b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_113632bb02a3a923cd9d51d1908617b4.jpg
 

Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, müğənni bununla bağlı video yayımlayıb.

O bildirib ki, uzun müddətdir Sevinc Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə aparır:

"Bu, haqq, düz söz qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət...

Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram.

Mənə mane olan, gözüyumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar, guya heç nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır?

Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənim - az-çox Vətənimdə nüfuz sahibi olan, sözünü deyən bir insanın başına bu oyun gətirilirsə, bu haqsızlıqdan görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var".

Qeyd edək ki, Flora Kərimova Sevinc Heydərovanı uğursuz əməliyyata görə məhkəməyə verib. S.Heydərova 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun fəsadlarını görüb, görmə qabiliyyəti tamamilə zəifləyib.

 

 
 
 
 
 

 

Könül İbrahim
Musavat.com

Bölmənin digər xəbərləri

11 Fevral 2025 “Qovuşum sənə, sevgilim...” - Boşanma ərizəsi verən Aysundan maraqlı paylaşım
11 Fevral 2025 Səidə kimə söz atdı? — FOTO
11 Fevral 2025 Xatunun ailəsində toy - məşhurlar axın etdi - VİDEO
10 Fevral 2025 “Atam haqqımda yayılan bu xəbərdən sonra şəkər oldu” - Ramal İsrafilov
10 Fevral 2025 İlqar Xəyalın oğlu münsifləri heyran etdi - VİDEO
10 Fevral 2025 "Niyə də köçüb orada yaşamayım?"
09 Fevral 2025 Efirdə dava düşdü - VİDEO
09 Fevral 2025 Zaurun əsl yaşını açıqladı: 20 il cavan görünürmüş...
08 Fevral 2025 Tolik də Teymur Əmrahı tənqid etdi - 10 il əvvəl hədiyyə almısınızsa...
08 Fevral 2025 “Sənət üçün nə edib?!” - Ayandan Aqşinə sərt sözlər
06 Fevral 2025 "Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir
06 Fevral 2025 Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
05 Fevral 2025 "Umrumda da deyil" - Tənqidlərə cavab verdi
04 Fevral 2025 “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” - Xuraman
04 Fevral 2025 Türkiyədə Turabinin mahnısına nazirlikdən qadağa tələbi: Yayımdan çıxarılacaq?
04 Fevral 2025 “Avroviziya”ya rəqib müsabiqə: Azərbaycan da qatılacaq
04 Fevral 2025 Elşad Xose xanımı ilə... — FOTO
03 Fevral 2025 “Səs rejissoruna pul verdim ki, o müğənninin səsini dayandırsın”
03 Fevral 2025 Aygün Kazımova mini ətəkdə rəqsi ilə ağılları başdan aldı - VİDEO
02 Fevral 2025 Türkiyəli məhşur müğənni bu dəfə taykeş ayaqqabıları ilə gündəmə gəldi - VİDEO

Dünyapress TV

Xəbər lenti