“Toylarda əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun”
“Mediadan, mətbuatdan uzaq düşməyimə səbəb bəzi jurnalistlərdir. Təbii ki, bu sözüm hər kəsə aid deyil. Sənətinə, qələminə hörmət etdiklərim də var. Bu gün zəmanə də, jurnalistlər də dəyişib. Zahiri görkəm daxili, pul, var-dövlət savadı üstələyib. Jurnalistlər sensasiya axtarışındadırlar. Görünür ki, zəmanənin tələbi budur. Amma mən bütün bunlardan uzağam, heç kimlə qalmaqalım, intriqam olmadığı üçün məndə heç nə tapa bilmirlər. Soruşanda da deyirlər ki, bundan reytinq gəlir, pul gəlir. Olmaz ki, reytinq gözəl, savadlı şeylərdən gəlsin?! Mütləq şəkildə gərək səs-küy, vur-çatlasın olmalıdır? Mən bütün bunlardan çox uzaqdayam”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Təranə Vəlizadə deyib.

“Həyat yoldaşım Eyvaz Həsənov kollecin muğam fakültəsinin axşam şöbəsində oxuyurdu. Biz gənclər isə gündüz şöbəsində təhsil alırdıq. Amma sənət dərsləri bir yerdə keçirildiyi üçün hamı bir-birini dinləyirdi və müəllim səhvlərimizi düzəldirdi. Xanəndə Nəriman Əliyev bizə dərs deyirdi. Eyvaz İncəsənət Universitetində də təhsil alırdı. Onunla 1972-ci ilin noyabrın 2-də ailə qurmuşuq. “Lalə” qızlar ansamblının müşayiəti ilə qız toyumuz oldu. Eyvaz Həsənov yer adamı yox, göy adamı idi. Tamamilə başqa biri idi. Həm realist idi, həm də böyük duyğu ilə yaşayan biri idi. Gözəl şeirlər də yazırdı. Mən onun şeirlərini oxuyandan sonra öz cızma-qaralarımı itirdim, cırıb atdım. Əgər o mənim sənətimdə olmasaydı bəlkə də ona bu qədər bağlı olmazdım. Çünki məni onun cismani sevgisi yox, sənətimə, mahnılarıma olan sevgisi də maraqlandırırdı, yaşadırdı. Səhnədə də bir idik, evdə də. Xoşbəxt anlar, dəqiqələr olur” deyə sənətkar bildirib.

Sevilən müğənni bildirib ki, Eyvaz Həsənovla ilk ailə duetini yaradıb.

““Qal sənə qurban” mahnısını çox sevirəm. Kimsə oxuyanda mənə təsir edir ki, ilk ifaçının, Eyvazın adını çəkmirlər. Heç olmasa bir rəhmət oxusunlar. Ondan sonra bu mahnını oxumağa dilim gəlməyib. Yalnız qulaq asıram. Ümumiyyətlə, digər mahnılarını da oxumamışam. Bizim duetlərimiz çox məşhur idi. Sevgi içində üzürdük. Bu cür sevgi hər müğənniyə qismət olmur. Nə qədər sevilmək olardı. Konsertlərimiz o qədər çox olurdu ki, çox vaxt toya getməyə heç vaxtımız olmurdu. Hansı toya gedirdimsə əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun. Oxuduğumuz toyda hamı əlini saxlayıb, bizi dinləyirdi. Biz ilk ailə duetini yaratmışdıq” deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 Müğənnilərin toy qiyməti - Aygün, Röya və Miri Yusif ….-Siyahı
31 Yanvar 2025 15 yaşından sonra atasını görməyən müğənni efirdə kövrəldi – VİDEO
30 Yanvar 2025 Fatimənin Tatlısəslə paylaşdığı FOTOsu təəccübləndirdi
30 Yanvar 2025 Məşhur model metroda çəkiliş üçün özünü lentlə örtüb
29 Yanvar 2025 “YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
29 Yanvar 2025 Nəfəs efirdə canlı oxuya bilmədi – Video
28 Yanvar 2025 “O hadisə yanımda olsaydı, dəli olmuşdum” - VİDEO
28 Yanvar 2025 Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi
27 Yanvar 2025 Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO
27 Yanvar 2025 “Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”
27 Yanvar 2025 Plastik əməliyyatı uğursuz alındı
26 Yanvar 2025 Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...
26 Yanvar 2025 Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
25 Yanvar 2025 "Bizdə dədə-babadan adətdir, özündən alıb, özünə gedirlər"
25 Yanvar 2025 Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
24 Yanvar 2025 Xatirənin sirrini açıqladı
24 Yanvar 2025 Aygün Kazımova nəyi etiraf edəcək? - VİDEO
24 Yanvar 2025 Əməkdar artistin səhər efirinə geyimi tənqid edildi - VİDEO
24 Yanvar 2025 Çimnazın arxasınca danışan rejissoru biabır etdi: Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən danışır
23 Yanvar 2025 Aysun İsmayılova vəkil ərindən də boşanır

Dünyapress TV

Xəbər lenti