu məktublarda “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verilib.

Ardını oxu...

Ancaq belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deyir. Elə o vaxtdan haqlı olaraq ortaya çıxan bu suallar hələ də açıq qalmaqdadır: “Nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.

Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirilirdi ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb.

Ardını oxu...

Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrənib sahənin aqibəti haqda məlumat alsın. Ancaq təəssüf ki, Elçin Muradov aldadıldı; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.

Ardını oxu...

Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.

Sənədlərin “dili ilə” danışsaq, qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir.

Ardını oxu...

Bu, rayon rəhbərliyinin Elçin Muradova göndərdiyi 20.12.2023-cü il tarixli məktubda da təsdiqlənmişdir. RİH həmçinin 15.12.2023-cü il tarixli başqa bir məktubunda  təsdiqləyir ki, sözügedən torpaq sahəsində əslən Ağdam rayonundan olan, Xırdalan şəhəri, 26-cı məhəllə, V.Əliyev küçəsi, 22 ünvanda yaşayan III qrup Vətən müharibəsi əlili Naibov Eldəniz Vidadi oğlu tərəfindən tikinti işləri aparılmışdır. Nəzərə alsaq ki, Elçin Muradov qanunsuz tikinti işlərinin qarşısının alınması haqda həm rayon rəhbərliyini, həm də polisi xeyli əvvəldən məlumatlandırıb, o halda belə çıxır ki, RİH və polis bilərəkdən Eldəniz Naibovun qanunsuz əməllərinə rəvac veriblər, qanunsuzluğun qarşısını almayaraq hərəkətsizlik ediblər. Rayon İcra Hakimiyyəti Elçin Muradova yalnız maraqlı şəxs kimi qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını xatırladıb. Halbuki, Abşeron RİH dövlətin marağı naminə çıxış etməli, özü məhkəməyə tərəf kimi müraciət etməli, Elçin Muradov isə üçüncü şəxs kimi prosesə qatılmalı idi.

İndi isə, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ağalarzadə Tural Kərəm oğlunun icraatında olan, Muradov Elçin Dadaş oğlunun müraciəti əsasında toplanmış materialı “nəzərdən keçirərək” qəbul etdiyi 03.12.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan bəzi cümlələrin altını cızaq: “Araşdırma zamanı Naibov Eldəniz Vidadi oğlu vermiş olduğu izahatda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup Qarabağ müharibəsi əlili olduğunu və ailə vəziyyəti ilə əlaqədar dövlətimizdən dolanmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən təxminən 35-40 kvadrat torpaq sahəsi verilməsini xahiş etmiş və ölkə rəhbəri tərəfindən qeyd edilən yerin ona verildiyini  və həmin yerdə tikinti işləri apararkən özünü rəssam kimi təqdim edən Elçin Muradovun həmin tikilini qəsdən dağıtması və onu öldürəcəyi ilə hədələməsi ilə bağlı Abşeron RPİ-də araşdırma aparıldığını, tikinti ilə bağlı sənədlərinin olduğunu bildirmişdir… Elçin Muradovun iddiaları əsassız və sübutsuz olduğu üçün toplanmış materialda cinayət tərkibinin əlaməti yoxdur, fakt sübuta yetməmişdir”.

Əcəb məntiqdir, deyilmi? Birincisi — fakt necə sübuta yetmir ki, Eldəniz Naibov apardığı tikintinin Elçin Muradov tərəfindən qəsdən dağıdıldığı barədə polisə izahat verib? Tikilməyən obyekt necə dağıdıla bilər axı?

İkincisi, İcra Hakimiyyəti rəsmən qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair heç bir icazə sənədi vermədiyini bildirirsə, Eldəniz Naibov hansı icazə sənədindən söz edir? Polis təhqiqatçısı Tural Ağalarzadə Eldəniz Naibovdan niyə tələb etməyib ki, Prezident tərəfindən torpaq sahəsi üçün ona verilmiş icazəni (sərəncamı) ortaya qoysun?

Ardını oxu...Ardını oxu...

Təbii ki, Elçin Muradov polisin qərarı ilə razılaşmayıb və rayon prokurorluğuna müraciət edərək, 2024-cü ilin fevral ayında həmin qərarın əsassız hesab edilərək ləğv edilməsinə və tam, hərtərəfli araşdırma aparılıb obyektiv qərar qəbul olunması üçün Abşeron Rayon Polis İdarəsinə qaytarılmasına nail olub. Rayon prokurorunun polis rəisinə göndərdiyi məktubda nəticə barədə maraqlı tərəflərə (o cümlədən, Elçin Muradova) məlumat verilməsinin vacibliyi xatırladılmışdır.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti