b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_53adbffd331a0fe061763b2dff0e756e.jpg
  

Əsas intriqa 70 yaşlı Vatikanın dövlət katibi Pietro Parolin və Kinşasa arxiyepiskopu 65 yaşlı Fridolin Ambonqo Besunq arasında olacaq-Trampın da namizədi var...

 Son günlər dünya mediasının diqqətlə izlədiyi mövzulardan biri də katoliklərin 88 yaşlı dini lideri Roma Papası Fransiskin səhhəti idi. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 266-cı Roma Papası Fransisk (əsl adı Xorxe Mario Bergolyo) bir müddət sonra Vatikana qayıtdı. Pasxa bayramının səhəri isə onun vəfatı xəbəri yayıldı.

İndi yeni dini liderin kim olacağı ətrafında ciddi müzakirələr başlayacaq.

Musavat.com xəbər verir ki, Papanın ölümü və ya istefası halında onun varisi üçün namizədi Konklav - Papanın ölümündən sonra çağırılan kardinallar məclisi müəyyən edir.

 Seçkilər Vatikanın xarici aləmdən təcrid olunmuş Sikstin kapellasında keçirilir. ( "Konklav" sözü latınca "cum clave" - "açar altında" deməkdir).

Teorik olaraq, istənilən katolik kişi yeni Papa ola bilər. Praktikada onlar həmişə Kardinallar Kollecindən seçim edirlər. Ümumilikdə 253 kardinal var, onlardan 113-ü Konklavın əsas üzvləridir, yəni Papanın seçkilərində səs vermək hüququna malikdir.

Vatikanda iki əsas siyasi partiya var: liberallar və mühafizəkarlar. İkincisi, adından da aydın olduğu kimi, Müqəddəs Kilsənin əsrlər boyu keçdiyi formada - bütün ciddi məhdudiyyətləri, müqəddəs mərasimləri və ideoloji mövqeləri qorumaqla qorunub saxlanılmasını israr edir. Liberallar isə inanırlar ki, ənənəyə sadiqlik kilsənin nüfuzunu getdikcə aşağı sürükləyir .

Hələ ki, sonuncu olan Roma Papası Fransisk liberalların nümayəndəsi idi. Ondan əvvəl Müqəddəs Taxt-tacın sahibi olan Benedikt mühafizəkar idi. Məhz Fransisk dövründə kilsə kəskin dönüş etməyə başladı. Məsələn, o, eynicinsli nikahlara icazə verməyə başladı və bu, Vatikanda Fransiskə qarşı böyük daxili müxalifətə səbəb oldu.

95c9b41ce4a8c1df6fae73b475ec2891.jpeg (297 KB)

İndi əsas müzakirə mövzularından biri də katolik kilsəsinin dərin böhrandan necə çıxa biləcəyidir. Məsələn, Almaniya Katolik Yepiskoplar Konfransının məlumatlarına görə, 2021-ci ildən Almaniyada 1 milyondan çox insan kilsəni tərk edib. Fransada vəftiz olunmuş xristianların sayı kifayət qədər çoxdur (70%), lakin onların yalnız 4%-i özlərini xristian adlandırırlar. Hətta Avropada katolik inancının qalası olan Polşada da kilsəyə inananların sayı on il ərzində azalıb, 2011-ci ildəki 87,6%-dən 2021-ci ildə 71,3%-ə düşüb.

Bununla belə, Afrika və Cənub-Şərqi Asiyada katoliklərin sayı artıb. Liberallar yeni bölgələrdə genişlənməyə diqqət yetirməyi, mühafizəkarlar isə Avropa uğrunda mübarizə aparmağı təklif edirlər. Fransiskin Avropaya deyil, Amerikaya yaxın olması təəccüblü deyil. Çünki 1200 ildən çox müddətdə ilk dəfə Roma kataloklərinin başına “qeyri-avropalı”(Fransisk 17 dekabr 1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə doğulub) rəhbərlik edirdi.

Müşahidələrə görə, son illərdə mühafizəkarlarla liberallar arasında mübarizə xeyli gərginləşib. 2023-cü ilin əvvəlində XVI Benedikt Fransisin çoxsaylı islahatlarını tənqid etdiyi bir kitab belə nəşr olunub. Fransisk də bu illər ərzində boş oturmamışdı.  Bildirilirdi ki, o, kardinallar arasında olan rəqiblərinin bir çoxunu sıradan çıxarmışdı. Hazırda 253 kardinaldan 142-si Fransiskin “kadrları” hesab olunur ki, onlardan da 113 nəfərinin növbəti Papanın seçkisində iştirak edəcəklər, çoxu da Asiya və Afrikada nümayəndələridir.

