Ardını oxu...
Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

“AzPolitika.info”-ya verilən məlumata görə, bu yaxınlarda daha bir qrup insan dələduzluq faktı ilə üzləşib. Belə ki, Nizami rayon 2 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində (MKTB) - "JEK"də (MKTB) baş mühəndis vəzifəsində çalışan Məmmədov Rafiq Fərəməz oğlu və Elşən Məmmədov 5 nəfərə ümumilikdə 40 min manat məbləğində ziyan vurub.

Zərərçəkmişlər iddia edir ki, Məmmədov Elşən xaricdən avtomobil gətirəcəyi vədi ilə ayrı-ayrı şəxslərdən aldığı pul vəsaitini mənimsəyərək ailə problemlerinin həllinə yönəldib. Uzun müddət müxtəlif bəhanəlrlə onları aldadıb, əlavə vəsaitlərini alıb.

Xeyli müddət sonra dələduzluğun qurbanı olduqlarını başa düşən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Elşən Məmmədov saxlanılıb, istintaq başlayıb.

Ancaq həmin vaxtdan 7 ay keçsə də, zərərçəkmişlərin heç birinin vəsaiti qaytarılmayıb. Zərərçəkmişlər bu müddət ərzində də davamlı aldadıldıqlarını bildirirlər.

“Hazırda külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edən Məmədov Elşənin "JEK"də rəhbər vəzifəsində çalışan atası da zərərçəkmişləri aldatmaqla məşğuldur. Belə ki, o, aylardır şəxsi evini satıb borcu bağlayacağını bildirsə də, vədinə əməl etmir. Zərərçəkmişlər dəfələrlə evə müştəri göndərsə də, Rafiq Məmmədov müxtəlif bəhanələrlə müştəriləri geri qaytarır”, – deyə saytımıza verilən məlumatda bildirilir.

Buna görə də zərərçəkmişlər onların aldadıllmasını ata və oğulun birlikdə planlaşdırdıqlarını düşünürlər. Rafiq Məmmədovun da istintaqa cəlb olunmasını tələb edəcəklərini bildirirlər.

O da iddia edilir ki, Rafiq Məmmədov pensiya yaşını keçməsinə baxmayaraq hansisa yollarla tutduğu vəzifədə qalmağa nail olub. Bunun da araşdırılmasını zəruri hesab edirlər.

Zərərçəkmişlər dəymiş ziyan ödənməyəcəyi təqdirdə şikayəti geri götürməyəcəklərini və Məmmədov Elşən barəsində ən ağır cəza verilməsini, eləcə də atasının məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini qeyd edirlər.

Məsələni diqqətdə saxlayacaq, qarşə tərəfin və müvafiq orqanların da mövqeyini işıqlandırmağa çalışacağıq.
 
Ardını oxu...
Abşeron sakini Cabbarov İntizam Əmiraslan oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki,

“Mən, Cabbarov İntizam Əmiraslan oğlu, yazaraq sizləri məlum edirəm ki, ali təhsilliyəm, YAP-nın üzvü və 3 övlad atasıyam.

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167-də yerləşən "AAAF İnşaat" MMC-də 2018-ci ilin noyabr ayından 2024-cü ilin yanvarınadək komendant işləmişəm! İşlədiyim MMC-də 6 komendant çalışırdıq.

2023-ci ilin oktyabrından bu günə kimi MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları ilə bağlı 5 dəfə cənab Prezidentimizə, 2 dəfə Birinci vitse-prezidentə, 2 dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, 3 dəfə Dövlət Vergi Xidmətinə, 2 dəfə DTX-ya və digər aidiyyəti dövlət qurumlarına şikayət və müraciətlər etmişəm! Müraciətlərimdən 3 ay sonra - 30 dekabr 2023-cü il tarixdə (Yeni il günü) MMC-nin rəhbəri Camal Rəcəbov tərəfindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir!

İşlədiyim 5 il müddətində MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları faktlarını sizin də nəzərinizə çatdırıram:
- Dövlət büdcəsindən 10 mliyonlarla manat yayınma faktları;
- Mənzillərin alqı-satqısı zamanı hər mənzildən 2 min manat rüsum adı altında 10 mliyon manatdan çox pulun toplanılması;

- 5 il ərzində yüzlərlə işçinin nağd cədvəl əsasında əmək haqqlarının ələ verilməsi, məzuniyyətsiz işlədilməsi faktları;
- Kommunal xidmətlər adı ilə ay ərzində 60-70 min manat pulların yığılaraq, mliyonlarla manatın təyinatı üzrə xərclənmədən mənimsənilməsi faktları;
- İllərdir liftsiz təhvil verilmiş binalarda yaşayan insanların zülm çəkməsi. Binalar da elektrik şitlərinin ölüm mənbəyi olması, dəfələrlə binaların yarasız elektrik şitlərinə ğorə alışıb yanması faktları və sairə kimi faktların mövcudluğu.
Altı aydır ki, bu faktları bütün aidiyyəti dövlət qurumlarına təqdim etmişəm! 2 dəfə Dövlət Vergi Xidmətində qəbulda olmuşam, bir dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qəbulda olmuşam və faktları təqdim etmişəm! Bir dəfə Dövlət Əmək Müfəttişliyində qəbulda olmuşam! Çox təəssüf edirəm ki, bu qurumlar hələ də susurlar!

MMC-yə 2 ildir rəhbər təyin edilmiş Camal Rəcəbov əvvəllər Dövlət Vergi Xidmətində çalışmış və naməlum səbəblərdən xaric edilmişdir. O, keçmiş millət vəkili Hadı Rəcəblinin qardaşı oğludur! Əlaqələri böyük olduğundan şikayət və müraciətlərə baxan yoxdur! Mənə xəbər göndərir ki, ölkədə Prezidentdən yuxarısı yoxdur, yazanda ona yaz!
Üç aydır Camal Rəcəbova görə işsiz qalmışam! Bunları Sizə yazmaqda məqsədim odur ki, bəlkə Prezidentimiz, Birinci vitse-prezidentimiz sizin sayt vasitənizlə mənim səsimi eşidə".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Azərbaycan təhsilində ciddi problemlərin olduğu cümlə aləmə məlumdur və hər birimiz demək olar ki, hər gün övladlarımızın timsalında çətinlikləri görə bilirik. İstər dərs yükünün ağır olması, istər məktəblərdə tədris prosesinin çatışmazlıqları və problemlər siyahısına əlavə edə biləcəyimiz bir çox çatışmazlıqlar təhsilimizdə təcili islahatlara ehtiyac yaradıb. Amma Elm və Təhsil Nazirliyi mövcud problemləri həll etməkdə o qədər də maraqlı görünmür. Yaxud ola bilsin ki, Nazirliyin təhsilə ayırmağa vaxtı yoxdur.

Elm və Təhsil Nazirliyi daxilində baş verənlərlə bağlı əldə etdiyimiz məlumat səbəbin ikinci olduğunu – nazirliyin təhsilimizə ayırmağa vaxt tapmadığını deməyə əsas verir. Çünki nazirlikdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması uğrunda addımların atılması əvəzində, daxili qarşıdurma yaşanır.

Nüfuz savaşı adlandıra biləcəyimiz bu mübarizə haqda əldə etdiyimiz məlumatlar “Elm və Təhsil Nazirliyi təhsildən başqa hər işlə məşğuldur” sualını yaradır.

Məlumatlara görə, Nazirliyin Aparat rəhbəri Mətin Kərimli ilə nazir müavini Həsən Həsənli arasında “nüfuz savaşı” daha da qızışıb. Əsas mübarizə motivi kadrların təyin edilməsidir. Həsən Həsənli Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunub və onun əsas işi-missiyası kadr siyasətini həyata keçirməkdir.

Aparat rəhbəri Mətin Kərimli isə “Elm və Təhsil Nazirliyində mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yanaşır, Nazirlikdə bütün strukturları ələ almağa çalışır.

Həsən Həsənli Mətin Kərimlinin kadr siyasətinə qarışdığını, onun işinə müdaxilə etdiyini dəfələrlə rəhbərliyə bildirib. Baş verənlərdən təhsil naziri Emin Əmirullayevin də məlumatlı olması heç kəsə sirr deyil. Çünki Həsənli Həsənli dəfələrlə Mətin Kərimlinin əməlləri ilə bağlı birbaşa nazirə etirazını bildirib. Elm və Təhsil nazirinin müavini olan Həsən Həsənli Aparat rəhbəri Mətin Kərimlinin kadr siyasəti ilə razılaşmır, onun texniki vəzifə daşıdığını deyir.

