Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
“UNİAN”ın “Telegram” kanalında paylaşdığı videoda Zelenski səfərbərliyinə yaşına çatmayan, lakin hərbi xidmətə getmək istəyən şəxslərə 24 min dollar pul ödəniləcək və digər imtiyazlar veriləcək.
“Mənə elə gəlir ki, müqavilə əsasında bir il hərbi xidmət keçmək istəyənlər üçün yaxşı təklifdir. Bu, bir il üçün nəzərdə tutulan müqavilədir, amma istəsələr, müddəti uzada bilərlər”, – Ukrayna Prezidenti qeyd edib.
O, həmçinin onu da əlavə edib ki, müqavilə bitəndə gənclər istədikləri ali məktəbə imtahansız qəbul oluna və ödənişsiz əsaslarla təhsil ala biləcəklər. Hətta həmin şəxslərə faizsiz ipoteka krediti də veriləcək./globalinfo.az