Müqəddəs Taxt-Taca  iki əsas namizəd var. Bu, 70 yaşlı Vatikanın dövlət katibi Pietro Parolin və Kinşasa arxiyepiskopu 65 yaşlı Fridolin Ambonqo Besunqdur.

Parolin Fransiskin ən yaxın müttəfiqi olub. Əgər qalib gəlsə, onun siyasətini davam etdirəcəyi gözlənilir. Besunqu mühafizəkarların lideridir. Məsələn, o, evli olmayan eynicinsli cütlüklərin evlənməsinə qarşı çıxır.

Lakin başqa bir gizli favorit ABŞ-dan olan 76 yaşlı kardinal Raymond Burkdur. O, Frensisin ən səs-küylü tənqidçilərindən biridir və "Trumpistlər"in fəal dəstəyindən istifadə edir.

Yeni Amerika administrasiyası məhz Burk vasitəsilə Vatikanın mühafizəkar qanadı ilə sıx əlaqələrə malikdir. Tramp və komandası üçün kilsə Demokratlar Partiyasının liberal ideologiyasına qarşı mübarizədə güclü müttəfiqdir. Həmçinin, indiki Tramp administrasiyasının əksəriyyəti katolikdir. Onların arasında vitse-prezident Vens, dövlət katibi Rubio, MKİ direktoru Con Ratkliff, səhiyyə naziri Robert Kennedi və bir çox başqaları var.

Trampın özü uzun müddətdir ki, bir presviteriandır (protestantlığın bir qolu), lakin 2020-ci ildə o, artıq özünü Presviterian protestantı kimi tanımır və “qeyri-məzhəbli xristian kimi daha geniş bir şəxsiyyəti qəbul edir”.

Bu yolla o, katolik seçiciləri öz tərəfinə çəkmək istəyirdi. 2020-ci ildə bu ona kömək etmədi, lakin katoliklər indi onun administrasiyasının vacib hissəsidir.

 

Musavat.com

 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Papa Fransiskin həyatı- Təmizlikçi, mühafizəçi kimi işləyib...
18 Aprel 2025 İlham Əliyev Azərbaycanın xristian icmasını TƏBRİK ETDİ
14 Aprel 2025 ABŞ tarixində ən böyük əməliyyat başlayır – 1 milyon nəfər…
02 Aprel 2025 MİNARƏ ƏNƏNƏSİ PEYĞƏMBƏRDƏNMİ GƏLİR? - İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR – 2
02 Aprel 2025 Azərbaycanda 6 min ödəyib Həccə getmək istəyənlərin sayı niyə azalıb? - AÇIQLAMA
24 Mart 2025 Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
20 Mart 2025 "Bu kitab qadağan olunmalıdır!" - Samirə “Quran" təhqir edib?- ALTERNATİV FİKİRƏ HÜCUM...
11 Mart 2025 Şeyx Şamilin müəllimi olan Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə
08 Mart 2025 Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya
07 Mart 2025 Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
03 Mart 2025 Quranda nələr yoxdur?
02 Mart 2025 Roma Papasının vəziyyəti açıqlandı
28 Fevral 2025 AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçilər Çeçenistanın ali mükafatına təqdim olunublar
26 Fevral 2025 Vatikan Roma Papasının son vəziyyətini açıqladı
21 Fevral 2025 Batin alimi yazır: Batini mənalarda sünni və şiə kimlərə deyilir?
20 Fevral 2025 "İslam bunu qəbul etmir" — İlahiyyatçı 700 minlik Qurandan DANIŞDI
11 Fevral 2025 Bakıda II İohann Pavel adına kilsə tikiləcək- Layihə-semta üçün 650 min ayrıldı
11 Fevral 2025 Həcc ziyarətinə uşaqla getmək qadağan olundu
01 Fevral 2025 Dünyadaki bütün dinler hangi ulusa ait olursa olsun insanlığın beş kökensel soyu olduğunu söyler.
29 Yanvar 2025 "Tənzilə Rüstəmxanlı düz deyir, Fars xurafatları təəssüf ki, ölkəmizdə dinə çevirib." - İLAHİYYATÇI

Dünyapress TV

Xəbər lenti