Məlumatlara görə, bu məsələ Nazirliyin qapalı iclaslarında dəfələrlə müzakirə edilib. Həsən Həsənli bildirib ki, o, bu vəzifəyə Prezidentin Sərəncamı ilə təyin olunub və Nazirlikdə kadr işlərinə cavabdeh şəxsdir, ancaq Mətin Kərimli onu saymır və kadr işlərinə müdaxilə edir.

Mətin Kərimli isə bütün strukturları ələ almağa çalışdığı kimi, kadr məsələsini də nəzarətə götürmək istəyir.

Hazırda Mətin Kərimli ilə Həsən Həsənli arasında “soyuq müharibə” davam edir.

Kimin “qalib” gələcəyini demək çətindir, lakin “məğlubun” təhsilimiz olduğu aşkar şəkildə ortadadır. Çünki təhsildən məsul olan Nazirlik əsas işini kənara atıb, daxili qarşıdurmaların, “nüfuz müharibə”lərinin platformasına çevrilib.

Demokrat.az
Ardını oxu...
Rusiyada "Krokus" konsert zalında, İranda Kirman şəhərində anım yürüşündə terror törədilirsə, şimal və cənub qonşularımızdan fərqli olaraq, Azərbaycan təhlükəsizlik adası olaraq nümunəvi dövlətdir. Lakin bizim ölkəmizdə olan "terror" və "təhlükəsizlik" problemi qida sektorundadır. Respublikada "qida terroru" ən dəhşətli şəkildə tüğyan etməkdədir. Buna şərait yaradan isə müftəxor, korrupsioner, xalqın övladlarının genefonduna qənim kəsilmiş "qida terrorçu" su olan məmurlardır. Bir qədər sonra təqdim edəcəyimiz faktlar Niderlandda, Avstriyada, Yaponiyada açıqlansaydı, nəinki bu cinayətə qol qoyan məmurlar işdən qovulardılar, ən ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilərdilər. Amma Azərbaycanda toxunulmaz şəxs kimi özlərini aparan bu yırtıcı məmurların xalqa düşmən kəsilməsi ucbatından hər gün milyonlarla insan orqanizmə zərərli, ağır xəstəliklər yaradan, onkoloji problemlərə yol açan qidalardan istifadə edir. Bəs, deyə bilərsiniz ki, konkret olaraq nəyi nəzərdə tutursunuz? Gəlin onda tanış olaq:
Əvvəla, Azərbaycan yeyinti məhsulları istehsal etsə də, əsasən idxaldan asılıdır. Yəni "Azərsun", "Milla" və bazarda digər qida istehsal edən müəssisələr mövcuddur. Hərçənd onların istehlakçıya təklif etdiyi məhsullar da keyfiyyətli deyil. Lakin əsasən qida məmulatları xaricdən idxal olunur. Bunu marketlərin vitrinlərində hər gün müşahidə edirik. Amma ölkəyə gətirilən məhsulların nə dərəcədə keyfiyyətli olduğunu söyləmək gülməli olar. Çünki Rusiya, İran və digər ölkələrin "üçüncü respublikalar üçün" istehsalı olan məhsulları gətirilir. Təbii ki, buna nəzarət iki qurumun üzərindədir - Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi...
Hazırda hər iki orqan xalqa zəhərli, xəstəlik mənbəyi olan və övladlarımızın inkişafına zərbə vuran məhsulların idxalına şərait yaradır. Biri gömrükdən zay malları buraxır, digəri də həmin qidanın keyfiyyətini və təhlükəsizliyini başdansovdu yoxlayıb yola verir. Bununla da məlum olur ki, gömrük şefi Şahin Bağırov və qida təhlükəsizliyinə cavabdeh Qoşqar Təhməzli Azərbaycan xalqına zəhər yedirir. Anaxeber.info bildirir ki, bu iddianı biz səsləndirmirik, Huriyyet TV efirində aparıcı və verilişə səs göndərərək faktlar təqdim edən bir yük maşını sürücüsü təsdiq edirlər. TIR sürücüsü bildirir ki, Rusiyadan Azərbaycana 100 tonluq yağ gətirilib. Ancaq məhsulun nəinki marqarin olduğu, ümumiyyətlə, marqarinin əvəzləyicisi olduğu üzə çıxıb. Belə desək, bir var zay məhsul, bir də var zir-zibil... Sürücü bu barədə xəbər tutanda səbəbini soruşub, ona cavab verilib ki, tort bişiriləcək. Hər halda, bütün ölkə tort yemir ki, bu qədər marqarin əvəzi bir öldürücü yağa tələbat olsun. Həmin məhsul gömrükdən keçirilib və "Meyvəli"yə gətirilib, oradan da satış məntəqələrinə paylanıb. Bu qədər sadə bir "qida terroru" və nə Şahin Bağırov, nə də Qoşqar Təhməzli bu cinayətdən narahat olurlar. Axı özləri və yaxın çevrələri bu yağlardan istifadə etmir, niyə də veclərinə olsun ki?!
Sürücü həmçinin, başqa məhsullar haqda da oxşar məlumatları canlı efirdə açıqlayıb. Və görünən budur ki, tükürpədici qida cinayətləri törədilir, di gəl, aidiyyatı orqanlar göz yumur, millətin apteklərdə, xəstəxanalarda qalmasına rəvac verir. Bu, birbaşa cinayət məsuliyyəti yaradır və araşdırma aparılmasını zəruri edir. O baxımdan aparıcı efirdə Baş Prokuror Kamran Əliyevə müraciət edərək bu istiqamətdə təhqiqat aparılmasını xahiş edib. Jurnalist bildirib ki, gömrük şefi Bağırov və agentlik sədri Təhməzli barəsində yoxlama olmalıdır. Hər iki məmur xaricdən idxal olunan keyfiyyətsiz məhsulların bazarlara çıxmasına şərait yaradırlar. Halbuki əhali və dövlət onlara güvənib, inanıb ki gömrük və qida agentliyi bu sahəyə nəzarət edir. Onlar isə...

