“Bizi musiqi birləşdirib, 55 ildən çoxdur ki, birlikdəyik”
“Adətən ailədə iki sənətkar, iki musiqiçi varsa onlar bir-birlərinə mane olurlar. Amma bizdə heç vaxt bu cür maneələr yaranmayıb. Rafiq hər zaman mənim sənətimə hörmətlə yanaşıb, hətta mənimlə məşqlər də edib, o qədər məni ağladıb ki (gülür). Çünki tələbkar idi. Mən rusdilli idim, o istəyirdi ki, mahnıları yüksək səviyyədə səsləndirim. Rafiq məni sənətə həvəsləndirdi, özü isə yaradıcılığı bir kənara qoyub rəhbər işlərə getdi. Bizi musiqi birləşdirib. 55 ildən çoxdur ki, həyat yollarında birlikdə addımlayırıq”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Natəvan Şeyxova deyib. O daha sonra əlavə edib.

“Ötən günləri tez-tez yada salıram. Ümumiyyətlə ötənləri yada salmaq asandır, bunun üçün adi bir şəkilə baxmaq kifayətdir. Rafiqlə tanışlığım, uşaqlarımın doğulduğu günləri xatırlayıram. Mən özümü xoşbəxt qadın hesab edirəm. Bu illər mənə həyat yoldaşımı, övladlarımı, nəvələrimi qazandırıb. Çalışmışam ki, bir qadın olaraq ailədə hər bir şey yerli yerində olsun. Yaşımı heç vaxt gizlətmirəm, 77 yaşım olacaq. Əsas rəqəm yaşı deyil, əsas mənim özümü hansı yaşda hiss etməyimdir. Efirlərə çox dəvət edirlər, daha çox birlikdə çalışdığım sənətkarlar haqda hazırlanan verilişlərdə çıxış etmək istəyirəm. Bəzən məndən müğənni kimi mahnı oxumağımı da istəyirlər. Bu mənim üçün bir az çətindir. Tamaşaçıların yaddaşında 60-70-ci illərin müğənnisi, Natəvan Şeyxovası kimi qalmaq istəyirəm” deyə sənətkar bildirib.

Natəvan Şeyxova daha sonra pedaqoji fəaliyyətindən danışıb.

“30 ildir ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğulam. Bundan əvvəl Bülbül adına orta ixtisas məktəbində çalışmışam. Tələbələrim çoxdur. Bəziləri də nədənsə bu sahədən uzaq gəzirlər. Bəzən də konservatoriyanı bitirib toylara, restoranlara gedirlər. Başa düşürəm, onlar da ehtiyacdan bunu edirlər. Təbii ki, onlar məndən öz təcrübəmi bölüşməyi istəyirlər, mən də öyrədirəm. Çox istərdim ki, onlar bizim bəstəkarların mahnılarını doğru dürüst oxusunlar, özlərini səhnədə düzgün aparsınlar. Bizdə hər bəstəkarın özünəməxsus üslubu var. Bu onların yazdığı mahnılarda da üzə çıxır. Ona görə də müğənnilər mahnını hiss edib oxumalıdırlar. Bəzən heç düzgün oxumurlar, mahnını hiss etmirlər” deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Fatimənin Tatlısəslə paylaşdığı FOTOsu təəccübləndirdi
30 Yanvar 2025 Məşhur model metroda çəkiliş üçün özünü lentlə örtüb
29 Yanvar 2025 “YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
29 Yanvar 2025 Nəfəs efirdə canlı oxuya bilmədi – Video
28 Yanvar 2025 “O hadisə yanımda olsaydı, dəli olmuşdum” - VİDEO
28 Yanvar 2025 Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi
27 Yanvar 2025 Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO
27 Yanvar 2025 “Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”
27 Yanvar 2025 Plastik əməliyyatı uğursuz alındı
26 Yanvar 2025 Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...
26 Yanvar 2025 Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
25 Yanvar 2025 "Bizdə dədə-babadan adətdir, özündən alıb, özünə gedirlər"
25 Yanvar 2025 Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
24 Yanvar 2025 Xatirənin sirrini açıqladı
24 Yanvar 2025 Aygün Kazımova nəyi etiraf edəcək? - VİDEO
24 Yanvar 2025 Əməkdar artistin səhər efirinə geyimi tənqid edildi - VİDEO
24 Yanvar 2025 Çimnazın arxasınca danışan rejissoru biabır etdi: Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən danışır
23 Yanvar 2025 Aysun İsmayılova vəkil ərindən də boşanır
23 Yanvar 2025 Tolikin sözləri Vəfa və Şəbnəmi ağlatdı: Efiri tərk etdi– VİDEO
23 Yanvar 2025 Efirdə arvadı ilə qızının başına üzərlik hərlədi - VİDEO

Dünyapress TV

Xəbər lenti