Anaxeber.info
 
Ardını oxu...
"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur". Bu barədə dia-az.info-ya göndəriləən məqalədə deyilir.

Əvvəli burada: Ramin Abdullayevin “göydələn” biznesi

Məqalə müəllifi daha sonra bildirir: "Ramin Abdullayevə veriləcək mənzillərin sayını isə inşa ediləcək binanın blok və mərtəbə sayı müəyyən edir. Çoxbloklu və çoxmərtəbəli binaların bəzisindən Ramin Abdullayev nə az nə çox - 10 mənzil tələb edir ki, bu da sahibkarların ciddi narazılığına səbəb olur. Lakin Ramin Abdullayevin razılığı olmadan bina inşası mümkün olmadığı üçün, iş adamlarının bir çoxu dövlət məmurunun qanunsuz tələbi ilə əvvəl-axır razılaşmalı olurlar.

Ölkədə ən çox mənzil sahibi olan adam – Ramin Abdullayev!

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdan böyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.

Təbii, Ramin Abdullayevin ölkənin tikinti sektorunda təkbaşına bu cür at oytantdığını düşünmək sadəlövhlük olardı. İdarə Heyətinin sədri iş adamlarının dərisini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətovun xeyir-duası və himayəsi altında soyur.
Ramin Abdullayevlə Namiq Hümmətovun şəxsi maraqlara söykənən, dövlət və ictimai maraqları hədəf alan “biznes müttəfiqliyi” haqqında gələn məqaləmizdə ətraflı danışacağıq".

Ardını oxu...
Göycay rayon Qarabaqqal kəndin sakini  Zəkəriyev İlqar Çovdar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya göndərilən müraciətdə deyilir:
 
"Mənim şikayətim Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev,  onların mütəxəssisləri Məmmədov Tural və Aqşin Həmidovdandır. Mənə aid olan 62 sot  xüsusi torpaq sahəsini 2012 -ci ildə  şəhid ailəsi Sadıqov Surxay Xumar oğlundan almışam .Sol tərəfimdəki 75 sotu elektron ucotu ilə təsdiq olunmuş sahə isə 1995-ci il ildə islahatlar kecirilən vaxt qonşum Musayev Kifayət Şahlar qizina verilib. Arada görsəninən xətt var ki, onu qanunsuz olaraq acıblar Mənim qonşum Muayev Kifayət Şahlar qızı 2018- də məhkəməyə iddia qaldırıb ki, guya mən onun 20 sot torpağını zəbt etmişəm.
Şəki Apelliyasiyya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinə  tapşırıq verib ki bu torpaq sahəsi ölcülsün və zəbt olma halı müşahidə  olub- olmamasına dair rəy təqdim edilsin. Şəki Apellyasiya məhkəməsinin göstərişinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin mütəxəsisi Tural Məmmədov və Aqşın Həmido torpaq sahəsinə gəlib Göycay rayon Qarabaqqal bələdiyyəsinin sədrinin  və icra nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin ölcüsünü apardılar Ölcü aparıb mənə bildirdilər ki, 60 sot torpaq sahəsi Musayev Kifayət Şahlar qızının sərhəd xəttindən görünən xəttdən başlayır və burada 60 sot torpaq sahəsində hec bir zəbt halı yoxdur Mən sənədlərimi alqı-satqı müqavilələrimi, cıxarışlarımı təqdim etdim, bildirdim ki, bu torpağa aid mənim cıxarışlarım və sənədlərim var.Onlarda mənə bildirdilər ki, hec bir zəbt olma halı yoxdur. Akt tərtib etdilər yerində məndə imzaladım cıxıb getdilər.
 
Mən Şəki Apellyasiya məhkəməsində iştirak edəndə hakim Günay Cavadova məni rəylə tanış etdi, rəyi oxuyanda məlum oldu ki, rəydə göstərilib ki, sərhəddən o tərəfdə olan Musayev Kifayət Şahlar qızının 20 sot  torpağın zəbt etmışəm 60 sot torpağın içində 20 sot torpaq ona məxsusdur.Onlar yerdə apardıqları ölcü başqa rəydə başqa qərar vermişdilər. Musayeva Kifayət Şahlar qızı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəsisi Tural  Məmmədovla yaxın qohumluq əlaqələri vardır. Mənim aldığım məlumata görə Tural Məmmədov Musayev Kifayət Şahlar qızından bu işin müqavilində rüşvət alaraq Aqşin Həmidovla əlbir olaraq qanunsuz rəy verib Şəki Apellyasiya məhkəməsini aldadıblar.Şəki Apellyasıya məhkəməsi onların rəyinə əsaslanaraq qərarı cıxatmışdılar.
 


 Bu günkü gündə mənim sənədlərim var və qanunsuz rəyə əsasən torpağımın sərhədi acılb ortadan şum cəkilib mənim hüquqlarım tapdanıb,
Nəzərinizə catdırım ki,torpağın arakəsməsi açıldıqdan  sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin torpağı mənə satan şəhid ailəsinin oğlu ilə birlikdə qəbulunda olanda bildirdim ki cənab rəis sizin mütəxəsislər qanunsuz rəy veriblər bu rəyə əsasəndə mənim hüquqlarım pozulub.O, isə mənə dedi sən qapı arxasında gözlə. Sonra Aqşın Həmidovu cağırdı bir necə dəqiqə söhbət etdikdən sonra mənə bildirdi ki, Aqşin Həmidov düzgün rəy verib sən hara ürəyin istəyir gedib şikayət edə bilərsən.Mən ona narazılğmı bildirdim yenidən torpağın ölcülməsini xahiş etdim.Dediki bu mümkün deyil .Aşağıdan polis mühafizəsini öz köməkci xanımını cağırdı göstıriş verdi ki birdə bu vətəndaş mənim qəbuluma gəlsə icəri buraxmayin yoxsa sizi işdən çıxaracam.
Mən ölkə başcımızdan, hüquq mühafizə orqanlarından xahiş edirəm ki, verilmiş qeyri qanuni rəy ləvğ olunsun Aqşin Həmidov və Tural  Məmmədov haqqında hüquq mühafizə orqanları qanunu tədbirlər görsünlər Mənim pozulmuş hüquqlarım bərpa olsun". 
Ardını oxu...
"Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun keçirdiyi tenderlərin bir qismini oğlu udub". Dia-az.info xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Jurnalist yazır: "Məsələn, Şuşa işğaldan azad olduqdan sonra - 2021-ci ildə Bayram Səfərov 3 lot üzrə dövlət sifarişini oğlu RUFİS SƏFƏROVA məxsus "KƏKLİK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə verib. Yəni Şuşa azad olandan sonra oğlunu "QALIB" elan edib.

Ardını oxu...

DÖVLƏT SİFARİŞİNİ DANA BASDIRMASI KİMİ KƏKLİKOTU DA VURUB TƏNDİRARASI (OXU: TENDER) YEMƏK NECƏDİR?

Cənablar, yeyəndə ağzınızı heç olmasa salfetka ilə silin".
Ardını oxu...
Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi üçün valideynlərdən şam fidanları və gül kolları tələb olunur.

Bununla bağlı Bakupost.az -a məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Babayevaya məxsus olduğu bildirilən səs yazısı daxil olub. Səs yazısında müəllimlərə bildirilir ki, “Yaş dünya” tədbirinin keçirilməsi üçün hər sinif beş şam fidanı və üç ədəd gül kolu gətirməlidir:

“Valideynlərlə danışın, deyilən vaxtda bunları təşkil edin. Necə edəcəksiniz, özünüz bilərsiniz. Şam fidanları və gül gətirməyən siniflər nəzarətə götürüləcək”.

Məktəb rəhbərliyinin bu tələbindən narazı qalan valideynlər redaksiyamıza şikayət ediblər. Onların dediyinə görə, sözügedən səs yazısı müəllimlərin vatsap qrupuna, ordan da valideyn komitəsi və valideyinlər qruplarına atılıb.

Valideynlər məktəbdə keçirilən tədbirin onlara aidiyyəti olmadığını, məktəb rəhbərliyinin bu tələbinin isə qanunsuz olduğunu bildiriblər:

“Heç məktəbin həyətində həmin şam fidanları və güllərin əkilməsi üçün boş yer də yoxdur. Bundan 1 ay əvvəl bütün siniflərdən 30-35 AZN-lik dibçək gülü istəmişdilər. Onu hamımız aldıq. İndi yenidən həmin məbləğə şam fidanları almaq üçün validəynlərə təzyiq edirlər”.

Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı 211 nömrəli məktəblə əlaqə saxlayıb. Məktəbdən adının açıqlanmasını istəməyən xanım suallarımıza cavab almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməyi məsləhət görüb

 
 

 


Ardını oxu...
Bu gün ölkənin bir sıra məkanlarında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Düzdür, bu cür obyektlərin sayının çox olması sürücülər üçün əlverişlidir. Lakin bununla bərabər tez-tez qalmaqallı mövzular da ortaya çıxır.

Bir neçə gün əvvəl “SOCAR Petroleum” QSC və “İST Petrol” yanacaqdoldurma məntəqələrində sürücülərə su ilə qarışdırılmış yanacağın satılması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Məlumata görə, “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti aşağıdır. İddia olunub ki, yanacağa benzinlə birlikdə su qatılır.

Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti bildirib ki, “SOCAR PETROLEUM” QSC 11.04.2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürmüşdür.

“SOCAR Petroleum” QSC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb ödəsə də, insanlar bundan sonra da keyfiyyətsiz məhsulun satışından narahatdırlar. Bundan başqa, paytaxt sakinləri xüsusən “İST Petrol”un “Əhmədli” filialında müxtəlif problemlərin olduğunu bildirirlər.

Bəs, görəsən, bu təsadüfdür yoxsa reallıq?

Belə ki, adı zaman-zaman müxtəlif ittihamlarda və qalmaqallı vətəndaş şikayətlərində hallanan “İST Petrol” MMC-nin adı son zamanlar yenidən gündəm olub. “İST Petrol”la bağlı şikayətlər sadəcə bununla bitmir. Yaxın keçmişə nəzər saldığımız zaman sözügedən yanacaqdoldurma məntəqəsi ilə bağlı zaman-zaman şikayətlərin sosial şəbəkələrdə və KİV-də yayıldığının şahidi oluruq.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı redaksiyamıza bildirdi ki, Azərbaycanda bir çox yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti heç də ürəkaçan deyil:

"Minlərlə sürücü bu kimi problemlərin fəsadını yaşayır, təəssüflər olsun ki, bu cibəgirmələr aidiyyatı qurumların gözü qarşısında baş verir və bununla bağlı tədbirlər də görülmür. Yanacaqdoldurma məntəqələrinin təhlükəsizlik qaydaları ilə bağlı bəzi təlimatlar var. O təlimatlardan da biri yanacaq çənlərinin vaxtında təmizlənməsi məsələsidir. Bu təmizləmə olduqca ağır bir prosesdir, bu zaman bütün iş dayanır və çən tam boşalır. Bu təxminən ayda bir, ya da 3 ayda bir dəfə baş verən bir prosesdir".

Ekspert qeyd edib ki, bu gün istər bəzi yanacaqdoldurma məntəqələrində, istərsə də onlara nəzarət edən qurumlarda özbaşınalıq baş verir. Onun sözlərinə görə, illərdir bu kimi problemlər var, lakin heç bir tədbir görülmür.

Şikayətlərə məsuliyyətsiz yanaşılır

Araşdırma apardığımız zaman məlum olur ki, Bakıda sürücülərin ən çox şikayətləndiyi və narazı qaldığı yanacaqdoldurma məntəqələrindən biri elə məhz "İST Petrol" MMC-dir. Vətəndaşları narazı salan əsas faktorlar isə “İST Petrol” MMC-nin qanunsuz və yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, bir müddət əvvəl Bakıda sürücü "İST Petrol"un yanacağının keyfiyyətindən narazı qalıb. O, yanacağın içərisindən torpaq çıxdığını bildirib. Sürücünün sözlərinə görə, yanacağın içərisindəki torpaq avtomobilin filterini yararsız hala salıb.

Məlumat üçün qeyd edək ki, avtomobillərin mühərrikinin sıradan çıxmasına səbəb olan 5 əsas problemdən biri benzinə su, qum və ya digər qatqı maddələrinin qatılmasıdır. Benzinin tərkibinə qarışan su qısa zaman ərzində avtomobilin yanacaq sisteminə, nasosa, eləcə də slindirlərə ciddi zərər vurur.

“İST Petrol” MMC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürsə də, bundan sonra itirilmiş keyfiyyətini, sürüclərin və vətəndaşların güvənini yenidən qazana biləcəkmi? Təəssüflər olsun ki, xeyr.

Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “İST Petrol” MMC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

Aqil Qocayev
hurriyyet.az
 
Ardını oxu...
Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. Tribunainfo.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, “burnundan gəlib”. Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda iddialar var.
Ardını oxu...
Nazim Hüseynov

Qeyd edək ki, Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Lakin göründüyü kimi, prorektor elm və tədrisi deyil, bayram günlərində qumarı üstün tutub. Bildirilir ki, bu hadisə rektor atasını möhkəm qəzəbləndirib və Nazim Hüseynov prorektor oğlunun kazinoda yüksək məbləğdə pul uduzmasına görə bərk dilxor olub. Yayılan məlumatlarda o da deyilir ki, sözügedən kazinoya yalnız pasportla və video qeydiyyatla daxil olmaq mümkündür.
Ardını oxu...
Yəni müştərinin şəxsiyyətinin kimliyi qeydə alınır, eləcə də video görüntü götürməklə üzü skayner edilir. Ona görə də kazinodakıların kimliyi haqda obyektin administrasiyasında səhih məlumatlar olur. Bu səbəbdən yayılan informasiya ilə bağlı “Ambasodor” kazinosu ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin oradan saytımıza deyildi ki, onlar müştəriləri barədə məlumatları məxfi saxlayırlar və yalnız rəsmi sorğu əsasında cavab verilə bilər. Onu da deyək ki, qeyri-iş günləri olduğu üçün xəbəri Hüseynovların özü və universitetlə aydınlaşdırmaq imkanımız olmadı. Bütün hallarda yayılan bu məlumatlarla bağlı qarşı mövqeyini işıqlandırmağa hazırıq.
https://tribunainfo.az/baki-avrasiya-universitetinin-prorektoru-kazinoda-boyuk-pul-uduzub-teferruat/
 

Dünyapress TV

Xəbər lenti